Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyaya qarşı hərəkətə keçmək üçün bundan gözəl fürsət ələ düşərdimi?

© REUTERS / /oby MelvillePolis zabiti, Sergey Skripal və qızının naməlum maddədən zəhərləndiyi ərazidə keçik çəkir, Solsberi, Böyük Britaniya, 6 mart 2018-ci il
Polis zabiti, Sergey Skripal və qızının naməlum maddədən zəhərləndiyi ərazidə keçik çəkir, Solsberi, Böyük Britaniya, 6 mart 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Nə üçün İngiltərə zəhərlənmə faktının araşdırılması məsələsini gündəmə gətirmir, yaxud, bu məsələdə Rusiya ilə birgə işləməkdən imtina edir?

BAKI, 28 mart — Sputnik. Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı, istefada olan polkovnik Sergey Skripalın qızı Yuliya ilə birlikdə İngiltərədə zəhərlənməsi ətrafında qalmaqal səngimək bilmir. Məsələ ətrafında həm İngiltərə, həm də Rusiya bir-birinə qarşı diplomatik səviyyədə yeni-yeni tədbirlər həyata keçirir. Daha doğrusu, Böyük Britaniya məsələni ikitərəfli qaydada analiz edib günahkarı tapmaq əvəzinə Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etmək yolunu tutub.

ABŞ və Avropa Birliyi - Sputnik Azərbaycan
ABŞ və AB Rusiya ilə diplomatik müharibəyə başladı

Məsələni bu qədər böyütməkdə Britaniyanın məqsədi nədir? Nə üçün İngiltərə zəhərlənmə faktının araşdırılması məsələsini gündəmə gətirmir, yaxud bu məsələdə Rusiya ilə birgə işləməkdən imtina edir? BMT-nin baş katibi Antonio Quterres nəyə görə beynəlxalq səviyyədə münaqişəyə səbəb olmuş faktın araşdırılması üçün zəruri tədbir görmür?

Böyük Britaniyanın Rusiyanın əleyhinə və onun imicini dünya dövlətləri arasında salmağa hesablanan addımlarının arxasında Qərb dövlətlərinin xüsusi planlarının durduğu məlum olur. Uzun müddətdir ki, Amerika Birləşmiş Ştatları və onun Avropadakı müttəfiqləri Rusiyanın getdikcə artan nüfuzu qarşısında aciz duruma düşüb. Ukrayna hadisələri Rusiyanın qarşısının alınmasında Qərb dövlətlərinə istənilən nəticəni vermədi.

Yaxın Şərqdə də Rusiya ABŞ və Böyük Britaniyanın maraqlarını alt-üst edən nailiyyətlər əldə etdi. Türkiyə və İranla ittifaq quran Putin indi SSRİ-nin ərəb və müsəlman dünyasında oynadığı rolu və statusu sürətlə geri qaytarır. Bu vəziyyətdə Rusiya ilə diplomatik və hərbi üsullarla qarşılaşa bilmədiklərinə görə ingilis hiyləsini işə salırlar.

Putinin Rusiyanın yeni nüvə silahlarını nümayişkaranə şəkildə sərgiləməsi Böyük Britaniyanı daha da qəzəbləndirdi. Nəticədə Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsi məsələsi ortaya çıxdı. Amma deyəsən köhnə Britaniya əvvəlki kimi işləyə bilmir. Ya da onun toxuduğu torlar əvvəlki kimi həyata keçmir. Yaxud Skripal məsələsini yetərincə hazırlaya bilməyiblər:

— Böyük Britaniyanın baş naziri Tereza Mey iddia edirdi ki, keçmiş agentin zəhərlənməsində istifadə olunan "Noviçok" qazı təkcə Rusiyada istehsal olunub, digər heç bir ölkədə bu silahın tədqiqatı aparılmayıb. Amma əsl həqiqətdə, etibarlı mənbələrin verdiyi məlumata görə Böyük Britaniya özü hərbi lobaratoriyalarında bu və bunun kimi silahları hazırlamaq imkanına malik olub. Bundan başqa, İsrail və ABŞ-da da anoloji tədqiqatların aparıla biləcəyi haqqında məlumatlar var. Digər tərəfdən cinayətkar elementlər, yaxud müxtəlif ölkələrin xüsusi xidmət orqanları Sovet İttifaqı dağıldıqdan sonra bu silahı qeyri-qanuni yolla əldə edib öz silah arsenallarına daxil edə bilərdi. Yəni baş nazirin ciddi şəkildə Rusiyanı bu kimyəvi silahın yaradıldığı ölkə kimi göstərməsi heç bir məntiqə sığmır;

Вид на Лондон - Sputnik Azərbaycan
RUSİYA
Rusiyaya qarşı diplomatik müharibə elan edən Britaniya yeni hədəfini göstərdi

— İnsidentin baş verdiyi tarix heç də Rusiya üçün əlverişli vaxt deyildi. Birincisi ona görə ki, Rusiyada prezident seçkilərinin qızğın vaxtı idi və başı seçkilərin keçirilməsinə qarışan Rusya hakim dairələri onlara ünvanlanan ittihamlara yetərli cavab verə bilməyəcəkdi. İkincisi, Rusiyanın onsuz da Qərblə yetərincə problemləri mövcuddur və ona tətbiq olunan sanksiyaların sayı durmadan artır. Putin növbəti dəfə dünya ictimaiyyətinin nəzərinə bu hadisə ilə düşmək istəməzdi;

— Hadisənin qurbanı Sergey Skripal Rusiya üçün ciddi təhlükə doğurmurdu. Əgər o, təhlükəli olsaydı, onu Qərbə təhvil verməzdilər. Digər tərəfdən, bundan sonra baş verə biləcək anoloji hadisələrdə heç kim Rusiyaya etibar etməzdi;

— Britaniyanın hadisə ilə əlaqədar Rusiya ilə əməkdaşlıq etməməsi, xüsusilə əldə olunan dəlillər və şahidlərin ifadələri ilə Rusiya tərəfini tanış etməməsi Mey hakimiyyətinin məkrli niyyətindən xəbər verir;

— Britaniya hakimiyyətinin çox sürətlə hadisənin Rusiya tərəfinə yönəltməsi, ətraflı təhqiqat aparmaq istəməməsi, dərhal rus diplomatlarını ölkədən çıxarması və rus mülklərinə əl qoyması haqqında bəyanatları hadisələrin əvvəlcədən hazırlanması şübhəsini meydana çıxarır.

Hadisədən Rusiya əleyhinə istifadə edilməsində təkcə Britaniyanın "günahkar" olduğunu söyləmək sadəlövhlük olardı. Hazırda ABŞ da Rusiyanın imicinin korlanmasında ciddi maraqlıdır. Xüsusən Tramp hakimiyyəti və Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Rusiyanın Amerikada keçirilən prezident seçkilərinə müdaxiləsini unutmuş deyillər.

Rusiyadakı prezident seçkiləri zamanı bundan gözəl fürsət ələ düşərdimi? Əlbəttə yox. Deməli, MKİ və Mİ6 bir araya gələrək Rusiyanın onun üzərinə atdığı ləkədən qurtula bilərdi.

Bu arada, Rusiyanın hazırlıq mərhələsində olan cavabı maraq doğurur.

Xəbər lenti
0