Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ağ Ev rəhbəri dünyaya yeni müharibə vəd edir

© AP Photo / Andrew HarnikВыступление президента США Дональда Трампа
Выступление президента США Дональда Трампа - Sputnik Azərbaycan
Abunə olmaq
Donald Trampı ancaq bu yol xilas edə bilər

BAKI, 19 dekabr — Sputnik. ABŞ prezidenti Donald Tramp ölkəsinin milli təhlükəsizlik strategiyasını açıqlayıb. Tramp öz sələflərini sərt tənqid edib və sabiq Amerika prezidentlərini dövlətin maraqlarına xəyanətdə suçlayıb.

İrana tətbiq edilən sanksiyalardan danışarkən, Tramp bildirib ki, İran terrorizmi dəstəklədiyinə görə cəzalandırılacaq. İŞİD-lə mübarizəyə toxunan Tramp vurğulayıb ki, terrorçuları sona qədər təqib edəcək.

Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Tramp miqrantları çox pis təhqir elədi

ABŞ prezidenti onu da bəyan edib ki, Şimali Koreyanın təcrid edilməsi siyasəti davam edəcək. "Bu rejim dünyanı təhdid edə bilməz"- deyən Tramp bu ölkə ilə yeni savaş anonsunu verib.

ABŞ prezidenti əsas hədəf kimi Rusiya və Çini göstərib: "Amerikanın təsirinə, dəyərlərinə meydan oxuyan əsas rəqiblərimiz olan Rusiya və Çin ilə qarşı-qarşıyayıq. Onlarla və digər ölkələrlə əməkdaşlığa çalışacağıq, lakin bizim üçün əsas olan Amerikanın milli maraqlarıdır".

Sabiq ABŞ prezidentlərinin iqitisadi siyasətini fəlakət adlandıran Tramp vurğulayıb: "Seçkilərdən sonra iki milyon yeni iş yeri yaratdıq, birjalar rekord səviyyədə yüksəldi, 22 qanuni məhdudlaşdırmanı aradan qaldırdıq, iqtisadiyyatda irəliləyişə nail olduq".

Ağ Ev rəhbəri milli təhlükəsizlik strategiyasının təməl hədəflərini belə sıralayıb: "Yeni strateji sənədimiz sərhədlərimizin təhlükəsizliyinə nail olmaqdır. İkinci əsas prinsip Amerikanın rifahını qorumaq və iqtisadiyyatı gücləndirməkdir. Strategiyamızın üçüncü əsas məqsədi sülhü güclə qorumaqdır".

Beləliklə, Tramp yenidən Rusiya və Çini əsas hədəf kimi göstərdi. Qüds qərarından sonra prezidentin aşağı düşən nüfuzu onu Rusiya ilə qarşıdurmaya sövq edir. Trampın reytinqi düşməkdə davam edir və hazırda o, impicment təhlükəsi ilə üz-üzədir. ABŞ prezidentinin öz çıxışında, əsasən, İran, Rusiya və Çini hədəf alması da dolayısıyla, yenə özünə qarşı impiçment prosedurundan qaynaqlanan təhlükə ilə izah edilə bilər.

© © KarikaturaHara baxsan, Trampı görürsən
Hara baxsan, Trampı görürsən - Sputnik Azərbaycan
Hara baxsan, Trampı görürsən

Xatırladaq ki, Barak Obamanın prezidentliyi dönəmində istər İran, istərsə də Rusiya ilə münasibətlər gərgin olsa da, siyasi dialoq daha aktual idi. Tramp isə "savaş baltaları"nı havaya qaldırır.

Donald Trampın tvitləri olan tualet kağızı - Sputnik Azərbaycan
ABŞ prezidentini hələ bu qədər alçaldan olmamışdı

Mövcud prezidentin isteriyası bir yandan onun öz reytinqini gücləndirməyə hesablanıbsa, o biri yandan respublikaçı çoxluq arasında nüfuzunu artırmaq niyyəti güdə bilər. Məqsəd aydındır. Sonuc etibarilə ona qarşı impiçment tərəfdarlarının sırasını seyrəltməyi düşünən Tramp ən populist bəyanatları səsləndirməkdən çəkinmir.

Ehtimal etmək olar ki, ABŞ Konqresinin gələn il baxacağı və böyük ehtimalla qəbul edəcəyi sənədlər sırasında Rusiyaya qarşı yeni sanksiyalar da yer alacaq. Bununla da Tramp daxili rəqiblərinin təzyiqindən aralıq müddətə yaxa qurtara biləcək.

Milyarder prezident ərəb ölkələrinə, Rusiyaya, İrana, Türkiyə və Rusiyaya qarşı savaş açırsa, ona müttəfiqlər də lazım olacaq. Trampın fikrincə, Vaşinqtonun Yaxın Şərqdə yeni geosiyasi sxeminin əsas oyunçusu Türkiyə deyil, İsrail olmalıdır. Əsas hədəf isə İrandır.

Güman ki, ABŞ İsrailin xeyrinə Suriya və digər bölgələrdə bir sıra əraziləri işğal da edə bilər. Tramp, eyni zamanda Qafqazı hədəf seçə bilər. Məsələn, Gürcüstan NATO-ya rəğbət bəsləyən bir ölkə kimi gələcəkdə istifadə edilə bilər. Belə perspektiv Tbilisini də hədəfə gətirir.

Əslində, Trampın yeni strategiyası Vaşinqtonun öz maraqlarına da zərbələr vura bilər. Məsələn, ABŞ-ın NATO üzvü olan Türkiyə ilə münasibətlərində PKK məsələsinə görə gərginlik yaşanır. Trampın gəlişi ilə bu münasibətlər az qala "soyuq savaş" həddinə yüksəlib. Trampın Türkiyəni hədəf alan açıqlamaları Ankara-Vaşinqton əlaqələrini daha da ağırlaşdıra bilər.

Sual yaranır ki, belə gedişlər onu impiçment aqibətindən xilas edəcəkmi? Vurğulamaq lazım gəlir ki, son rəy sorğuları ölkədə Trampdan narazıların sayının artdığını sübuta yetirir. Bu baxımdan, "xarici düşmən" axtarışı Trampı "impiçment qılıncı"ndan xilas etməyə qadir deyil, əksinə vəziyyətini daha da ağırlaşdırır. Deməli, onu ancaq yeni qanlı savaş xilas edə bilər…

Xəbər lenti
0