Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Müsəlman aləmini gözləyən nəhəng qarşıdurmada kimin tərəfində olmalı

© AP Photo / Hussein MallaSəudiyyə Ərəbistan
Səudiyyə Ərəbistan - Sputnik Azərbaycan
Abunə olmaq
Həm İran və Səudiyyə Ərəbistanı arasında baş verənlər, həm də ABŞ prezidentinin İranla bağlı atdığı addımlar Yaxın Şərqdə qarşıdakı dövrdə təzyiqin daha da yüksələcəyini göstərir

BAKI, 11 noyabr — Sputnik. Bu həftənin ən qaynar xəbərləri Səudiyyə Ərəbistanından gəldi. Vəliəhd Məhəmməd bin Salmanın rəhbərliyi altında Korrupsiya ilə mübarizə üzrə Ali Komitə nüfuzlu şəxslərin saxlanılması barədə göstəriş verdi. Onların arasında kral ailəsinin üzvləri, nazirlər, hərbçilər və sahibkarlar var.

Səudiyyə Ərəbistanında cərəyan edən proseslərdən sonra neft qiymətləri 2015-ci ilin iyulundan bəri ən yüksək həddinə çatıb. OPEC noyabrın sonunda Vyanada keçiriləcək görüşündə hasilat ixtisarı müddətinin uzadılması məsələsinə baxılacağını bildirib.

Səudiyyədə baş verənlər bütövlükdə ərəb ölkələrindəki proseslərə təsir göstərdi. Ekspertlər əmindirlər ki, Səudiyyə Ərəbistanında saray müharibəsi gedir. 11 şahzadənin həbs olunması və mülklərinin ələ keçirilməsi birinci vəliəhd Məhəmməd bin Səlmanın bütün rəqiblərinin sıradan çıxarılması deməkdir. Yeni kral bin Səlman olacaq. Bu prosesin nəticəsində qazanan tərəf isə ABŞ və İsrail olacaq. Səudiyyənin İranla qarşıdurması İsrailin marağındadır. Amerika isə maddi qazanc əldə edəcək. Səudiyyədə baş verənləri idarə edənlərdən biri də Birləşmiş Ərəb Əmirlikləridir (BƏƏ). Məhəmməd bin Salmanın məhz BƏƏ tərəfindən taxta çıxarılmağa hazırlandığı haqda informasiyalar var. Şahzadələrə qarşı son əməliyyat da bu prosesin sonuncu mərhələsi hesab olunur. Bütün bunlarla paralel, Səudiyyə Ərəbistanı və İran müharibəyə doğru gedir. Yəmən artıq bu ölkələrin dəstəklədiyi güclərin savaş meydanına çevrilib. 

Замок на тюремной двери, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Korrupsiya ittihamı ilə saxlanılanların sayı 200-ü keçdi

Bu yaxınlarda ABŞ prezidenti Donald Tramp İranı sülh üçün böyük təhlükə adlandırıb. O, öz seçki kampaniyasının gedişində Yəmən və Suriyanın İran tərəfindən zəbt olunacağı xəbərdarlığını etmişdi. ABŞ prezidenti səudiyyəlilərlə iri miqyaslı silah satışı müqaviləsi imzaladı və onların insan haqlarına qarşı törətdikləri cinayətləri qınamaqdan imtina etdi. Digər tərəfdən Suriyadakı müharibə Bəşər Əsədin tərəfini tutan Rusiya və İranı birləşdirdi. Həm İran və Səudiyyə Ərəbistanı arasında baş verənlər, həm də ABŞ prezidentinin İranla bağlı atdığı addımlar Yaxın Şərqdə qarşıdakı dövrdə təzyiqin daha da yüksələcəyini göstərir. Üstəlik, İraq və Suriyada böyük müharibənin başa çatması, həmçinin Səudiyyə Ərəbistanı daxilində baş verənlər Qərbin yeni gərginlik ocağı yaratmasını qaçılmaz edir. Gərginlik ocaqlarının Qərbin regiondakı müttəfiq dövlətlərinin daxilinə keçməsi yaxşı perspektiv vəd etmir. Bu səbəbdən də gərginlik ocağının İran üzərinə daşınması indiki mərhələdə ABŞ üçün vacibdir. Bu baxımdan, gərginliyin artacağını ehtimal edə bilərik. Əks təqdirdə, Səudiyyə daxilində baş verənlər, eləcə də İraq və Suriyada savaşın başa çatması prosesi körfəz ərəb dövlətləri üçün ciddi problemlərə səbəb ola bilər. İrana qarşı hərbi əməliyyatlar daha çox risk tələb etdiyi üçün Livan və yaxud Fələstin savaşa cəlb edilər bilər. Fələstində HƏMAS-Fəth cəbhəsində sülh əldə olunduğu üçün nəzərlər Livana dikilib. Yaxın Şərqdə İranın ən yaxın müttəfiqi Livandır. Hizbullah burada əsas güc sahibidir. Bu səbəbdən də hazırda həm İsrail, həm də Bəşər Əsəd əleyhinə cəbhənin əsas hədəfi Hizbullahdır. Livanda baş nazirin istefası siyasi böhrana çevrilmə yolunda ciddi bir addımdır. Həririnin istefası Livanda onsuz da kövrək olan sabitliyi daha da zəiflədəcək. Əgər bu ssenari effekt versə, o zaman yaxın aylarda Livanda daxili siyasi böhran və ardınca bu ölkəyə qarşı İsrail müdaxiləsi qaçılmaz olacaq. İsrail indi İranın regiondakı ən əsas gücünü Livanda məhv etməyə çalışır. Digər tərəfdən, İsrail məhz Hizbullah qarşısında uğursuzluğa düçar olub. Livana, yəni Hizbullaha qarşı növbəti müharibə İsrailin həm də qisas əməliyyatıdır. 

Xəzər dənizi - Sputnik Azərbaycan
TƏHLİL
Beş dövləti iki cəbhəyə ayıran düyün

Burada bir sual açıq qalır — Səudiyyə-İran savaşı açıq məzhəb savaşına keçərsə, bu, Azərbaycana nə vəd edir? İlk baxışdan, şiələr Azərbaycanda çoxluq təşkil edir. Lakin sual açıq qalır — Azərbaycanın rəğbəti kimədir? Tehran-Bakı münasibətlərində yaranan gərginlik fonunda Səudiyyə Ərəbistanı Azərbaycanın müttəfiqidir və Ermənistanla diplomatik münasibətləri yoxdur, İran isə İrəvanla sıx əməkdaşlıq edir. Lakin sağlam məntiq onu tələb edir ki, Azərbaycan Səudiyyə Ərəbistanı-İran gərginliyində neytral qalsın. Lakin bu məsələ o dərəcədə dərinləşməkdədir ki, Bakının proseslərə hansısa formada cəlb ediləcəyi istisna edilmir. Azərbaycanda etnik və yaxud dini qarşıdurmanın mümkünlüyü qaçılmaz olur. Mötədilliyin zəifliyi isə radikalizmə yol açır. Bu, dini və etnik qarşıdurma ilə sonuclana bilər. Problemlərin mövcudluğunda əsas etnosu günahkar bilmək, hakimiyyəti məhz dominant etnosun təmsilçiliyi kimi göstərmək milli zəmində qarşıdurma yaratmaq istəyən qrupların fəaliyyəti üçün tam şərait yaradır. Odur ki, Bakı belə qarşıdurmalardan uzaq dursa, daha məqbuldur. Lakin istənilən məzhəb savaşı Azərbaycana təsir etmək gücündədir. Bu baxımdan, Bakının mədəniyyətlərin qovuşduğu bir paytaxta çevrilməsi vəziyyətdən çıxış yollarından biri ola bilərdi…

Xəbər lenti
0