Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

ABŞ-ın Səudiyyə planı və rəsmi Bakının neytrallıq siyasəti

© AFP 2023 / MANDEL NGANDonald Tramp Səudiyyə Ərəbistanına səfəri zamanı, 21 may 2017-ci il
Donald Tramp Səudiyyə Ərəbistanına səfəri zamanı, 21 may 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
İstisna deyil ki, yaxın zamanlarda ABŞ Səudiyyə Ərəbistanını parçalamağa, yaxud indiki kral Salmanı cəhd edə bilər

BAKI, 8 noyabr — Sputnik. Dünyanın aparıcı mediasının diqqəti Səudiyyə Ərəbistanına yönəlib. Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanında şahzadə və ölkənin yüksək vəzifəli 8 məmurunu aparan helikopter qəzaya uğrayıb. Məlumata görə, helikopterdə olan Abha bölgəsinin əmir müavini şahzadə Mənsur bin Mukrin, Asir bölgəsinin əmir müavini Əmir bin Mansour Moqaran, əmir vəkili Salman əl Cərişi, əmirlik baş katibi Saleh bin Abdullah-əl Kadi, Asir bölgəsinin aqrar bölmə müdiri Fəhd əl Fərtiş, Asir bölgəsinin polis rəisi, mayor Saleh bin Süleyman əl Kərzai və digər məmurlardan ibarət qrupun hamısı qəza nəticəsində həyatlarını itiriblər.

Bəzi ekspertlər bunun qəza deyil, sui-qəsd olduğunu iddia edirlər. Xatırladaq ki, bir qədər əvvəl Səudiyyədə kralın atdığı addımlar “yumşaq dövlət çevrilişi” kimi dəyərləndirilirdi. Səudiyyə Ərəbistanını yeni dövrün mülayim nəhəng gücü halına gətirməyi hədəfləyən Məhəmməd ibn Salmanın atasının yerinə taxta keçəcəyi də gözlənilir. Hazırda Məhəmməd ibn Salman Səudiyyə Ərəbistanında ənənəvi idarəetmə sistemini məhv edir. Belə ki, gənc şahzadə kral ailəsində konsensusa getmək əvəzinə icraedici hakimiyyəti ələ keçirir. Onun hədəfi gənc səudiyyəlilər arasında populyar olub, yeni krallığı yaratmaq istəyənləri öz ətrafında səfərbər etməkdir. Məhəmməd həmçinin, ümid edir ki, dini elita da onun dəyişikliklərini dəstəkləyəcək. Məhəmməd ibn Salmanın ABŞ prezidenti Donald Tramp və onun yaxın ətrafının ciddi dəstəyindən istifadə etdiyi də bildirilir.

Səudiyyəli əsgərlər Yəmənlə sərhəddə, arxiv şəkli - Sputnik Azərbaycan
Səudiyyə Ərəbistanında "yumşaq" çevriliş: İzlər Amerika və Türkiyəyə aparır

Son zamanlar kral Salman korrupsiya ilə mübarizəyə dair qərar verərək hərəkətə keçib. Vəliəhd Muhamməd ibn Salmanın başında durduğu əməliyyat zamanı 11 şahzadə və 4 nazir rüşvət qalmaqalına görə həbs olunub. Baş verənlərdə “Amerika barmağı”nın olduğu da iddia edilir. Məsələ ondadır ki, neftin qiymətinin dünya bazarında aşağı düşməsi ABŞ maraqlarına cavab vermir. Hesablamalar onu deməyə əsas verir ki, neftin qiyməti 60 dollardan yuxarı olanda ABŞ-da neft hasilatı rentabelli olur. Bu baxımdan, neft bazarına nəzarət Vaşinqton üçün önəmlidir. Odur ki, neftin qiymətinə təsir edə biləcək amillər aradan qaldırılır.

Məsələn, İran neftinin dünya bazarına çıxması qiyməti aşağı sala bilər. Səudiyyə Ərəbistanı da neft bazarına birbaşa diktə edir. İstisna deyil ki, yaxın zamanlarda ABŞ Səudiyyə Ərəbistanını parçalamağa, yaxud indiki kral Salmanı dəyişməyə və yerinə onun oğlu Məhəmmədi keçirməyə də cəhd edə bilər. Vaşinqton Səudiyyə Ərəbistanının neft ixracında mövqeyini zəiflətmək üçün bu ölkənin 4-5 hissəyə parçalanmasını arzulayır.

Bir amilə də diqqət yetirmək lazım gəlir. Bölgənin digər mühüm oyunçusu olan İsrail Rusiyanın İrana C-300 raket sistemləri verilməsi qərarından narazı qalıb. İsrail üçün İranın zəifləməsi vacibdir. Səudiyyə Ərəbistanı, Misir və İordaniyanı da Tehranın güclənməsi narahat edir. Lakin İranın zəifləməsinin Səudiyyənin güclənməsi ilə nəticələnə biləcəyi də Vaşinqtonu qane etmir.

Vurğulayaq ki, hazırda ərəb dünyasının sünni və şiə kəsimlərə bölünməsi prosesi gedir. Bu şərtlərdə Türkiyə İslam dünyasının lideri ola bilər. Ən azı ona görə ki, Səudiyyə Ərəbistanı və İran bu rolu oynamaq iqtidarında deyil. ABŞ bundan narahat olur və Məhəmməd ibn Salmana dəstək verməklə Ankaraya qarşı güc formalaşdırır.

Nəzərə almaq lazımdır ki, Səudiyyə Ərəbistanının Şərq vilayətində şiələr yaşayırlar. Krallığın əsas neft hasilatı da, məhz bu vilayətin payına düşür. Vaşinqton Səudiyyə şiələrini Səud sülaləsinə qarşı qiyama qaldıra bilərsə, ölkənin parçalanması baş verə bilər. ABŞ-ın istəyi də elə budur. Ərəbistan yarımadasında Səudiyyə Ərəbistanı, Yəmən, Bəhreyn, İraq və regionun digər ölkələrində yaşayan şiələri, ələviləri birləşdirən 75 milyon əhalisi ola biləcək yeni bir dövlətin yaradılması ideyası da gündəmə gətirilir. Hazırda Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, BƏƏ, Misir, İordaniya, Bəhreyn, Mərakeş, Pakistan, Sudanın cəlb olunduğu beynəlxalq münaqişə gərginləşir. Vəziyyət irimiqyaslı sünni-şiə qarşıdurması və ardınca İranla digər ərəb ölkələrinin müharibəsinə səbəb ola bilər. İran tərəfdə İraq, Livan, Suriya şiələri çıxış edə bilər. Nəzərə alsaq ki, Bab-əl-Məndəb boğazı vasitəsilə Qırmızı dənizdən Hind okeanına il ərzində 20 min gəmi keçir, Yəməndəki müharibə qlobal nəqliyyat böhranı yarada bilər. Bu isə Səudiyyə Ərəbistanın neft ixracında mövqeyini daha da zəiflədə bilər.

Səudiyyə Ərəbistanında sosial-siyası və dini zəmində gərginliyin artması isə artıq qaçılmaz görünür. Yaxın Şərqdə baş verənlər ABŞ-ın neft maraqları uğrunda gedən savaşın tərkib hissəsinə bənzəyir. İslam dünyası bu oyunu pozmaq iqtidarında deyil.

Səudiyyə Ərəbistanı kralı Salman bin-Əbdüləziz - Sputnik Azərbaycan
Şahzadə kralın əmri ilə həbs olundu

Səudiyyə Ərəbistanında hansı proseslərin getdiyini  ehtimal etmək çətindir. Görünən odur ki, Səudiyyə Krallığı son zamanlar böyük hakimiyyət böhranı ilə üzləşib. Səudiyyə dünyanın ən zəngin ölkələrindən biridir və qeyri-sabit siyasi sistemi var. Bu siyasi sistem zəmanət vermir ki, ölkə sabit qalacaq. Bu baxımdan, indi hər kəs Səudiyyə Ərəbistanında nə baş verdiyini anlamağa çalışır. Proseslər sürətlə inkişaf edir — Yəmən Ər-Riyada ballistik raket zərbəsi endirməyə cəhd edir, 11 şahzadə və xeyli sayda bürokrat həbs edilir, 1 şahzadə digər heyət üzvləri ilə birlikdə helikopter qəzasına uğrayır. Hadisələrin səbəbi kral taxtına namizəd, şahzadə Məhəmməd bin Salmanın hakimiyyət hazırlığı göstərilir.  O, ölkəsini radikal dindən uzaqlaşdıracağını, mülayim islama keçəcəyini və krallığın neftdən asılılığını aradan qaldıracağını açıqlayır. Bir neçə gün sonra isə məlum hadisələr baş verir. Lakin Səudiyyədə baş verənlər ABŞ-ın "Yeni Yaxın Şərq” layihəsinə uyğun olaraq həyata keçirilməkdədir. Daha çox Rusiyanın "dənizlərə çıxışını” bağlamağa yönələn bu layihənin tam gerçəkləşməsi Səudiyyədəki proseslərdən daha çox "İran problemi”nin həllindən asılı olacaq. Əlbəttə ki, ABŞ istənilən ölkəni hərbi əməliyyatlar yolu ilə diz çökdürməyə qadirdir. Lakin burada söhbət yalnız hərbi əməliyyatlardan getmir. ABŞ işğal etdiyi ölkələrdə sosial, mədəni, siyasi spektrləri tam ələ keçirir. Bölgənin tamamilə ələ keçirilməsi siyasətinə yalnız İran mane olur. Ancaq ABŞ İranı tamamilə işğal edə bilməkdən ötrü kifayət qədər resursa və gücə malik deyil. Bununla bağlı iri koalisiyalar yaratmaq da mümkün deyil.

ABŞ-ın İranla savaş səviyyəsində olması Şimali Azərbaycanı əsas oyunçulardan birinə çevirə bilərdi.  ABŞ İran təhlükəsinə qarşı Azərbaycan, Orta Asiya, Əfqanıstanı nəzarətə götürməyə cəhd edir. Azərbaycan öz hava limanlarını NATO-ya təqdim etməli olardısa, bu artıq ABŞ üçün Türkmənistana doğru bir addım olardı. Bakı isə belə riskə getmək istəmir.

Onu da vurğulayaq ki, Səudiyyə Ərəbistanı və onun bölgədəki müttəfiqləri “İran böhranı”ndan mənfəət götürməyə tələsdikləri üçün xeyli səhvlərə yol verdilər. İran isə daha çevik siyasət yürütməklə mühüm nəticə əldə etdi. Burada daha çox Bakının maraqlarının necə olacağı düşündürücüdür. Azərbaycan "ayaq altında” qalmamaq üçün özünün  xarici siyasəti barədə ciddi düşünməlidir. Amerika hazırkı qlobal siyasətini yürüdən zaman kiçik dövlətlərin maraqlarını nəzərə almayacaq. Bakı balans siyasətinə üstünlük verməlidir. Bakı-Tiflis-Qars layihəsinin işə düşməsi, Bakı-Tehran-Moskva üçbucağının formalaşdırılması Azərbaycan diplomatiyasının neytrallığından xəbər verir. Bakı savaşlardan uzaq qalmaq niyyətindədir və bu, anlaşılandır…

Xəbər lenti
0