Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Almaniya Türkiyədən nə istəyir?

© AFP 2023 / ODD ANDERSENAlmaniya və türkiyə bayraqları
Almaniya və türkiyə bayraqları - Sputnik Azərbaycan
Abunə olmaq
Müsəlman ölkələrin heç birini ciddiyə almayan alman telekanallarının, mövzu Türkiyə olanda hər saat başı mənfi xəbər vermək üstündə yarışa girmələri normal deyil

Sentyabrın 24-də Almaniyada keçiriləcək parlament seçkiləri öncəsi siyasi partiyalar öz təbliğat proqramlarını anti-Türkiyə və anti-Ərdoğan kursu üzərinə qurub. Onsuz da indiyədək keçirilən bütün seçkilərdə partiyalar türklərdən alət kimi istifadə ediblər. Türkləri və müsəlmanları həzm eləmədiklərini uyğun zamanda dilə gətiriblər. Və bu üslubdan istifadə edərək almanların dünya görüşündə bir fikir formalaşdırıblar.

Almaniyanın iki ən böyük partiyasının lideri ölkənin ən çox izlənilən 4 telekanalında canlı yayıma çıxdılar. Bir tərəfdə Xristian Demokrat Birlik Partiyası (CDU) lideri, hazırkı kansler Angela Merkel, o biri tərəfdə Sosial Demokrat Partiyasının (SPD) rəhbəri Martin Şulz. Bu adamlar Almaniyanın daxili problemlərindən daha çox Türkiyə və Ərdoğanı müzakirə etdilər, hədəf ancaq Türkiyə idi. Hər iki lider Avropa İttifaqının Ankara ilə münasibətləri dondurmasının tərəfdarı olduğunu söylədi. 

Ben Cardin - Sputnik Azərbaycan
Amerikalı senator Trampdan Türkiyəni cəzalandırmasını istəyib

Almaniya və Türkiyə arasında etimad problemi var. Bu səbəblə, hətta Türkiyə Aİ-yə üzv olsa belə, ittifaq daxilində siyasi istiqrarı qoruya bilməmək təhlükəsi var. Həmçinin, müsəlman Türkiyə ilə xristian Avropa arasında dərin mədəniyyət fərqi olduğu düşüncəsi bütün qitədə hakimdir. Türkiyənin qeyri-sabit bölgədə yerləşməsi də Avropanı narahat edən digər məsələdir. Bu da İttifaqın xarici siyasət strategiyasında ciddi problemlər yarada bilər.

Müsəlman ölkələrin heç birini ciddiyə almayan Alman telekanallarının, mövzu Türkiyə olanda hər saat başı mənfi xəbər vermək üstündə yarışa girmələri heç də normal deyil. Türkiyə ilə Almaniya arasında xarici ticarətin həcmi 40 milyard dollardan çoxdur. Ancaq bu cür böyük məbləğli qarşılıqlı ticarətə, Almaniya tərəfinin laqeyd yanaşdığını görürük. PKK terrorçularına pulsuz silah paylayan Almaniyanın, "Rheinmetall" firmasının Türkiyəyə tank müdafiə sistemləri satmasına maneə törətməsi, hətta Ankaranın yüngül silah-sursat sifarişini geri çevirməsi, ixraca icazə verməməsi bir daha göstərir ki, rəsmi Berlin Türkiyənin strateji dəyərini yetərincə qavramayıb.

Prezident Ərdoğanın Türkiyə Cümhuriyyəti rəhbəri olmasını, onun apardığı siyasəti öz maraqlarına mane olaraq görən Almaniya çox riskli və yanlış yoldadır.

Almaniya, Türkiyəni zəiflətmək və bölüşdürmək üçün sürətli bir strategiya üzərində çalışır. Məlumdur ki, Türkiyənin düşmənlərinə verilən siyasi dəstək açıq və ya gizli silah satışları ilə dəstəklənir. 

Avropa Komissiyasının sədri Jan-Klod Yunker İttifaqın plenar iclasındakı çıxışı zamanı, Strasburq, 13 sentyabr 2017-ci il - Sputnik Azərbaycan
Avropa İttifaqından daha bir sərsəm açıqlama

FETO və PKK terror təşkilatlarının Almaniyadakı fəaliyyətlərinə səssiz qalan və onları müdafiə edən Berlin hökumətinin Türkiyəyə qarşı apardığı siyasətin insan haqq və hüquqları ilə heç bir əlaqəsi yoxdur.

Türkiyəyə qarşı düşmənçilik siyasəti təkcə Almaniyanı yox, bütün Avropa qitəsini təhdid edir. Türkiyə parçalanar və ya bölünürsə, Avropanın təhlükəsizliyi sual altına düşəcək.

Bütün dünya bilir ki, bölgədəki sabitliyi və qlobal güc balansını qorumaq Türkiyəsiz mümkün deyil.

Xəbər lenti
0