Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

On altı il sonra bu gün: "İslam qorxusu" ssenarisi yenidən işə düşür

© AFP 2023 / STAN HONDAТеракты 11 сентября 2001 в США
Теракты 11 сентября 2001 в США - Sputnik Azərbaycan
Abunə olmaq
Dünya düzənini dəyişən 11 sentyabr terror aktı ABŞ-a gözlədiyi dividendləri qazandıra bildimi?

BAKI, 12 sentyabr — Sputnik. Düz 16 il öncə yeni tarix başladı. 12 sentyabr 2001-ci ildə dünyada yeni tarixin əsası qoyuldu. 11 sentyabr 2001-ci ildə Nyu-Yorkun məşhur "Əkiz göydələnləri"nin, həmçinin Vaşinqtonda Pentaqonun binasının terrorçuların hücumuna məruz qalması ilə dünyada yeni proseslər cərəyan etməyə başladı.

11 sentyabr terror aktı - Sputnik Azərbaycan
Dünya 11 sentyabrdan sonra: avropalılar bədbin, amerikalılar məmnundur

Dünya siyasətində köklü dəyişikliklərə səbəb olan tarixi hadisələr 16 il öncə baş verənlərə yenidən nəzər yetirməyi zəruri edir. Lakin hələ də baş verən hadisələrin əsl qiymətini birmənalı şəkildə vermək mümkün olmayıb. 11 sentyabr olaylarını təhlil edən ekspertlərin əksəriyyəti bu qənaətdədir ki, terror aktı ABŞ xüsusi xidmət orqanlarının razılığı və təhriki ilə həyata keçirilib.

Daha bir məqama da diqqət yetirək ki, terrorda rəsmi şəkildə adı hallandırılan "əl-Qaidə" ötən əsrin 80-ci illərində ABŞ tərəfindən hər cür yardım alan bir təşkilat kimi tanınıb. Sovet qoşunları Əfqanıstandan çıxarılana qədər "əl-Qaidə" ABŞ-ın SSRİ-yə qarşı müharibədə əsas müttəfiqi olub və bu günə qədər bu təşkilatın rəhbərliyi ABŞ kəşfiyyatı ilə sıx bağlı simalar kimi tanınır.

11 sentyabra qiymət verərkən, ənənəvi olaraq, "bu terror aktı kimə sərf edirdi" sualına cavab tapmaq lazım gəlir. Vurğulayaq ki, məhz bu terror aktından sonra ABŞ Əfqanıstan və İraqa qoşun yeritdi. Məhz adıçəkilən terror aktı "Amerikanın müdafiəsinin yeni planı konsepsiyası"nın yaradılmasını zəruri etdi və 11 sentyabr 2001-ci ildən sonra ABŞ tamamilə yeni xarici siyasətə üstünlük verdi. O cümlədən ABŞ-ın daxili siyasətində də köklü dəyişikliklər baş verdi. Qəbul olunan "Vətənpərvərlik aktı" demokratiyadan nisbətən daha sərt idarəçiliyə keçidin əsasını qoydu.

İndi belə bir suala cavab tapmağa çalışaq: adıçəkilən terror aktı ABŞ-a gözlədiyi dividentləri qazandıra bildimi? Öncə onu vurğulayaq ki, 11 sentyabrdan sonra həyata keçirilən diplomatiya Vaşinqtona çoxsaylı düşmən qazandırdı. Bunun acınacaqlı fəsadlara yol açmasının qarşısını ala bilməkdən ötrü Vaşinqton müttəfiqlərini daha sərt formada nəzarətə götürdü.

"Vətənpərvərlik aktı" ilə isə ABŞ öz vətəndaşlarının demokratik fəaliyyətini xeyli dərəcədə zəiflədə bildi. İraqa və Əfqanıstana qoşun yeritməklə Vaşinqton geosiyasi uğur əldə etməyə cəhd elədi və bununla da əsas rəqibi olan Çini və Rusiyanı sıxışdırmağa cəhd göstərdi. Əfqanıstanın nəzarətə götürülməsi Çin, Rusiya, Hindistan və Yaxın Şərqə nəzarətə imkan verirdi. Ən əsası isə İrana yaxın olmaq məqsədinə xidmət edirdi.

ABŞ-da 11 sentyabr terror aktı - Sputnik Azərbaycan
Türkiyədə ikinci "11 Sentyabr" həyacanı

Yeni müharibələr ABŞ iqtisadiyyatına da ağır zərbələr vurdu. Əfqanıstandakı müharibəyə 3,2 milyard, İraqdakı müharibəyə isə 4 milyard dollar xərcləyən ABŞ, minlərlə vətəndaşının həlak olması ilə sonuclanan hərbi əməliyyatlarla özünü tələyə salmış oldu. Bu isə ölkə daxilində də ciddi narazılıqlara səbəb oldu.

Prezident Buş anti-islamçı kimi də məşhur idi. Bir faktı xatırlatmaq yerinə düşər. Araşdırmalar göstərir ki, 2000-ci ildə Amerikada 28 anti-islam tədbirləri baş verib. Sonrakı ildə bu rəqəm xeyli dərəcədə artıb. 11 sentyabr hadisəsindən 2 il sonra isə Amerikadakı anti-islam aksiyalarının sayı 149-a çatıbmış.

11 sentyabr hadisəsindən sonra Yaxın Şərqə girmək üçün bəhanə qazanan Buşun əli-qolu açılmışdı. Dəhşətli terror hadisəsi 3 min günahsız insanın ölümünə səbəb olmuşdu. Əlbəttə, bu da sadə amerikalıda İslam dininə nifrət yaratmağa bəs etmişdi. Nəticədə, əhalinin çoxu Buşun "səlib yürüşü" siyasətini dəstəklədi.

11 sentyabr hadisələrindən sonra ABŞ ərəb ölkələrinə hücum etməyə bəhanə tapa bildi. Yaxın Şərq geosiyasi baxımdan mühüm bölgə idi. Ona görə də hədəf kimi Suriya, İraq seçildi. ABŞ 7 oktyabr 2001-ci ildə Əfqanıstana havadan hücum etdi. Əfqanıstanda özünü möhkəmlədəndən sonra ABŞ, 20 mart 2003-cü ildə İraqa hücum etdi. Daha sonra Suriya hədəfə gəldi.

Zaman göstərdi ki, Buşu Yaxın Şərqə aparan ən mühüm amillərdən biri neft amili idi. İraqa daxil olan Amerika başda olmaqla, anti-İraq koalisiyasının silahlı birləşmələri bu ölkənin suverenliyini pozdu. Sonra zəncirvarı reaksiyalar oldu və ABŞ Yaxın Şərqi tam nəzarətinə almağa səy göstərdi.

Bu gün Buşun siyasətini davam etdirən prezident Tramp İranı hədəf seçib. Yenə də "islam qorxusu" ssenarisi işə düşür. Tramp dünyanı yeni 11 sentyabrla qorxudur və əslində hədəf İran və digər müsəlman ölkələridir…

Xəbər lenti
0