Михаил Саакашвили, глава Одесской областной государственной администрации

Slavyanların "İkinci Stalin" xofu, yaxud Saakaşvili kimdir?

2537
(Yenilənib 20:06 27.07.2017)
Ona münasibətdə orta xətt yoxdur: ya sevir, ya da nifrət edirlər

BAKI, 28 iyul — Sputnik. "Mən 13 ilə yaxındır ki, Ukraynanın siyasi həyatında iştirak edirəm. Ukrayna vətəndaşıyam. Heç kim məni vətəndaşlıqdan məhrum edə bilməyəcək".

Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili özünün "Facebook" səhifəsində bu sözləri yazıb. "Ölkədə olmadığımdan istifadə edib, məni qaçqın statusu almağa vadar etmək istəyirlər. Bu, baş tutmayacaq" — Saakaşvili qeyd edib.

Eks-qubernator, qanunda nəzərdə tutulan imkanlardan istifadə edərək Ukraynaya geri qayıdacağını deyib: "Dövlət başçısı Poroşenko qərarı xəlvətcə, mən Amerikada olarkən qəbul edib. Mən Ali Radada oturan deputatlardan daha çox ukraynalıyam. Mən bu ölkəni səmimi qəlbdən sevirəm və mübarizəmi davam etdirəcəyəm".

Qeyd edək ki, dünən Ukrayna prezidenti Pyotr Poroşenko M. Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı fərman imzalayıb. Məlumata əsasən, Saakaşvili Ukrayna vətəndaşlığını alan zaman sənədləri doldurarkən Ukrayna və onun hüdudlarında istintaq altında olmadığını qeyd edib, lakin o zaman Gürcüstan ərazisində onun qiyabi həbsinə qərar verilibmiş.

Əslində, səbəb bəllidir. Mixail Saakaşvili Kiyevdə əyləşən siyasətçilər üçün təhlükə və baş ağrısı idi. "İkinci Stalin"in slavyan ölkəsinin rəhbəri olmaq arzusunu elə beşikdəcə boğmaq lazım idi.

Beləliklə, Saakaşvili yenidən dünya mətbuatının diqqətindədir. Kimdir Saakaşvili? Onun qısa zamanda Gürcüstanda bir çox sosial problemləri həll etməsi, korrupsiyanın kökünü kəsməsi, struktur islahatları aparması Mixaili milyonlara sevdirdi. Lakin onun təzədən Gürcüstanda hakimiyyət başına qayıtması bir qədər problemli görünür. Çünki Saakaşvili Gürcüstanda böyük islahatlar aparan şəxs olmaqla yanaşı, Osetiyanı və Abxaziyanı itirən rəhbər kimi də tarixə düşüb. Bu baxımdan ölkədə onun əleyhinə işlənəcək ciddi arqumentlər var.

Mixail Saakaşvili
© AP Photo / Sergei Chuzavkov

Eyni zamanda, Saakaşvilinin Gürcüstanda hakimiyyətə qayıtması Rusiya ilə yenidən qarşıdurmaya gətirib çıxara bilər. Saakaşvili Tiflisə qayıdarsa, Gürcüstanda hansı gərginliklər yaşanacaq, vətəndaş qarşıdurması olacaqmı, bunu demək çətindir.

Əslində, Mixail Saakaşvili dövrünün bitməsi də Moskva – Tiflis münasibətlərini keçmişdəki kimi "isti məcraya" qaytara bilmədi. Əksinə, Ukraynada baş verənlər onu deməyə əsas verir ki, Qərb MDB məkanına növbəti dəfə təsir etmək istəyir. ABŞ politoloqu Zbiqnev Bzejinski yeni ideyalarla çıxış edir və açıq şəkildə bəyan edir ki, Ukrayna, Gürcüstan və Qırğızıstan üzərində nəzarət Rusiyaya qarşı sanitar dəhlizi rolunu oynaya bilər.

Qərbin Gürcüstanda həyata keçirdiyi "Saakaşvili layihəsi" uğurlu oldu. Qısa bir müddət ərzində ölkədəki korrupsiyaya son qoyan Saakaşvili, işsizlik problemini həll etməklə yanaşı, dövlətin uzun illərdən əhaliyə olan əməkhaqqı borclarını ödəyə bildi. Bir sözlə, Saakaşvili bir örnək idi. Qərblə inteqrasiyanın üstünlüklərini MDB məkanına göstərmək üçün həyata keçirilən bir layihə idi. Lakin Cənubi Osetiya üzərində nəzarəti bərpa etməkdə Saakaşvili Vaşinqtondan dəstək ala bilmədi və bu layihə iflasa uğradı.

Mixail Saakaşvili təzadlı simadır. Demokratiya uğrunda mübarizə aparan Mişa, öz əhatəsindəki insanların fikirlərini qəbul etmir, ona qarşı səslənən istənilən tənqidi inkar edir, bunu qəzəblə qarşılayır. Onun üçün yalnız bir həqiqət var, o da onun öz şəxsi fikridir. Saakaşvili münaqişə yaradan, dalaşqan, tez özündən çıxan bir insandır. Bu emosionallıq Abxaziya və Cənubi Osetiyanın tam itirilməsinin səbəblərindən biri oldu.

Əslində, onun karyerası sürətli olub. Siyasi fəaliyyətinə 1995-ci ildə başlayan Saakaşvili, Gürcüstan parlamentinin deputatı seçilib. 2000-ci ildə ədliyyə naziri vəzifəsinə təyin edilib. Sonra Tiflis meri seçilib. 2003-cü ildə Gürcüstan prezidenti seçilib.

7 avqust 2008-ci ildə Pekin Olimpiadiasının açılışı ilə bağlı şənlik hazırlıqları əsnasında, rəsmi Tiflis Cənubi Osetiya torpaqlarının güc yolu ilə özünə birləşdirməyə başlamışdı. Tanınmayan Osetiyada separatçı rejimi ləğv etdikdən sonra Mixail Abxaziyaya girməyi düşünürdü. Lakin Qərb onu bu savaşda onu tək buraxdı və Mixail məğlub oldu.

Onun prezident seçilməsi də maraqlı olmuşdu. 2003-cü ilin noyabr ayında uzun sürən küçə etirazlarından sonra Saakaşvili bir qrup tərəfdarı ilə Gürcüstan parlamentinin binasına daxil olaraq, özünü itirmiş Eduard Şevardnadzeni iclas zalını tərk etməyə məcbur edərək, qəhrəmana çevrilmişdi. Qalanı sırf texnologiya idi. Şevardnadze tribunadan elə tələsik qaçdı ki, Mixail onun kürsüsünə atılaraq, Eduardın çayını bir nəfəsə başına çəkdi və beləliklə də, Gürcüstanda yeni eranın başlandığını nümayiş etdirdi.

Siyasətdə populizm də vacibdir və "Amerika uşağı" olan Mixail bunu bilirdi. Saakaşvili yeni salınan yollar və tikilən binalar ilə fəxr edirdi. O, yeni obyektlərin açılış mərasimində iştirak etməyi xoşlayırdı. Saakaşvili bir sıra memarlıq yeniliklərinin təşəbbüskarı olmuşdu. Demokrat prezident çoxsaylı tərəfdarları ilə küçələrdə görüşməyi sevirdi.

Lakin çoxları hesab edir ki, Saakaşvili dövründə Gürcüstanda demokratiya və şəffaflıq elə yeni bina fasadları və polis ofislərindən kənara çıxmayıb. Saakaşvili Gürcüstanın turist potensialını tez-tez reklam etdirməyə həvəs göstərirdi. Dövlət başçısı televiziya ekranlarında gah Svanetiya dağlarını xizəkçi qiyafəsində, gah da Qara dəniz sahilini üzgüçü tumanında reklam etdirirdi. Ənənələrə qiymət verilən Gürcüstanda isə, belə hərəkət heç də hamının ürəyincə deyildi. Sadəcə, Qərb texnoloqları belə istəyirdilər və Mixail belə geyinirdi.

Cinayətkarlıqla mübarizədə Saakaşvilinin siyasəti birmənalı olmayıb. Onun oğru qanunlarına nifrəti həbsxanaların dolması ilə nəticələndi. Elə buna görə də Saakaşvi islah müəssisələrində vəziyyətin ağırlaşmasına görə tənqid olundu. Onu elə Qərbin özü tənqid edirdi.

Yaraşıqlı Mişa həm də "şorgöz kişi" kimi tanınırdı. Məşhur rusiyalı massajist qadın, jurnalistlərin əhatəsində çəkdirdiyi şəkillər də belə söz-söhbətlərə əsas verirdi. Mixailin tez-tez qadınlarla publika qarşısında görünməsi onun arvadbaz imicini gücləndirirdi. Yerli mediada deyilirdi ki, prezident özünü gözəl qadınlarla əhatə etməyə çalışır, o cümlədən, hökümətdə də. Çünki Saakaşvilinin prezidentliyi dövründə hökümətdə nazir kürsüsündə gözəl qadınların oturması heç də təəcüblü deyildi.

Saakaşvili xarici səfərlərdə olarkən tərəfdarları onun xarici dildə sərbəst danışmasından qürür duyduqları halda, çoxları prezidentin büdcə vəsaitlərini şəxsi məqsəd və əyləncəyə xərclədiyini qeyd edirdilər. "İmedi" telekanalı Şaakaşvilinin 2009 və 2011-ci illərdə Nyu Yorkda 11 min avro büdcə pulunu kosmetik əməliyyatlara və botoks inyeksiyalarına sərf etdiyini bəyan etmişdi. Saakaşvili həmin iradları rədd edərək, edilmiş xərclərin Gürcüstanın təbliği və ölkəyə invastisiyaların cəlb edilməsi ehtiyacı ilə bağlı olduğunu vurğulamışdı.

Mixail Saakaşvilinin Gürcüstanın tarixində hansı iz buraxacağını zaman göstərəcək. Onun 10 illik hakimiyyətindən sonra Gürcüstanda elə adam yoxdur ki, Mixail Saakaşviliyə münasibət barədə suala neytral bir cavab versin. Onu ya sevir, ya da nifrət edirlər.

Buna baxmayaraq, qadın düşgünü, əsəbi və dalaşqan Mixail Saakaşvili, Şevernadzenin zamanında diz çökən, oğruların meydan suladığı ölkəni bölgənin aparıcı oyunçusuna çevirə bildi. Buna görə ona ancaq təşəkkür düşür. Gürcülər isə təşəkkür etməyi o qədər də sevmirlər. Dağlarda yaşamaq insanları ifrat qürurlu edir. Hər halda, Gürcüstan Avropa deyil. Dağların öz qanunları var və Mişa bunu bilməmiş deyildi…

2537
Teqlər:
Gürücstan, qubernator, Tiflis, Mixail Saakaşvili, Qərb, Ukrayna, Moskva, Amerika, ABŞ, prezident
Əlaqədar
Putin yenidən Saakaşvilini ələ saldı
Mixail Saakaşvili istefa verdi
Mixail Saakaşvili: "İndi Azərbaycan bizim haqqımızda nə düşünməlidir?"
"SOCAR Georgia"nın səhmlərinin 49%-i Mixali Saakaşvilinin xanımına məxsusdur?
Mixail Saakaşvili Ukraynanın hərbi sirrlərini yaydı
Arsen Avakov Mixael Saakaşvilini məhkəməyə verib
Putin: Saakaşvilinin orada işləməsi Ukrayna xalqının üzünə tüpürməkdir
Təbii qaz

2020-ci il olduğu kimi: qaz qiymətlərini qasırğalar ekstremist qruplar təyin edir

4
(Yenilənib 19:07 21.09.2020)
Təbii qaz və xüsusilə də MTQ çox perspektivli yanacaq olaraq qalır. Lakin yüksək rəqabətli bazarda tələbat yalnız kifayət qədər aşağı qiymətlər sayəsində artacaq.

BAKI, 21 sentyabr — Sputnik, Aleksandr Sobko. Qaz bazarı tədricən bərpa olunur: Avropada və Asiya-Sakit Okean Regionunda qazın birja qiymətləri min kubmetrə görə müvafiq olaraq 130 və 150 dollar təşkil edir.

Qiymət artımının səbəbləri həm tələb, həm də təkliflə bağlıdır. Cari ilin səkkiz ayı ərzində maye təbii qazın (MTQ) ümumi idxalı cəmi 1,3 faiz olsa da, bir il əvvəlki dövrlə müqayisədə daha yüksək olub. Hindistan və Çin iyulda və avqustda MTQ idxalının kəskin artırıb.

Sadə hesablama etsək, hazırda maye təbii qaza olan qlobal tələbat ötən ilin səviyyəsindədir, boru kəməri qazına olan tələbat isə aşağıdır. Bu, Rusiyanın Avropaya ixracından da görünür. Çin də Orta Asiyadan qaz idxalını aşağı salıb. Bu arada MTQ bazarında istehsal artıb, çünki, tikilməkdə olan zavodlar artıq işə salınıb (əsasən, ABŞ-da).

Əsasən təkliflə bağlı problemlər qiymətləri sabitləşdirməyə kömək edir: Avstraliyadakı "Prelude" üzən maye təbii qaz platforması hələ də işləmir (texniki problemlərə görə). Elə Avstraliyanın özündə "Gorgon LNG" layihəsinin xətlərindən biri dayandırılıb.

Kotirovkaların bərpası hələ ki sabit görünmür, amma bəzi proqnozlara görə, istilik mövsümündə Asiyada spot qiymətləri min kubmetrə görə hətta 200 dollardan artıq ola bilər. Bu rəqəmlər bütün istehsalçılar üçün uzunmüddətli münasib qiymətlərə uyğundur. Doğrudur, bir əmma var: belə bir qiymət səviyyəsi yalnız qış üçün deyil, orta illik olmalıdır.

Amma il mürəkkəbdir, atipikdir, ona görə də uzunmüddətli perspektivlər çıxarmaq olmaz. Hamını perspektivlər maraqlandırır. Ən maraqlısı isə bundan ibarətdir ki, iyirmi il ərzində ilk dəfə olaraq yeni MTQ zavodlarının tikintisi ilə bağlı heç bir yeni sərmayə qoyuluşu qərarı qəbul edilməyib. Bu ilin yekununa dair proqnozlara görə, maksimum iki sərmayə qərarı qəbul ediləcək. Xatırladaq ki, ötən il rekord sayda sərmayə qərarı qəbul edilib – bu isə öz növbəsində üçillik sakitlikdən sonra baş verib.

Bu, niyə belə olur? Cavab sadə və aydındır: bütün neft-qaz şirkətlərinin gəlirlərində çox itkilər olub, ona görə də öz sərmayə proqramlarını ixtisar edirlər. Cavabın bir hissəsi də MTQ bazarının son illərdə paradoksal şəkildə inkişaf etməsindədir. Bir tərəfdən biz qazın cari dövrdə həddən artıq çox olduğunu, eləcə də gələcəkdə kəskin rəqabəti (Qətər, ABŞ, Rusiya, Şərqi Afrika arasında) görürük. Bunların heç biri qiymətləri artırmır və yeni layihələrə sərmayə qoymaq üçün bazara kifayət qədər siqnal göndərmir. Eyni zamanda, bazar perspektivli hesab olunur (qaza tələbat həmişə, hətta "yaşıl senarilərdə" belə artacaq).

Bazarın inkişaf lokomotivlərindən biri də neftdən uzaqlaşıb perspektivli maye təbii qaza keçməyə başlamış transmilli neft-qaz şirkətlərinin iştirakı olub. Neftin bahalı olduğu vaxtlarda neft-qaz şirkətləri ümumi gəlir zənbilindən perspektivli maye qaza yatırımlar edə bilirdilər. Neft kotirovkalarının düşməsindən sonra isə bu, transmilli neft-qaz şirkətlərini maraqlandırmır. Üstəlik, onlardan bəziləri əsəbiləşir və investisiya planlarının kəskin "yaşıllaşmasını" elan edirlər. Öz növbəsində, neftə sadiq qalmaq istəyən neft nəhənglərinin də vəziyyəti ağırdır. Bu, çətin maddi vəziyyətdə olan "ExxonMobil" şirkətinin timsalında da görünür.

Bu şirkətin planlarında iki əsas MTQ layihəsi – ABŞ-da "Golden Pass LNG" ("Qatar Petroleum" ilə birlikdə) və Mozambikdə "Rovuma LNG" var idi. Hər ikisi indi təxirə salınıb – Amerikadakı zavod ən azı bir il, Mozambikdəki zavod isə 2023-cü ilə qədər. Papua-Yeni Qvineyada fəaliyyət göstərən MTQ zavodunu genişləndirmək planlarını da ən yaxşı vaxtlara saxlayıblar.

Amerikanın digər zavodları da, təbii ki, yeni qərarlar qəbul etməyə tələsmir. Şərqi Afrikada isə bütövlükdə durğunluq əmələ gəlib. Xatırladaq ki, bu bölgənin (Mozambik, Tanzaniya) şelfi yeni perspektivli mədən mərkəzlərindən biri kimi qəbul edilir. "ExxonMobil" layihəsinin təxirə salındığı haqqında artıq məlumat verilib. "Mozambique LNG" ("Total" şirkətinin nəzarəti altında) zavoduna isə regionda fəaliyyət göstərən ekstremist qruplar mütəmadi olaraq maneə yaradır ki, bu da onun vaxtında tikintisi məsələsini sual altına qoyur. Tanzaniyada zavod planları haqqında isə son zamanlar ümumiyyətlə xatırlamırlar.

Bütün bunlardan belə bir nəticə çıxarmaq olar: ortamüddətli perspektivdə təklifin azalmasını görəcəyik. Belə olardı – Qətərin bir neçə yeni zavod üzrə planları olmasaydı. Sərmayə qoyuluşu barədə hələ ki rəsmi qərar yoxdur, lakin ilkin işlər fəal şəkildə aparılır.

Nəhayət, qeyri-müəyyənliklər yaradan daha bir amil: qiymətləndirmə mexanizmləri. Spot bazarının inkişafına baxmayaraq, son vaxtlara qədər MTQ qiymətinin neftin qiymətinə bağlılığı MTQ istehsalçılarına xərcləri qarşılamaq imkanını verirdi. Bununla yanaşı, neftin bahalığı və MTQ bazarında artan rəqabət fonunda son illər yeni müqavilələrdə bu bağlılıq əmsalı tədricən aşağı düşüb. İndi neft ucuzlaşıb, alıcıların isə köhnə, yüksək əmsallara qayıtmaq istəyəcəkləri inandırıcı deyil. Alıcıları spot qiymətləri ilə qaz daha çox maraqlandırır, üstəlik, Qətərin uzunmüddətli müqavilələrinin tədricən bitməsi ilə bu ölkənin maye qazı birjaya daxil olacaq.

Onu da xatırladaq ki, inkişaf etməkdə olan Asiya-Sakit Okean Regionu ölkələri qazın böyük həcmlərini "həzm etməyə" qadirdirlər – lakin yalnız aşağı qiymətlərdə, min kubmetrə maksimum 200 dollar səviyyəsində olan qazı.

Bütün bu amillər bazarda qeyri-müəyyənliyə və bəzi paradoksal inkişafa gətirib çıxarır. Ümumiyyətlə təbii qaz və xüsusilə də MTQ çox perspektivli yanacaq olaraq qalır. Lakin yüksək rəqabətli bazarda tələbat yalnız kifayət qədər aşağı qiymətlər sayəsində artacaq.

4
Koronavirus testi, arxiv şəkli

Sevindirici xəbər: Azərbaycanda COVID-19-a yoluxanların sayı yenidən ikirəqəmliyə düşüb

19
(Yenilənib 18:16 21.09.2020)
Azərbaycan Respublikasında koronavirus infeksiyasına 92 yeni yoluxma faktı qeydə alınıb, 81 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

BAKI, 21 sentyabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 92 yeni yoluxma faktı qeydə alınıb, 81 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sputnik Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadla xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 39280 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 36836 nəfər müalicə olunaraq sağalıb, 576 nəfər vəfat edib, aktiv xəstə sayı 1868 nəfərdir.

Ölkədə son sutka ərzində 3011, hazırkı dövrədək isə 1057803 test aparılıb.

19
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, Nazirlər Kabineti yanında Operativ Qərargah
Əlaqədar
Bill Qeyts COVID-19 pandemiyasının başa çatacağı tarixi açıqladı
COVID-19 artıq nəzarətdən çıxıb
Reanimasiyada nə qədər COVID-19 xəstəsi var?!
Azərbaycanda son sutkada 148 nəfər COVID-19-a yoluxub

İlham Əliyev: BMT-ni Ermənistanı növbə hərbi təcavüzdən çəkindirməyə çağırıb

0
İlham Əliyev: "Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir".

 

BAKI, 21 sentyabr — Sputnik. Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında videoformatda çıxışında bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Prezident vurğulayıb ki, Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir.

İlham Əliyev onu da qeyd edib ki, Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Onun "Qarabağ Ermənistandır" bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. O, danışıqlar prosesində əsassız şərtlər irəli sürür. Onun Azərbaycana qarşı irəli sürülmüş qəbuledilməz "yeddi şərti" tərəfimizdən rədd edilmişdir. Sülhə nail olunması üçün bizim yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır.

"Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan etmişdir. Bu, Ermənistan rəhbərliyinin yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirir. Ermənistanın müdafiə naziri Azərbaycanı "yeni ərazilər uğrunda yeni müharibə" bəyanatları ilə hədələyir", - deyə dövlətimizin başçısı bildirib.

0