Qarabağ

Ermənistan terrorçulardan ibarət "ordu" yaradır

2062
(Yenilənib 10:58 26.07.2017)
Terrorçuların Qarabağda yerləşdirilməsinə vasitəçilər biganə qalacaqlarmı?

BAKI, 25 iyul — Sputnik. Son günlər Azərbaycanla Ermənistan arasında gərginlik artmaqda, atəşkəs intensiv pozulmaqdadır. Cəbhə xəttində nə baş verir? Gərginliyin səbəbi nədir?

Araşdırmaçıların fikrincə, gərginliyin bir neçə səbəbi ola bilər. Ənənəvi səbəb budur ki, münaqişə uzun zamandır davam edir. Bu da atəşkəsdən yaranan yorğunluğa səbəb olub, daha doğrusu, uzun zamandır münaqişənin həll edilməməsi tərəflərdə, xüsusən də məğlub tərəfdə yorğunluq yaradıb.

Elə Ermənistanda da vəziyyət gərgindir, illərdir davam edən münaqişə İrəvanın inteqrasiyasına mane olur, ölkə iqtisadi cəhətdən çətinlik yaşayır və s. Qısaca desək, tərəflər uzun illərdir davam edən atəşkəsdən beziblər.

Cəbhə xəttində gərginliyin artmasının ikinci səbəbi də var. Bu səbəb elə birincidən doğur. Tərəflərdən biri status-kvonun dəyişməsini, digəri dəyişməməsini, olduğu kimi qalmasını istəyir. Aprel hadisələri zamanı Azərbaycan status-kvonu dəyişdirməyə çalışdığını göstərdi. Bundan sonra danışıqlarda canlanma yarandı. Yüksək səviyyədə görüşlər təşkil edildi. Görüşlər yenə də nəticəsiz qaldı. Bu şəraitdə atəşkəs mütəmadi pozulmağa başladı.

Burada digər səbəb də mövcuddur. Münqaişənin gələcəyinin qeyri-müəyyən olması vasitəçiləri də narahat edir. Heç kim ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın regiondakı siyasətinin nədən ibarət olacağını bilmir.

Bir sıra amillər vəziyyəti daha da gərginləşdirə bilər. Burada söhbət daha çox İran amilindən gedə bilər. Tramp İrana qarşı kəskin çıxışlar edir, onunla bağlanmış nüvə sazişini pozacağını, bu ölkəyə təzyiqlərin artırılacağını istisna etmir. Hərçənd İranla münasibətlərin gərginləşməsi Rusiya ilə yaxınlaşma ehtimalını azalda bilər.

Trampın enerjidaşıyıcılarla bağlı da strategiyası var. O, beynəlxalq bazarda enerjidaşıyıcıların qiymətinin ucuzlaşmasına çalışacaq və Qafqaz, Orta Asiya da hədəfdə olacaq. Rusiya isə onun nəzarətindən kənar neft-qaz borularının dünya bazarlarına çıxmasını istəmir.

Ümumiyyətlə, Trampın Yaxın Şərq siyasəti də regiona təsirsiz ötüşməyəcək. Suriya məsələsində gördük ki, bir ölkədə baş verənlər bütün region dövlətlərinə hansısa mənada təsirini göstərir. Bütün bunlar regionda problemlər yarada bilər. Görünür, bunları nəzərə alan Moskva prosesləri önləmək məqsədilə bəzi addımlar atmaq istəyir.

Rusiya bölgədə təkcə iqtisadi-siyasi güc sahibi deyil, həm də hərbi gücə sahibdir. Unutmaq lazım deyil ki, 1990-cı illərdən, hətta 2000-ci illərdən fərqli olaraq, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanla Ermənistan arasında həll olunmur. Tərəflərin bu münaqişənin həllinə təsiri sıfıra yaxınlaşmaqdadır. Dediyim dövrdə tərəflərdən çox şey asılı idi, məsələnin həllində ixtiyar sahibi dilər.

İndi elə deyil. İndi münaqişə beynəlxalq güclərin maraqları müstəvisində həll olunur. Amma beynəlxalq aləmdəki bu qeyri-müəyyənlik yaxın illərdə də davam edə bilər.

Ermənistan tərəfinin mütəmadi olaraq cəbhə xəttində təxribatlar törətdiyi bəllidir. Bu vəziyyət aprel hadisələrindən əvvəlki durumu xatırladır. O zaman Azərbaycan Ordusunun ön xətdəki kiçik birləşmələri düşmənin həmlələrinə, təxribat cəhdlərinə tutarlı cavab vermişdilər. Son hadisələr nəticəsində də ordumuzun bir itkisinə qarşı düşmənin altı yaraqlısı məhv edilib.

Ermənistan silahlı birləşmələrinin təxribatlar törətməsi, Nalbandyanın məsuliyyətsiz bəyanatlar verməsi bu görüşlərin baş tutmamasının qarşısını almaq, yaxud görüşlər keçirildiyi təqdirdə fundamental məsələlərin müzakirəsindən yan keçmək məqsədi daşıyırdı. Əgər rəsmi İrəvanın əsas siyasəti bundan sonra da belə olacaqsa, Azərbaycan tərəfinin çox güclü cavab tədbirləri ilə üz-üzə qala bilər.

Ermənistan istəyir ki, Azərbaycanı hüquq pozuntularına gətirib çıxara biləcək addımlar atmağa təhrik etsin. Lakin Azərbaycan İrəvanın layiqli cavabını verir. Azərbaycanın həyata keçirdiyi cavab tədbirləri beynəlxalq hüquq çərçivəsindədir. Azərbaycanda ən yüksək səviyyədə də bəyan edilib ki, Ermənistan tərəfinin hər bir təxribat cəhdinə, vurduğu ziyana görə düşmənə artıqlaması ilə cavab veriləcək. Çünki söhbət işğal altındakı Azərbaycan ərazilərindən, ölkənin suverenliyinin bərpasından gedir.

Danışıqlar prosesi nəticə vermədiyi halda Azərbaycanın tam hüququ var ki, ərazi bütövlüyünü müharibə yolu ilə bərpa etsin. Aprel hadisələri bütün ünyaya Azərbaycanın gücünü göstərdi. Görünən odur ki, Ermənistan Azərbaycana münaribədən başqa alternativ yol buraxmır. Əslində cəbhədəki vəziyyət erməniləri qorxuya salıb. Ermənilər Azərbaycan Ordusunun gücünü hiss ediblər. Baş verənlərə görə, rəsmi vasitəçilərin narahatçılığı ondan irəli gəlir ki, Azərbaycan tərəfini sakitləşdirsin və məcbur etsin ki, əməliyyatları dayandırsın.

Burada bir məsələyə də diqqət yetirmək lazım gəlir. Azərbaycanın işğal olunmuş ərazilərində terrorçuların yerləşdirilməsi narahatlıq doğurmaya bilməz. Ermənilər Dağlıq Qarabağ ərazisindən Azərbaycan hərbi qüvvələrinə qarşı istifadə edə bilərlər. Azərbaycan Ordusunun qarşısında onların tab gətirməsi də inandırıcı deyil. Terroçu ilə döyüşçünün də fərqi ondan ibarətdir ki, terrorçular aldıqları ianələrin müqabilində öz sahibləri qarşısında hesabat verməlidir. Onlar günahsız, dinc əhaliyə qarşı belə, cinayət törədə bilərlər.

Azərbaycan döyüşçüsü və hərbiçisi isə əmrə tabe olan, Vətən üçün, qəsb edilən torpaqların azad edilməsi üçün vuruşan əsgərdir. Bu fərqə görə də terrorçuların ermənilər tərəfində olub-olmaması fərq etməz.

İrəvan PKK-çıları muzdlu əsgər kimi qəbul edir. Qarabağdakı terror bazalarının saxlanmasında mühüm maliyyə qaynağı kimi istifadə olunub. Bu proses indi də davam etməkdədir. Tarixi sənət əsərlərinin daşınmasında isə başlıca tranzit yol kimi məhz Ermənistan ərazisindən istifadə edilib.

Ümumdünya Yezidi Kürdləri İttifaqi İraqın şimalından olan 200 yezidi kürd ailəsinin Qarabağda yerləşdirilməsi barədə qərar qəbul edib. Ermənilər Dağlıq Qarabağı "azad" etmək üçün Azərbaycanın müharibəyə başlayacağına hazırlıq görmək məqsədilə "peşəkar ordu" yaradırlar. Elə kürdlərdən də bu məqsədlə istifadə etmək istəyirlər. Terrorçuların Qarabağda yerləşdirilməsinə vasitəçilər də biganə qalmamalıdırlar…

2062
Teqlər:
gərginlik, münaqişə, Dağlıq Qarabağ, Ermənistan, Azərbaycan, status-kvo, cəbhə xətti
Əlaqədar
Prezidentlər münaqişənin həllini müzakirə etdilər
Dağlıq Qarabağ münaqişəsi NATO toplantısında qaldırılıb
Deputat: “Dağlıq Qarabağ dünyada həllini tapa bilməyən münaqişə hesab olunur”
Baş nazir: "Münaqişə ərazi bütövlüyü prinsipi əsasında həll edilməlidir"
Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində həm də ona görə maraqlıdır ki...
Dağlıq Qarabağ münaqişəsinin həllində yeni format
Mİnskdə etirazlar, arxiv şəkli

Qərb Belarusa qarşı həqiqi qarşıdurmadan niyə çəkinir?

18
(Yenilənib 19:13 25.09.2020)
Belarusa qarşı sanksiyalar – həqiqətən də həssas sanksiyalar – tətbiq edilmir. Aİ-nin özündə isə bu mövzu ətrafında yeni mübahisələr meydana gəlib.

BAKI, 25 sentyabr — Sputnik, İrina Alksnis. Qərbin Belarus prezidentinin son inauqurasiyasına reaksiyası proqnozlaşdırılan kimi mənfi olub.

Əvvəlcə Dövlət Departamentinin nümayəndəsi bildirib ki, ABŞ Aleksandr Lukaşenkonu ölkənin qanuni seçilmiş lideri hesab etmir, çünki "elan olunmuş nəticələr saxta olub və legitimliyi əks etdirməyib".

Bundan sonra Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelin bəyanatı nəşr olunub ki, orada Aleksandr Lukaşenkonun mandatı "hər hansı demokratik legitimlikdən məhrum olunmuş" kimi qeyd olunub. Həmçinin bildirilib ki, andiçmə (sənəddə bu söz dırnaqlar içərisində yazılıb) mərasimi respublika əhalisinin "böyük hissəsinin iradəsinə ziddir", bu isə "çoxsaylı misli görünməmiş və dinc etirazlarda" ifadə olunur.

Borrelin bu bəyanatı, əlbəttə ki, istehza doğurur. Məsələn, əvvəlcədən əminliklə demək olar ki, ABŞ-da keçiriləcək prezident seçkisinin nəticəsi – necə olacağından asılı olmayaraq – amerikalıların, demək olar ki, yarısının iradəsinə zidd olacaq. Elə artıq neçə aydır ki, ABŞ-da da etirazların bolluğu müşahidə olunur. Odur ki, Borrelin təqdim etdiyi sənədi artıq indidən okeanın o tayındakı reallıqlara da aid etmək olar.

Öz növbəsində, "demokratik legitimlik" ifadəsi göstərir ki, Brüsselin fikrincə, legitimliyin digər növləri də var — və onlara əsasən, Aleksandr Lukaşenko tam legitimdir.

Belarusa qarşı sanksiyalar – həqiqətən də həssas sanksiyalar – tətbiq edilmir. Daha pisi: Aİ-nin özündə bu mövzu ətrafında yeni mübahisələr meydana gəlib, çünki Kipr eyni zamanda Türkiyəyə qarşı məhdudiyyətlərin qoyulmasını tələb edir və bu əsasda prosesi bloklayır.

Qərbin səfirləri Belarusdan geri çağırılmayıblar. Nəinki geri çağırılmayıblar: amerikalılar uzun illərin soyuqluğundan sonra respublika ilə diplomatik əlaqələri tam sürətlə bərpa edirlər. Bir neçə gün əvvəl ABŞ Senatının beynəlxalq məsələlər üzrə komitəsi yeni səfirin namizədliyini təsdiq edib. Amma 2008-ci ildə Vaşinqtonun Belarus şirkətlərinə qarşı sanksiyalar tətbiq etməsi ilə səfirlərin qarşılıqlı olaraq geri çağırılmasından sonra 12 il hər iki dövlətdə səfirliklərə müvəqqəti səlahiyyətli səfirlər rəhbərlik ediblər.

Bütün bunların fonunda hətta ən sərt ritorika belə zəifliyin təzahürü və baş verənlərə təsir edə bilməməyin etirafı kimi görünür – hərçənd bu, reallığa uyğundur. Burada, bəlkə də öz imkanlarının hüdudlarını dərk etməyə və qəbul etməyə başlamış Qərbə haqq qazandırmaq olar.

Şübhəsiz ki, Belarusdakı seçkilərə bu cür reaksiya çox ağrılı Venesuela dərsinin də nəticəsi olub. Əllidən çox ölkənin – əsasən Qərb ölkələrinin – Xuan Quaydonu Venesuelanın qanuni prezidenti kimi tanımasından bir il yarımdan çox vaxt keçir, lakin bu qərar reallığa heç bir təsir göstərmir – Nikolas Maduro indiyədək ölkənin rəhbəridir.

Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli
© BelTA Pool Photo via AP

Birləşmiş Ştatlar və Avropa bu kiçik Latın Amerikası ölkəsini görməzliyə vurmağı və xüsusi heç nə baş verməmiş kimi davranmağı özlərinə rəva bilsələr də, Avropanın mərkəzindəki dövlətə münasibətdə oxşar bir yanaşma, çətin ki, baş tutsun. Belarusun mühüm beynəlxalq proseslərə cəlb olunduğunu da nəzərə alsaq, qərarları və onların nəticələrini daha diqqətlə hesablayaraq hərəkət etmək lazım gəlir.

Minskə qarşı addımlarla bağlı Qərbin şövqünü açıq-aşkar söndürən daha bir vacib məqam isə ondan ibarətdir ki, orada baş verənlərə Polşanın müəyyən təsiri var. Varşava Belarus müxalifətinin liderlərini siyasi və media dəstəyi ilə təmin edir.

Polşa bu işə girişib, amma vəziyyətdə dönüş etmək üçün gücü çatmır. Bu arada Minsk də Polşaya cavab verməyə başlayıb – mətbuat xüsusilə Polşa mallarının Belarusa idxalı ilə bağlı problemlər barədə məlumat verir.

Qərb Minskə qarşı təyin olunmuş sərt ritorika yolunu davam etdirəcək, lakin həqiqi qarşıdurmadan çəkinməyə davam edəcək. Çünki onun açıq şəkildə uğursuzluğa məhkum olmuş daha bir geosiyasi prosesə qarışmaq istəyi yoxdur.

18
Teqlər:
Avropa ittifaqı, Avropa, Aleksandr Lukaşenko, qarşıdurma, Qərb, Belarus
Əlaqədar
Aleksandr Lukaşenkonun legitimliyini tanımırıq - Aİ-nin Ali Nümayəndəsi
Belarusda vəziyyət pisləşir – Aİ-nin Ali komissarı
Almaniya Rusiyadan Minskə təsir göstərməyini istəyir
Avropa Komissiyasında sanksiyalar üzrə səsvermə sistemi dəyişdirilə bilər
Müxalifət şir ürəyi yeyib: dörd milyard dollarlıq kredit istəyir
Aleksey Navalnı, arxiv şəkli

Tramp Navalnı məsələsinə qoşulmaq istəmir

18
(Yenilənib 16:40 25.09.2020)
Bir qrup amerikalı senator Aleksey Navalnı ilə bağlı insidentə görə Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini təqdim edib. Sputnik radiosunun efirində politoloq Vladimir Mojeqov bu təşəbbüsü şərh edib.

BAKI, 25 sentyabr — Sputnik. ABŞ senatorlarından ibarət qrup Aleksey Navalnı ilə bağlı insidentə görə Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini təqdim edib. Bu barədə respublikaçı senator Marko Rubionun saytında bildirilib.

Sənəd Rusiya rəsmilərinə qarşı məhdudiyyətlərin tətbiqini nəzərdə tutur. Onun müəlliflərinin fikrincə, bu rəsmilərin "beynəlxalq hüququn açıq şəkildə pozulmasında", o cümlədən Navalnının "zəhərlənməsində" əli var.

Marko Rubio ilə yanaşı sənədi respublikaçı senator Mitt Romni, həmçinin demokratlardan Kris Kuns, Ben Kardin və Kris Van Hollen təsdiqləyib.

Qanun layihəsinin qəbul edilməsi üçün onu Senat və Nümayəndələr Palatası dəstəkləməli və ABŞ prezidenti imzalamalıdır.

Sputnik radiosunun xəbərinə görə, politoloq Vladimir Mojeqov senatorların bu təşəbbüsünü şərh edib.

"Bu, sırf ictimaiyyətə yönəlib. Nə hesabatı ola bilər? Bu, tamamilə qeyri-real işdir. Bütün bunlar seçkiqabağı isteriyanı qızışdıran ritorikadır. Bundan başqa Navalnı işi daha çox demokratların gündəmidir. Respublikaçılar bütün bunlara həvəssiz yanaşırlar. Mənə elə gəlir ki, bundan sonra da onu dəstəkləməyəcəklər. Hər halda, Tramp bundan ehtiyatlanır və uzaq durur. Dövlət katibi Mayk Pompeo deyib ki, baş vermiş hadisənin bütün faktları məlum olanda reaksiya vermək lazımdır və nə baş verdiyi hələlik o qədər də aydın deyil", – Mojeqov bildirib.

Onun fikrincə, amerikalılar Almaniyadan Navalnı haqqında məlumat ala bilərdilər, lakin onlardan heç bir sorğu daxil olmayıb.

"Bu, sanksiyalar üçün hər hansı bir əsas ola bilərdi, lakin bu günə qədər belə bir sorğu olmayıb. Ona görə də mənə elə gəlir ki, bütün bunlar əhəmiyyətsizdir. Bu, bir növ qaranlıq hekayədir, buna görə Tramp ona qoşulmaq istəmir. Mənə elə gəlir ki, demokratlar bu gündəmi ciddi şəkildə piar edəcəklər, Tramp isə bundan bir qədər kənarda duracaq", – politoloq hesab edir.

Navalnı avqustun 20-də təyyarədə uçarkən özünü pis hiss edib və Omskda xəstəxanaya aparılıb. Omsklu həkimlər onun qanında şəkərin kəskin dəyişməsinə səbəb olmuş maddələr mübadiləsi pozğunluğunu əsas diaqnoz kimi göstəriblər. Bunun səbəbi hələ də aydın deyil, amma həkimlərinin dediyinə görə, onun qanında və sidiyində zəhər tapılmayıb.

Daha sonra Navalnı Almaniyaya aparılıb. Sentyabrın əvvəlində Almaniya hökuməti Navalnının "Noviçok" maddələr qrupundan olan substansiya ilə zəhərləndiyini bəyan edib. Moskva Berlin laboratoriyasında aparılan analizlərin nəticələrinə dair daha ətraflı məlumat verilməsini xahiş edib, lakin cavab almayıb.

18
Əlaqədar
Aleksey Navalnı xəstəxanaya yerləşdirilib
Rusiya Berlinin Navalnı ilə bağlı vəziyyətə yanaşmasını “qeyri-konstruktiv” sayır
Navalnı nəfəs ala bildiyini deyib: "Çox xoşuma gəldi"
Navalnı tam sağalıb və xəstəxanadan evə buraxılıb

Bakı bayrağımızın rənglərinə boyandı - FOTO

0
(Yenilənib 15:16 29.09.2020)
Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əks-hücum əməliyyatlarından sonra paytaxtın küçələri dövlət bayrağı rənginə boyanıb. Ətraflı Sputnik Azərbaycan-ın fotolentində.

BAKI, 29 sentyabr — Sputnik. Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlamaq qərarına gəlib.

Ordumuzun qələbələri və işğal olunmuş bir sıra kəndlərin azad edilməsi barədə xoş xəbərlər paytaxt sakinlərini ruhlandırıb. Azərbaycan hərbçilərinə dəstək vermək üçün vətəndaşlar öz evlərinin pəncərələrində və balkonlarında dövlət bayraqlarını asıblar. Bayraqları avtomobillərə bərkidirlər, bəziləri isə sadəcə Azərbaycan trikoloruna bürünərək gəzirlər.

Xatırladaq ki, əks-hücum zamanı Azərbaycan Ordusu Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndlərini azad edib. Bundan başqa, Ağdərə və Murovdağ istiqamətində düşmənin bir neçə postu məhv edilib, bu yüksəkliklər Azərbaycan Ordusunun nəzarətinə götürülüb.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri əks-hücum zamanı cəbhənin Goranboy istiqamətində strateji yüksəkliklərdən birini – Murovdağ silsiləsinin Murov zirvəsini azad ediblər. Azərbaycan Ordusu Talış kəndi ətrafında da bir neçə əlverişli yüksəkliyi Ermənistanın işğalçı qüvvələrindən təmizləyib.

0
  • © Sputnik / Murad Orujov

    Bakıda vəziyyət

  • © Sputnik / Murad Orujov

    Bakıda vəziyyət

  • © Sputnik / Murad Orujov

    Bakıda vəziyyət

  • © Sputnik / Murad Orujov

    Bakıda vəziyyət

  • © Sputnik / Murad Orujov

    Bakıda vəziyyət

  • © Sputnik / Murad Orujov

    Bakıda vəziyyət

  • © Sputnik / Murad Orujov

    Bakıda vəziyyət

  • © Sputnik / Murad Orujov

    Bakıda vəziyyət

  • © Sputnik / Murad Orujov

    Bakıda vəziyyət

  • © Sputnik / Murad Orujov

    Bakıda vəziyyət

  • © Sputnik / Murad Orujov

    Bakıda vəziyyət

  • © Sputnik / Murad Orujov

    Bakıda vəziyyət

  • © Sputnik / Murad Orujov

    Bakıda vəziyyət

  • © Sputnik / Murad Orujov

    Bakıda vəziyyət

  • © Sputnik / Murad Orujov

    Bakıda vəziyyət

  • © Sputnik / Murad Orujov

    Bakıda vəziyyət

  • © Sputnik / Murad Orujov

    Bakıda vəziyyət

  • © Sputnik / Murad Orujov

    Bakıda vəziyyət

  • © Sputnik / Murad Orujov

    Bakıda vəziyyət

  • © Sputnik / Murad Orujov

    Bakıda vəziyyət

  • © Sputnik / Murad Orujov

    Bakıda vəziyyət

  • © Sputnik / Murad Orujov

    Bakıda vəziyyət

Teqlər:
Azərbaycan bayrağı, Bakı, fotolent