Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Yaxın Şərqdə dəngələr yerindən oynadı

© SputnikSəudiyyə Ərəbistan ordusu
Səudiyyə Ərəbistan ordusu - Sputnik Azərbaycan
Abunə olmaq
Bölgədə yeni proseslər başlamaq üzrədir

BAKI, 6 iyun — Sputnik. "Qətər böhranı" Yaxın Şərqdəki dəngələri yerindən oynatdı. Qətər dünyanın ən böyük təbii qaz qaynaqlarına sahib olan ölkələrdən biridir. 2013-cü ildə başlayan İran-Qətər əməkdaşlığı isə bölgədəki siyasi tarazlığı dəyişdirə bilərdi.

Maldiv adalarının paytaxtı Male şəhəri, arxiv şəkli - Sputnik Azərbaycan
Bu ölkə də Qətərlə diplomatik əlaqələri kəsdi

Qətərlə İranın dünyanın ən böyük təbii qaz istehsalına başlamaq qərarı öz nəticəsini verməli idi. OPEC-in bir neçə ölkəsi ilə Qətər arasındakı böhran qısamüddətli perspektivdə təşkilatın neft bazarının balanslaşdırılması üzrə səylərinə xələl gətirə bilər.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək, rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan edib. Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya və Maldiv də qoşulub.

Böyük ambisiyaları olan kiçik ölkə — Qətər uzun illər boyunca ərəb dünyasındakı münaqişələrin həllində vasitəçi kimi çıxış edib. Qətər Qərbi Saxara, Yəmən, Efiopiya, Sudan, Livan və digər ölkələrdə münaqişələrin həllində vasitəçilik edib. Nəzərə alaq ki, 2014-cü ildə də Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn Qətərlə diplomatik münasibətləri dayandırmışdı.

Yəmən bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan
Daha iki ərəb ölkəsi Qətərlə diplomatik əlaqələri kəsdi

Amma indi vəziyyət bir qədər fərqlidir. Bu, Qətərin "Müsəlman qardaşları" təşkilatına göstərdiyi loyal münasibətlə bağlıdır. Qeyd edək ki, bu təşkilatın adı bir sıra ərəb ölkələrində terror təşkilatları sırasına daxil edilib. Səudiyyə Ərəbistanı bu təşkilatı daxili siyasətdə ciddi rəqib kimi görür. Bu ölkənin daxili siyasətində alternativ olmadığı üçün "Müsəlman qardaşları"nın siyası fəallığı ölkədə narahatlığa və ciddi siyasi proseslərə gətirib çıxara bilər. Bununla da ərəb ölkələri məhz bu təşkilata görə Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını bəyan edib.

Onu da vurğulayaq ki, "Qətər böhranı" OPEC üzvlərini iki fərqli cəbhəyə ayırıb. OPEC-in hasilatın azaldılması ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi riski dünya bazarına təsir göstərməkdədir. Bu isə tərəflərin neft hasilatının azaldılması ilə bağlı öhdəliklərə necə əməl etməsinin monitorinq imkanlarını xeyli məhdudlaşdırır.

Digər tərəfdən isə gələcəkdə hasilatın daha böyük həcmdə azaldılması ilə bağlı gözləntilərin də üstündən xətt çəkmiş olur. Körfəz ölkələrində müşahidə edilən son diplomatık gərginlik OPEC-in neft bazarına təsir imkanlarını xeyli məhdudlaşdırır.

Uzun illərdən bəri Fars körfəzi ölkələri, eləcə də bütün Yaxın Şərq Qətərin ərazisindən yayımlanan və ərəb elitasının fikrincə, onların rejiminə qarşı sərt mövqedə dayanan "Əl-Cəzirə" telekanalına qarşı acıqlıdır. Onlar "Əl-Cəzirə"-nin daimi tamaşaçıları olan ərəb kütlələrində radikal ideya toxumları səpdiyini iddia edirlər.

Kanalın Qətər rəhbərliyinin nəzarəti altında fəaliyyət göstərməsi heç kimə sirr deyil. "Əl-Cəzirə"-də çalışan jurnalistlərin Səudiyyə Ərəbistanı və digər Fars körfəzi ölkələrindəki hadisələri xüsusi kəskinliklə işıqlandırması narazılığa səbəb olur.

Президент Азербайджана Ильхам Алиев принимает участие в Арабо-исламско-американском саммите в Эр-Рияде - Sputnik Azərbaycan
TƏHLİL
"Qətər fırtınası" niyə başladı?

Daha absurd görünən isə Qətər rejiminin xüsusi müdafiəsinin, Qətərlə Birləşmiş Ştatlar arasında qarşılıqlı anlaşmanın mövcud olmasından sonra orada cəmləşdirilən ABŞ Silahlı Qüvvələri tərəfindən təmin edilməsidir. Lakin, Amerika Birləşmiş Ştatlarının Yaxın Şərqdəki statusu daha əvvəl olduğu kimi möhkəm deyil. İnkişaf etmiş ölkə olmasına baxmayaraq, Qətər qonşu ölkələrdən asılıdır. Amma əgər ərəb dünyasının əsas dövlətləri Qətərlə diplomatik əlaqələri kəsirsə, bu, Qətərə iqtisadi, siyasi və geosiyasi baxımdan çox ciddi zərərlər vuracaq.

2022-ci ildə Qətərdə keçirilməsi nəzərdə tutulan futbol üzrə dünya çempionatı da böyük təhlükə altına düşüb. Məsələ ondadır ki, Səudiyyə Ərəbistanı Qətəri terrorçulara dəstək verməkdə ittiham edir. Avropa və Amerika bu məsələdə çox həssasdır. Onlar Ər-Riyadın bu açıqlamasına ciddi yanaşacaq. Bu, Qətərin mühasirəyə alınmasına da gətirib çıxara bilər. Ona görə də Qətər tərəfdaşlarını və müttəfiqlərini inandırmaq üçün yaxın günlərdə ciddi addım atmalı olacaq.

Bu məsələdə uduşlu tərəf olaraq Tehran görünür. İran Qətər kimi bir dövləti müttəfiqləri ilə qarşı-qarşıya qoyub. Əlbəttə, İran bu ittifaqı çoxdan dağıtmaq istəyirdi. Amma İranın istəyinə nail olacağını ehtimal etmək imkansızdır və Qətərin geri addım atacağı proqnozlaşdırılır.

Qətərin İranla yaxınlığı Dohaya heç bir siyasi, iqtisadi, hətta geosiyasi divident vəd etmir. Əksinə, Tehranın təcridinin güclənməsinə xidmət edir. Lakin siyasəti daha dərindən öyrənənlər anlayırlar ki, istər ərəb ölkələrində, istər İranda, istərsə də digər ölkələrdə baş verən bu miqyaslı qarşıdurmalar əvvəlcədən düşünülmüş ssenariyə bənzəyir.

Yaxın Şərqdə cərəyan edən proseslərin eyni zəncir həlqəsinin tərkib hissəsi olduğuna şübhə yeri qalmır. Bu proseslər kənardan hazırlanmış və idarə olunan texnologiyalardan xəbər verir. Hiss olunur ki, bölgədə yeni proseslər başlamaq üzrədir. Söhbət paradiqmaların dəyişməsindən gedir. Dəyişən paradiqmalar yalnız ərəb ölkələrinə aid deyil, eyni zamanda bütün bölgə ilə bağlıdır…

Xəbər lenti
0