Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Prezidentlərə çağırış: "Biriniz Əsəd mövzusunu bağlayın, digəriniz PKK"

© REUTERS / ZemlianichenkoTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvada Rusiyanın dövlət başçısı Vladimir Putinlə
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvada Rusiyanın dövlət başçısı Vladimir Putinlə - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu xətalara düzəliş edilsə, Ankara-Moskva münasibətlər strateji xarakter ala bilər"

BAKI, 4 may — Sputnik. "PKK terror təşkilatının Suriyadakı qolu olan PYD, Amerikanın strateji oyuncağıdır və rusların bu oyuncağı ABŞ-dan qopara bilməsi çətindir". Bunu Sputnik Azərbaycan-a açıqlamasında türkiyəli tarixçi-yazar Mehmet Perinçek deyib.

© elbe-expressMehmet Perinçek - Türkiyəli politoloq
Mehmet Perinçek - Türkiyəli politoloq - Sputnik Azərbaycan
Mehmet Perinçek - Türkiyəli politoloq

Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın Soçidəki görüşünü şərh edən yazar, Türkiyə ilə Rusiya arasında müsbət əlaqələrin qurulması üçün yaxşı zəmin olduğunu söyləyib: "Bunu açıq ifadə edim ki, iki ölkə tarixində hər iki tərəfin maraqları heç vaxt indiki kimi üst-üstə düşməmişdi. Türkiyə ilə Rusiya arasında müsbət əlaqələrin qurulması üçün yaxşı zəmin var. Bu fürsət qaçırılmamalıdır".

"Dünən prezidentlərin görüşündə böhranın başa çatdığı ifadə edilib. Bunlar çox xoş bəyanatlardır. Lakin hələ də, tərəflərin bəzi xətaları var. Bu xətalara düzəliş edilsə, Ankara-Moskva münasibətlər strateji xarakter ala bilər" — Perinçek bildirib.

O, Moskva ilə Ankaranın səhvlərini belə izah edib: "Gəlin, əvvəlcə Türkiyə tərəfindən edilən səhvə baxaq. Prezident Ərdoğan Bəşər Əsəd barəsindəki israrından imtina etməlidir. Çünki Türkiyə üçün ən vacib məsələ Suriyanın ərazi bütövlüyüdür. Hazırda bunu edə biləcək yeganə sima da Bəşər Əsəddir. Müxaliflərin belə gücü yoxdur".

"Rus tərəfinin səhvinə gəlincə, Rusiya ABŞ-ın aləti olan və bunu açıq büruzə verən PYD ilə yaxınlıq edir ki, bu da Ankaranı qıcıqlandırır. İstər-istəməz əlaqələr korlanır. Əlbəttə, Rusiya bunu Ərdoğanın Bəşər Əsədə olan münasibətinə cavab olaraq edir. Ancaq bütün hallarda, yanaşma doğru deyil. Çünki PKK terror təşkilatının qolu olan PYD, Amerikanın strateji oyuncağıdır və rusların bu oyuncağı ABŞ-dan qopara bilməsi çətindir" — mütəxəssis vurğulayıb.

© Sputnik / Murad OrujovPolitoloq Fikrət Sadıxov
Politoloq Fikrət Sadıxov - Sputnik Azərbaycan
Politoloq Fikrət Sadıxov

Yazar sonda qeyd edib ki, Türkiyə və Rusiya Qara dəniz bölgəsində, Qafqazda və Yaxın Şərqdə birgə əməkdaşlıq edə bilər: "Bu, həm bölgənin, həm də iki ölkə xalqlarının rifahı baxımından olduqca əhəmiyyətlidir. Hər iki liderə çağırış edirəm ki, tarixi yaxınlaşma üçün ilk addımı atsınlar".

Ərdoğan-Putin görüşündə Suriyada təhlükəsiz zonalar yaradılması barədə əldə olunan razılığı Sputnik Azərbaycan-a politoloq Fikrət Sadıxov da şərh edib. Onun sözlərinə görə, Suriyada aparıcı dövlətlər və regionun əsas oyunçuları iştirak edir ki, onların mövqeyindən çox şey asılıdır.

"Paralel olaraq Astanada da danışıqlar gedir. Orada Suriyadakı savaşda iştirak edən tərəflərin nümayəndələri iştirak edirlər. Dünən Soçidə Putin və Ərdoğanın görüşündə də ən önəmli mövzu Suriya idi. Rusiya ilə Türkiyə arasında Suriyada təhlükəsiz zonalarla bağlı əldə edilən razılıq olduqca müsbətdir. Bu, həm də Ankara ilə Moskva arasındakı problemlərin çözülməsinə şərait yaradır".

"O ki qaldı, Amerikanın bu razılığa münasibətinin nə olacağına, Amerika özü Suriyada sabitliyin olmasında maraqlıdır. Bu, əsas məqsəddir. Lakin, təbii ki, Vaşinqtonun özünün də Suriya ilə bağlı siyasi maraqları var. ABŞ çox istərdi ki, onun da Suriyada siyasi izi qalsın" — politoloq bildirib.

Sadıxov Türkiyə ilə Rusiyanın birgə planına ABŞ-ın ciddi mənfi reaksiyasının olacağını zənn etmir: "Çünki, onlar özləri də yaxşı bilirlər ki, bütün hallarda Türkiyə bir NATO üzvüdür və ittifaqın hərbi maraqlarına zidd addım atmaz. Burda problem sadəcə kürdlərlə bağlı yarana bilər. Kürdləri həm Rusiya, həm də ABŞ dəstəkləyir".

Солдаты сирийской армии на юге города Манбидж, провинция Алеппо, фото из архива - Sputnik Azərbaycan
Suriya ilə bağlı tarixi memorandum imzalandı

"Dünənki razılığın nəticəsi o ola bilər ki, kürdlərə dəstəyin qarşısı alına bilər. Çünki əgər Rusiya belə bir razılığa gəlirsə, deməli o zaman Ankaranın maraqlarını nəzərə alıb. Moskva kürd amilinə miqyaslı dəstəkdən imtina etmiş ola bilər" — Fikrət Sadıxov bildirib.

Qeyd edək ki, dünən Rusiyanın Soçi şəhərində bu ölkənin prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib. Görüşdə Suriya problemi ilə bağlı vacib razılıq əldə olunub. Razılığa əsasən, Suriyanın 4 ayrı bölgəsi təhlükəsiz zona elan edilib. Bu ərazilərdə müharibə aparılması qadağan olunub. İlkin mərhələdə qadağa, ölkənin şimalındakı İdlib vilayətinə şamil edilib.

Xəbər lenti
0