Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Tramp 100 günü başa vurmadan təslim oldu

© REUTERS / Kevin LamarqueDonald Tramp
Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
"O, ABŞ-ı idarə edən hakim zümrənin diktəsinə tabe olmağa məcbur oldu. Bundan sonra özbaşına ciddi nəsə eləyə biləcəyi inandırıcı deyil".

BAKI, 1 may — Sputnik. "Donald Tramp 100 günlük hakimiyyəti dövründə, seçkidən əvvəl verdiyi ciddi vədlərin heç birini həyata keçirmədi". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
TƏHLİL
Qoca milyarder-prezidentin 100 günlüyü

Yeni ABŞ rəhbərinin yüz günlük prezidentlik dövrünü şərh edən Z. Əlizadə, Trampın Amerikanı idarə edən hakim zümrənin diktəsinə tabe olduğunu bildirib: "Donald Trampa verdiyi vədləri yerinə yetirməyə imkan vermədilər. Komandasını tam formalaşdıra bilmədi. Yüksək vəzifələrə təyin etdiyi yaxın adamlarını Rusiya ilə yaxınlıq adı altında hökumətdən çıxdaş elədilər".

"Hətta özü impiçment təhlükəsi ilə üzləşdi. Trampı əvvəlki prezidentlərin izi ilə getməyə məcbur elədilər. Sonda o, ABŞ-ı idarə edən hakim zümrənin diktəsinə tabe olmağa məcbur oldu. Mən inanmıram ki, o, özbaşına bundan sonra da ciddi nəsə eləyə bilsin" — politoloq bildirib.

Bakı Slavyan Universitetinin professoru Oqtay Sadıxzadə də, Sputnik Azərbaycan-a mövzu ilə bağlı açıqlamasında, Donald Trampın ABŞ siyasi elitasının püxtələşmiş sisteminə boyun əydiyini deyib. Onun sözlərinə görə, Donald Tramp bu 100 gün ərzində verdiyi vədlərin üzərindən dəfələrlə keçib.

"Yeni təklif və düzəlişlərlə barışmalı oldu. Trampın imzaladığı bir çox fərmanlar, sərəncamlar amerikalı hakimlər tərəfindən bloklanıb. Bu, bir tərəfdən onun siyasətdə püxtələşmiş insan olmadığını göstərirsə, digər tərəfdən ABŞ siyasi elitasının kifayət qədər bişmiş, mükəmməl bir sistem olduğunu nümayiş etdirir" — professor vurğulayıb.

Выступление президента США Дональда Трампа - Sputnik Azərbaycan
Tramp bu fotonu görüncə özündən çıxdı: "Vurun!"

O. Sadıxzadə daha sonra məsələyə belə şərh verib: "Donald Trampın hakimiyyəti dövründə ən önəmli hadisələrə baxsaq, görərik ki, Bəşər Əsəd rejiminə aid hərbi baza bombalanıb. Bu bombardman daha çox Trampın öz imicini qoruması adına edildi. Suriyadakı rejimə təsirlə bağlı o, estafeti İsrailə verib. İsrail də NATO üzvü deyil və tez-tez rejimə aid yerləri bombalayır".

Trampın Uzaq Şərq siyasətinə gəlincə, mütəxəssisin sözlərinə görə, hazırda Trampın qarşısında duran ən vacib məsələ Şimali Koreya ilə davam edən gərginlikdir: "ABŞ Çindən Şimali Koreyaya təzyiqlər göstərməsini istəyir. Lakin Pekindən verilən son açıqlamadan aydın olur ki, Çinin Pxenyana təzyiqləri bəhrəsini vermir. Yəni bu problemdə də bir uğursuzluq davam edir".

"Daha sonra qaçqın, miqrant məsələsi var ki, Tramp administrasiyasının bunda uğurlu olduğunu deyə bilmərik. Onun imzaladığı irqçi fərmanlar beynəlxalq aləmin ciddi etirazına səbəb oldu. Rusiya ilə qarşıdurma da öz qüvvəsində qalır" — professor qeyd edib.

Xəbər lenti
0