Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Türkiyədə nə baş verir?

© AP Photo / Petros KaradjiasTürkiyədə seçkilərə etiraz aksiyası, arxiv şəkli
Türkiyədə seçkilərə etiraz aksiyası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Toğrul İsmayıl: "CHP-nin parlamentdən çəkilməyi gündəmə gətirməsi emosiyanal davranışdır"

BAKI, 20 aprel — Sputnik. "İstanbuldakı etirazlar geniş xarakter daşımır. İğtişaş-filan yoxdur. Bunlar kiçik, marginal qrupların təşkil etdikləri normal aksiyalardır".

© Sputnik / Murad OrujovToğrul İsmayıl
Toğrul İsmayıl - Sputnik Azərbaycan
Toğrul İsmayıl

Bu barədə Sputnik Azərbaycan-a Türkiyənin TOBB İqtisadiyyat və Texnologiya Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Toğrul İsmayıl deyib. Referendumdan sonra bir sıra şəhərlərdə davam edən etiraz aksiyalarına münasibət bildirən professor, hüquqi mübarizə davam etdiyi üçün, nümayişlərin kütləviləşməsini gözləmədiyini bildirib.

"Referendumda səs faizləri bir-birinə yaxın olduğu üçün, üstəlik möhürsüz bülleten mövzusu gündəmi zəbt etdiyi üçün, referendumda hansı nəticənin çıxdığı barədə siyasi müzakirələr davam edir. Xüsusilə Yüksək Seçki Komissiyasının verdiyi qərarın hüquqa zidd olduğunu düşünən müxalifət, elə hüquqi müstəvidə də mübarizəyə davam qərarı verib" — T. İsmayıl vurğulayıb.

"Yəni hələ ki, qarşılıqlı siyasi və hüquqi mübarizə gedir. Ona görə hesab edirəm ki, indiki mərhələdə aksiyalar kütləvi hal almayacaq. Həm də nəzərə almaq lazımdır ki, hazırda Türkiyədə fövqəladə vəziyyət rejimidir. Kütləvi aksiyaların olma ehtimalı azdır" — o, əlavə edib.

Türkiyənin ana müxalifət partiyası CHP-nin "əgər referendumun nəticələri ləğv olunmasa, parlamenti tərk edərik" bəyanatını da şərh edən Toğrul İsmayıl, bunu emosional çıxış adlandırıb: "Siyasi mübarizə davam edir. İqtidar da o qədər səs çoxluğu almayıb ki, səsvermədə "hə" deyənlər rahat olsunlar. Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər onsuz da 2019-cu ildə qüvvəyə minəcək".

Müsahibimiz hazırda hər iki cinahda qızğın siyasi debatlar getdiyini nəzərə çatdırıb: "CHP-nin parlamentdən çəkilməyi gündəmə gətirməsi, düşünürəm ki, emosional davranışdır. Buyurun, əgər yanlış gördüyünüz bir şey varsa, sənəd və sübutlarınızı götürün, aidiyyəti qurumlara müraciət edin. Çünki əgər referendumun ləğvini tələb edirsinizsə, əlinizdə tutarlı faktlar olmalıdır. Mən bunu bir mütəxəssis kimi deyirəm, heç kimin tərəfini tutmuram".

Xəbər lenti
0