Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Türkiyə siyasi sistemi ilkin formasına qayıdır

© Photo : Murat Cetinmuhurdar/Presidential Palace/Handout via REUTERSTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Atatürkün dövründə Ankaradakı prezident iqamətgahı Türkiyə siyasətinin mərkəzi olub

BAKI, 14 apr — Sputnik. Türkiyədəki siyasi araşdırma mərkəzləri, aprelin 16-da Türkiyədə keçiriləcək referendum üçün apardıqları son sorğunun nəticələrini açıqlayıb. Bir çox araşdırma şirkətinin proqnozuna görə, referendumda nəticənin 53-54 faiz həddində "bəli" olacaq.

Rəcəb Tayyib Ərdoğan, Türkiyə prezidenti - Sputnik Azərbaycan
SİYASƏT
Türkiyə qısa müddətdə bu addımları atmazsa...

Referendum Türkiyə və bölgə üçün böyük önəm kəsb edir. Belə ki, Türkiyə çox qaynar bir regionda yerləşir. Belə bir regionda mövcud olan dövlətin çox aydın daxili və xarici siyasəti olmalıdır. Həm tərəfdaşlar üçün, həm müttəfiqlər üçün, həm də özünün ciddi daxili problemləri olan ölkədəki toplumun bütün kəsimləri üçün aydın, sabit, ardıcıl uzunmüddətli daxili və xarici siyasət olmalıdır.

Referendum eyni zamanda prezident Ərdoğana göstərilən etimadı müəyyən edəcək. Ehtimal etmək olar ki, refendumun nəticələrinə görə, qısa müddətli perspektivdə sözsüz ki, hakim partiya öz mövqelərini möhkəmləndirəcək. Lakin Türkiyədə problemlər həll edilməmiş qalır. Bu gün əgər, yüzlərlə hakim və prokurorun həbsindən söhbət gedirsə, qısamüddətli perspektiv üçün Ərdoğan artıq bu hadisələrdən bütün dövlət idarəetmə sistemində, ona müxalif ola biləcək və ya müxalif olan insanlardan can qurtarmaq üçün istifadə edir.

Digər tərəfdən sözsüz ki, Ərdoğan bu hadisələrdən prezident hakimiyyətinə keçid üçün, konstitutsiyanı dəyişdirmək üçün istifadə edə bildi. Lakin bir şeyi nəzərə almaq lazımdır ki, Türkiyənin xarici və daxili problemləri həll olunmamış qalır. Terror davam edəcəksə, xarici dövlətlərlə problemlər qısa müddət ərzində həll olunmayacaqsa, həbslər davam edəcəksə, bu, durumu daha da gərginləşdirə bilər.

Lakin referendum yeni dizayn anlamına gəlir. Xatırladaq ki, 1950-ci illərdən bəri Türkiyə prezidentlərinin səlahiyyətləri yalnız təntənəli vəzifələrin həyata keçirilməsi ilə məhdudlaşıb. Türkiyədə ilk dəfə keçirilən birbaşa prezident seçkilərindən öncəki kampaniya gedişatında Ərdoğan öz sələflərindən fərqli olaraq daha fəal olacağını nümayiş etdirə bildi.

Ərdoğan dəyişikliklərdə maraqlıdır. Lakin icra səlahiyyətlərinə malik prezidentlik yolu çətinliklərlə doludur. Burada ən mühüm addım Konstitusiyaya düzəliş etmək və prezident vəzifəsinin mahiyyətini dəyişdirmək idi və Ərdoğan buna nail ola bilir.

Vladimir Putin, Rəcəb Tayyip Ərdoğan və İlham Əliyev. Arxiv şəkli - Sputnik Azərbaycan
TƏHLİL
Bölgənin iki mühüm oyunçusu üçün "açar ölkə"

Vurğulayaq ki, Turqut Özal kimi xarizmatik siyasətçilər də daxil olmaqla, əvvəlki ambisiyalı vəzifə sahibləri prezident rolunun genişləndirilməsinə nail ola bilməyiblər. Prezidentlərin səlahiyyətləri 1960-cı ildən bəri 4 dövlət çevrilişi həyata keçirmiş hərbi-bürokratik aparatın qeyri-formal təsiri ilə məhdudlaşdırılıb. Bu baxımdan, Ərdoğan hərbinin nüfuzuna son qoymağa nail ola bilib.

Ərdoğan 1923-1938-ci illərdə prezident olmuş müasir Türkiyə Cümhuriyyətinin banisi Atatürkdən sonra ölkənin ən nüfuzlu lideri sayılır. Atatürkün dövründə Ankaradakı prezident iqamətgahı Türkiyə siyasətinin mərkəzi olub. Atatürk başqa dövlət qurumları ilə yanaşı, ordu üzərində də tam nəzarətə malik olub. Onda belə demək olar ki, müəyyən mənada prezidentlik özünün ilk formasına qayıdır.

Ərdoğan ilk mərhələdə hökumət iclaslarını çağırıb onlara sədrlik etmək kimi, indiyədək istifadə edilməyən funksiyaları bərpa edəcək, yeni prezident həmçinin nazirlərin fəaliyyətinə nəzarət etməklə öz səlahiyyət çərçivələrini genişləndirməyə cəhd edəcək. Ərdoğanın siyasi strategiyası seçkilərdə qələbəni təmin etsə də, problemləri həll etmək baxımından yetərli deyil.

Parçalanmış və təhlükəli Yaxın Şərq bölgəsində manevr məkanına sahib olmaq istəyirsə, onların dəstəyini qazanmaq məcburiyyətində qalacaq. Odur ki, Ərdoğan istər-istəməz xarici siyasətində korrektələr etməyə məhkum olacaq.

Türkiyədə bəzi araşdırmaçılar hesab edirlər ki, parlament üsul-idarəsinin ləğvi ciddi problemlər yarada bilər. Qeyd edək ki, parlament idarəçiliyini seçən ölkələrdə hakimiyyət bölgüsü olsa da, ən güclü orqan parlamentdir. Belə sistemdə hakimiyyət bölgüsü yumşaq formadadır. Parlament Nazirlər Kabinetini formalaşdıra və onu istefaya göndərə, dövlət başçısı isə yeni seçki təyin edə bilir. Bu sistemdə müxalifət də yetərli söz haqqına sahibdir, güclər bir qüvvənin əlində cəmlənmir, hakimiyyətin bir partiyanın əlində toplanmasının qarşısı alınır.

Karlovun qətli - Sputnik Azərbaycan
TƏHLİL
Ərdoğan vəziyyətdən necə çıxacaq?

Keçmiş sovet məkanında yalnız Gürcüstan və Baltik ölkələrində qaydalara uyğun parlamentar sistemlər var idi. Artıq Ermənistan da öz siyasi sistemini dəyişdi, parlamentli respublikaya çevrildi.

Parlamentar sistemdə dövlət başçısı nazir təyinatına müdaxilə etmir. Yarı prezident üsul-idarəsində isə prezident bu işə qarışır. Avropada yalnız Finlandiya və Fransa bu modeli tətbiq edir, qalan dövlətlər sırf parlament respublikalarıdır.

Amerika Birləşmiş Ştatlarında iki mexanizm — federalizm və demokratik mərkəziyyət prinsipindən uzaq partiyalar dövlət başçısının sərt idarəçiliyinin olmasının qarşısını alır. Federal dövlətdə prezident, mərkəzi hökumət bütün səlahiyyətlərə sahib deyil, səlahiyyətlər əyalətlərlə paytaxt arasında bölünüb. Demokratik mərkəziyyət prinsipi olmayan partiyalarda isə üzvlər sədrin, idarə heyətinin nə deməsinə bağlı olmur.

Türkiyədə isə vəziyyət fərqlidir. Odur ki, prezident üsul-idarəsinin əleyhdarlarının sayı da az deyil…

Xəbər lenti
0