Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ən varlı qitə niyə çalxalanır?

© business.uaAvropa Parlamenti
Avropa Parlamenti - Sputnik Azərbaycan
Abunə olmaq
Onlar İttifaqdan ayrılma fikirlərini dilə gətirsələr də, seçiləcəkləri təqdirdə daha mülayim üslub seçə bilərlər

BAKI, 31 mart — Sputnik. Xəbər verildiyi kimi, Böyük Britaniyanın Baş naziri Tereza Mey ölkəsinin Avropa İttifaqından (Aİ) çıxması prosedurunun başlaması ilə əlaqədar Brüsselə məktub ünvanlayıb. Beləliklə, Britaniya İttifaqdan ayrılma şərtlərinə uyğun 2 illik danışıqlar prosesinə start verib.

Böyük Britaniyanın baş naziri Tereza Mey - Sputnik Azərbaycan
Britaniyanın Avropa İttifaqından ayrılması proseduru başladı

Ümumilikdə Avropanın bir çox ölkələrində, əsasən də inkişaf etmiş ölkələrində Aİ əleyhinə yürüdülən siyasi kampaniyalar sürətlənib. Bu proses Britaniyanın "Brexit" qərarı ilə Avropa İttifaqından ayrılma qərarı verməsi ilə başlasa da, ardıcıl olaraq Fransa və İtaliyada da eyni ab-havanın yaranması Aİ-nin gələcəyini ciddi sual altına salıb.

Həm İtaliya, həm də Fransada yaxınlaşan seçkilərdə sağ təmayüllü siyasi partiyaların qalib gəlmə şansı olduqca yüksəkdir. Onlar ölkələrinin Avropa İttifaqından ayrılması üçün geniş kampaniyalar yürüdürlər. Maraqlısı odur ki, onları geniş xalq kütlələri də dəstəkləyir.

Xatırladaq ki, Avropa İttifaqının bir strukturda birləşməsinin əsası 1951-ci ildə AFR, Belçika, Niderland, Lüksemburq, Fransa və İtaliyanın kömür və polad sənayesinin birləşdirilməsi barədə olan Avropa sazişinin imzalanması ilə qoyuldu. Bu saziş 1952-ci ilin iyulunda qüvvəyə minib. 1957-ci il martın 25-də Belçika, Almaniya, Fransa, İtaliya, Lüksemburq və Niderland Avropa İqtisadi Birliyinin yaradılması barədə müqavilə imzalayıb.

1996-cı ilin yanvarında Sloveniya və Çexiya Avropa İttifaqına daxil olma arzularını bildirib. 1997-ci ilin iyulunda Avropa Komissiyası Aİ-nin genişləndirilməsi barədə "Agenda 2000" proqramını formalaşdırıb. 1998-ci ilin martında Kipr, Polşa, Macarıstan, Sloveniya, Estoniya və Çex Respublikası ilə Aİ-yə daxil olmaları barədə danışıqlar başlanıb.

2000-ci il oktyabrın 26-da Parisdə genişlənmə ilə bağlı ilk Sənaye Forumu öz işinə başlamışdı. Forumda Aİ-yə üzv dövlətlər və namizəd ölkələr iştirak edirdi. 2000-ci ilin 8 noyabrında Avropa Komissiyası nəticələr barədə regulyar hesabat nəşr etmişdi. 1972 və 1994-cü illərdə Norveçin Avropa İttifaqına daxil olması barədə iki dəfə referendum keçirilmişdi. Birinci referendum ölkənin, ikincisi isə ölkənin kənd təsərrüfatının məhdud müstəqilliyə sahib olacağından ehtiyatlanaraq ləğv olunmuşdu. Norveç, İslandiya və İsveçrə Avropa İttifaqına üzv olmasa da, Şengen zonasına daxildir. Qrenlandiya isə 1985-ci ildə Avropa İttifaqının tərkibindən çıxmışdı.

Флаг ЕС в здании Европарламента - Sputnik Azərbaycan
"Avropa İttifaqı qeyri-effektivdir"

Artıq digər ölkələr də Aİ-dən çıxmaq niyyətini gizlətmir. Vurğulayaq ki, Avropa İttifaqı dünyaya müsbət dəyərlər, mədəni töhfələr bəxş edib. Bu nöqteyi-nəzərdən Avropa öndə gedən mədəniyyət mərkəzi kimi diqqət çəkib. İkinci Dünya Müharibəsindən sonra dağılmış qitə öz gücünü birləşdirməklə yaranmış iqtisadi böhrandan çıxmağı bacardı.

Müharibənin acı nəticələrini aradan qaldırmaq üçün bu birlik vacib hesab edilirdi. Hazırki dövrə gəlincə, sağçılar əhalinin müəyyən narazılıqlarından istifadə edərək hakimiyyətə gəlmək istəyirlər. Aİ-nin öz sıralarını həddindən çox genişləndirməsi Fransa və İtaliyanı narahat edir. Avropa İttifaqı son dövrlərdə öz sırasına həddindən çox ölkə qəbul edib.

Bunlardan bəziləri keçmiş sosialist ölkələridir. Bu ölkələrdə əhalinin ümumi gəliri çox olmadığı üçün Aİ mərkəzi büdcədən həmin dövlətlərə əlavə dotasiya ödəməyə məcbur qalır. Fransa və İtaliya kimi İttifaqda söz sahibi olan dövlətlər də məhz buna etiraz edir.

Lakin bu prosesi demokratik proses adlandıranlar da az deyil. Əlbəttə, hansı dövlət istəsə, birlikdə qala və yaxud ayrıla bilər. Lakin Avropa İttifaqının dağılacağını düşünmək də yanlış olardı.

Fransa və İtaliyada davam edən siyasi böhran Avropa İttifaqı əleyhinə təbliğata şərait yaradır. Fransada və İtaliyada sağ təmayüllü qüvvələr hakimiyyətə gəlmək üçün bu mövzunu şişirdirlər. Onlar öz təbliğatlarınnda Avropa İttifaqından ayrılma fikirlərini dilə gətirsələr də, seçiləcəkləri təqdirdə bunu daha mülayim formaya sala bilərlər.

Misal üçün, Avropa İttifaqı qarşısında öz milli mənafelərini daha yüksək səslə ifadə edə bilərlər. Avropa İttifaqı Avropa ölkələri üçün vacib bir birlikdir və bu baxımdan qurumun tam dağılacağını ehtimal etmək mümkün deyil. Baş verənlər seçici səslərini qazanmağa hesablanmış cəhdlərdən başqa bir şey deyil…

Xəbər lenti
0