Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Sonuncu körpüləri də yandırırlar

© REUTERS / Yves HermanHollanda Başbakanı Mark Rutte
Hollanda Başbakanı Mark Rutte - Sputnik Azərbaycan
Abunə olmaq
İlqar Vəlizadə: "Avropa Türkiyəyə qarşı çox böyük haqsızlıq edir"

BAKI, 16 mart — Sputnik. Niderlandda parlamentə seçkilər keçirilib və rəsmi olmayan nəticələrə görə, baş nazir Mark Ruttenin hakim Azadlıq və Demokratiya partiyası radikal sağçı Gert Vilders üzərində qələbə çalıb. Türkiyə ilə yaşanan gərginliklə bağlı iddia olunurdu ki, bu böhran seçkiyə qədər olacaq. Məhz seçkidən sonra Ankara ilə münasibətlər normallaşacaq.

Bir çox avropalı və türk siyasi analitiklərə görə, hazırki böhran vəziyyəti həm Niderlanddakı hakim partiyaya, həm də rəsmi Ankaraya sərf edir.

Analitiklərin iddiasına görə, Niderland bu gərginlikdə ona görə maraqlıdır ki, parlament seçkilərində radikal sağçı Gert Vildersə yaxın olan millətçilərin səsini qazana bilsin. Bu gərginlik Türkiyənin hakim dairələrinə də lazım idi. Aprelin 16-da keçiriləcək və prezidentin səlahiyyətlərini artırmağı hədəfləyən Konstitusiya dəyişiklikləri ilə bağlı qərarsız türk seçicilərinin səslərini qazanmaq məqsədi güdülür.

МИД Турции - Sputnik Azərbaycan
Hollandiya ilə Türkiyə arasında növbəti qalmaqal

Politoloq Fikrət Sadıxovun Sputnik Azərbaycan-a dediyinə görə, iki ölkə arasında yaxın gələcəkdə münasibətlərin normallaşacağını gözləmək sadəlövhlük olar: "İki ölkə arasında ciddi gərginlik davam edir. Bir çoxlarının iddia etdiyi kimi, bunun guya seçkiyə görə olduğu fikri ilə razı deyiləm. Əgər iqtidara başqası gəlmirsə, türklərlə münasibəti gərginləşdirən hakim partiya yerində qalırsa, qısa zamanda əlaqələrin düzələcəyini gözləmək doğru olmaz".

"Kim birinci üzr istəməlidir, kim ilk addımı atmalıdır, bunu gələcək göstərəcək. Bütün hallarda qarşılıqlı kompromisin olması vacibdir" — deyə Sadıxov əlavə edib.

Politoloq İlqar Vəlizadə isə hesab edir ki, Avropadaxili siyasi məkan artıq neçə ildir antitürk qüvvələr üçün Türkiyədəki daxili siyasi proseslərə təsir meydanına çevrilib. Amma türk rəsmilərin həmin bu məkandan öz məqsədləri üçün istifadə etmək niyyəti etirazla qarşılanır.

Президент Турции Реджеп Тайип Эрдоган выступает перед своими сторонниками в Президентском дворце. Анкара, 10 августа 2016 года - Sputnik Azərbaycan
Ərdoğan Hollandiya barədə elə ifadə işlətdi ki

"Yaşanan gərginliyin seçkilərlə bağlı olduğunu düşünmürəm. Sadəcə, cari proseslər mövcud ziddiyyətləri qabardır. Bu ziddiyyətlər illər öncə yaranıb və hazırda daha da inkişaf edir. Türk rəsmilərin bu vəziyyətə etirazları haqlıdır. Təsəvvür edin, PKK tərəfdarları, erməni təşkilatları və digər türk düşməni olan qurumlar Avropanın istənilən ölkəsində Türkiyə əleyhinə mitinqlər, tədbirlər keçirə bilir. Ancaq Türkiyədən olan dövlət rəsmilərinə Avropada yaşayan həmyerliləri ilə görüşə icazə verilmir. Budurmu söz azadlığı və demokratiya?" — politoloq deyib.

İlqar Vəlizadə onu da qeyd edib ki, Avropa İttifaqının hakim siyasi dairələri Türkiyə hakimiyyətini avtoritarizmdə günahlandırır. Ancaq özlərinin antidemokratik hərəkətlərini nədənsə görə bilmirlər.

Politoloqların fikrincə, Avropa ölkələri son zamanlar tutduqları antitürk mövqe ilə Türkiyə ilə olan sonuncu körpüləri də yandırırlar. Lakin bu, strateji səhvdir. Çünki Türkiyə Avropa üçün ən vacib ölkələrdən biridir.

Xəbər lenti
0