Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Sərhədsiz Avropa britaniyalıların təhlükəsizliyinə təhdiddir"

© REUTERS / Neil HallBaşının üstünə üzərində "Avropa İttifaqından çıxmağa səs ver" yazılmış Böyük Britaniya bayrağı qaldırmış London sakini
Başının üstünə üzərində Avropa İttifaqından çıxmağa səs ver yazılmış Böyük Britaniya bayrağı qaldırmış London sakini - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Avropada müsəlmanlar üçün ən güclü demokratiya məhz Britaniyadadır. Orada onlara öz ibadətlərini etmək üçün hər cür imkan tanınır".

BAKI, 16 mart — Sputnik. Böyük Britaniyanın Lordlar Palatası Krallığın Avropa İttifaqından (Aİ) ayrılmasını nəzərdə tutan "Brexit" üzrə qanun layihəsini təsdiqləyib. Palatanın irəli sürdüyü layihə təsdiqlənməsi üçün krallıq ailəsinə göndərilib. Kraliça 2-ci Yelizavetanın qanunu təsdiqləməsindən sonra "Lissabon sazişi"nin 50-ci maddəsi qüvvəyə minmiş olacaq və Britaniyanın iki il ərzində Aİ-dən ayrılma prosesi başlayacaq.

© Sputnik / Murad OrujovПолитолог Арзу Нагиев
Политолог Арзу Нагиев  - Sputnik Azərbaycan
Политолог Арзу Нагиев

Avropa İttifaqından ayrılma prosesinin rəsmi olaraq başlanacağı tarix isə hələ ki, məlum deyil. İngiltərəli ekspertlər bunun martın sonundan etibarən başlayacağını düşünürlər. Çünki ölkə parlamenti Aİ-dən ayrı yaşamağa hazırlaşmaq üçün azı yeddi müxtəlif qanun qəbul etməlidir.

Faktiki olaraq, Britaniyanın Aİ-dən ayrılma ("Brexit") prosesi, Lordlar Palatasının dünənki qərarından sonra başlamış sayılır. Və iki ilə proses tam yekunlaşmış olacaq. İngiltərəsiz Avropa İttifaqının, həmçinin də Aİ-siz İngiltərənin gələcəyinin necə olacağı isə sual doğurur.

Mövzunu Sputnik Azərbaycan-a şərh edən politoloq Arzu Nağıyev bildirib ki, Britaniya xalqının Aİ-dən ayrılmaq istəməsi gözlənilən idi: "Çünki son zamanlar, istər miqrant məsələlərində, istər digər problemlərdə əsas ağırlıq İngiltərənin üzərinə düşürdü. İngiltərənin "Brexit"ə getməkdə məqsədi nə idi? O, Avropa İttifaqından kənarda da inhisarında olan dövlətlərlə özünü tam şəkildə idarə edə bilirdi. Bildiyimiz ki, Avstraliya, Kanada, Cənubi Afrika Respublikası və Yeni Zelandiya Britaniya Krallığının nəzarətində olan dövlətlərdir. Yəni bu gün hər hansı idarəçilik metodunu və digər iqtisadi məsələləri Avropa ilə bölüşdürmək ingilislərin istəyinə uyğun gəlmirdi. Məhz konservator dövlət olduğuna görə, Britaniya Aİ-dən ayrılma prosesini başlatdı".

"Bilirik ki, son vaxtlar Avropada islamofobiya sürətlə yayılır. İngiltərə köhnə qitədə müsəlman miqrantların ən çox üz tutduqları ölkədir. Nəyə görə? Ona görə ki, Avropada müsəlmanlar üçün ən güclü demokratiya məhz Britaniyadadır. Orada onlara öz ibadətlərini etmək üçün hər cür imkan tanınır" — politoloq qeyd edib.

Bununla belə, A. Nağıyevin sözlərinə görə, İŞİD məsələsi ortaya çıxandan sonra bir sıra terror təşkilatları bu kanaldan öz məqsədləri üçün istifadə etməyə başlayıb: "Sərhədsiz Avropa Britaniyanın təhlükəsizliyinə zərər vurmağa başladı. Bu faktor özü də, Britaniyanın ayrılma qərarı verməsinə səbəb oldu".

Politoloq "Brexit"ə baxmayaraq, Avropa İttifaqının dağılacağını düşünmədiyini söyləyib: "Çünki Almaniya və Fransa kimi söz sahibi dövlətlər İttifaqın qorunmasına yönəlik siyasət yürüdür".

Xatırladaq ki, 2016-cı ildə keçirilən referendumda britaniyalıların 51,9%-i krallığın Avropa İttifaqının tərkibindən çıxmasına səs verib.

Xəbər lenti
0