Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Avropa İttifaqı "xristian klubu" olmadığını isbat edə bilərdi...

© AP Photo / Virginia MayoAvropa İttifaqının Brüsseldəki baş qərargahı
Avropa İttifaqının Brüsseldəki baş qərargahı - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstana "yaşıl işıq" yandıran Avropa, öz qapılarını Türkiyənin üzünə niyə bağladı?

BAKI, 8 fev — Sputnik. Gürcüstan vətəndaşları 2017-ci il martın sonu-aprelin əvvəlindən Avropaya vizasız gedə biləcəklər. Fevralın 2-də 553 səs lehinə, 66 səs əleyhinə olmaqla Avropa Parlamenti Gürcüstan üçün Şengen ölkələrinə vizasız rejimin tətbiqi qərarını dəstəkləyib.

Tiflis - Sputnik Azərbaycan
Avroparlament Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib

Beləliklə, Gürcüstan Avropa ilə viza sadələşdirilməsinə nail olmuş ilk Cənubi Qafqaz ölkəsi oldu. Maraqlıdır ki, Gürcüstan Avropa ilə vizasız rejimi 2026-cı il üçün gözləyirdi. Gürcüstan müxalifətinin yüzlərlə təmsilçisinin Avropadan sığınacaq istəməsi bu məsələdə neqativ rol oynayırdı. Məsələn, 2013-cü ildə Aİ-nin müxtəlif ölkələrinə sığınacaq verilməsi xahişi ilə 9110 Gürcüstan vətəndaşı müraciət edib, bu da avropalıların fikrincə o deməkdir ki, Gürcüstan öz əhalisini layiqli yaşayış şəraiti ilə təmin etmir. Məhz bu problemin həlli üçün də Gürcüstan Avropa İttifaqının tövsiyəsi ilə ötən il insanların istənilən əlamətə görə təqibini və diskriminasiyasını qadağa edən anti-diskriminasiya qanunu qəbul etdi.

Vizasız rejimdən istifadə etmək üçün Gürcüstan vətəndaşından sərhəddə biometrik pasportla birlikdə sığorta, maliyyə təminatı barədə sənəd, geriyə bilet və otel bronu tələb oluna bilər. Bu sənədlərin üstünüzdə olması mütləq deyil, amma sərhədçinin onları soruşmaq haqqı var.

Bütün bu sənədləri Gürcüstan vətəndaşı konsulluqda deyil, sərhəddə təqdim etməlidir. Əvvəllər konsulluqda tələb olunan bank çıxarışı, otel bronu və konsulluqda tələb olunan digər sənədlərə gəlincə, onlar artıq lazım olmayacaq. Amma Şengen zonasında hərəkət etmək üçün maddi imkanı təsdiq edən sənədlər lazımdır. Məsələn, kredit kartını və ya hesabınızda müəyyən məbləğin olduğunu təsdiq edən hər hansı sənədi təqdim etmək tələb oluna bilər.

Maraqlıdır ki, Gürcüstana "yaşıl işıq" yandıran Avropa Parlamenti Türkiyəni öz sıralarına qəbul etmək istəmir. Araşdırmaçılar əmindirlər ki, əgər Türkiyə quruma üzv olarsa, Qərb beynəlxalq aləmdə formalaşmaqda olan sivilizasiyalararası toqquşma nəzəriyyəsinin əsassız olduğunu isbat etmiş olacaq. Türkiyənin Avropa ailəsinə qəbulu Avropanın bir xristian klubu olmadığını, demokratiyanın, insan hüquqlarının, ədalətin universal dəyər olaraq mənimsənilməsinin üstünlüyünü sübuta yetirə bilərdi. Bu da Türkiyənin qonşuluğunda yerləşən region dövlətləri üçün nümunə təşkil edərək, Qərb dəyərlərinin qələbəsinə səbəb ola bilərdi.

Türkiyənin quruma üzv olması nəticəsində, Avropa İttifaqı Türkiyə vasitəsilə Yaxın Şərqdə yerləşən İslam və türk ölkələrinin rəğbətini qazana bilərdi. Türkiyənin Avropa İttifaqına üzv olmasının digər bir üstünlüyü isə İttifaq üzvləri üçün yeni bir bazarın açılmasıdır ki, bunun da iqtisadi səmərəliliyi şübhə doğurmur. Bu bazar sənayedən kənd təsərrüfatına, oradan isə xidmət sektoruna qədər bütün sahəni əhatə edir.

Tbilisidə turistlər - Sputnik Azərbaycan
TƏHLİL
Gürcüstan vizasız rejimdən nə qazanacaq?

Digər tərəfdən, Türkiyənin bu quruma üzv olması Avropa İttifaqı, eləcə də bütün Qərb üçün geostrateji əhəmiyyət daşıya bilərdi. Belə ki, bu gün dünyanın təkqütblülüyünə qarşı beynəlxalq aləmdə etirazlar və reaksiyalar özünü büruzə verir. Şanxay Əməkdaşlıq Təşkilatı, BRİCS kimi yeni bloklar yaranır ki, bunlar Qərb üçün alternativ təşkil edir.

Türkiyənin Avropa İttifaqına qəbul edilməməsi halında, həmin bloklara meyl edə biləcəyi ehtimalı böyükdür və iqtisadi, hərbi, demoqrafik və geosiyasi gücə malik olan Türkiyənin bu kimi dövlətlərlə alyans yaratması Qərbin gələcəyi üçün arzuedilməzdir. Məhz bu baxımdan, gələcək inkişafının təmin edilməsi məqsədilə Türkiyəni qarşısına deyil, daxilinə almaq Avropa İttifaqının maraqlarına uyğun ola bilərdi. Lakin Avropada Türkiyəyə qarşı münasibətin kökündə din amili də dayanır. Müsəlman bir ölkənin Avropaya qəbul edilməsi görünür, kimlər üçünsə narahatlıq doğurur.

Vurğulayaq ki, hərbi çevriliş cəhdindən sonra Qərb tərəfindən Ankaraya qarşı təzyiqlər daha da çoxalıb. Avropa İnsan Hüquqları Konvensiyası fövqəladə vəziyyətin tətbiqi halında orada yer alan hüquqların müəyyən dərəcədə pozulmasına icazə verir. Amma hərbi çevriş cəhdindən sonra Türkiyə Avropa İttifaqı Şurasına bildiriş göndədərək Konvensiyanın tətbiqini dayandırdıqlarını bildirib və bu da Qərbin narazılığına səbəb olub.

Daha bir mühüm amilə diqqət yetirək. Rusiya-Türkiyə yaxınlaşması Avropanı qıcıqlandırır və Ankaraya qarşı təzyiqlər artır. Lakin artıq Ankara da xarici siyasətində müəyyən korrektələr edir və nümayiş etdirir ki, Türkiyə ilə əməkdaşlıq ilk növbədə elə Avropanın öz maraqlarına cavab verir.

Xəbər lenti
0