Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Amerika kəşfiyyatından etiraf: "Anti-Rusiya koalisiyası dağılır"

© AFP 2023 / SAUL LOEBABŞ Mərkəzi Kəşfiyyat İdarəsi
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi - Sputnik Azərbaycan
Abunə olmaq
2017-ci ildə Rusiyanın Avrasiyada güc balansını öz xeyrinə dəyişəcəyi gözlənilir

BAKI, 28 dek — Sputnik. Amerika Birləşmiş Ştatlarının Stratfor kəşfiyyat mərkəzinin analitikləri hesab edirlər ki, 2017-ci ildə Rusiya Avrasiyada güc balansını öz xeyrinə dəyişə bilər. Rusiyanın beynəlxalq mövqeyinin güclənməsini onlar, ABŞ və Avropa İttifaqında siyasət dəyişikliyi və MDB ölkələri ilə münasibətlərin yenidən qiymətləndirilməsi ilə bağlayırlar.

İddia edirlər ki, 2016-cı ildə Qərb ölkələrinin Rusiyaya qarşı olan vahid cəbhəsində "çatlar yaranıb". İyun ayında Böyük Britaniyada keçirilən referendum Avropa İttifaqı çərçivəsində dərin daxili ziddiyyətlərin olduğunu göstərdi: "ABŞ-da prezident seçkilərində Donald Trampın qələbəsi isə Moskva ilə Vaşinqtonun münasibətlərində dönüş nöqtəsi ola bilər. Bundan başqa, Fransa, Almaniya, Hollandiya və İtaliyada keçiriləcək seçkilərdə Avropanın indiki hakimiyyətinə qarşı çıxış edən qüvvələr qalib gəlsələr, Avropa İttifaqını daha ciddi parçalanma gözləyir".

Bütün bunların Rusiyaya, öz məqsədlərinə, xüsusilə sanksiyaların aradan qaldırılmasına nail olmaq üçün ciddi şans yaratdığı düşünülən Stratfor kəşfiyyat mərkəzində, həmçinin hesab edirlər ki, Rusiyanın post-sovet məkanındakı təsiri əhəmiyyətli dərəcədə artacaq: "Moskva ilə yaxşı münasibətlər saxlayan ölkələr Rusiya ilə öz əməkdaşlıqlarını artıracaq, Avropa İttifaqının onlara təsiri isə azalacaq".

© Sputnik/Fuad HəsənovPolitoloq Rasim Ağayev
Politoloq Rasim Ağayev - Sputnik Azərbaycan
Politoloq Rasim Ağayev

Politoloq Rasim Ağayev Sputnik-ə açıqlamasında bildirib ki, Stratfor kəşfiyyat mərkəzinin belə proqnozlarında heç bir yenilik yoxdur: "Son 10 ildə dünyada olan qarışıqlıq Amerikanın, xüsusilə Obamanın apardığı siyasətlə bağlıdır. Bu siyasət dünyada gedən ciddi qloballaşma proseslərinə uyğun gəlmir. Əsas məsələ ondan ibarətdir ki, bu siyasəti həyata keçirərkən, nə Obama, nə də onun komandası beynəlxalq iqtisadi böhranı nəzərə alırdı. Amerika gərək belə siyasətdən üz döndərsin, çünki bunun davamı Avropa İttifaqını da çox pis vəziyyətdə qoyur".

Ekspertin sözlərinə görə, Avropa İttifaqının bəzi ölkələri artıq buna qarşı açıq-aşkar narazılıqlarını bildirir: "Digər tərəfdən isə, Yaxın Şərqdə və digər regionlarda ABŞ-a inamsızlıq yaranıb. Bu o deməkdir ki, Amerika hörmətdən düşür. Sanksiyalar məsələsinə gəldikdə isə, bu, tamamilə zəmanəyə uyğun olmayan bir siyasətdir. Faktiki olaraq, indiki Vaşinqton-Moskva ziddiyyətləri Obamanın bacarıqsız siyasətinin nəticəsidir".

© Sputnik / Murad OrujovPolitoloq İlqar Vəlizadə
Politoloq İlqar Vəlizadə - Sputnik Azərbaycan
Politoloq İlqar Vəlizadə

Politoloq İlqar Vəlizadənin sözlərinə görə isə, yaxın gələcəkdə Qərbin Rusiyaya qarşı münasibətlərində dəyişikliklər olacaq: "Qərbin maraqları donmuş halda qala bilməz — onlar da inkişaf edir. Rusiyaya qarşı atılan addımlardan artıq nəsə gözləmək əbəsdir, çünki tərəflər başa düşdü ki, maksimum həddə çatıblar".

"Tərəflər müəyyən bir konsensus tapmağa cəhd göstərirlər. Normand görüşü formatında fəaliyyət davam etdirilir. Lakin Normand formatı da göstərir ki, Almaniya və Fransa kimi oyunçular Rusiyaya qarşı münasibətlərini dəyişməyə cəhd göstərir və müəyyən təkliflər edir", — Vəlizadə bildirib.

Siyasi şərhçi bu kimi cəhdlərin gələcəkdə artacağını gözləyir: "Trampın hakimiyyətə gəlməsi də onu göstərir ki, ABŞ-da Rusiyaya qarşı münasibət bu və ya digər şəkildə dəyişəcək. Bütün bunların nəticəsində, 2017-ci ildə anti-Rusiya koalisiyası dağılmasa belə, çox zəifləyəcək. Çünki belə davam edə bilməz və hər şey konkret addımlardan asılıdır".

Xəbər lenti
0