Lavrov və Çavuşoğlu

Türkiyəli siyasətçi: "ABŞ bizi təhdid edir"

7747
Mehmet Perinçek: "Türkiyə belə bir vəziyyətdən, ancaq Avrasiya bloku ilə ittifaqa girərək çıxa bilər"

BAKI, 22 dek — Sputnik. Moskvada Türkiyə, İran və Rusiya XİN rəhbərlərinin Suriyaya dair üçtərəfli zirvə görüşü və ortaq bəyannamə imzalandığı xəbərini vermişdik. Sözügedən bəyannamədə hər üç dövlətin Suriyanın ərazi bütövlüyünə, suverenliyinə, müstəqilliyinə hörmətinin dilə gətirildiyi və problemin hərbi yolla həll olunmayacağında həmfikir olduğu qeyd olunur.

Mehmet Perinçek - Türkiyəli politoloq
elbe-express
Mehmet Perinçek - Türkiyəli politoloq

Bəyannamədə, həmçinin beynəlxalq cəmiyyətə bu görüşdə əldə olunan razılıqların qarşısındakı maneələrin qaldırılması üçün xoş məram nümayiş etdirməsi üçün çağırış edilir. Tərəflərin BMT TŞ-nin 2254 saylı qərarı əsasında, Suriyada siyasi həllin qaldığı yerdən davamı üçün lazımi şəraitin yaradılması məsələsində razılıq əldə etdikləri ifadə olunur. Beynəlxalq Qırmızı Xaç Komitəsinə və Ümumdünya Səhiyyə Təşkilatına də təxliyə prosesindəki yardımlarına görə təşəkkür edilir.

Rusiya, İran və Türkiyənin Suriyaya dair Moskvada razılığa gəlməsini Sputnik-ə dəyərləndirən türk siyasətçi, politoloq Mehmet Perincekin fikrincə, Türkiyə üçün Suriyadakı ən yaxşı iqtidar bu ölkənin ərazi bütövlüyünü qoruyacaq olan iqtidardır: "Həm Rusiya, həm İran, həm də Türkiyənin Suriyadakı maraqları eynidir, bir-biri ilə örtüşür. Türkiyə üçün Suriyadakı ən yaxşı iqtidar bu ölkənin ərazi bütövlüyünü qoruyacaq olan iqtidardır. Baxdığımız zaman görürük ki, Suriyanın ərazi bütövlüyünü bərpa edə biləcək ən təsirli güc hazırki rejimdir".

Mehmet Perincekə görə, Suriyanın ərazi bütövlüyü Türkiyənin ərazi bütövlüyü deməkdir: "Orada hər hansı xəritə dəyişikliyi olduğu zaman Türkiyə də təhdid altına girəcəkdir. Suriyanın ərazi bütövlüyünü pozmaq istəyən Amerika Birləşmiş Ştatlarıdır. ABŞ Türkiyənin həm İranla, həm Rusiya ilə münasibətlər qurmasından çox ciddi narahatlıq duyur.

Rus səfirinə qarşı edilən alçaq sui-qəsd hadisəsini analiz edərkən bunu göz önündə tutmaq lazımdır. Dolayısı ilə, Türkiyə artıq Qərb blokundan qoparaq Avrasiyaya tərəf ciddi şəkildə irəliləməkdədir. Başda Rusiya olmaqla, Avrasiya İttifaqı dövlətləri ilə strateji əlaqələrini inkişaf etdirir. Ankara, bu niyyətini Moskva toplantısında da göstərdi".

Politoloq hesab edir ki, Türkiyənin üzünü Şərqə tərəf çevirməsi məcburidir: "Çünki öz ərazi bütövlüyünü qorumaq, iqtisadi böhranı aşmaq, istiqrara qovuşmaq üçün Avrasiya bloku ilə ittifaqa məcburdur. Bu gün Türkiyəyə yönələn təhdidlərin hamısı Amerikadan gəlir. Ərazi bütövlüyümüzü ABŞ-ın bölgədəki siyasəti təhdid edir. Ölkəmizin iqtisadi böhranla üz-üzə qalmasının əsas səbəbi Amerikanın yürütdüyü liberal siyasətdir".

"Türkiyə belə bir vəziyyətdən, ancaq başqa ölkələrlə ittifaqlar quraraq, Avrasiya bloku ilə ittifaqa girərək çıxa bilər. Belə olan halda Qərbin buna reaksiyasının heç bir önəmi qalmaz. Əgər dediyim ittifaq baş tutsa, terror hadisələri də əngəllənə bilər, o cümlədən iqtisadi böhrandan da çıxıla bilər", — Perincek vurğulayıb.

7747
Teqlər:
Mehmet Perincek, Suriya, Rusiya, İran, Türkiyə, Moskva
Əlaqədar
Rusiya XİN Türkiyə ilə bağlı rəsmi xəbərdarlıq edib
Türkiyə ayaqda: hər an vəziyyət dəyişə bilər
Andrey Karlov mühafizəsiz gəzəcək qədər Türkiyəyə güvənirdi
Ruslar Türkiyədə araşdırma aparacaqlar
ABŞ Türkiyədəki bütün diplomatik nümayəndəliklərini bağladı
Baş nazir: "Terrorun hədəfi Rusiya - Türkiyə münasibətlərini pozmaqdır"
Türkiyədəki Rusiya səfirini öldürən şəxs polisdir
Rusiyanın Türkiyədəki səfiri güllələndi