QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Prezidentin Lələtəpə mesajlarının hədəfi: "Artıq top qarşı tərəfdədir"

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olub
İlham Əliyev Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olub - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər İlham Əliyev Dağlıq Qarabağla bağlı son bəyanatlarını şərh edirlər

BAKI, 14 noy — Sputnik. "Biz son illər ərzində milyardlarla dollar dəyərində ən müasir silah-sursat, hərbi texnika almışıq. O texnikalar ən son texnologiyaya malikdir. Aprel döyüşləri bunu bir daha göstərdi. Aprel döyüşlərindən sonra ordumuzun maddi-texniki təminatı ilə bağlı əlavə tədbirlər görülür, vəsait ayrılıb, ən müasir, yüksək dağıdıcı qüvvəyə və dəqiqliyə malik olan silahlar, texnika alınır və artıq bizim sərəncamımızdadır".

İlham Əliyev Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olub - Sputnik Azərbaycan
İlham Əliyev cəbhə bölgəsinə səfər edib

Bunu Füzuli rayonu ərazisində, ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində hərbi qulluqçular qarşısında çıxışında prezident, Ali Baş Komandan İlham Əliyev deyib. Dövlət başçısı bildirib ki, ordunun döyüş qabiliyyəti ilə bərabər, vətənpərvərlik ruhu da yüksəkdir: "Biz öz torpağımızdayıq, bura Azərbaycandır. Lələtəpə də Azərbaycandır, Şuşa da Azərbaycandır, Xankəndi də Azərbaycandır. Bizim heç bir ölkənin torpağında gözümüz yoxdur. Ancaq biz öz torpağımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik. Aprel döyüşləri bunu bir daha sübut etdi".

Prezident 1994-cü ilin yanvar ayında Füzuli rayonunda aparılan uğurlu əməliyyatı və 22 kəndin işğalçılardan azad edilməsini xatırladıb: "Bu, böyük tarixi qələbə idi. Aprel döyüşləri də növbəti tarixi qələbədir. Dünya bir daha gördü ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasəti ilə heç vaxt barışmayacaq. Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik. Bu, bizim əzəli torpağımızdır, tarixi torpağımızdır və biz işğal altında olan bütün torpaqlarımıza qayıdacağıq".

"Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir və tarixə düşdü. Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasa, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaq. Ermənistanın siyasi rəhbərliyi, nəhayət, dərk etməlidir ki, işğalçılıq hərəkətləri onları uçuruma aparır. Azərbaycan gündən-günə güclənir, möhkəmlənir. Bizim güclü potensialımız və güclü ordumuz var. Biz ordumuzla, əsgər və zabitlərimizlə, sizinlə — bax, burada düşmənlə üz-üzə dayanan oğullarımızla fəxr edirik. Sizə eşq olsun! Azərbaycan inkişaf edəcək və biz ərazi bütövlüyümüzü bərpa edəcəyik!", — dövlət başçısı bəyan edib.

Prezidentin bəyanatını Sputnik-ə şərh edəb millət vəkili Elman Nəsirovun sözlərinə görə, Ali Baş Komandanın açıqlamaları ilk növbədə Ermənistana silah, pul verən, onlar üçün lobbiçilik fəaliyyətini təşkil edən, eyni zamanda onun təbliğatını aparan qüvvələrə ünvanlanıb: "Prezident növbəti dəfə bəyan etdi ki, Azərbaycan münaqişənin həlli ilə bağlı sülh danışıqlarına sadiq qalıb. Lakin, Ermənistan tərəfi əgər bundan nəticə çıxarmırsa, münaqişənin həlli ilə bağlı real addımlara imza atmırsa, müddətsiz danışıqlar taktikasını seçib süni şəkildə münaqişənin həlli prosesini uzadırsa, status-kvo vəziyyətinin qorunub saxlanılması mənafeyinə xidmət edən addımlarını bundan sonra da davam etdirsə, belə olan vəziyyətdə artıq aprel döyüşlərinin təkrarlanması və Lələtəpə əməliyyatı kimi uğurlu əməliyyatların davam etdirilməsi, təkrarlanması istisna deyil. Bunlar olacaq".

© Sputnik / Murad OrujovMillət vəkili Elman Nəsirov
Millət vəkili Elman Nəsirov - Sputnik Azərbaycan
Millət vəkili Elman Nəsirov

"Azərbaycanın mövqeyi, ilk növbədə münaqişənin həlli ilə bağlı konstruktiv mövqe tələbi kimi qiymətləndirilməlidir. Biz danışıqlar yolu ilə münaqişənin həllini istəyirik. Lakin, bu, olmayacağı təqdirdə hərbi yolla tənzimləmə də beynəlxalq hüququn bizə verdiyi imkandır. Azərbaycan dövləti münaqişəni hərbi yolla həll etmək hüququnu özündə saxlayır", — deputat bildirib.

E. Nəsirova görə, İlham Əliyevin səsləndirdiyi fikirlər qarşı tərəfə çox ciddi mesajdır: "Artıq noyabr ayının 12-də Azərbaycan Silahlı Qüvvələrinin irimiqyaslı hərbi təlimləri başlanıb. Bu da növbəti mesajdır. Yəni, beləcə süni şəkildə danışıqlar prosesini uzatmaqla Ermənistan heç nəyə nail ola bilməyəcək. Bütün bu reallıqlardan çıxış edərək cənab Prezident son dərəcə ciddi ismarıclarını ünvanladı. Hesab edirəm ki, bundan nəticə çıxarsalar, münaqişənin dinc yolla həlli imkanları labüdləşə bilər. Bütövlükdə aprel döyüşlərindən nəticə çıxarılmasa, arzuolunmaz ssenarilər üzrə hadisələr inkişaf edə bilər. Bu vəziyyətdə müharibə labüdləşərsə, Ermənistanın biabırçı məğlubiyyəti bir o qədər də labüd olacaq".

"Cənab Prezident bütün bu reallığı tam çılpaqlığı ilə qarşı tərəfin və onu himayədarlıq edən tərəflərin diqqətinə çatdırdı. Necə deyərlər top indi qarşı tərəfdədir. Onlar düşünsünlər", — deputat vurğulayıb.

Hərbi ekspert Üzeyir Cəfərov da Sputnik-ə açıqlamasında deyib ki, prezident İlham Əliyevin Füzulidə, məhz Lələtəpə istiqamətində səsləndirdiyi fikirlər bütün beynəlxalq ictimaiyyətə və xüsusən də Ermənistana ünvanlanmış konkret tələbdir: "Artıq danışıqların heç bir nəticə vermədiyini, erməni təxribatının qarşısı alınarkən aprel ayında bizim çox da qüvvə sərf etmədən, həm Lələtəpə istiqamətində, həm də Ağdərə istiqamətində, Talış istiqamətində ordumuzun qısa bir müddətdə düşməndən xeyli məsafəni, öz ərazimizi geri alması bütün dünyaya sübut etdi ki, əgər danışıqlar prosesini uzatmaq fikrindədilərsə, onlar yanılırlar".

© ANNÜzeyir Cəfərov-hərbi ekspert
Üzeyir Cəfərov-hərbi ekspert - Sputnik Azərbaycan
Üzeyir Cəfərov-hərbi ekspert

Ekspert bildirib ki, Lələtəpə strateji əhəmiyyət daşıyan bir məntəqədir: "Prezident uğurlu əməliyyatları xatırlatmaqla ermənilərin unutmaq istədikləri ağır məğlubiyyəti onların yadına saldı ki, nə qədər onlar tez başa düşsələr ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməkdə israrlıdır, ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək, bir o qədər onlar üçün yaxşı olacaq. Azərbaycan ordusunun keçirdiyi təlimlər də yekun mərhələdir. Yəni, bütün təlimlərin akkordu kimi, yekunu kimi bunu anlamaq olar. İstənilən an Prezident, hətta noyabrın 12-də də çox rahatlıqla qərar verə bilərdi. Yenə də biz dözüm və səbir nümayiş etdirərək bu təlimləri keçiririk. Bu təlimlərin əsas məqsədi ordunun döyüş hazırlığını bir daha yoxlamaqdır".

"Kənar müdaxilə olmasaydı, biz çoxdan bu məsələni həll edəcəkdik. Kənar müdaxilə diplomatik formada ola bilər. Azərbaycanın bütün silah-sursata malik nizami ordusu var. Ayrıca, aprel ayında nə müdaxilə etdilər ki? Müdaxilələri guya nə isə nəticə verdi? Düzdür, müharibədir, itkilərimiz də oldu, müharibə itkisiz olmur. Müdaxilə olmasa, Azərbaycan qısa bir müddətə ərazi bütövlüyünü tam bərpa edəcək", — Ü. Cəfərov bəyan edib.

Xəbər lenti
0