Angela Merkel Tayyib Ərdoğan

"Terror təhlükəsi" siyasi təzyiq alətinə çevirilib

41
Qabil Hüseynli: "Mən özüm Türkiyədə olarkən həm Almaniya, həm də ABŞ səfirliklərində olmuşam. Orada terror törədilmə ehtimalı yoxdur"

BAKI, 15 sen — Sputnik. Xəbər verdiyimiz kimi, Almaniya hökuməti təhlükəsizlik səbəbilə Türkiyədəki səfirliyini, konsulluğunu və məktəblərini bağlayıb. Buna səbəb alman təmsilçiliklərinə ehtimal edilən terror hücumlarıdır.

Qabil Hüseynli, politoloq
© Sputnik / STR
Qabil Hüseynli, politoloq

Hələlik dəqiq məlumat verilməsə də, Türkiyə mediası Almaniya səfirliyi, konsulluğu və məktəblərinin sentyabrın 16-da açıla biləcəyini bildirib.

Məsələni Sputnik-ə şərh edən, keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli, alman səfirliyinin təhlükəsiz bölgədə yerləşdiyini, həmin ərazidə terror ehtimalının yoxa bərabər olduğunu qeyd edib: "Terror ehtimalı var deyə, səfirliyin, konsulluğun, nümayəndəliklərin bağlanması tamamilə məntiqsizdir. Mən özüm Türkiyədə olarkən həm Almaniya, həm də ABŞ səfirliklərində olmuşam. Orada terror törədilmə ehtimalı demək olar ki, yoxdur. Ancaq təyyarə vasitəsilə nə isə eləmək olar. Hər iki səfirlik qala kimi bir yerdədir".

Q. Hüseynli Türkiyə və Almaniya arasında son vaxtlar siyasi gərginlik yaşandığını və rəsmi Berlinin hər səfərində Türkiyənin beynəlxalq nüfuzunu aşağı salmaq üçün belə bir görüntü verməyə çalışa biləcəyini deyib: "Xüsusilə 15 iyul hərbi çevriliş cəhdindən sonra Türkiyə Qərbin, əsasən də Almaniyanın təzyiqlərinə məruz qalıb. Alman hökuməti Ərdoğan iqtidarının kütləvi həbslərini hər dəfəsində pisləyir və bunu insan haqlarına qarşı addım kimi dəyərləndirir".

"Türkiyə tərəfi isə bu iddiaları israrla geri çevirir. Səfirliyin, konsulluğun bağlanması da bu proseslərin davamına bənzəyir. Ancaq düşünürəm ki, bu uzun çəkməyəcək və nümayəndəliklər yenidən fəaliyyətə başlayacaq", — politoloq qeyd edib.

Xatırladaq ki, bu il martın 19-da paytaxt Ankarada törədilən terror aktından iki gün əvvəl də Almaniya Türkiyədəki səfirliyini, konsulluğunu və İstanbuldakı alman liseyini bağlamışdı. Sözügedən terror hadisəsi zamanı 4 nəfər ölmüş, 36 nəfər yaralanmışdı.

41
Teqlər:
Qabil Hüseynli, terror, konsulluq, səfirlik, Türkiyə, Almaniya
Əlaqədar
Almaniya Türkiyəyə dəstək verdi
Almaniya Türkiyə qarşısında geri çəkilir
Türkiyədən Almaniya ilə bağlı radikal qərar
Almaniya vətəndaşlarına Türkiyə ilə bağlı xəbərdarlıq edib
Almaniya istəyir ki, qaçqınlar Türkiyədən Avropa tərəfə getməsinlər