Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Avropa İslamın qarşısındadır, yoxsa yanında?

© AFP 2023 / OLIVER BERGKölndə hicablı qadınlar. Arxiv şəkli
Kölndə hicablı qadınlar. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər Fransa və Almaniyada islammafob meyillərin baş qaldırdığı vaxtda müsəlman əsilli şəxsin London meri seçilməsini müzakirə edirlər

Avropa İslamın qarşısındadır, yoxsa yanında?
BAKI, 16 avqust — Sputnik. Fransa və Belçikada baş vermiş terror aktından sonra Avropada müsəlmanlara qarşı baş verə biləcək diskriminasiya, islamafobiyanın izləri ən çox müzakirə olunan mövzulardandır. Maraqlıdır ki, Alnamiyada hicaba qadağalarla bağlı fikirlərin səsləndiyi bir ərərfədə Pakistan əsilli taksi sürücüsünün oğlu Sadiq Xanın London meri seçilir. Bunu köhnə qitəinin islama qarşı münasibətdə ikili standartları, yoxsa Qərbin yenidən özünün tolerantlıq dəyərlərinə sahib çıxması kimi başa düşmək olar?
Londonun meri Sadiq Xan - Sputnik Azərbaycan
TƏHLİL
"Müsəlman taksi sürücüsünün oğlu milyonçu ingilis üzərində qələbə çalırsa..."

İlahiyyatçı Elşad Mirinin fikrincə, son dövrlərdə baş verən hadisələr Avropada insanların müsəlmanlara qarşı yanaşmasında müəyyən dəyişikliklərə səbəb olub. O hesab edir ki, Qərb mediası məqsədyönlü şəkildə müsalmanlardan düşmən obrazı yaradır: "Avropada vətəndaşlıq alan insanlar öz işlərinin başında olur və rahatlıqla öz işlərinə gedib gəlirlər. Heç bir problemdə hiss etmirlər. Mən bunu özüm müşahidə etmişəm. Lakin, son dövrlərdə Avropada baş vermiş terror hadisləri insanların müsalmanlara qarşı yanaşmasında müəyyən dəyişikliklərə səbəb oldu".

"Avropanın özünün və yaxud da Qərb dünyasının malik olduğu media isə bundan istifadə edərək müsalmanlardan bir düşmən obrazı yaradıldı. Avropda insanlar gördükləri müsalmanlara normal yanaşsalar da bəzilərinin içlərində belə bir qorxu var ki, bunlar potensial cinayətkardırlar. Tutaq ki, sabahları hər hanıs formada bu kimi cinayətlər həyata keçirə bilərlər. Ona görədə belə bir islamafobik anlayış yaranıb", — ilahiyyatçı bildirib.

Elşad Miri deyir ki, Avropda insanların hamısı müsalmanlara heç də medianın bizə təqdim etdiyi kimi yanaşmır: "İngiltərədə baş nazirin razı olmamasəna baxmayaraq Sadiq Xanın London meri seçilməsi bunu bir daha sübut etdi".

O, ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan Donald Trampın müsalmanların əleyhinə olan çıxışlarına da toxunub: "Bu tipli çıxışların seçkiyə yönəldiyinə inanıram. Çünki bu gün ABŞ-ın özündə də milyonlarla müsalmanlar yaşayırlar. Artıq həmin o müsalmanlarda öz sözlərini deyə biləcək səviyyəyə gəlirlər. Çünki onların həm vətəndaş olması, həm də kənardan gələn qaçqınların artıq yetişib yeni bir nəslin formalaşması Donald Trampın pafoslu çıxışlarını bir növ aradan qaldırır. Ümumilikdə isə bilirik ki, Amerikanın özündə belə prezidentlərin müəyyən fikirləri olsa da orada dövlət siyasətini formalaşmış insititutlar həyata keçirir".

"Avropanın siyasi liderləri Suriyadan gələn qaçqınlar məsələsindən istifadə edib müsalmanların əleyhinə müəyyən fikirlər formalaşdıraraq siyasət aparmağı sanki qarşılarına məqsəd qoyublar. Ümid edirəm ki, Avropa insanı müsalmanların heç də medianın onlara göstərdiyi kimi olmadığını anlayır", — E. Miri bildirib.

Sadiq Xan, Londonun yeni meri - Sputnik Azərbaycan
Sürücünün mer oğlu

Amerikada təhsil almış ictimai fəal Bəxtiyar Hacıyev isə bildirir ki, Avropada dövlətlər, dövlət siyasəti səviyyəsində İslama, yaxud hər hansı başqa bir dinə qarşı ayrıseçkilik, dözümsüzlük, islamafobiya müşahidə edilmir: "Müsəlman vətəndaşlar digər vətəndaşlar kimi təhsil, səhiyyə, sosial proqramlardan faydalanır, ibadətlərini həyata keçirir, müxtəlif dini icmalarda birləşir, məscidlərdə birlikdə ibadət edirlər. Onlar hətta seçkilər yolu ilə müxtəlif qurumlara seçilə, təyinatla dövlət qurumlarında, diplomatik nümayəndəliklərdə çalışa bilirlər".

"Düşünürəm ki, böyük mənada nə dövlətlər, nə də cəmiyyətlər səviyyəsində Avropada İslama qarşı xüsusi pis münasibət yoxdur. Belə olsaydı, biz müxtəlif ölkələrin səfirlərinin, parlament üzvlərinin, hətta paytaxt meri səviyyəsində müsəlman təmsilçilərini görməzdik. Məsələn, London merinin müsəlman əsilli Sadiq Xanın seçilməsi buna bir nümunədir", — Hacıyev qeyd edib.

Onun sözlərinə görə, ancaq kiçik marginal siyasi qruplar, bəzi siyasətçilər səviyyəsində zaman-zaman müxtəlif Avropa ölkələrində İslam əleyhinə, müsəlman vətəndaşlar və immiqrantlər əleyhinə aksiyalar keçirir: "Onların Avropa üçün təhlükə olduğunu qeyd edirlər. Zənnimcə, bu qrupların təbliğatları daha çox Avropaya köç etmiş, cəmiyyətə inteqrasiya etmək istəməyən, kiçik müsəlman icmalarda fəaliyyət göstərməyə üstünlük verən, nisbətən radikal dini qruplara bağlı şəxslərdən istifadə edirlər".

"Onlar məhz bu radikal, qapalı, yaşadıqları ölkələrin dilini öyrənməyən, cəmiyyətə inteqrasiya etmək istəməyənləri əldə bayraq edərək, ümumilikdə İslama, müsəlman əsilli vətəndaşlara, immiqrantlara qarşı dəstək toplamağa çalışırlar. Avropada böyük mənada İslama və müsəlmanlara qarşı ciddi problem olduğunu düşünmürəm", — B. Hacıyev vurğulayıb.

Xəbər lenti
0