Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Bakı-Tehran-Ankara – yeni geosiyasi oyunun başlanğıcı

© AFP 2023 / BERK OZKAN Rəcəb Tayyip Ərdoğan və Həsən Ruhani. İstanbul, 14 aprel 2016-cı il
Rəcəb Tayyip Ərdoğan və Həsən Ruhani. İstanbul, 14 aprel 2016-cı il - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyədəki son hərbi çevriliş cəhdindən sonra prezident Ərdoğan ölkənin diplomatiyasında kəskin dönüşlər etməkdə israrlı görünür.

Azər RƏŞİDOĞLU, Sputnik Azərbaycan

BAKI, 2 avq-Sputnik. Türkiyədəki son hərbi çevriliş cəhdindən sonra prezident Ərdoğan ölkənin diplomatiyasında kəskin dönüşlər etməkdə israrlı görünür. Ankara bölgədə əsas oyunçuya çevrilmək ideyasından imtina etməyəcəyini nümayiş etdirməkdədir. Türkiyə bölgədə sülh, beynəlxalq təhlükəsizlik sahəsində müsbət rol oynaya bilər. Lakin ABŞ siyasəti bölgəyə NATO hərbi bazalarının yerləşdirmək arzusundadır. Bu, Rusiya və İrana qarşı Türkiyə və Azərbaycanın qoyulması demək olardı. Son hadisələrdən sonra Ankara da NATO ilə münasibətlərində gərginlik yaşamaqdadır.
ABŞ-ın Cənubi Qafqazla bağlı siyasəti bəzi hallarda Türkiyə və Azərbaycanın maraqlarına tam cavab vermir, odur ki, Ankara və Bakı bu siyasətdə öz oyunlarını oynamağa cəhd göstərə bilərlər.

Bakıda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı müzakirələr aparılıb - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycan, Rusiya və İran arasında üçtərəfli sənəd imzalanıb

Qərb mətbuatında Yaxın Şərqdəki bir çox müsəlman ölkələrinin sərhədlərinin dəyişdirilməsi ilə bağlı Vaşinqtonun planları barədə yazıblar. "Böyük Orta Şərq" adlanan bu layihə Türkiyənin də maraqlarına zərbə vura bilər. 

Birləşmiş Ştatların bölgə ilə bağlı öz planları mövcuddur, odur ki, Türkiyə və Azərbaycanın maraqlarına cavab verə biləcək Ankara-Bakı-Tehran —Moskva yaxınlaşması sıradan bir məsələ deyil.

Dağlıq Qarabağ münaqişəsinin həlli bölgədəki qüvvələr nisbətinə korrektələr edə bilər. Rusiya da Dağlıq Qarabağ məsələsində təşəbbüslərini artırmaq istəyir. Kreml maraqları naminə bu sahədə status-kvonun qorunub saxlanılmasına cəhd göstərir ki, bu da Vaşinqtonun planları ilə tərs mütənasibdir.

Bu vəziyyətdə Rusiya Azərbaycanı qazanmaq üçün bölgədə hətta çevrilişlərə belə gedə biləcəyini gizlətmir. Digər tərəfdən, Azərbaycan-İran-Türkiyə əlaqələrinin inkişafı bölgədəki siyasi proseslərdə mühüm rol oynaya bilər. Azərbaycanın ərazi bütövlüyü təhlükə altında olarsa, Ermənistan Tehranın dəstəyinə bel bağlaya bilər.
Bu baxımdan, ənənəvi siyasətdən imtina ilə aralıq müddətdə Azərbaycan-İran-Türkiyə əlaqələrinin güclənməsi də yeni geosiyasi oyunun başlanğıcı demək olardı. Bu mühüm rolu yuxarıda qeyd elədiyimiz Türkiyənin üzərində işlədiyi, "Qərbi Asiya Birliyi" oynaya bilərdi.

Azərbaycan-İran sənədlərinin imzalanması. Arxiv şəkli - Sputnik Azərbaycan
TƏHLİL
Nə inteqrasiya, nə münaqişə

Türkiyə-İran və Türkiyə-Rusiya, Azərbaycan-İran-Türkiyə münasibətləri bölgədə Amerika siyasətinin yayılmasına zərbə endirə bilsə də, Dağlıq Qarabağ probleminin həllinə təsir göstərə biləcəyi də istisna edilmir. Lakin İran ABŞ-ın Türkiyədə Radar Sistemi qurulmasından narahatdır. Bu, İrana nəzarət üçün Amerikaya verilən əsas kozırlardan biridir. 

Onu da xatırlatmaq lazım gəlir ki, Türkiyə dünyada iqtisadi cəhətdən ən çox inkişaf etmiş 16-cı ölkədir. İran Ankaraya iqtisadi cəhətdən faydalanmaq və əməkdaşlıq üçün üz tutub.

Yaxın Şərqdə Türkiyədə hakimiyyətdə olan mötədil islamçıların regionda davamlı münaqişələrin həlli səylərinə rəhbərlik edə biləcəyi ilə bağlı ümidlər var. Bu o deməkdir ki, Yaxın Şərqdə aparıcı ölkələr sünni Türkiyədən fərqli olaraq, şiə İranın siyasi dəstəyinə arxalanmırlar. İranın köməyinin yalnız vəziyyəti mürəkkəbləşdirə biləcəyini vurğulanır. Tehranın Ankaranın regionda nüfuzunun artmasına həsəd etməsinə baxmayaraq, İran Türkiyəyə ümumilikdə müsbət qüvvə kimi baxır. Digər tərəfdən, İran Rusiyadan sonra Türkiyəni təbii qazla təmin edən ikinci ölkədir. Türkiyə həm də NATO-nun və müəyyən mənada İsrailin İranın sərhədlərinə yaxınlaşmamasında bufer rolunu oynayır. Ankaranın müsəlman dünyasında nüfuzu Tehranın islam ölkələrindəki mövcudluğunu tamamilə kölgəyə salır. Lakin reallıq bu iki ölkəni əməkdaşlığa sövq edir. Odur ki, ehtimal edə bilərik ki, yaxın zamanlarda Ərdoğanın İran səfəri də reallaşdırılacaq…

Xəbər lenti
0