Atatürk Beynəlxalq Hava Limanında terror

Türkiyə xüsusi xidməti terrorçulara necə "açıq verdi" - israilli kəşfiyyatçı danışır

821
İsrail xüsusi xidmət orqanının sabiq rəhbəri İstanbulda törədilən terror aktı və təhlükəsizlik sahəsində buraxılan səhvləri şərh edib

Bakı, 30 iyun — Sputnik. "Türkiyə ərazisində, başda "İslam dövləti" olmaqla, bir çox terrorçu təşkilatlar özlərini olduqca komfortlu hiss edirlər. Baxmayaraq ki, dünya miqyasında Türkiyə, xüsusi xidmət orqanlarının səviyyəsinə görə, arxada gedənlərdən deyil, bununla belə, bu ölkədə terrorçuların öz çirkin əməllərini həyata keçirmək üçün kifayət qədər imkanları var".

Bu sözləri, İstanbul Atatürk Beynəlxalq Hava Limanın baş verən terror aktı və təhlükəsizlik sahəsində buraxılan səhvləri Sputnik-ə şərh edən, İsrailin nüfuzlu dövlət xadimi, İsrail xüsusi xidmət orqanı olan NATİV-in keçmiş rəhbəri Yakov Kedmi deyib.

Yakov Kedmi, İsrail xüsusi xidmət orqanı olan NATİV-in keçmiş rəhbəri
© Photo : STR
Yakov Kedmi, İsrail xüsusi xidmət orqanı olan NATİV-in keçmiş rəhbəri

Ekspertin sözlərinə görə, terror aktını həyata keçirmək çox qəliz məslədir və bunun üçün bir neçə vacib amil lazımdır: "İlk olaraq, informasiya toplamaq lazımdır. Çox güman ki, Türkiyə xüsusi xidmət orqanlarının əməkdaşları vaxtında terrorçuların necə informasiya toplamağa başlamasına fikir verməyib".

Bundan əlavə, Yakov Kedminin sözlərinə görə, terror aktını həyata keçirmək üçün hərəkət azadlığı lazımdır: "Bax elə bu mərhələdə də xüsusi xidmət orqanları onların izinə düşməli və yaxın təqibə başlamalı idilər. Onlar bunu da gözdən qaçırdılar. Bunun səbəbidir ki, 3 silahlı terrorçu hava limanına sərbəst yaxınlaşa bilib".

"Burada sözhbət xüsusi xidmət orqanları, polis, hava limanı mühafizəçiləri arasında koordinasiyanın olmaması, bunun nəticəsi kimi vəziyyətə nəzarətin itirilməsi, terrorçuların silah əldə etməsi və hava limanına daxil olmaq imkanlarının yaranmasından gedir. Vəziyyətə hazır olmayan xüsusi xidmət orqanlarının əməkdaşları, əslində terrorçuların yolunu hələ onlar hava limanına yaxınlaşarkən kəsməli idilər. Məsələn, İsraildə hava limanına heç kim belə asanlıqla nəinki daxil ola, heç həndəvərinə yaxın düşə bilməz", — deyə Kedmi bildirib.

Onun sözlərinə görə, İsrailin bütün hava limanında, avtomaşınların girişindən, təyyarənin trapına qədər olan ərazidə heç bir boş — nəzarət edilməyən zona ola bilməz: "Bu bir neçə kilometrlik ərazidə hər santimetr nəzarət altındadır".

Hər halda görünən odur ki, Sputnik-in həmsöhbətinin fikrincə, Türkiyədə belə təhlükəsizlik tədbirləri görülməyibmiş. Yakov Kedmi hesab edir ki, Atatürk Hava Limanı kimi nəhəng strateji obyektin mühafizəsi üçün mühafizə xidmətlərinin işini daha sıx koordinasiya etmək lazım idi.

"Həmçinin, bu ərazidə təhlükəsizliyin təmini üçün daha çox canlı qüvvə və xüsusi texnika lazım idi. Ümumiyyətlə, hava limanlarının mühafizəsi zamanı indikindən olduqca fərqli bir sistemdən, fərqli bir taktikadan istifadə etmək lazımdır", — keçmiş kəşfiyyat şefi bildirib.

Xatırladaq ki, iyunun 28-də Atatürk Beynəlxalq Hava Limanında bir-birinin ardınca üç partlayış baş verdi. Terrorçu-kamikadzelərin insanlara əvvəlcə "Kalaşnikov" avtomatından atəş açması və daha sonra özlərini partlatması nəticəsində 42 nəfər həlak oldu, 239 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirildi. Ölkənin baş naziri Binəli Yıldırımın dediyinə görə, toplanan dəlillər bu vəhşiliyin arxasında terrorçu "İslam dövləti"nin dayandığını söyləməyə əsas verir.

821
Teqlər:
xüsusi xidmət, Yakov Kedmi, NATİV, İstanbul Atatürk Beynəlxalq Hava Limanı, "İslam dövləti", terrorçu təşkilatlar, kəşfiyyatçı, Türkiyə
Əlaqədar
Terrorçuların hansı ölkələrdən gəldikləri bəlli oldu
İstanbul terroru ilə bağlı yeni fakt ortaya çıxdı
Obama: "İstanbul terroru bütün insanlığa qarşı törədilib"
Türkiyədə daha iki dəhşətli terrorun qarşısı alındı
Ərdoğanla Obama İstanbul terrorunu aktını müzakirə ediblər
Türkiyədə terror qurbanlarının sayı 41-ə çatdı
Terror qurbanlarının əksəriyyətinin şəxsiyyəti müəyyənləşib