Ərdoğan və Putin

Kusura bakmayın...

85
(Yenilənib 16:00 28.06.2016)
Bir yol qalırdı - sərt ritorikanı üzrxahlıqla əvəzləmək, nəticədə İsrail və Rusiya ilə dostlaşmaq

BAKI, 28 iyun — Sputnik. Böyük siyasətdə emosiyalara yer olmur. Siyasətçinin istedadı ondan ibarətdir ki, lazım gələndə geri çəkilə, sözündən dönə, taktikasını dəyişə, bir sözlə manevr edə bilsin.

Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin telefonla danışarkən
© Sputnik / Mikhail KLIMENTYEV

Türkiyənin sabiq prezidenti Turquq Özal "böyük siyasət küçələrdə həll edilə bilməz" deyirdi. 1990-cı ilin 20 yanvarında Azərbaycana münasibətdə "onlar şiə, biz sünniyik" deyən Özal, 3 ildən sonra Türk Birliyi barədə bəyanat verirdi. Praqmatik siyasətçilər belə edirlər.

Lakin Ərdoğan ritorikası daha sərt idi. Görünən bu idi ki, Türkiyə Prezidenti "təyyarə qalmaqalı"ndan sonra Rusiya ilə bütün "körpüləri" yandırmaq üzrədir. Türkiyə liderinin kəskin bəyanatları ağır artilleriya atəşlərinə bənzəyirdi.

İki ölkə arasında savaşın ola biləcəyindən danışanların da sayı artmışdı. Lakin daha soyuqqanlı müşahidəçi üçün "təyyarə qalmaqalı"nın meydana çıxdığı ilk gündən bəlli idi ki, Ankara — Moskva münasibətləri savaş müstəvisinə qədər irəliləyə bilməz.

Unutmaq lazım deyil ki, son 100 ildə Türkiyə Rusiya ilə qarşıdurmadan çəkinib və bu dəfə də belə olacağına şübhə yox idi. Rusiya ilə Türkiyə arasında yaşananlar, bütün pafos və sərt ritorikaya baxmayaraq, ilk mərhələdə istər Kremlin, istərsə də Ankaranın maraqlarına cavab verirdi. Xarici düşmən amili hər iki hakimiyyətə ölkə daxilində nüfuzlarını artırmağa xidmət edən siyasi texnologiya idi.

Lakin bu, uzun müddət davam edə bilməzdi. Unutmaq olmaz ki, Vaşinqton Suriyada Moskvaya qarşı açıq çıxış etmədi və Ankaranı dəstəkləməklə məhdudlaşdı. Aydın məsələ idi ki, Ankara və Moskva arasındakı savaş da tezliklə bitəcək.

Türkiyə bölgənin mühüm oyunçusudur və odur ki, öz maraqlarına xidmət edən addımlar atacağı gözlənilən idi. Ankaraya Yaxın Şərqdə möhkəmlənmək lazımdır, ona başqa savaşlar lazım deyil. Nə Qafqaz, nə Şərqi Avropaya təsir imkanları Ankara üçün prioritet deyil. Ankara strategiyasında Yaxın Şərqi nəzarətə almaq mühümdür.

Prinsipcə, bu, neoosmanlıçılıq siyasətidir. Eyni zamanda, Rusiya Türkiyə ilə münasibətlərini normallaşdırmaqda maraqlıdır. Odur ki, "təyyarə qalmaqalı"nın uzun sürməyəcəyi ilk gündən bəlli idi. Lakin Ərdoğanın sərt ritorikasının qəfildən bu dərəcədə kəskin dəyişməsi sullar doğurur.

Siyasi hikkəsini, emosionallığını bir kənara atıb, rasional siyasətçiyə çevrilmək Ərdoğanın nəyinə lazım idi? Belə imic onun elektoratı üçün cəlbedici deyil. Kənardan görünən budur ki, Vaşinqton və Avropa İttifaqı ilə ciddi problemlər yaşayan Ərdoğan anlayırdı ki, malik olduğu elektorat parçalana və onun iqtidarı üçün ciddi problemlər yarana bilər.

Vaxtilə Ərdoğan hakimiyyətinin möhkəmlənməsinə xidmət edənlərin çoxu indi onun bədxahlarına çevriliblər, bu isə onun iqtidarı üçün təhlükə yaradır. Kommersiya strukturlarına, orduya, təhlükəsizlik sisteminə, mətbuata birbaşa çıxışı olan Fətullah Gülən, sabiq prezident Abdullah Gül, sabiq baş nazir Əhməd Davudoğlu, sabiq baş nazir müavini Bülənt Arınc vahid təşkilatda birləşə bilsələr, heç şübhəsiz ki, Birləşmiş Ştatların rəğbətini də qazana bilərlər.

Belə gedişat artıq Qərb dairələrini təngə gətirən Ərdoğan üçün əməllicə başağrısına çevrilə bilərdi. Odur ki, Ərdoğan üçün müttəfiq lazım idi. "Davos fatehi" on illər boyunca Ankaranın əsas dayağı olan İsrail ilə düşmənçilik aparırdı. Digər tərəfdən, Vaşinqtona qarşı güc nümayiş etdirən Rusiya ilə münasibətlərdəki gərginlik Ərdoğanı təklənmiş duruma sala bilərdi.

Bir yol qalırdı — sərt ritorikanı "kusura bakmayın" üzrxahlığı ilə əvəzləmək, İsrail və Rusiya ilə dostlaşmaq, Vaşinqtonun ona qarşı ata biləcəyi hər hansı bir addım barədə iki ölkə kəşfiyyatı sayəsində məlumatlanmaq və hakimiyyətini qorumaq.

Beləliklə, Ərdoğan Rusiya və İsrail ilə yaxınlaşır. Lakin qarşıda onu komandasındakı böhran gözləyir. "Rus ruleti" oyunu Ərdoğana baha başa gələ bilər və onu bu qədər qalmaqala səbəb olan "kusura bakmayın" ifadəsi də xilas etməyə bilər…

85
Teqlər:
"təyyarə qalmaqalı", Turquq Özal, böyük siyasət, Vladimir Putin, Rusiya, Rəcəb Tayyib Ərdoğan, Türkiyə
Əlaqədar
Ərdoğanın Putinə məktubunun tam mətni açıqlandı: "Bağışlayın..."
Ərdoğandan Putinə üzrxahlıq məktubu
Rəcəb Tayyip Ərdoğan Vladimir Putinə məktub yazıb
Putin Ərdoğan haqqında: "Yardım əli uzatmağa hazırıq"
Ərdoğan Putinin dəvətini rədd etdi
Rəcəb Tayyib Ərdoğan: Vladimir Putin məni yaxşı tanıyır
Roma Kolizeyi

Peyvənd olunmayanlar Avropaya gedə bilməyəcək?

743
(Yenilənib 17:26 01.03.2021)
Hazırda dünyada vaksin çoxdur, bundan sonra bir az da artacaq. Yaxşı bəs məhz hansı preparatla peyvənd olunanlara Aİ-nin sertifikatını əldə etmək imkanı veriləcək?

BAKI, 1 mart — Sputnik, Maksim Sokolov. Ancaq məsələ bununla bitmir. Hazırda dünyada vaksin çoxdur, bundan sonra bir az da artacaq. Yaxşı bəs məhz hansı preparatla peyvənd olunanlara Aİ-nin sertifikatını əldə etmək imkanı veriləcək?

Avropa İttifaqı (Aİ) diplomatik idarələrinin rəhbərlərinin iclasından sonra frau kansler Angela Merkel bəyan etdi ki, xarici işlər nazirlərinin iclasında peyvənd sertifikatının tətbiq olunması barədə razılığa gəliblər. Bu sənədsiz Aİ ölkələrinə səfər etmək mümkün olmayacaq. Düzdür, razılaşma hələlik prinsipial xarakter daşıyır, layihənin detalları üç aydan sonra açıqlanacaq. Amma doğrudan da, məsələnin təfərrüatlarına aydınlıq gətirməyə ehtiyac var. Hər şeydən əvvəl vaksinasiyaya əks-göstərişi olanların məsələsi aydın deyil.

Müvəqqəti əks-göstərişi olan, yəni yaxın vaxtlarda koronovirus infeksiyasına yoluxanların məsələsi az-çox başa düşüləndir. Digər yoluxucu xəstəliklərdə olduğu kimi bu halda da bir müddət gözləyəndən sonra peyvənd olunmaq mümkündür. Ancaq daimi xarakterli xroniki xəstəlikləri olanlar da var axı. Bəs həmin xəstəliklərdən əziyyət çəkənlər necə olsun? Yoxsa, xroniki xəstələrin onsuz da tezliklə öləcəyini nəzərə alıb heç narahat olmağa dəyməz? Necə deyərlər, insan yoxdursa, problem də yoxdur. Yaxud da xarici işlər nazirləri bu fikirdədirlər ki, ağır xronik xəstəliyi olanlar elə Avropaya gəlməsələr, yaxşıdır?!

Ancaq məsələ bununla da bitmir. Hazırda dünyada vaksin çoxdur, bundan sonra bir az da artacaq. Yaxşı bəs məhz hansı preparatla peyvənd olunanlara Aİ-nin sertifikatını əldə etmək imkanı veriləcək?

Yəqin ki, Pfizer/BioNTech", "Moderna", "AstraZeneca"-dan ibarət Avroatlantik üçlüyü ilə peyvənd olunanlar heç bir maneə ilə qarşılaşmayacaqlar. "Pfizer" peyvəndi ilə vaksinasiya olunmusansa, Avropaya buraxılış vərəqən hazırdır!

Rusiya istehsalı olan ("Sputnik V" və "EpivacCorona"), eləcə də Çinin ("Sinovac Biotech", "CanSino Biologics", CNBG — "Sinopharm") peyvənd prepatarları ilə bağlı vəziyyət isə daha qəlizdir. Çox güman ki, bu preparatlarla vaksinasiya olunanlar Brüsselin müvafiq orqanlarından Avropa sərhədini adlamaq üçün sertifikat ala bilməyəcəklər.

Qeyri-demokratik ölkələrin istehsal etdiyi peyvəndin faydası və ya zərəri yalnız tibbi deyil, həm də siyasi məsələdir. Bəs işə siyasət qarışanda nə baş verir? Biz bunun nəticələrini "Şimal axını-2" təbii qaz kəməri layihəsinin timsalında müşahidə etdik – guya Rusiyanın təbii qazı "Siklon-B"-dən yüz qat daha təhlükəlidir. Məlum məsələdir ki, həndəsi teoremlər insanların maraqlarına toxunarsa, onların uğrunda belə müharibələr aparılardı. Qeyri-demokratik ölkənin peyvəndini tanımamaqla həmin dövlət üçün xoşagəlməz hal yaratmaq mümkündürsə, bundan niyə istifadə etməsinlər ki?

Bu mənada Aİ Komissiyasının rəhbəri Ursula fon der Lyayenin bu yaxınlarda (fevralın 17-də) verdiyi açıqlamalar çox xarakterikdir: "Rusiyanın COVID-19-a qarşı peyvənd strategiyası şübhə doğurur. Niyə Rusiya nəzəri olaraq digər ölkələrə milyonlarla doza peyvənd təklif edir, lakin öz əhalisinin peyvənd olunması ilə bağlı kifayət qədər tərəqqiyə nail ola bilməyib? Bu suala cavab verilməlidir".

Onun "kifayət qədər tərəqqi" deyəndə nəyi nəzərdə tutduğunu söyləmək çətindir. Digər tərəfdən, avropalı məmurun bu mövzuya toxunması nə dərəcədə məqsədəuyğundur? Axı Avropanın özündə də bu sahədə "kifayət qədər tərəqqi" əldə olunmayıb. Yoxsa, Macarıstan "Sputnik V" peyvəndi almazdı, Çexiya, Avstriya, İtaliya bu barədə fikirləşməzdi. Əgər Avropada hər addımda "Pfizer" peyvənd köşkü olsaydı, onlar niyə Rusiyaya üz tuturdular ki?

Bəlkə də Frau Ursula 19-cu əsrin sonlarındakı taxıl ixracı təcrübəsinin yenidən canlandırılmasına görə qəzəblənib. Hazırkı Səhiyyə Nazirliyinin o zamankı maliyyə naziri Vışneqradskinin prinsiplərinə əməl edib-etmədiyini dəqiq söyləmək çətindir. Bunun Rusiya peyvəndinin effektivliyi məsələsi ilə nə əlaqəsi olduğunu anlamaq çətindir. Peyvənd ya effektlidir, ya da deyil, vəssalam. Rusiyanın öz əhalisinin peyvənd olunması sahəsində "kifayət qədər tərəqqi" əldə edib-etməməsi Brüsselin əsas problemi ola bilməz axı? Əgər siz nəyin bahasına olursa olsun, Rusiya peyvəndindən imtina etmək istəyirsinizsə, bu başqa məsələ!

Əlbəttə ki, hər şey Ursuladan və onun həmfikirlərindən asılı deyil. Avropada Rusiya ilə yolları bağlamaq istəyənlərlə yanaşı, başqa maraqları olan qruplar da var. Məsələn, gəlirləri kəskin şəkildə azalsa da, ruslar hələ də turist kimi xarici ölkələrə səfər edə biləcək maddi imkana sahibdirlər. Və pandemiya başlamazdan əvvəl turizmdən gələn gəlir bir çox Avropa ölkəsinin (İtaliya, Fransa, Yunanıstan və s.) Ümumi Daxili Məhsulunun 10-15 faizini təşkil edirdi. Bundan başqa, həmin ölkələrinin əhalisinin böyük bir hissəsinin məşğulluq problemi bu sahənin hesabına həll olunurdu. İndi bu ölkələrdə insanlar yatanda da yuxuda rus turistlərinin hesabına əvvəlki gəlirlərinin geri qayıtdığını görürlər. Ancaq ideoloji cəhətdən sabit fikirli xanım olan frau von der Lyaeyeni bu məsələ bir o qədər də maraqlandırmır, əsas odur öz pul kisəsi boş qalmasın...

 

743
Adil Qeybulla

Pandemiya zamanı toylara icazə verilsə, hansı şərtlərə əməl edilməlidir həkim şərhi

34
(Yenilənib 08:25 01.03.2021)
Professor, həkim Adil Qeybulla deyir ki, pandemiya dövründə toyların necə keçirilməsi ilə bağlı insanlarda düzgün fikir formalaşmalıdır
Adil Qeybulla: “Toylar bərpa ediləndə bir sıra şərtlər mütləq nəzərə alınmalıdır”

“Pandemiya dövründə toyların keçirilməsi formatından danışarkən təkcə say nəzərə alınmalı deyil”. Sputnik Azərbaycan xəbər verir ki, bunu ATV-yə pandemiya dövründə toyların keçirilmə qaydaları haqqında danışarkən professor, həkim Adil Qeybulla deyib.

Onun sözlərinə görə, toylar bərpa ediləndə bir sıra şərtlər mütləq nəzərə alınmalıdır:

“Toya gələn şəxslərin tempraturu ölçülməli, həmçinin xəstəliklərlə bağlı xəbərdarlıqların edilməsi vacibdir. İmmun zəifliyi olan insanlara belə şənliklərdə iştirak etməməklə bağlı tövsiyyələr edilməlidir. Yəni pandemiya dövründə toyların necə keçirilməsi ilə bağlı insanlarda düzgün fikir formalaşmalıdır”.

Adil Qeybullanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

34
Hərbçi

Qarabağda xidmət edən hərbçilərin maaşına 100 faiz əlavə edilib

5
İşğaldan azad edilmiş və hazırda infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət keçən hərbçilərin vəzifə maaşlarına isə 50 faiz həcmində müddətli əlavələr təyin olunub.

BAKI, 2 mart — Sputnik. "Post-müharibə dövrünün bir sıra təhdidlərini, xidmətin xüsusiyyətlərini, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyini nəzərə alaraq müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edilib".

Bu barədə Sputnik Azərbaycan-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən məlumat verilib.

"Əmrə əsasən Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində və Azərbaycanın Qarabağ bölgəsində Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların vəzifə maaşlarına 100 faiz həcmində müddətli əlavələr təyin edilib.

İşğaldan azad edilmiş və hazırda infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət keçən hərbçilərin vəzifə maaşlarına isə 50 faiz həcmində müddətli əlavələr təyin olunub. Qeyd edək ki, əmr cari ilin yanvar və fevral ayları üçün ödəniləcək pul təminatına da şamil edilir", - məlumatda qeyd olunub.

5