Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Kozır" onların əlindədir

© Photo : PUBLIC DOMAINKazino. Arxiv şəkli
Kazino. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Əsrlərdir, dünya siyasətinin yönünü, prinsiplərini, oyun qaydalarını müəyyən edən bir millət, tarixin heç bir dönəmində düşünülməmiş addım atmadı və heç vaxt "yanlış ələ" oynamadı

BAKI, 27 iyun — Sputnik. Əksər politoloji proqnozların əksinə olaraq, Böyük Britaniya (BB) xalqı Avropa İttifaqından (Aİ) ayrılmağa qərar verdi. Ölkə əhalisinin, təxminən 52 faizi Britaniyanın Aİ-dən çıxmasına, 48 faiz isə qalmasına səs verdi.

Londonun Parlament meydanında Britaniya İttifaqının və Aİ-nin bayraqları - Sputnik Azərbaycan
Böyük Britaniya Avropa İttifaqından ayrıldı

Həmin gün bütün Avropa şokdaydı. Siyasilər baş verən hadisəni Avropa İttifaqı tarixində "ən qara gün" kimi dəyərləndirdilər. Uzun zamandan bəri aparılan bütün müzakirələrə, təbliğat işlərinə baxmayaraq, ingilis xalqı Aİ qanunları çərçivəsində yaşamaq istəmədiyini bəyan etdi.

Britaniyanın İttifaqda qalması üçün bütün resusrlarını səfərbər edən avropalı siyasətçilər, sandıqdan onları məyus edən nəticələr çıxdıqdan sonra, taktikanı dəyişdilər. Əsasən almanların (qismən də fransızların) körüklədiyi siyasi texnoloqlar, rəsmi Londonu şantaj etmə metoduna əl atdılar. Şotlandiya və Şimali İrlandiya əhalisinə "Birləşmiş Krallıqdan ayrılın, sizi Avropa İttifaqına üzv edək" təklifi sunuldu.

Buna paralel olaraq, Britaniyada təkrar referendumun keçirilməsi tələbi ilə petisiyaya start verildi. Hətta, petisiyanın baxılması üçün 100 min imza toplanması lazım olduğu halda, sənədi 2.3 milyon insan imzaladı. Artıq Britaniya parlamentinin saytında dərc edilən petisiyaya iyunun 28-də parlament komitəsində baxılması gözlənilir.

Əslində, əsrlərdir, dünya siyasətinin yönünü, prinsiplərini, oyun qaydalarını müəyyən edən ingilis xalqı, tarixin heç bir dönəmində düşünülməmiş addım atmadığı kimi, bu gün atmır və atmaz. Eyni zamanda, daim başqalarını idarə edən bir millət, hansısa yad təsirlər altında qərar verəcək qədər zavallı deyil. Çünki heç vaxt "yanlış ələ" oynamadılar və "kozır" hər zaman onlarda oldu.

Tarixin əksər dönəmlərində, həmçinin də bu gün "biz" deyil, "mən" olmağa üstünlük verən, çoxluğun içərisində sıradan biri olmaqdansa, çoxluğun fövqündə durmağı və çoxluğu yönətməyi təqdir edən ingilislərin son qərarına da bu kontekstdən yanaşmaq lazımdır. Avropa İttifaqı çərçivəsində alman-fransız hegemonluğunun get-gedə güclənməsi anqlo-sakson "dərin dövlətini" hərəkətə gətirməyə bilməzdi.

Onlar həm Avropaya, həm də bütün dünyaya təkbaşına daha böyük olduqlarının mesajını verdilər. Əgər istərlərsə, Avropa İttifaqı kimi vahid orqanizmi parçalamaq gücündə olduqlarını nümayiş etdirdilər (artıq bir neçə Avropa ölkəsində də İttifaqdan ayrılmaq tələbləri baş qaldırıb). 19-cu əsrdə Amerikada əsasını qoyduqları "Anakonda nəzəriyyəsi"nə hələ də sadiq qaldıqlarını isbatladılar. Nəzərə alaq ki, okeansahili ölkələrin (ABŞ, Kanada, Böyük Britaniya, Avstraliya, Yaponiya) kontinental ölkələr ətrafında dar halqa yaratması, onları ilan kimi sarıb nəfəs almalarına imkan verilməməsi və onlar üzərində daim hökmranlıq edilməsini hədəfləyən bu nəzəriyyə son bir əsrdə incəliklə həyata keçirilir.

Britaniya bayrağı Londondakı evlərdən birinin pəncərəsindən asılıb - Sputnik Azərbaycan
Britaniya Avropa İttifaqı sıralarına qayıda bilər

Bəlkə Britaniya yenidən Aİ sıralarına qayıdacaq, bəlkə də yox. Önəmli olan 60 milyonluq bir dövlətin dünya siyasətində nə dərəcədə böyük çəkiyə malik olduğunun bir daha sübut olunması idi. Dünyanın siyasi institutları, iqtisadi qrupları, biznes mərkəzləri nəfəs dərmədən 23 iyun tarixini gözləyirdi. Və 24 iyunda ortaya çıxan mənzərə bütün çevrələri, dövlətləri silkələdi. "Brexit"in nəticələri ən uzaqdakı ölkələrin belə, daxili siyasi-iqtisadi sisteminə təsir etdi.

"Köhnə dünya"dan çıxaraq "yeni dünya" yaratmağı bacaran bu xalq, "bizsiz dünyanın və Avropanın taleyi necə olar?" sualını ölkələrin və xalqların müzakirəsinə çıxarmış oldu. Bu sual isə hələ çox uzun illər dartışılacaq. Düşünək, biz də düşünək. Bir az da öz gələcəyimiz haqqında…

Xəbər lenti
0