Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Qərb-Rusiya toqquşması nə zaman bitəcək?

© AFP 2023 / NIMANI ARMEND NIMANIRusiya və NATO
Rusiya və NATO - Sputnik Azərbaycan
Abunə olmaq
Amerika Suriyada həyata keçirilməsi planlaşdırılan anti-terror əməliyyatlarında Rusiya ilə hər hansı əməkdaşlıq etməyəcəyini bəyan edib

Rusiya-Qərb toqquşması həmişə olub və olacaq
BAKI, 25 may — Sputnik. ABŞ Müdafiə Nazirliyi Suriyada İŞİD-ə qarşı Rusiya tərəfi ilə birgə əməliyyatlar keçirməyi planlaşdırmır. Bunu "RİA Novosti"yə Pentaqonun nümayəndəsi Mişel Baldansa bildirib.

"Biz mütəmadi olaraq Suriyada atəşkəs rejiminin dəstəklənməsinə dair birgə səyləri Rusiya və digər tərəfdaşlarımızla müzakirə edirik. Bu, yalnız hərbçilər səviyyəsində deyil, həmçinin nazirliklərarası məsləhətləşmələr şəklində həyata keçirilir", — deyə Baldansa qeyd edib.

© Sputnik / Murad OrujovPolitoloq Fikrət Sadıxov
Politoloq Fikrət Sadıxov - Sputnik Azərbaycan
Politoloq Fikrət Sadıxov

Onun sözlərinə görə, ABŞ-ın Suriyadakı məqsədi İŞİD-lə mübarizə və ona qarşı mübarizə aparan yerli qüvvələrə dəstək göstərməkdir.

Politoloq Fikrət Sadıxov Sputnik-ə açıqlamasında bildirib ki, ABŞ və Rusiyanı düşmən mövqeyində dayanmağa Yaxın Şərqdə baş verən hadisələr vadar edir: "Hələ sovet dövründə də Sovet İttifaqı ilə ABŞ arasında uzun illər qarşıdurma davam edirdi. "Soyuq müharibə" çərçivəsində bu münasibətlər 1991-ci ilədək davam edirdi. Düşünürəm ki, vəziyyət indi də dəyişməyib, Rusiyaya qarşı Qərb tərəfindən sanksiyalar tətbiq olunub".

"Rusiya NATO-nun genişlənməsindən çox narahatdır və hesab edir ki, onun müqabilində o, cavab addımları atacaq. Bu addımlar nədən ibarət olacaq, hələ bəlli deyil, amma hazırda bunların düşmən mövqedə dayanmağına Suriyadakı vəziyyət və ümumiyyətlə Yaxın Şərqdə baş verən hadisələr vadar edir", — F. Sadıxov vurğulayıb.

Politoloqun sözlərinə görə, ABŞ və Rusiya birgə addımlar atmasalar, İŞİD təhlükəsi digər ölkələrə də keçəcək: "Hər iki ölkə birgə addımlar atmalıdır, hansısa əməliyyatlar keçirməlidir. Əgər onlar bunu istəmirlərsə, onda İŞİD bundan sonra da digər addımlara əl atacaq, digər əməliyyatlar aparacaq və Suriyadan digər ərəb ölkələrinə keçəcək. Artıq bu, baş verir. Onlar başa düşməlidirlər ki, İŞİD-dən çıxan bu təhlükə nəinki Rusiya və ABŞ-a, bütün dövlətlərə bir təhlükədir".

Suriya kürdlərinin silahlı birləşmələri ötən gün Rakka şəhərini İŞİD-dən azad olunması əməliyyatına başladıqlarını elan ediblər. Bundan başqa, onlar addımlarının ABŞ və Rusiya ilə əlaqələndirilməsinə hazır olduqlarını da qeyd ediblər.

Bu məlumatları şərh edən Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvanın əməkdaşlığa hazır olduğunu bildirib. Diplomat həmçinin qeyd edib ki, ABŞ və Rusiya artıq Suriyada terrorçulara qarşı birgə fəaliyyət imkanlarını müzakirə etməyə başlayıblar.

Daha sonra isə ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner birgə əməliyyatların müzakirə olduğunu təstiq edib. Lakin Rakkanın azad olunmasına gəldikdə o bildirib ki, bu məsələdə ABŞ kürd qüvvələrinin səylərinə və öz koalisiya müttəfiqlərinə güvənirlər.

Xəbər lenti
0