Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Problemli kreditlərlə bağlı dördpilləli həll planı

Abunə olmaq
Millət vəkillərinin müvafiq qurumlara təqdim etdikləri təkliflər paketinə, hələlik müsbət və ya mənfi cavab verilməyib. Deputatların qənaətincə, hazırki formada olduğu kimi, bütün ağırlığın əhalinin üzərinə düşməsi ədalətsizlikdir.

BAKI, 20 may — Sputnik. "Üç quruma təqdim etdiyimiz xüsusi təkliflər paketi dörd blokdan ibarətdir. 1-ci blokda bilavasitə maliyyə sabitləşməsi, bank sisteminin sağlamlaşdırılması, iqtisadiyyatın real sektorunda gedən proseslərin müsbətə doğru hərəkət etdirilməsi üçün onun maliyyə təminatının gücləndirilməsi istiqamətində olan təkliflər var".

© azadliq.orgƏli Məsimli
Əli Məsimli - Sputnik Azərbaycan
Əli Məsimli

Bunu millət vəkili Əli Məsimli Sputnik-ə açıqlamasında deyib. O bildirib ki, 2-ci blokda dollarla kredit alanların vəziyyətinin yaxşılaşdırılması ilə bağlı olan təkliflərdir: "Bu təkliflərdə üzrlü səbəbə görə, artıq qaytarılması mümkün olmayan 1000 dollara qədər olan kreditlərin bağlanması məsələsini qaldırmışıq. Məsələn, əgər kimsə rəhmətə gedibsə, min dollara qədər olan vəsaitə zamin duran adam işləmirsə, krediti qaytarmaq imkanı yoxdursa, ümidsiz bir kredit kimi bankların mənfəəti hesabına onun bağlanmasını təklif etmişik. 5 min dollara qədər olan kreditlərin 1 manat 5 qəpik nisbəti ilə qaytarılmasını təklif etmişik. Bu zaman isə ağırlığın təkcə bankın üzərinə deyil, 4 bucaq sistemi ilə, müəyyən hissəsi əhalinin, bankların və dövlətin üzərinə ədalətli proporsiyalar ilə düşməsi məsələsini qaldırmışıq".

"Əgər imkan varsa, bunu 10 min dollara qədər olan kreditlərə də tətbiq etmək olar. Əgər imkan yoxdursa, bu, 5 min dollara qədər olan kreditlərlə məhdudlaşdırılsın", — millət vəkili vurğulayıb.

O, qeyd edib ki, daha çox məbləğli kreditlərdə isə 1 manat 5 qəpik ilə 1 manat 55 qəpik arasında olan manat/dollar nisbətinin orta göstəricisindən çıxış etmək olar: "Məsələn, 1,25 nisbəti ilə qaytarılması məsələsini məqsədəuyğun hesab edirik. Bunların müqabilində isə bank sisteminin sağlamlaşdırılması istiqamətində addımlar atılmasını təklif edirik. Həmin addımlar isə banklara müəyyən kredit resurslarının verilməsi, ucuz resursların tapılması, müəyyən dərəcədə vergidən azad edilməsi və s. kompleks tədbirlər təklif edirik ki, bunların vasitəsi ilə ağırlıq təkcə bankın üzərinə düşməsin".

İqtisadçı deputatın sözlərinə görə, indi faktiki surətdə bütün ağırlıq əhalinin üzərindədir: "Biz bunu qəbul etmirik, mənfi qiymətləndiririk və heç bir qurumun da 100 faiz ağırlığın onların üzərinə düşməsini təklif etmirik, nə bankların nə dövlətin. Dördbucaq sistemi ilə risklərin bölüşdürülməsi variantını təklif etmişik".

© azadliq.orgVahid Əhmədov
Vahid Əhmədov - Sputnik Azərbaycan
Vahid Əhmədov

Millət vəkili bildirib ki, 4-cü blokda qanunvericiliyə dəyişikliklər təklifləri var: "Dəyişikliklər edilsin ki, bundan sonra Azərbaycanda manat/dollar nisbəti dəyişəndə bu cür ağır durum yaranmasın. Bizdə olan məlumata görə, təkliflər paketini təqdim etdiyimiz 3 qurum başqa nazirliklərə də həmin sənədləri göndərib. Yəqin ki, cavablar bu ayın sonuna və gələn ayın əvvəlinə verilə bilər".

Məsələ ilə əlaqədar millət vəkili Vahid Əhmədov da Sputnik-ə açıqlama verib. O, deyib ki, xüsusi təkliflər paketi Milli Məclisin sədrinə, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədrinə, Prezidentin iqtisadi islahatlar üzrə köməkçisinə təqdim edilib. Yəqin ki, təkliflərin müəyyən hissəsi qəbul olunacaq: "Hazırda onların cavablarını gözləyirik".

Xatırladaq ki, deputat Vahid Əhmədov parlamentin son iclaslarından birində, dollar kreditləri ilə bağlı bəzi qurumlara təkliflər paketi təqdim etdiklərini, lakin hələ də cavab ala bilmədiklərini deyib.

Xəbər lenti
0