Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Türkiyə - ABŞ münasibətlərində düyün nöqtələri

© AP Photo / Charles DharapakTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obamanın görüşü. Arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obamanın görüşü. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Vaşinqton heç vaxt Ankaranın regionda vəziyyətə nəzarət etməsinə imkan verə bilməz. Türkiyənin regionda daha da güclənməsi Birləşmiş Ştatlar tərəfindən təhlükə kimi qiymətləndirilir.

BAKI, 16 may — Sputnik. Türkiyə — ABŞ münasibətləri "soyuq müharibə"dən sonra mütəmadi problemlər yaşayıb və bu günə qədər keçən dövr ərzində katklizmlərlə dolu olub. İki dövlət arasında münasibətlərin qızıl dövrünü 1950-1990-cı illər hesab etmək olar. Bu dövrdə Türkiyə Sovet təhlükəsinə qarşı dayanmaqla, başda ABŞ olmaqla Qərb ölkələrinin ən yaxın müttəfiqi idi. 

© Sputnik / Fuad HasanovƏlimusa İbrahimov, BDU-nun siyasi elmlər üzrə fəlsəfə doktoru
Əlimusa İbrahimov, BDU-nun siyasi elmlər üzrə fəlsəfə doktoru - Sputnik Azərbaycan
Əlimusa İbrahimov, BDU-nun siyasi elmlər üzrə fəlsəfə doktoru

"Soyuq müharibə"nin bitməsi beynəlxalq aləmə yeni reallıqlar gətirdi. Türkiyənin regionda oynadığı rol və onun ABŞ üçün əhəmiyyəti müəyyən dəyişikliyə məruz qaldı. SSRİ-nin dağılması və onun ardınca Rusiyanın taleyinin qeyri-müəyyən görünməsi Türkiyəyə diqqəti zəiflətdi. Digər tərəfdən regionda baş verən hadisələrə Türkiyənin müstəqil müdaxiləsi və öz rolunu oynamağa çalışması Qərb dövlətləri tərəfindən adekvat qarşılanmadı və zaman-zaman qarşıdurmaya gətirib çıxardı.

Türkiyə ilə Amerika Birləşmiş Ştatları arasında qarşıdurmanın yaşandığı sahələrdən ən önəmlisi Yaxın və Orta Şərqdir. Burada bir çox dövlətlərin maraqları toqquşur və ABŞ-ın son 20 ildə aktiv müdaxiləsi regionda olan müttəfiqləri arasında belə, razılıqla qarşılanmır. ABŞ-ın İraqa müdaxiləsi, müdaxilədən sonrakı dövr və Suriyada vətəndaş müharibəsinin başlanması iki dövlət arasında gərginliyi artıran hadisələrdir.

İraqdan ABŞ-qoşunları çıxarıldıqdan sonra İraq məsələsi bir qədər arxa plana keçib. Suriyada vətəndaş müharibəsinin alovlanması və getdikcə daha çox ölkələrin bu müharibəyə cəlb olunması Türkiyə ilə ABŞ arasında münasibətlərin qaydaya salınmasını əngəlləməkdə davam edir.

İlk baxışdan regionda həm Türkiyə, həm də ABŞ-ın məqsədinin müharibənin qarşısının alınması, Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılması və sülhün, əmin-amanlığın bərqərar olunmasıdır. Belə olan halda strateji məqsəd eynidir, amma taktiki gedişlər iki dövlətin birgə daha effektli fəaliyyət göstərməsinə mane olur.

Müharibənin başlanğıcında hər iki dövlət hesab edirdi ki, Bəşər Əsəd legitimliyini itirib və bundan sonra o, Suriyada prezident ola bilməz. Bütün fəaliyyət bu qaniçənin hakimiyyətdən salınmasına yönəlmişdi.

Amma müəyyən müddət keçdikdən sonra xüsusilə, Rusiya və İranın Bəşər Əsədi hakimiyyətdə saxlamaq üçün müdaxiləsi gücləndikcə ABŞ-ın da Bəşər Əsədin hakimiyyətdən getməsinə münasibəti dəyişdi. ABŞ-da keçid dövrü üçün Əsədin hakimiyyətdə qalmasını qəbul etməyə başladılar. Türkiyə isə bu fikirlə heç cür razılaşa bilmir. Ankaranın mövqeyinə görə, beynəlxalq qüvvələrin birlikdə, silah və təzyiq vasitəsi ilə hakimiyyətdən getməyə məcbur edə bilmədiyi Əsədin, seçki vasitəsilə iqtidardan uzaqlaşdırılması mümkün deyil.

Münasibətləri gərginləşdirən digər faktor ABŞ-ın Suriyada fəaliyyət göstərən PYD və YPG ilə əlaqələridir. Türkiyə ABŞ-ın rəhbərliyinin diqqətinə çatdırmağa çalışır ki, PYD Türkiyədə mövcud olan və ABŞ-ın özü tərəfindən terrorçu təşkilat kimi tanınan PKK-nın Suriyadakı qoludur və bu iki təşkilat arasında ciddi münasibətlər və işbirliyi mövcuddur. YPG də öz növbəsində PKK və PYD-yə bağlı silahlı qüvvədir, onların hər ikisinə terrorçu qrup kimi baxmaq lazımdır. ABŞ isə YPG-ni Suriyada özünə müttəfiq hesab edir və İŞİD-ə qarşı mübarizədə bu silahlı birləşməni silah-sursatla, kəşfiyyat məlumatları ilə təchiz edir.

Əlimusa İbrahimov, BDU-nun siyasi elmlər üzrə fəlsəfə doktoru - Sputnik Azərbaycan
TƏHLİL
Kürdlərin əsas hədəfi

Təbii ki, Amerika Birləşmiş Ştatlarında da bu sahədə Türkiyənin gətirdiyi arqumentlərlə razılaşan və PYD-YPG-nin İŞİD-ə qarşı mübarizədə ABŞ-ın əlverişli tərəf-müqabili olmadığını düşünənlər mövcuddur və onlar da qəbul edirlər ki, Türkiyə narazı qalmaqda haqlıdır. ABŞ kürdləri əvəz edə biləcək tərəf müqabili axtarışındadır və onun əmələ gəlməsinə qədər bu siyasəti davam etdirmək məcburiyyətindədir.

Amerika heç vaxt Türkiyənin regionda şəraitə rəhbərlik etməsinə imkan verə bilməz. Türkiyənin regionda daha da güclənməsi ABŞ tərəfindən təhlükə kimi qiymətləndirilir. Buna görə də Türkiyəyə qarşı qoymaq üçün PYD və YPG-ni əlində saxlayır. Hətta bu terrorçu qrupların Rusiya ilə münasibətlərinə də göz yumur.

Bilindiyi kimi, PKK, PYD və YPG regionda öz məqsədlərinə çatmaq üçün Rusiya ilə əlaqələrindən də istifadə edir. Onların əsas məqsədi isə Suriyada münaqişədən istifadə edərək, bu ərəb dövlətini federallaşdırmaq və federasiya tərkibində müstəqilliyə nail olmaqdır.

Təbii ki, bu ideya regionda mövcud olan heç bir dövlət tərəfindən qəbul edilə bilməz və ərəb dövlətlərindən tutmuş İrana qədər heç kim bu ideyanı dərəkləmir. Amma kürd qüvvələri İraqda Regional Kürd Dövlətinin yardılmasından ruhlanaraq mübarizəni davam etdirir və ümid edirlər ki İŞİD-ə qarşı apardıqları müharibənin müqabilində gələcəkdə Suriyanın taleyində rol oynamağa buraxılacaqlar.

Xəbər lenti
0