Berndə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü. Arxiv

Vyana görüşü nəticəsiz qalarsa - gözləntilər qorxuludur

289
(Yenilənib 12:25 17.05.2016)
Prezidentlərin gələn həftəyə planlaşdırılan görüşünü şərh edən politoloqların qənaətinə görə, Azərbaycan siyasi və hərbi baxımdan tam hazırlıqlı vəziyyətdədir: "Bu dəfəki danışıqlar da uğursuz olarsa, müharibə variantı istisna deyil"

Vyana görüşü nəticəsiz qalarsa - gözləntilər qorxuludur
BAKI, 13 may — Sputnik. Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə yeni təfərrüatlar meydana çıxıb. RİA Novosti-nin verdiyi məlumata görə, dövlət başçıları Vyanada mayın 16-da görüşəcəklər. Mənbə bildirib ki, görüşdə prezidentlərdən başqa, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fransanın xarici işlər naziri Jan-Mark Ero və ABŞ dövlət katibi Con Kerri də olacaq.

Ərəstun Oruclu, politoloq
Ərəstun Oruclu, politoloq

rezidentlərin gözlənilən görüşünü şərh edən "Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclunun fikrincə, nə qədər ki, həmsədr dövlətlər arasında məsələyə ümumi yanaşma yoxdur, bu kimi görüşlərdən heç bir şey gözləməyə dəyməz. "Hansısa pozitiv irəliləyişdən söhbət gedə bilməz. Ona görə ki, hələlik həmsədr dövlətlər arasında ümumi yanaşma yoxdur. Bu həm Rusiyanın, həm də ABŞ-ın Minsk qrupundakı həmsədrlərinin açıqlamalarından aydın görünür", — politoloq Sputnik-ə açıqlamasında bildirib.

Digər tərəfdən isə, onun qənaətincə, aprelin əvvəlində yaşanan qarşıdurmalardan sonra Ermənistanda yaranmış ictimai-siyasi situasiya hansısa addımların atılmasına imkan vermir: "Eyni zamanda Rusiyanın müəyyən təklifləri olub. Digər tərəfdən isə bu günlərdə amerikalı həmsədr bəyan elədi ki, ümumiyyətlə heç bir ilkin şərt irəli sürmədən danışıqlar prossesinə başlanmalıdır. Burada da çox ciddi ziddiyyət var. Ona görə, mən düşünmürəm ki, bu şəraitdə hansısa bir irəliləyiş ola bilər".

Oruclu hesab edir ki, həmsədr ölkələrin öz aralarında olan ziddiyyət danışıqlar prossesinə mane olur: "Müharibə ehtimalı həmişə var. Aprelin əvvəlində müharibə olacağını heç kim gözləmirdi. Nə qədər ki, proses öz həllini tapmayıb, bu ehtimal həmişə var və həmişə də olacaq".

Politoloq İlqar Vəlizadə isə bu görüşün ötən ay baş verən hərbi əməliyyatlarla bağlı olduğunu düşünür. Onun sözlərinə görə, artıq münaqişə "pat" vəziyyətindən çıxıb: "Bu görüşdə isə əsas məqsəd yaranmış vəziyyəti təhlil etməkdir. Azərbaycan tərəfi bu görüşə öncədən bəyan olunmuş prinsiplərlə gedəcək".

"Bu prinsiplər isə Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz geri çəkilməsi və məcburi köçkünlərin geri qayıtması üçün müəyyən təminatlar verir. Ermənistan isə bunu istəmir. Bundan boyun qaçırır. Onlar başqa təklif irəli sürürlər. Bu təklif atəşkəsi qeyri-müəyyən müddətə qədər bərpa etməkdən ibarətdir", — deyə politoloq vurğulayıb.

Politoloq İlqar Vəlizadə
© Sputnik / Murad Orucov
Politoloq İlqar Vəlizadə

Siyasi şərhçinin fikrincə, bu iki prinsipial fikir ayrılığına baxmayaraq, həmsədrlər çalışacaqlar ki, iki tərəfi də bir ortaq məxrəcə gətirsinlər: "Amma, həmsədrlərin özlərinin də məsələyə baxışında ziddiyyətlər var. Bu ziddiyyətləri biz açıq şəkildə görə bilməsək də, dolayısı ilə müşahidə edirik. Misal üçün, məhz elə bu ərəfədə informasiya yayıldı ki, Rusiya Prezidenti bölgəyə gəlir. Amma, daha sonra məlum oldu ki, bu görüş təxirə salınır. Çox güman ki, bu səfər Vyana görüşünün gündəmə gəlməsi ilə təxirə salınıb və bununla bağlı razılıq əldə olunub".

Vəlizadə, bu görüş də əvvəlki görüşlər kimi nəticəsiz qalarsa, cəbhədə vəziyyət yenidən gərginləşəcəyi düşüncəsindədir: "Formula 1-lə bağlı müxtəlif fərziyyələr irəli sürülür. Amma, təsəvvür eləyin ki, Bakıda Formula 1 yarışları keçirilən zaman Ermənistan tərəfi cəbhədə təxribat törədir, hansısa bir gərginlik törədir. Azərbaycan tərəfi gözləyəcək ki, formula qurtarsın, sonra müharibəyə başlasın? Bu, mümkün deyil. Müharibə hətta Formula 1 yarışı gedən zaman da mümkündür".

"İş ondadır ki, bu yarışdan sonra müharibə ehtimalı daha da çoxalır. Düşünürəm ki, Azərbaycanın istər siyasi, istərsə də hərbi rəhbərliyi danışıqlardan asılı olmadan müharibəyə hazırdır", — təhlilçi vurğulayıb.

Qeyd edək ki, sözügedən görüş baş tutsa, bu, iki ölkə prezidentinin 2016-cı ildə ilk görüşü olacaq. İlham Əliyev və Serj Sarkisyanın son görüşü isə ötən ilin dekabrın 19-da İsveçrənin Bern şəhərində olub.

289
Teqlər:
Minsk Qrupu, Vyana, İlqar Vəlizadə, Ərəstun Oruclu, Ermənistan, Azərbaycan, görüş
Əlaqədar
Həmsədrlər prezidentləri görüşdürməyə çalışırlar
Prezident: Aprel döyüşləri bir daha xalqımızın həmrəyliyini nümayiş etdirib
Azərbaycan Prezidentindən "dördgünlük müharibə"nin təfərrüatları barədə mühüm açıqlama
Azərbaycanlıların böyük əksəriyyəti Qarabağda sülhməramlıları görmək istəmir
Lavrov: Qarabağ münaqişəsi ilə bağlı yaxın vaxtlarda görüş planlaşdırılır
Dağlıq Qarabağ münaqişəsində yolayırımı: tərəflər nədə razılığa gələ bilmir?
Şimali Dakotada qitələrarası ballistik raketlərin idarəetmə obyekti, arxiv şəkli

Co Bayden gəlsə, Strateji Hücum Silahları Haqqında Müqaviləni uzadacaqlar

113
(Yenilənib 23:19 20.10.2020)
Kremldən ABŞ-ın SHS-3 müqaviləsi ilə əlaqədar bəyanatını şərh edərkən bildiriblər ki, Moskva Vaşinqtonla strateji sabitliklə bağlı təmaslarını davam etdirir. Amerikaşünas Konstantin Bloxin Sputnik radiosunun efirindən bu məsələ barədə öz fikirlərini səsləndirib.

BAKI, 20 oktyabr — Sputnik. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Vaşinqton Vladimir Putinin SHS-3-ün (Strateji Hücum Silahları Haqqında Müqavilənin) daha bir il uzadılması təklifindən imtina etsə də, Moskva hər bir halda Amerika tərəfi ilə təmasların davam edəcəyinə ümid bağlayır.

Qeyd edək ki, bir qədər bundan əvvəl Ağ Ev Putinin mövcud müqavilənin yeni şərt irəli sürülmədən daha bir il uzadılması təklifini rədd edib.

"Biz ümid edirik ki, istənilən halda Amerika tərəfi ilə təmaslar davam edəcək. Ümumilikdə, əlbəttə ki, Prezidentin də qeyd etdiyi kimi, müqavilənin uzadılması bizə vaxt qazandıra bilərdi. Qazanacağımız bu əlavə 12 ay ərzində silahlanmaya nəzarət məsələsi ilə bağlı substantiv və ciddi danışıqlar aparmaq mümkün idi", – deyə Peskov bildirib.

O, bütün dünyanı qlobal sabitlik və təhlükəsizliyin bu "məhək daşı"ndan məhrum etməyin çox fəlakətli nəticələrə gətirib çıxaracağını da vurğulayıb.

"Buna görə də biz hər bir halda Amerika tərəfinin bu sənədin müddətini uzatmağa hazır olduğunu eşitmək istərdik ", – deyə Prezidentin mətbuat katibi qeyd edib.

Onun sözlərinə görə, hələlik bu sahədə gözlənilən inkişaf müşahidə olunmur, ancaq bu heç də o demək deyil ki, "təmasları tamamilə dayandırmaq lazımdır".

Rusiya Elmlər Akademiyası Təhlükəsizlik Araşdırmaları Mərkəzinin aparıcı tədqiqatçısı, amerikaşünas, politoloq Konstantin Bloxin Sputnik radiosu-nun efirində bildirib ki, müqavilənin taleyi daha çox ABŞ-da bu yaxınlarda keçiriləcək prezident seçkisində kimin qalib gələcəyindən asılıdır.

"Əvvəla, Respublikaçılar Partiyasının namizədi Donald Tramp Çinə nifrət edir və SHS-3-ü birbaşa Çinlə əlaqələndirir. İkincisi, ənənəvi olaraq Respublikaçılar Partiyası silahlanma üzərində nəzarəti dağıtmaq istəyir. Xatırladıram ki, Corc Buş (oğul) administrasiyası dövründə amerikalılar Anti-Ballistik Raket Sistemi (ABM) Müqaviləsindən, Tramp özü isə Orta və Qısa Mənzilli Raketlər və Açıq Səma müqavilələrindən imtina edib. Odur ki, Tramp seçkilərdə qalib gəlsə, ABŞ-ın SHS-3-dən çəkilmə ehtimalı olduqca yüksəkdir", – deyə Konstantin Bloxin bildirib.

Əgər Demokrat Partiyasının namizədi Cozef Bayden qalib gələrsə, o halda ekspertin fikrincə, müqavilənin uzadılması ehtimalı var.

"Ənənəvi olaraq, Demokrat Partiyası ruslarla strateji sabitlik mövzusunda danışıqlar aparmağın tərəfdarıdır. Xatırladım ki, mövcud müqavilənin müddətini Medvedev administrasiyası ilə Obama administrasiyası uzatmışdı. Ancaq kim qalib gəlirsə-gəlsin, bir neçə ayda yeni bir müqavilə bağlamaq, demək olar ki, mümkün deyil. Buna görə də mövcud müqavilənin müddətini ən azı bir il uzatmaq lazımdır ki, həmin dövrdə yenisi qəbul olunsun", – deyə ekspert bildirib.

Qeyd edək ki, SHS-3 silahlanmanın məhdudlaşdırılması ilə bağlı Rusiya və ABŞ arasında qüvvədə olan yeganə müqavilədir. 5 fevral 2011-ci ildə qüvvəyə minmiş müqavilənin müddəti 5 fevral 2021-ci il tarixində başa çatacaq. Əgər müqavilə yenilənməsə, artıq dünyada bu iki böyük nüvə gücünün silah arsenallarını məhdudlaşdıran heç bir sənəd mövcud olmayacaq.

113
Yerevan mənzərəsi, arxiv şəkli

Ermənistanda demoqrafik çöküş: Müharibədən sonra daha da azalacaqlar

402
(Yenilənib 21:39 20.10.2020)
Torpaqlarımız uğrunda Azərbayanla müharibəni davam etdirən Ermənistanda gənclər arasında işsizlik də yüksək səviyyədədir. Əhalinin artım tempi isə azalmaqdadır.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 20 oktyabr - Sputnik. 1990-cı ildən etibarən Ermənistanda demoqrafik çöküş davam edir. Hazırda ölkə əhalisi rəsmi rəqəmlərə görə, 2 milyon 964 min 633-dür. Hansı ki, 1990-cı ildə bu rəqəm 3 milyon 538 min 171 olub. 1950-1990-cı illərdə ölkədə demoqrafik vəziyyət qismən yüksələn xətlə davam etsə də, 1990-cı ildən sonra doğumların aşağı olması ilə əhali sayında azalmalar qeydə alınıb. 2004-cü ildən etibarən əhalinin sayı 3 milyondan da aşağı düşüb.

Bu gedişlə Ermənistanı nə gözləyir?

Politoloq İlqar Vəlizadənin Sputnik Azərbaycan-a dediyinə görə, Ermənistanın rəsmi statistikası və ekspertlər də qeyd edir ki, son illərdə bu ölkədə demoqrafik balans kəskin pisləşib:

"Bəzi regionlarda, xüsusi ilə də Ermənistanın Luri regionunda ötən il tarixdə ilk dəfə olaraq depopulyasiya qeydə alınıb. Yəni, əhali sayı kəskin şəkildə azalıb. Ölkədə sosial-iqtisadi vəziyyət də mürəkkəbləşir və bütün bunların fonunda ölkədən böyük köç davam edir. İllik olaraq 35-40 min insan Ermənistanı tərk edir. Bəzi illərdə isə bu rəqəm daha da yüksək olur. Bu şəxslər Ermənistanı daimi əsaslarla tərk edənlərdir. Real olaraq Ermənistanda yaşayanlar isə 2 milyon və hətta bundan bir qədər də azdır".

"Bu şəxslər daimi olaraq xaricdə qalırlar. Sadəcə olaraq erməni vətəndaşlığını da saxlayırlar. Yəni, bu şəxslərin sayı bu gün rəsmi olaraq Ermənistan əhalisinin sayına daxil edilir", - deyə politoloq bildirib.

Dənizkənarı bulvar
© Sputnik / Murad Orujov

İ.Vəlizadə deyir ki, hərbi hissədə qeydiyyatda dayanan şəxslərin də real sayı azdır: "Səfərbərlik qəflətən elan olundu. Bu səbəbdən ölkənin kənarında olan şəxsləri hərbiyə cəlb etmək elə də asan deyil. Düşünmürəm ki, xaricdən könüllü olaraq gəlmək istəyənlərin sayı çox olsun".

Ekspertin sözlərinə görə, getdikcə əhalisinin sayı azalmaqda olan Ermənistanı bununla daha böyük faciə gözləyir:

"Müharibə üçün uyğun yaşda olan, reproduktiv hesab edilən insanların cəbhədə ölmə ehtimalı nəzərə alınsa, deyə bilərik ki, qarşıdakı illərdə Ermənistanın artım tempi daha da aşağı düşəcək. Təcrübə göstərir ki, 80-cı illərdə Ermənistanda əhali artımı ilə 90-cı illərdə qeydə alınan artımı müqayisə etdikdə, rəqəmlər 90-larda 40 faiz azalıb. Bilavasitə olaraq Qarabağ münaqişəsi də bu rəqəmlərə təsir göstərib. Bu isə o deməkdir ki, Qarabağ münaqişəsinin yenidən alovlanması növbəti onilliklərdə əhali sayının 2010-cu illə müqayisədə kəskin şəkildə azalacağını gözləyə bilərik".

Ermənistanda əhalinin illik artım sürətinə nəzər salaq: 1958-ci ildə illik olaraq bu rəqəm 3.72 faiz olubsa, sonrakı illərdə rəqəmlərdə enmə qeydə alınıb. Belə ki, 1966-cı ildə bu rəqəm 2.93, 1983-cü ildə 1.41 faiz olub. 1987-ci ildən isə əhali artımında daha kəskin azalmalar qeydə alınıb. Belə ki, 1987-ci ildən bu rəqəmlər 1.76-dan daha da aşağı enərək 1993-cü ildə 2.32 faizə çatıb. 1994-cü ildən əhali artımında cüzi dinamika qeydə alınsa da, 2014-cü ildən yenidən azalmalar olub. Belə ki, 2014-cü ildən bu yana 2020-ci il ən az əhali artımı olan il kimi qeydə alınıb. Cari ildə əhali artımı 0.19 faiz olub.

Beləliklə, Ermənistan bütün dünya əhalisinin 0.4 faizini təşkil edib. Bununla da Ermənistan əhali sayına görə dünya ölkələri sırasında 137-ci yerdə qərarlaşıb. 1975-ci ildə isə Ermənistan bu siyahıda 118-ci yerdə idi. Gələcək illərdə əhalinin sayı ilə bağlı proqnozlar isə heç də bu ölkə üçün ürəkaçan deyil. Qarşıdakı onilliklərdə Ermənistanda əhali sayının daha da azalacağı, 2050-ci ildə 2 milyon 816 min 112 olacağı proqnozlaşdırılır.

2020-ci ildə Ermənistanda kişilər arasında gözlənilən ömür yaşı 71.8, qadınlar arasında isə 78.9 olub.

Qeyd edək ki, bu rəqəmlər https://www.worldometers.info-da yerləşdirilib və mənbə olaraq BMT, Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatlar göstərilib.

Dünya Bankının məlumatına görə, Ermənistanda bəzi sahələrdə qadınların aktivliyi kişilərlə müqayisədə daha yüksəkdir. Məsələn, ötən il kənd təsərrüfatında çalışanların 32.8 faizini qadınlar, 26.9 faizini isə kişilər təşkil edib. Xidmət sahələrində çalışanların 58.2 faizini qadınlar, 48.9 faizini isə kişilər təşkil edib.

Bu ölkədə qadınların sayı kişilərlə müqayisədə daha yüksəkdir. Belə ki, 2015-ci ilə aid olan rəqəmlərə görə, Ermənistanda qadınların sayı 1 566 461, kişilərin sayı isə 1 391 270 olub.

2018-ci ildə Ermənistanda 0-14 yaşlılar əhalinin 20.63 faizini, 15-64 yaşlılar 68.11 faizini, 65 yaş və daha yuxarı olanlar isə ümumi əhalinin 11.25 faizini təşkil edib. 2012-ci ildə isə Ermənistanda 15-64 yaşlı əhali ümumi əhalinin 69.68 faizini təşkil edib. Doğulanlar arasında kişilərin sayı isə 75 min 160 olub. Həmin ildə qadınlar arasında təbii artım 40 min 29, doöulanların sayı isə 66 min 19 olub.

Torpaqlarımız uğrunda Azərbayanla müharibəni davam etdirən Ermənistanda gənclər arasında işsizlik də yüksək səviyyədədir. Belə ki, 2007-ci ildə gənclər arasında işsizlik 11.62 faiz təşkil edibsə, həmin ildən sonra bu rəqəm durmadan artıb. Gənclər arasında işsizlik həddi 2009-cu ildən 39.87 faizi keçib. Hazırda gənclər arasında işsizlik 35.49 faiz olub.

Ümumilikdə, öncəki illərlə müqayisədə Ermənistanda ölüm statistikası da artıb.

Azərbaycana gəldikdə isə rəqəmlərdə sadəcə olaraq onu qeyd etmək olar ki, 2019-cu ildə ölkəmizdə təbii artım 85 min 263 olub. Doğumların sayı isə 141 min 179 olub. Beləliklə qeyd olunan ildə əhalinin hər min nəfərinə düşən təbii artım 8.7, hər min nəfərə düşən doğum sayı isə 14.3 olub. 2019-cu ildə doğulan kişilər arasında təbii artım 45 min 234 olub.

Azərbaycan əhalisinin 2,4 milyon nəfərini və ya 24,5 faizini gənclər təşkil edir. Bu isə elə Ermənistanın demək olar ki, bütün yaş kateqoriyaları üzrə əhalisinin sayına bərabərdir. 2018-ci ildə ölkədə nikaha daxil olanların 77,0 faizini gənclər təşkil etməsi də müsbət tendensiyalardan biridir.

402
Qarabağ klubunun futbolçuları, arxiv şəkli

"Qarabağ" qardaş Türkiyəni seçdi

0
(Yenilənib 17:48 21.10.2020)
Azərbaycanın "Qarabağ" futbol klubunun rəhbərliyi Avropa Liqasının qrup mərhələsinin ev oyunlarının neytral ərazidə keçirilməsi ilə bağlı qərarından apelyasiya şikayəti verib.

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycanın "Qarabağ" futbol klubunun rəhbərliyi Avropa Liqasının qrup mərhələsinin ev oyunlarını keçirmək istədiyi ölkənin adını açıqlayıb.

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İcraiyyə Komitəsi dünən Azərbaycan və Ermənistanın Dağlıq Qarabağdakı hərbi əməliyyatlarla əlaqədar ölkələrində UEFA-nın himayəsi altında ev oyunlarının keçirilməsinə qadağa qoyulması barədə qərar qəbul edib.

"Qarabağ" klubunun direktoru Emrah Çelikel bəyan edib ki, bu halda komandası ev oyunlarını qardaş Türkiyədə keçirmək istəyir.

"İndi üç neytral ərazi var – Kipr, Macarıstan və Polşa, ancaq bizim alternativ seçim təklif etmək imkanımız var. Avropa Liqasının qrup mərhələsindəki rəqiblərimizi Türkiyənin şəhərlərindən birində qəbul etmək istəyirik", – deyə E.Çelikel bildirib.

Komandanın bu seçimini əsaslandıran klub direktoru qeyd edib ki, Avropa İttifaqı ərazisindəki oyunlar üçün futbolçulara viza almaq lazım gəlir, bu prosedur isə xeyli vaxt tələb edir. Türkiyə ilə Azərbaycan arasında vizasız-gediş gəliş sistemi qüvvədə olduğundan, oyun qardaş ölkənin stadionlarından birində keçirilsə, sənədləşmə işlərinə əlavə vaxt lazım gəlməyəcək.

E.Çelikel klubun UEFA İcraiyyə Komitəsinin qərarından apelyasiya şikayəti verəcəyini də vurğulayaraq bildirib ki, Avropa kuboku oyunlarının Bakıda keçirilməsinə heç bir təhdid yoxdur.

Qeyd edək ki, "Qarabağ" klubu oktyabrın 22-də Avropa Liqasının qrup mərhələsi çərçivəsində ilk oyununu Tel-Əvivdə yerli "Makkabi" klubuna qarşı keçirəcək. Bir həftə sonra isə futbolçularımız Bakıda İspaniyanın "Villarreal" komandasını qəbul etməli idi.

0
Teqlər:
qrup mərhələsi, Avropa Liqası, Türkiyə, Qarabağ futbol klubu
Əlaqədar
UEFA rəhbərliyi Bakının AVRO-2020 siyahısından çıxarılacağını istisna etmir
Yaşıl sahənin adamı: "Gün gələcək, Şuşada Avropa çempionatı keçirəcəyik"
Dünya futbolunun türk ulduzu Azərbaycana dəstəyini ifadə etdi
UEFA rəhbəri: "Ümid edirəm ki, Qarabağdakı münaqişə tezliklə sülh yolu ilə həll ediləcək"