İƏT dövlət başçılarının XIII Zirvə toplantısı

İslam Əməkdaşlıq Təşkilatı hansı qlobal proseslərə təsir etmək gücündədir?

278
(Yenilənib 14:58 18.04.2016)
Ekspertlərin fikrincə, iqtisadi çətinliklərin aradan qaldırılması, tranzitlərin təmin olunması və texnologiya mübadiləsi baxımından, müsəlman ölkələr arasında əməkdaşılığın gücləndirilməsi bütün tərəflərin marağındadır

İslam Əməkdaşlıq Təşkilatı hansı qlobal proseslərə təsir etmək gücündədir?
BAKI, 15 apr — Sputnik. Aprelin 14-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) dövlət başçılarının XIII Zirvə toplantısı öz işinə başlayıb. İƏT baş katibi İyad Madani zirvədə açılış nitqi edib. Dünya müsəlmanlarının problemlərinə toxunan İ.Madani Azərbaycan və Dağlıq Qarabağ mövzusundan da danışıb.

İslam ölkələrinin ərazi bütövlüyünün qorunmasının vacibliyini diqqətə çatdıran İyad Madani deyib ki, İƏT-in təsir gücünün və etibarının artırılması üçün üzv ölkələrin məruz qaldığı haqsızlıqların aradan qalxmasına çalışılmalıdır: "Bu çərçivədə Dağlıq Qarabağ probleminin həll edilməsi istiqamətində İƏT-in təmas qrupunun yaradılmasını qərarlaşdırmışıq. Təmas qrupunun yaradılmasıyla bağlı maddənin İƏT-in zirvə toplantısının yekun bəyannaməsinə daxil edilməsi gözlənilir".

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, şərqdən qərbə, cənubdan şimala bütün İslam aləmində çətinliklərin aşılması üçün vacib olan birlik, bərabərlik və həmrəylikdir. Ərdoğan bildirib ki, hazırda terror aktlarından ən çox müsəlmanlar əziyyət çəkirlər.

Son illərdə qardaş Türkiyənin beynəlxalq aləmdə artan nüfuzu sayəsində "Böyük İyirmiliyin" üzvü kimi qlobal inkişafa mühüm töhvə verdiyini deyən prezident İlham Əliyev, Azərbaycanın İslam ölkələri ilə əməkdaşlığı prioritet hesab etdiyini vurğulayıb. Dövlət başçısı onu da qeyd edib ki, Azərbaycan mütəmadi olaraq mədəniyyətlər və dinlərarası dialoqa öz töhfəsini verir.

İƏT-in dünyada və Azərbaycanda rolu nədən ibarətdir? Bu təşkilat beynəlxalq əməkdaşlığa nə kimi töhfələr verə bilər? Bununla bağlı politoloq Tofiq Abbasov Sputnik-ə açıqlamasında deyib ki, bu təşkilat islam birliyinin dünyaya inteqrasiyasını təmin edir.

"Beynəlxlaq əməkdaşlıq olmasa, inkişaf olmaz və xeyli problemlər yaranar. Digər tərəfdən müsalman dövlətləri irəlidə gedən ölkələrlə ilişkilər qurur ki, özlərinin inkişaf kriteryalarını müasirləşdirsinlər. Belə deyək, əməkdaşlıq həm üfüqi, həm də şaquli vəziyyətdə olmalıdır. Yəni bir var, müsəlman dövlətlərinin öz aralarında olan əməkdaşlıq, bir də islam dövlətləri və ümumiyyətlə islam birliyinin qalan dünya ilə olan əməkdaşlığının genişlənməsi var", —deyə politoloq vurğulayıb.

Onun sözlərinə görə, iqtisadi çətinliklərin aradan qaldırılması, tranzitlərin təmin olunması, texnologiya mübadiləsi bütün tərəflərə xeyir gətirir: "Bir də ki, əsasən yaxın gələcəyi planlaşdırmağa imkanlar yaradır. Azərbaycan özünün coğrafi parametrlərinin kiçik olmasına baxmayaraq islam birliyində çox fəal rol oynayır".

Politoloq İlqar Vəlizadə düşünür ki, dünyada 1 milyarddan çox müsəlman yaşayır və bu baxımdan islam ölkələri arasında əməkdaşlıq vacibdir: "Bu əməkdaşlıq təkcə siyasi məsələləri yox, iqtisadi və hümanitar məsələləri də əhatə edir. Bu ölkələr müəyyən məsələlərdə daha qəti mövqedə dayanmalıdır. Açıq şəkildə öz mesajlarını dünyaya bildirməlidirlər".

"Belə vəziyyətdə İƏT daxilində olan əməkdaşlıq yer kürəsində gedən prosseslərə müsbət töhfə verə bilər. Eyni zamanda digər dövlətlərin də islam ölkələri ilə əməkdaşlığına təkan verə bilər", —deyə siyasi şərhçi qeyd edib.

İslam ölkələrinin terrorizmə qarşı birgə mübarizə aparmasına gəlincə isə, politoloq bildirib ki, hazırkı vəziyyətdə bu, nəinki mümkündür, hətta labüddür.

Qeyd edək ki, Zirvənin sonunda Fələstinlə bağlı qətnamə, İslam Əməkdaşlıq Təşkilatının 2016-2025-ci illər üçün Fəaliyyət planı, Yekun Kommünike və İstanbul Bəyannaməsi qəbul edilib.

278
Teqlər:
qlobal proses, Zirvə toplantısı, İƏT, İslam Əməkdaşlıq Təşkilatı, Tofiq Abbasov, İlqar Vəlizadə, Dağlıq Qarabağ, müsəlman
Əlaqədar
Avropa yeni İslam yaratmağa hazırlaşır
İslam ordusunun ilk görüntüləri ortaya çıxıb
"İslam ordusu" 200 min əsgərlə manevrə başlayıb
İslam bankçılığı xristian ölkəsi olan Britaniyada daha geniş yayılıb
İslam koalisiyası Rusiyaya qarşı yaradılmayıb
Neft platforması, arxiv şəkli

Niyə məhz indi? Bakı Aşqabadın razılaşması nədən xəbər verir

43
(Yenilənib 13:54 22.01.2021)
"Ola bilər ki, Dağlıq Qarabağ münaqişəsinin indiyə qədər həll olunmaması Türkmənistan tərəfində təhlükəsizliklə bağlı müəyyən narahatlıqlar yaradırdı"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 22 yanvar — Sputnik. Mütəxəssislər Azərbaycan və Türkmənistan arasında ötən gün əldə olunan Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunu tarixi hadisə adlandırırlar. Belə ki, bu anlaşma Xəzər dənizində uzun illərdir Kəpəz/Sərdar yatağı üzrə mübahisələrə son qoymaqla yanaşı, iki ölkə - Azərbaycan və Türkmənistan arasında olan əlaqələri daha üst mərhələyə çıxarmağa imkan verəcək.

Təsadüfi deyil ki, Azərbaycan Prezident İlham Əliyev Anlaşma Memorandumunu tarixi sənəd adlandırıb və qeyd edib ki, bu yataq, həmçinin yataqdakı iş ölkələrimiz və xalqlarımızı daha da yaxınlaşdıracaq, həm Türkmənistan, həm də Azərbaycan xalqlarına xeyir gətirəcək.

Sputnik Azərbaycan Anlaşma Memorandumu, onun əhəmiyyəti və bu memorandumun niyə məhz indi imzalanması ilə bağlı "Cənubi Qafqaz" siyasi klubunun rəhbəri, politoloq İlqar Vəlizadə ilə həmsöhbət olub.

Politoloq qeyd edib ki, bu memorandumun indi imzalanması ondan xəbər verir ki, Azərbaycan və Türkmənistan bununla bağlı artıq bir neçə ildir danışıqlar aparıblar. Onun sözlərinə görə, birdən-birə belə bir razılaşma ərsəyə gələ bilməz: "Niyə məhz indi? Yəqin ki, bununla bağlı bir sıra nüanslar var. Ehtimal edirəm ki, onlardan biri də təhlükəsizliklə bağlı məsələlər idi. Ola bilər ki, Dağlıq Qarabağ münaqişəsinin indiyə qədər həll olunmaması Türkmənistan tərəfində təhlükəsizliklə bağlı müəyyən narahatlıqlar yaradırdı. Çünki bu, Kəpəz/Sərdar – indiki adı ilə "Dostluq" yatağının işlənməsi və hasil ediləcək resursların ixracı üçün müəyyən risklər yaradırdı.

Aydındır ki, ixrac üçün ən optimal istiqamət Qərb – Avropadır. Həmçinin bu istiqamət üzrə Azərbaycan və digər ölkələr də daxil olmaqla hazır infrastruktur layihələri var. Yəni yeni bir infrastruktur layihəsinin qurulmasına ehtiyac yoxdur. Ona görə də hazır xammalın xarici bazarlara daşınması üçün yaxşı imkan var. Bu memorandumun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından qısa müddət sonra imzalanması artıq Türkmənistan rəhbərliyinin təhlükəsizliklə bağlı narahatlığının sona çatması kimi də dəyərləndirilə bilər".

"Cənubi Qafqaz" siyasi klubunun rəhbəri qeyd edib ki, rəsmi Bakı hələ on il əvvəl Aşqabada "Dostluq" yatağının birgə işlənməsini təklif edib: "Bu təklifdə yatağın bərabərhüquqlu şəkildə istismarı, hasilatın bərabər bölünməsi yer alır. Üç il bundan əvvəl – 2018-ci ilin martında İran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri zamanı bu memoranduma bənzər razılaşma - həmsərhəd zonada yerləşən yataqların birgə istismarına dair razılaşma İran tərəfi ilə də imzalanmışdı. Lakin İranla bağlı beynəlxalq proseslərə (ABŞ-ın nüvə razılaşmasından çıxması, İrana qarşı sanksiyaların tətbiqi – red.) görə yataqların işlənməsi istiqamətində heç bir praktiki addımlar atılmayıb. Amma "Dostluq" yatağının istismarı üçün belə maneələr yoxdur".

İlqar Vəlizadə vurğulayıb ki, Azərbaycan və Tükmənistanın əldə etdiyi razılaşmanın başqa bir əhəmiyyəti isə bundan ibarətdir ki, bu yataq Trans-Xəzər qaz layihəsinin həyata keçirilməsi üçün təkan verə bilər: ""Dostluq" yatağında 50-100 milyon ton neft, 30 milyard kub metr qaz ehtiyatları var. Bu, təbii sərvətlərlə kifayət qədər zəngin yataqdır. Bu yataqdan çıxarılan qazın Cənubi Qaz Dəhlizi layihəsi ilə Qərbə - Avropaya tədarükü də realdır. Bu isə Cənub Qaz Dəhlizi layihəsinin, ümumilikdə Avropanın enerji təhlükəsizliyi baxımından Qafqaz regionunun əhəmiyyətini artırır. Bundan əlavə, Azərbaycanı artıq neft-qaz ixracatçısından əlavə, bir enerji habına, tranzit ölkəsinə çevirəcək".

43
Teqlər:
təhlükəsizlik, ekspert, qaz, neft, yataq, qərar, Türkmənistan, Azərbaycan
Manat, arxiv şəkli

Siyasi partiyalar dövlət vəsaitini hara sərf edir? partiya rəsmiləri açıqlayır

30
(Yenilənib 00:33 22.01.2021)
“Siyasi Partiyalar haqqında” qanuna uyğun olaraq dövlət büdcəsindən vəsaitin ayrılması yolu ilə siyasi partiyalara maliyyə yardımı göstərilir.

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 22 yanvar — Sputnik. Yeni Azərbaycan Partiyası (YAP) 2020-ci ilə dair gəlirləri və xərclərini açıqlayıb. Ötən il YAP-ın gəlirləri 12 288 708 manat olub. Qeyd edək ki, “Siyasi Partiyalar haqqında” qanuna uyğun olaraq dövlət büdcəsindən vəsaitin ayrılması yolu ilə siyasi partiyalara maliyyə yardımı göstərilir.

Bəs dövlət büdcəsindən maliyyələşən partiyalar hesabatlılığa nə qədər önəm verir və vəsaitlər nəyə xərclənir? Sputnik Azərbaycan mövzu ilə bağlı bir neçə partiya rəsmisinin fikirlərini öyrənib.

Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib ki, təmsil olunduğu partiya “Siyasi Partiyalar haqqında” qanunun tələblərinə uyğun olaraq hər ilin yekununda maliyyə hesabatını açıqlayır.

O bildirib ki, YAP-ın fəaliyyəti tamamilə şəffafdır:

“Yığılan üzvlük haqları və qəbul edilən vəsaitlər partiyanın saxlanmasına, müxtəlif tədbirlərin keçirilməsinə, eyni zamanda vaxtaşırı təşkil edilən humanitar fəaliyyətlərə sərf olunur. Partiyamızın rəhbəri ölkə başçısıdır və onun fəaliyyətindəki şəffaflıq rəhbərlik etdiyi partiyanın fəaliyyətində də özünü göstərir. YAP ölkəmiz üçün aktual olan bütün məsələlərlə bağlı prinsipial mövqeyini ortaya qoyur. Dövlət quruculuğu, seçkilər və cəmiyyətin maarifləndirilməsində öz üzərinə düşən vəzifələri yerinə yetirir”.

Hazırkı parlamentdə YAP-dan sonra ən çox millət vəkili ilə təmsil olunan Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı isə deyib ki, rəhbərlik etdiyi partiya əsasən dövlət büdcəsi hesabına maliyyələşir və əlavə gəlir mənbəyi yoxdur. O bildirib ki, ayrılan vəsait partiyanın icra aparatının saxlanmasına sərf edilir. Sədr qeyd edib ki, partiya yarananda üzvlük haqqı toplamaq ənənəsi olmayıb və indi də yoxdur: “Partiyamızın böyük gəlirləri yoxdur. Bununla belə büdcədən ayrılan vəsaitin hesabına müəyyən humanitar aksiyalarda iştirak edirik. Ehtiyac olsa, partiyamız gəlirlər və xərclərlə bağlı hesabatı açıqlaya bilər”.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirib ki, sədrlik etdiyi partiyanın hesabatı yaxın müddətdə hazırlanıb, təqdim ediləcək: “Partiyaların hesabatlı olmasına müsbət yanaşırıq. Bizim partiyamız ilkin hesabat təqdim edən partiyalardandır və bununla bağlı hər hansı problem yoxdur”. Vəsaitin yetərliliyi haqqında sualımıza cavabında partiya sədri bildirib ki, dövlət tərəfindən ayrılan vəsait yetərincədir və onu da partiyanın inkişafı üçün sərf edirlər.

“Eyni zamanda partiyamızda üzvlük haqları toplanır ki, bu da partiyamız üçün kifayət edir”, – deyə partiya sədri qeyd edib.

30
Teatr səhnəsi, arxiv şəkli

Şuşa Teatrı haqqında film çəkilib

0
(Yenilənib 16:48 22.01.2021)
Teatrdan bəhs edən "Dönüş" filminin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru isə Murad Quliyevdir. Film Şuşa teatrının yenidən öz doğma torpağına - Şuşaya dönəcəyi haqdadır.

BAKI, 22 yanvar — Sputnik. Şuşa Teatrı haqqında sənədli film çəkilib. Sputnik Azərbaycan xəbər verir ki, teatrdan bəhs edən "Dönüş" filminin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru isə Murad Quliyevdir. Film Şuşa Teatrının kollektivi və teatrın yenidən öz doğma torpağına - Şuşaya dönəcəkləri haqqındadır.

 

0