Elmar Məmmədyərov, Azərbaycan Respublikasının xarici işlər naziri

"Ermənistan ordusu Azərbaycan torpaqlarını dərhal tərk etməlidir"

199
Elmar Məmmədyarov: "Münaqişənin davam etdirilməsi qəbuledilməz haldır. Münaqişənin dondurulması insanlarda illüziya yarada bilər. Hamı bilməlidir ki, hərbi qüvvələr o torpaqlardan çıxarılmalıdır"

BAKI, 7 aprel — Sputnik. "Azərbaycan, İran və Rusiya XİN başçılarının üçtərəfli görüşünün əsas məqsədi Şimal və Cənub arasında əməkdaşlığın genişləndirilməsidir. Biz xarici işlər nazirləri səviyyəsində bütün cəhdlərimizi ortaya qoyuruq".

Sputnik xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bugünkü qapalı görüşdən sonra keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, müvafiq qurumların hamısı Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı sahəsində səylərini göstərir: "Hətta, burada narkotik qaçaqmalçılığı, terrorizmə qarşı mübarizə müzakirə edildi".

E. Məmmədyarov iranlı həmkarı ilə cəbhədə baş verənləri müzakirə etdiklərini də qeyd edib: "İran tərəfi də atəşkəsin əldə olunması üçün müəyyən cəhdlər edib və nəticəni yüksək qiymətləndirir".

Sergey Lavrovla bu sahədə daha ciddi iş apardıq. Lavrovun keçən ilin ortasında irəli sürdüyü təkliflər üzərində işləyirik. Kimsə buna dondurulmuş münaqişə deyir. Amma bu, tez həllini tapmalı olan münaqişədir. Çünki insan həyatının itirilməsinə səbəb olur", —deyə Məmmədyarov vurğulayıb.

XİN başçısının sözlərinə görə, münaqişənin sülh yolu ilə həll çox vacibdir: "Münaqişənin davam etdirilməsi qəbuledilməz haldır. Münaqişənin dondurulması insanlarda illüziya yarada bilər. Hamı bilməlidir ki, hərbi qüvvələr o torpaqlardan çıxarılmalıdır. Müharibə elə bir şeydir ki, hər iki tərəfə ziyan verir və mümkün qədər tez həllini tapmalıdır. Ermənistan silahlı qüvvələri torpaqlarımızı dərhal tərk etməlidir. Sonra təhlükəsizliyin təmin edilməsi digər məsələlər nəzərdən keçirilməlidir".

199
Teqlər:
İran, XİN, Elmar Məmmədyarov, Rusiya, Azərbaycan
Əlaqədar
Erməni gülləsi Naxçıvana çatmır
"Nəinki əsgərlərə, heç mülki vətəndaşlara da qan satmırıq"
Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində qaynar xətt fəaliyyətə başladı
Düşmən yaralıları təxliyə edən sanitar tibb maşınını atəşə tutub
Uğurunda canlar fəda edilən torpaq daha bir oğlunu qoynuna aldı
Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin üçtərəfli görüşü başladı