Siyavuş Novruzov

"Anladılar ki, "dondurulmuş münaqişə" sülh demək deyil"

16
Siyavuş Novruzov: "Ermənistan arxayın idi ki, münaqişə nə qədər uzanacaqsa, Azərbaycanda yeni nəsil yetişəcək və Dağlıq Qarabağ, eləcə də digər işğal olunmuş torpaqlar onların yadından çıxacaq, onların döyüş səviyyəsi aşağı düşəcək"

BAKI, 5 apr — Sputnik. "Artıq səfərbərlik idarələrində könüllü şəkildə cəbhəyə döyüşə getmək üçün növbələr yaranıb. Yaşından asılı olmayaraq hər bir vətəndaşımız silahlı qüvvələrimizin sırasında döyüşməyə hazır olduğunu bəyan edir".

Sputnik xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov parlamentin bugünkü iclasında bildirib. Onun sözlərinə görə, artıq beynəlxalq təşkilatlar anladılar ki, "dondurulmuş münaqişə" sülh demək deyil və bunun çox ağır nəticələri ola bilər: "Bir daha sübut olundu ki, uzun müddət Minsk qrupunun yarıtmaz fəaliyyəti nəticəsində bu münaqişənin həlli məqsədli şəkildə uzadılır".

"Ermənistan arxayın idi ki, münaqişə nə qədər uzanacaqsa, Azərbaycanda yeni nəsil yetişəcək və Dağlıq Qarabağ, eləcə də digər işğal olunmuş torpaqlar onların yadından çıxacaq, onların döyüş səviyyəsi aşağı düşəcək. Lakin onlar bunun tam əskini gördülər. Gənclərimiz əllərində Azərbaycan bayrağı tutub və hər biri döyüşə atılmağa hazırdır", —deputat deyib.

Millət vəkili qeyd edib ki, Ermənistan beynəlxalq hüquq normalarını kənara qoyub Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının açıqlamaları ilə əhalisinin başını qatmağa çalışırdı: "Əgər bizə qarşı hər hansı addım atılacaqsa, digər dövlətlər də bu məsələyə qarışacaq. Həmin dövlətlərin səlahiyyətliləri onlara çox gözəl cavab verərək bildirdilər ki, döyüş Ermənistanın deyil, Azərbaycanın ərazisində gedir. Bu, erməni əhalisi arasında yaranan mifi birdəfəlik sındırdı. Anladılar ki, Azərbaycan ilə üz-üzə gəlmək üçün heç bir qüvvəyə malik deyillər".

16
Teqlər:
Qarabağ, əsgər, parlament, Siyavuş Novruzov, döyüş, səfərbərlik
Əlaqədar
"Füzulidə heç kəs yerindən tərpənməyib"
Ermənistan cəbhə bölgəsindəki əhalisini evakuasiya edir
Ağdamdakı son vəziyyətə aydınlıq gətirildi
"Azərbaycanın qoyduğu şərtlər yerinə yetirilməsə..."
Şəhidimiz torpağa tapşırıldı