Ziyafət Əsgərov - Milli Məclis sədrinin I müavini

"Hərbi əməliyyatlar Azərbaycan ərazisində gedir, Ermənistanda deyil"

31
(Yenilənib 14:32 05.04.2016)
Ziyafət Əsgərov: "Cəbhədə baş verən hadisələrdən sonra xüsusilə Minsk qrupuna müraciət edirəm ki, məsələyə düzgün münasibət bildirsinlər. Bu günə qədər işğalçının başını sığalayıblar. Bundan sonra belə olmayacaq"

BAKI, 5 apr — Sputnik. "Atəşkəs rejimi elan olunandan Ermənistan ordusu hər gün atəşkəs rejimini pozur, atəşkəs rejiminə əməl etmir. Azərbaycan isə sülh və danışıqlar prosesinə sadiqliyini göstərir".

Sputnik xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. O bildirib ki, Ermənistan status-kvonun saxlanılmasını istəyir: "Son hadisələr göstərdi ki, ermənilər təxribatlardan əl çəkmirlər. Beynəlxalq təşkilatlar bunlara heç bir təsir göstərmir. Nəticəyə gəldik ki, beynəlxalq hüquq işləmir. Belə olan halda, Azərbaycan öz gücünü göstərdi, düşmən tərəf Azərbaycan ordusunun gücünü praktiki şəkildə gördü".

"Ordumuzda psixoloji döyüş yaranıb. Azərbaycan xalqı öz ordusunun gücünü gördü. Ermənistan ordusu haqqında isə mif blef imiş, sabun köpüyü kimi əriyib getdi", —deyə birinci vitse-spiker əlavə edib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatlar bütövlükdə Azərbaycanı dəstəkləyir: "Onlar başa düşdülər ki, bu münaqişə dondurulmuş münaqişə deyil, bu, hər an alovlana bilər. Hərbi əməliyyatlar Azərbaycan ərazisində gedir. Bunun Ermənistana aidiyyəti yoxdur. Cəbhədə baş verən hadisələrdən sonra xüsusilə Minsk qrupuna müraciət edirəm ki, məsələyə düzgün münasibət bildirsinlər. Bu günə qədər işğalçının başını sığalayıblar. Bundan sonra belə olmayacaq".

31
Teqlər:
Ziyafət Əsgərov, Ermənistan ordusu, atəşkəs rejimi, Milli Məclis, döyüş, cəbhə
Əlaqədar
"Azərbaycanın qoyduğu şərtlər yerinə yetirilməsə..."
Müdafiə Nazirliyi "Smerç"dən istifadə məsələsinə aydınlıq gətirdi
"Ermənilərə qarşı savaşın ön cərgəsində yer alacağıq"
Svante Kornell: Azərbaycan Ordusu öz hərbi qabiliyyətini sübut etdi
İrandan Ermənistana çağırış: "Azərbaycan torpaqlarını tərk edin"