Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"İki faktor Azərbaycanı Qərblə yaxınlaşmağa məcbur edir"

© ADPSülhəddin Əkbər
Sülhəddin Əkbər - Sputnik Azərbaycan
Abunə olmaq
Sülhəddin Əkbər: "Azərbaycan Rusiya ilə münasibətləri əvvəlkindən də güclü davam etdirmək istəyir. Sadəcə olaraq, münasibətlərin bir limiti var ki, o da Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyüdür"

BAKI, 4 apr — Sputnik. Son vaxtlar Amerika Birləşmiş Ştatları — Azərbaycan münasibətlərində mühüm yaxınlaşma müşahidə olunur. Qərbin siyasi məhbus hesab etdiyi şəxslərin prezident İlham Əliyev tərəfdən əfv olunmasının münasibətlərin istiləşməsində önəmli rol oynadığı deyilir.

Nüvə sammiti - Sputnik Azərbaycan
Nüvə Təhlükəsizliyi Sammiti başlayıb

Beynəlxalq Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün ABŞ-a səfər edən prezident Əliyevin Vaşinqtonda Con Kerri ilə bir araya gəlməsi və hər iki rəsminin qarşılıqlı xoş mesajlar verməsi yeni siyasi gedişata işarə edirdi. Birləşmiş Ştatlarla Azərbaycan arasında olan yaxınlaşmanı Sputnik-ə şərh edən Azad Demokratlar Partiyasının (AZDP) sədri, politoloq Sülhəddin Əkbər, son zamanlar yaşanan iki faktorun ölkəni Qərblə yaxınlaşmağa məcbur etdiyini deyib.

"Ukrayna hadisələrindən sonra Azərbaycan siyasi və diplomatik sahədə Birləşmiş Ştatlar və Qərbdən uzaqlaşma siyasəti aparırdı. Daha dərinə getsək, bu əlaqələr 2013-cü il prezident seçkilərində ATƏT-in yekun hesabatında seçkilərə verilən qiymətdən sonra korlanmışdı. Lakin son zamanlar bəzi amillər Azərbaycan hökumətini əks istiqamətdə hərəkət etməyə vadar edir", —deyə siyasi ekspert bildirdi.

Sülhəddin Əkbər Qərblə yaxınlaşmadakı birinci faktor kimi geopolitik proseslərin tələbini, ikinci faktor olaraq isə maliyyə məsələsini qeyd edib: "Azərbaycanın ABŞ, Avropa və Qərb alyansı ilə yaxınlaşmasındakı ikinci mühüm səbəb ölkənin daxilində baş verən maliyyə, sosial-iqtisadi problemlərdir. Bu da Azərbaycanı xarici borclanmaya getməyə, Qərblə, ABŞ-la, beynəlxalq maliyyə institutları ilə yaxınlaşmağa sövq edir".

İlham Əliyev və Barak Obama - Sputnik Azərbaycan
İlham Əliyev Ağ Evdə Barak Obama ilə görüşüb

Politoloq, atılan addımların məcburi xarakter daşıdığını və Azərbaycanın Rusiyadan uzaqlaşdığını iddia edənlərlə isə razılaşmır: "Azərbaycan Rusiya ilə münasibətləri əvvəlkindən də güclü davam etdirmək istəyir. Sadəcə olaraq, münasibətlərin bir limiti var ki, o da Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyüdür. Rusiya Azərbaycanın Avrasiya İqtisadi Birliyinə girməsini istəyir. Hamıya aydındır ki, bu birlik tək iqtisadi birlik deyil. Bunun arxasında Rusiyanın siyasi liderliyi dayanır".

Xəbər lenti
0