Natiq Cəfərli

Dollar bir iyun ayında qalxa bilər

609
Natiq Cəfərli: Manatın möhkəmlənməsinin ciddi iqtisadi əsası yoxdur.

BAKI, 1 aprel — Sputnik. Manatın möhkəmlənməsinin ciddi iqtisadi əsası yoxdur. Dekabr ayında Azərbaycanda ikinci devalvasiya olanda dünya bazarında neftin ortalama qiyməti dekabr ayı üçün təqribən 37,8 dollar oldu. Bu ilin 3 ayında neftin ortalama qiyməti hələlik ondan da aşağıdır — 36,7 dollar. Bizim valyuta rezervlərimiz və ixracatımız neftə bağlı olduğu üçün manatın taleyi də neftdən ciddi asılıdır.

Bunu iqtisadçı ekspert Natiq Cəfərli Sputnik-ə açıqlamasında bildirib.

Ekspert deyib ki, bundan başqa, ixracatda ciddi irəliləyişlər baş verməyib: "Bizim neftdən başqa ixrac etdiyimiz mallarda ciddi artım yoxdur. İdxalda müəyyən azalma var. Bu bir az manatı dəstəkləyir. Çünki, insanların alıcılıq qabiliyyəti xeyli dərəcədə aşağı düşüb. Ona görə idxalda keçən ilin müvafiq dövrünə nisbətən bir az azalmalar müşahidə olunur. Amma başqa ciddi fundamental iqtisadi əsaslar yoxdur. Sadəcə, dünya bazarlarında son 3 gündə dolların ucuzlaşması müşahidə olunur.

ABŞ Federal Ehtiyat Sisteminin yerləşdiyi bina
© AFP 2019 / Karen BLEIER
 Bu da FED-in rəhbəri Canet Yellenin faiz artımında çox ehtiyatlı davranacağını söyləyəndən sonra baş verib. O fikirlərin prosesə müəyyən təsirləri var." 

N.Cəfərli manatın xarici valyutaya nisbətdə möhkəmlənməsində danışarkən təkcə dolların məzənnəsinə istinad etməyi doğru saymır: "Nədənsə Azərbaycanda manatın möhkəmlənməsindən söhbət gedəndə ancaq dollar yada düşür. Baxmayaraq ki, Mərkəzi Bankın da qərarına görə, Azərbaycanda ikili səbət sisteminə çoxdan keçirilib və manatın məzənnəsi həm avroya, həm də dollara görə müəyyənləşdirilib. Son zamanlarda manat dollara nisbətən bir az möhkəmlənsə də, avroya nisbətən zəyifləyib. Sadəcə, dollara daha çox etibar var deyə, məzənnə əsasən dollar/manat nisbətinə görə nəzərə alınır".

Ekspert onu da əlavə edib ki, bu ay keçiriləcək FED-in iclasında uçot dərəcəsinin artırılması ehtimalı çox aşağıdır. "Düşünürəm ki, iyun ayında keçiriləcək toplantıda faizlərin qaldırılması ehtimalı çox yüksəkdir." — deyə Cəfərli əlavə edib.

609
Teqlər:
Azərbaycan, Canet Yelen, avro, valyuta, manatın devalvasiyası, manat, dollar, Federal Reserve System, FED
Əlaqədar
Dollar üçün kritik gün
Bankların dollara olan tələbatı niyə azalıb?
50 min dollardan çox pulu olanların nəzərinə
AMB dolları 1,60 manatdan aşağı dartdı
Dollar kreditləri ilə bağlı Prezidentə müraciət edildi