Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Okeanın o tayında Azərbaycan üçün hansı mesajlar hazırlanıb?

© AzvisionAzərbaycan prezidenti İlham Əliyev və ABŞ prezidenti Barak Obama
Azərbaycan prezidenti İlham Əliyev və ABŞ prezidenti Barak Obama - Sputnik Azərbaycan
Abunə olmaq
Siyasi müşahidəçilər Azərbaycan Prezidentinin ABŞ-a səfərini müsbət dəyərləndirirlər. Analitiklərin hesablamalarına görə, Vaşinqton görüşü Azərbaycan-Amerika münasibətlərini yenidən "istiləşdirə" bilər.

Okeanın o tayında Azərbaycan üçün hansı mesajlar hazırlanıb?
BAKI, 28 mart — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev martın 31-də amerikalı həmkarı Barak Obamanın dəvəti ilə Vaşinqtonda nüvə təhlükəsizliyi sammitində iştirak edəcək. Bu səfərin doğuracağı siyasi reaksiyalar ciddi müzakirə olunmaqdadır.
Azərbaycan prezidenti İlham Əliyev və ABŞ prezidenti Barak Obama - Sputnik Azərbaycan
SİYASƏT
Barak Obama İlham Əliyevi ABŞ-a dəvət etdi

Ekspertlər neftin qiymətdən düşməsi ilə başlanan iqtisadi geriləmənin qarşısının alınması və regiondakı gərgin siyasi vəziyyətdən çıxış yollarının tapılması baxımından, okeanın o tayından veriləcək mesajaların mühüm əhəmiyyət kəsb edəcəyi qənaətindədirlər. Novruz bayramı ərəfəsində dövlət başçısının əfv sərəncamı ilə Qərb dairələrinin siyasi məhbus hesab etdiyi bir qism şəxslərin azad olunmasını da siyasətdə yeni yanaşmanın yaranması kimi dəyərləndirənlər var.

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Sputnik-ə açıqlamasında bildirib ki, səfər zamanı Azərbaycan-ABŞ münasibətlərinin müzakirə olunacağı şübhəsizdir: "Səfər zamanı Prezident ABŞ administrasiyalarının nümayəndələri ilə görüşəcək və fürsətdən istifadə edib Azərbaycan-Amerika münasibətlərinə müəyyən nəzər yetirəcək".

"Düşünürəm ki, Ermənistanda olan, bütün regiona təhlükə yaradan nüvə elektrik stansiyasına da diqqət yetiriləcək. Amma ümumən, əsas məsələ sammitdə iştirakdır. Bu, dünya miqyaslı hadisədir", —deyə millət vəkili bildirib.

Hakim Yeni Azərbaycan Partiyasından olan deputat Hikmət Babaoğlunun sözlərinə görə isə, Azərbaycan Prezidentinin bu sammitə dəvəti heç də təsadüfi deyil: "ABŞ-da nüvə təhlükəsizliyi ilə bağlı keçirilən tədbirə Azərbaycan Prezidentinin dəvəti təsadüfi xarakter daşımır. Çünki Azərbaycan təkcə dünyanın və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamır, eyni zamanda regionda sabitləşdirici bir dövlət kimi çıxış edir. İstər Azərbaycan iqtisadiyyatı, istər onun maliyyə institutları, onun hərbi-siyasi güc olaraq regiondakı rolu məhz bu müstəvidə qiymətləndirilir. Ona görə də Azərbaycan Prezidentinin ABŞ-a səfəri həm region üçün və ilk növbədə Azərbaycanın milli maraqları üçün çox böyük əhəmiyyət kəsb edir".

"Konfrans zamanı rəsmi çıxışlarla yanaşı, digər görüşlər də keçirilir ki, bu da münasibətlərin gələcək inkişafı üçün vacibdir. Bu səfər zamanı Azərbaycan Prezidenti sammitdə iştirak edib onun fəaliyyəti ilə bağlı Azərbaycanın gördüyü işləri və qarşısında duran vəzifələri ilə bağlı çıxış edəcək".

Bunu isə Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov deyib. Onun sözlərinə görə, belə sammitlərin ikinci tərəfdən böyük əhəmiyyəti ondan ibarətdir ki, orada müxtəlif görüşlər, kontaktlar, danışıqlar olur və onların nəticəsində də ikitərəfli münasibətlərin inkişafı ilə bağlı irəliyə addımlar atılır: "Düşünürəm ki, hər iki məsələni nəzərə alsaq, bu səfərin çox böyük əhəmiyyəti var".

Символ Государственного департамента США в зале для брифингов. Архивное фото - Sputnik Azərbaycan
ABŞ İlham Əliyevin addımını alqışladı

Müxaləfətdə dayanan və bu yaxınlarda partiyaya çevrilməyi qərara almış REAL Hərəkatının İdarə Heyətinin üzvü, politoloq Azər Qasımlı isə Sputnik-ə açıqlamasında Azərbaycanla ABŞ arasındakı münasibətlərin isinəcəyinə ümid etdiyini deyib: "Səfərdən gözləntim odur ki, Azərbaycanla ABŞ arasında olan soyuq münasibətlər az da olsa, isinəcək və bundan sonra daha yaxın olacaq. ABŞ-la Azərbaycan arasında son il yarım ərzində münasibətlər çox pis həddə — sanksiyalar həddinə gəldi çıxdı. Bu, belə olmamalı idi, çünki ABŞ Azərbaycan üçün çox önəmli ölkədir. Ümid edirəm ki, bu problemi həll edəcəklər".

Bundan başqa, politoloq iddia edir ki, səfər zamanı Azərbaycanın daxili siyasəti, siyasi məhbuslar məsələsi, beynalxalq siyasət, Azərbaycanın Avropaya inteqrasiya məsələsi və Azərbaycan — Rusiya — ABŞ, eləcə də Azərbaycan — Rusiya — Türkiyə münasibətləri və yaranan gərginliklər müzakirə oluna bilər.

Qeyd edək ki, Nüvə təhlükəsizliyi üzrə ilk Beynəlxalq Sammit 2010-cu ildə Vaşinqtonda keçirilib. Daha sonra Sammit 2012-ci ildə Seulda, 2014-cü ildə isə Haaqa şəhərində baş tutub.

Xəbər lenti
0