Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Neftin bahalaşması üçün fundamental səbəblər yoxdur"

© Photo : N.Cəfərlinin şəxsi arxiviNatiq Cəfərli
Natiq Cəfərli - Sputnik Azərbaycan
Abunə olmaq
Natiq Cəfərli: "Neftin indiki səviyyəllərdə bahalaşması manata o qədər də ciddi təsir göstərmir. Neftin qiyməti çox yüksəklərə qalxmalıdır ki, manat özünə gəlsin, obrazlı desək, dərindən nəfəs alsın"

Neftin bahalaşması üçün fundamental səbəblər yoxdur
BAKI, 14 mart — Sputnik. Mart ayının 7-dən dünya bazarında Brent markalı neftin qiyməti 40 dolları ötüb. Növbəti günlərdə neftin qiymətinin müəyyən qədər artımı istisna edilmir. Belə ki, Beynəlxalq Enerji Agentliyi son açıqlamasında neftin qiymətlərinin yenidən artma ehtimalının olduğunu açıqlayıb. Açıqlamaya görə, bu, ABŞ-da neft hasilatının azaldılması və digər ölkələrin neft tədarükünün qarşısının alınması nəticəsində baş verir.

Azərbaycanın energetika naziri Natiq Əliyev də son açıqlamasında bildirib ki, neftin belə aşağı qiymətdə qalması uzun müddət davam edə bilməz və qiymətlər yavaş-yavaş artacaq. Nazir deyib ki, "Bu, elə müvafiq qiymət olmalıdır ki, həm neft hasil edən, həm də istehlakçı ölkələr üçün məqbul olsun. Neft hasil edən ölkələr də əldə olunan gəlirlərdən neft hasilatının inkişafına pul qoya bilsin".

Azərbaycanın energetika naziri Natiq Əliyev - Sputnik Azərbaycan
İQTİSADİYYAT
"Neftin qiymətinin aşağı səviyyədə olması uzun müddət davam edə bilməz"

Lakin, neftin qiyməti ilə bağlı proqnozlar heç də bir mənalı deyil. Belə ki, bəzi ekspertlər bu artımın müvəqqəti xarakter daşıdığı fikirndədirlər. Bununla bağlı Sputnik-in suallarını iqtisadçı ekspert Natiq Cəfərli cavablandırıb?

- Dünyanın hazırkı iqtisadi-siyasi mənzərəsini nəzərə alsaq, neftin qiyməti bahalaşmaqda davam edəcəkmi?

— Bahalaşmaq üçün fundamental səbəblər yoxdur. Çünki, dünyada istehlak da azalır. Məsələn Çinin iqtisadi böyüməsində ciddi problemlər var. Çin də dünyada ikinci ən böyük neft istehsal edən ölkədir. İkinci səbəb İran məsələsidir. İranın energetika naziri bu həftə ərzində 250 min barel əlavə neft çıxarılacağı haqqında bəyanat verib. İndi İran bazarda hər gün 1,7 milyon barel neft satır. Martın 20-də bunun artıq 2 milyon barreli keçəcəyi haqqında bəyanat veriblər. Müqavilələrin də bağlanması haqqında məlumat gedir. Tankerlər dolmaq üzrədir. Əsas neft istehlakçısı olan ölkələrin strateji neft ehtiyyat fondu var. Onlar da dolmaq həddindədir. Bəzi ölkələrin də ehtiyat fondları 90-95 % dolub. Məsələn, ABŞ-da 527 milyon barel əlavə neft ehtiyatı yaranıb ki, bu da son 80 ilin ən böyük göstəricisidir. Avropa ölkələri və Yaponiyada neft rezervlərinin dolma səviyyəsi təqribən 90-95 %-ə çatıb. Yəni bütün bu fundamental məsələlər onu göstərir ki, yaxın gələcəkdə, ən azı yaxın həftələrdə neftin qiymətinin artmasının davamlı olması ehtimalı çox aşağıdır. Ən yaxşı halda indiki qiymət koridorunda yəni 35-40 dollar olan koridorda qalma ehtimalı yüksəkdir. Ola bilər ki, yay aylarında neftin qiymətində müəyyən dəyişikliklər olsun. Ona görə ki, yay aylarında benzin daha çox istifadə olunur. Bu da turizmin təsiri ilə bağlıdır. Əgər yayda hər hansı fundamental bir dəyişiklik olmasa, neftin qiyməti 40 dolların üzərində, təxminən 41-42 dollar ola bilər. Amma, yaxın həftələrdə neftin qiymətinin daha da yüksəlməsi ehtimalı çox aşağıdır.

Səudiyyə Ərəbistanı - neft - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Neft ölkələrindən mühüm qərar: istehsal dondurulur

- Natiq bəy, manatın məzənnəsi neftin qiymətindən asılı olduğu üçün, güman olunurdu ki, neftin bahalaşması manata yenidən həyat verə bilər. Bəs, siz necə düşünürsüz, neftin bahalaşması niyə manatın stabilləşməsinə gətirib çıxarmadı?

— Neftin indiki səviyyəllərdə bahalaşması manata o qədər də ciddi təsir göstərmir. Çünki, manata təsir göstərən digər ciddi səbəblər də var: Ölkənin tədiyyə balansı, ticarət dövriyyəsi, idxaldan asılılıq səviyyəsi. Çünki bir çox malların qiymətlərində asılılıq 100 %-ə qədərdir. Məsələn, ən çox işlənilən mal kateqoriyalarından olan dərmanda bu, 100%-dir, hazır geyimdə 100%-dir, uşaq yeməklərində 100%-dir, ərzaqda təqribən 60-65 %-dir. Yəni idxaldan asılılığımız da yüksək səviyyədə olduğundan neftin qiymətinin indiki səviyyələrdə qalxması, yəni 40 dollar olması manata o qədərdə ciddi təsir göstərmir. Neftin qiymətinin keçmiş illərdə olduğu kimi 80-90, 100 dollar civarinda olma ehtimalı olsa, o zaman manata ciddi təsir göstərə bilər. İndiki halda o qədər də böyük təsiri olmyacaq. Çünki, ölkəyə enerji daşıyıcılarından başqa valyuta gətirən sahələr yox dərəcəsindədir. Yəni ixracatımızın 94%-ə yaxını neft və qazdır. İndiki səviyyələr manata dəstək üçün kifayət deyil. Neftin qiyməti çox yüksəklərə qalxmalıdır ki, manat özünə gəlsin, obrazlı desək, dərindən nəfəs alsın. O da təəssüf ki, yaxın gələcəkdə mümkün görünmür.

Xəbər lenti
0