Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Bu da son: məbədə girdilər

© AFP 2023Ankarada partlayış
Ankarada partlayış - Sputnik Azərbaycan
Abunə olmaq
O günü gözlərkən, bu günü yaşatdın bizə. Mərkəzimiz yenə qan içində, içimiz yenə acılarla dolu, qürurumuz yenə populist çıxışların ayaqları altında. Gözlərimiz önündə can verən məsum insanları yenə sənin ifanda, hansısa şairin kədərli şeirinin sədası altında torpağa gömürük.

Böyük işlər gördün. Çox böyük. Şanlı keçmişi olan milləti boynubükük, zavallı, ələbaxan olmaqdan qurtarmaq yolunda əvəzsiz xidmətlərin oldu. Bəlkə buna tam nail ola bilmədin, amma haqqın danılmaz.

İqtisadiyyatı girdabdan çıxarmaq, xarici borcları qapatmaq, milli sənayeni inkişaf etdirmək uğruna sərf etdiyin çabaları da görməzdən gəlmək nankorluq olar. Milli iqtisadiyyatı, yerli biznesi də köləlikdən azad etməyə xeyli dərəcədə nail oldun (təkrar kimin köləsi olduqlarını dartışmırıq).

Yasdakı qadınlar. Arxiv şəkli - Sputnik Azərbaycan
Məni ölməyə qoymayın...

Kənar diqtə ilə oturub-qalxmaqdan bezən dövləti, ən azından regionda söz sahibi olmağa həvəsləndirmək, bu yolda xeyli dərəcədə yol qət etmək də hər kişinin işi deyil. Başın uca olsun, millət başını qaldırmağa, sənin də dəstəyinlə fürsət tapa bildi.

Açılım dedin, açılalım dedin, açılın dedin. Biz açılmağa macal tapmamış, sandıqlar açıldı. İçərisindən pəmbələrə bükülmüş qiymətli kağızlar çıxdı. Paralel (?!) kasetlər çıxdı. Sənə sevgimizdən dolayı, bunları böyük hədəflərə xəyanət hesab etdik və böyük hədəflərə doğru yenə sənin yanında yer aldıq.

Başdan başa gələrsə, başımız əmanətdə olar, dedik. Ən başa gəldin. Xoş gəldin-səfa gətirdin. Yenə alovlu çıxışlarından vəcdə gəlib, kədərli şeirlərinə ağladıq. Həzrəti RəsulAllahdan başlayıb, Sultan Əyyubiyə qədər, sevgi ilə andığın bütün böyük KİŞİlərə görə səni daha çox sevdik.

Bir gün Diyabəkrdə bir bomba partladı. Gözümüzün yaşı qurumamış İzmirdə, Kilisdə, hətta İstanbulda eyni dəhşətlər yaşandı. Böyük ideallar uğruna böyük itkilər verilər (hərçənd, batsın o böyük hədəflər ki, İNSANı oyuncağa çevirir) dedik və yenə "Davos fatehi"ni tək buraxmadıq.

Hər kəslə tokalaşdın, toqquşdun. Bu millət heç bir zaman "nəyi niyə elədin?" deyə səni haqq-hesaba çəkmədi. Liderdir, bir bildiyi var, deyə səbrlə gözlədi.

Və an gəldi, bir şok yaşadıq. Diyarbəkrdə, Anadoluda, Ispartada, hətta İstanbulda görməzdən gəldiyimiz kabus tam mərkəzimizdə peyda oldu. Paytaxtı qana boyadılar. Paytaxtı və ölkəni qoruyan əsgəri havaya uçurdular. Həm də əsgərin əmr aldığı yerin qarşısında və həm də indiyədək belə olmamış şəkildə.

İçimiz yandı, ruhumuz parçalandı, bitdik… Yenə də birtəhər toparlandıq, ən azından bunun hesabını sorarıq, bu dava sahibsiz deyil, bu namus ləkəsi üstümüzdə qalmaz dedik. Dişimizi sıxdıq. O günü gözlədik…

Lakin, o günü gözlərkən, bu günü yaşatdın bizə. Mərkəzimiz yenə qan içində, içimiz yenə acılarla dolu, qürurumuz yenə populist çıxışların ayaqları altında. Gözlərimiz önündə can verən məsum insanları yenə sənin ifanda, hansısa şairin kədərli şeirinin sədası altında torpağa gömürük.

Putin və Ərdoğan - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda yaşayan rus və türklərdən Putinlə Ərdoğana müraciət

Yenə "Vətən sağ olsun", yenə "bu acı yerdə qalmaz" və yenə neçənci dəfə "bu Vətəni bölə bilməyəcəklər" hayqırtıları. Yenə xəstəxanalarda yaralılarla gözüyaşlı selfilər, Təhlükəsizlik Şurasının təcili toplantısı, göz altına alınan 5-10 ciyəri beş para etməz sərsəri… Amma, artıq özünü yorma, ağlamağa gözümüzdə yaş da qalmadı.

Xatırlayırsanmı, bir zamanlar səni arxdan bıçaqlamışdılar? Zamanında güvəndiyin insanlar "paralel yapı" olaraq mərkəzinə — evinə girmişdilər. Sən də haqlı olaraq onların liderinə "Məhrəmimizə girdin, hocaaa" deyə hayqırmışdın. Doğru da etmişdin. Ailə — namusdur, kutsaldır, məhrəmdir.

Bəs, PAYTAXT? Namus deyilmi? Kutsal deyilmi? Məhrəm deyilmi? Məhrəminə (məhrəmimizə) girdilər, hoca! Ayılmağın üçün hələ neçə dəfə yorğanı qaldırıb, altına baxmaları lazımdır?

Xəbər lenti
0