Qüdrət Həsənquliyev

Azərbaycanda kazinoların yaradılması təklif olunur

373
(Yenilənib 16:09 04.03.2016)
Millət vəkili: "Azərbaycanda çoxlu sayda insan məhz kazinolarda oynamaq üçün xarici ölkələrə turist səfərləri edir. Gürcüstanın Batumi bölgəsi kazinoya görə xaricdən xeyli turist cəlb edib"

BAKI, 4 mart — Sputnik. "Gürcüstanın Batumi bölgəsi kazinoya görə xaricdən xeyli turist cəlb edib. Azərbaycanın turizm bölgələrində də biz kazinoların yaradılmasına icazə verə bilərik".

Sputnik xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Qüdrət Həsənquliyev deyib. Onun sözlərinə görə, xarici turistlər gəlib kazinolarda oynaya bilərlər.

"Bizim xarici turistlər cəlb etməyə imkanlarımız var. Azərbaycanın özündə də çoxlu sayda insanlar məhz kazinolarda oynamaq üçün xarici ölkələrə turist səfərləri edirlər", —deyə deputat bildirib.

373
Teqlər:
deputat, Milli Məclis, Azərbaycan, kazino, Qüdrət Həsənquliyev
Əlaqədar
Kənd sakinin evində qumarxana aşkarlandı
"Bu oyunda qalib yoxdur, hamı məğlub olacaq"
Azərbaycan - Moldova oyununa bilet 1 manatdır
Böyük Vətən Müharibəsində əsgərlərin döyüş bölgəsinə göndərilməsindən əvvəl təlimi, arxiv şəkli

Ölkə səksən il bundan əvvəl qalib gələcəyini bilərək döyüşə girdi

260
(Yenilənib 17:33 22.06.2021)
Qələbə üçün bütün bu qurbanlar əbəs yerə verilməyib. Biz bu gün məhz həmin misli görünməmiş fədakarlıqlar sayəsində yaşayırıq.

BAKI, 22 iyun — Sputnik, Yelena Qarayeva. "Dortmund" məxfi kəlməsi səsləndi və alman təcavüzkarının ağır zərbəsi gecə yuxusunda olan dinc kəndlərə, şəhərlərə, tarlalara, çöllərə, meşələrə, doğmalarımızın, babalarımızın, nənələrimizin, atalarımızın yatdığı evlərə endirildi.

Zərbə onlara dəydi... Yəni bizə, bizim hamımıza...

Səksən il bundan əvvəl "birləşmiş Avropa" qitəsi bütün gücü ilə üstümüzə hücuma keçdi. SSRİ-yə həm Fransanın maşınqayırma sənayesi, həm də Norveçdəki poladəritmə zavodları tərəfindən dəstəklənən vermaxt ordusu hücum etdi, Belçikanın SS batalyonları da bu işə cəlb edildi, Rumıniya aviasiyası da havaya qaldırıldı. Nasist zabitləri Xorvatiya hərbi hissələrinə də əmrlər yağdırırdılar.

Mətbuat da səfərbər edildi. Hitlerin təbliğat maşını ən az onun tankları və təyyarələri qədər diqqətlə yığılmışdı. Yozef Gebbels radio müraciətində vurğulayırdı: "22 iyun 1941-ci ildə Avropa bolşevik-sovet Rusiyasına cavab vermək qərarına gəldi".

Berlin vermaxtın və nasizmin qalib gələcəyinə şübhə etmirdi, ancaq "sovetlərin cavabı" özünü çox gözlətmədi.

Bu cavab Konstantin Simonovun – hamımızın yaxşı xatırladığı çalsaç cəbhə yazıçısı deyil, gənc, o zamanlar 25 yaşında olan "Qırmızı ulduz"un hərbi müxbirinin – göndərdiyi müraciətdə səsləndirildi.

Simonov Qərb cəbhəsinə Böyük Vətən müharibəsinin başlamasından beş gün sonra gəlmişdi və sonralar xatirələrində sərhədçi-zabitlərlə söhbətindən sitatlar gətirirdi. O deyirdi: "Hamının zastavalarda həlak olduğu barədə məlumat aldım. Axıra kimi döyüşmüşdülər. Orada olanların hamısı həlak olmuşdu. Mənim öz ailəm də orada, Qrayev yaxınlığındadır. Arvadım, iki uşağım, anam, bacım... Bu dünyada nəyim, kimim varsa, hamısı oradadır".

Acından ölən uşaqlarını xizəklərlə basdırmağa aparırdılar

Elə həmin gün, iyunun 29-da "Barbarossa" planını işləyib hazırlayanlardan biri, general Qalder öz gündəliyində yazır: "Cəbhədən gələn xəbərlər təsdiqləyir ki, ruslar hər yerdə son nəfərə qədər döyüşürlər". Hərçənd, Qalder öz rəhbərliyinə qələbə məlumatları göndərirdi.

Simonov daha sonra qeyd edirdi: "Bəzilərinin müharibədən sonra nə yazdıqlardan asılı olmayaraq, onda heç kim Şərq cəbhəsində onların tamamilə darmadağın etdikləri sovet ordusunun nə vaxtsa Almaniya ərazisinə girəcəyini ağlına belə gətirmirdi".

Reyxin ən yüksək generallarının qiymətləndirmələri 1940-cı ilin mayında Avropa hakimiyyətinin və xalqlarının davranışlarına əsaslanırdı: cəmi beş həftə ərzində Hollandiya Krallığı (kapitulyasiya sənədi mayın 14-də imzalandı), Belçika Krallığı (kapitulyasiya sənədi mayın 28-də imzalandı) və nəhayət, Fransa (kapitulyasiya sənədi iyunun 17-də imzalandı) nasistlərin ayaqları altına düşdü.

İngilis Ekspedisiya Qüvvələri Dunkerkdən qaçdı, vermaxtın əsgərləri isə bir-bir Avropa paytaxtlarına daxil oldular. Avropalılar onlara müqavimət göstərmədilər. Mənzərəli məkanlarda xoş gəzinti, ləzzətli yeməklər, keyfiyyətli şərab və məğlub olmuşlar tərəfindən yaxşı qəbul – vermaxt üçün Qərbi Avropada müharibə bundan ibarət idi.

İndi pasifizm tərəfdarları və heç vaxt müharibə olmasın deyənlər bildirirlər ki, "bu qanlı təcrübə" ölkələr arasındakı "keçmiş düşmənçiliyi" aradan qaldıraraq Avropanın birləşməsinə və dinc qitəyə çevrilməsinə səbəb oldu.

Əslində bu, həqiqətən də qanlı təcrübə idi və qanı tökülən də SSRİ xalqları idi. Məhz SSRİ vətəndaşları həm öz ölkələri, həm də Avropa dövlətlərinin hər qarışı üçün canları bahasına mübarizə aparmalı oldular.

Sovet hərbçiləri Ştrausun Vyanadakı məzarına əklil qoyduqları bir vaxtda vermaxt ordusunda xidmət edənlər Puşkinin qəbrinə mina basdırırdılar.

Biz ikinci cəbhənin açılmasını düz üç il gözlədik və müttəfiqlərin Ardenlərdəki hücumu dəf ediləndə Çörçill Stalinə kömək üçün, demək olar ki, yalvarmağa başladı. Baş Komandanlığın Vista-Oder əməliyyatının vaxtı səkkiz gün irəli çəkilir. Polşada Qızıl Ordunun hücumunun başlamasını sürətləndirmək barədə qərar isə bir neçə saatın içində verilir.

Nasistlər Leninqradı mühasirədə saxlayır və qəhrəman şəhərin sakinləri acından ölən uşaqlarını xizəklərlə basdırmağa aparırlar, halbuki qələbədən sonra Berlinin komendantı, general Berzarin bütün alman uşaqlarının peyvənd olunması və südlə təmin edilməsi barədə əmrlər verirdi.

80 il əvvəl başlayan və 1418 gün sürən müharibədə keçilən yol yalnız xalqımıza azadlıq gətirmədi, Maydanek və Auşvits krematoriyalarının sobalarını söndürmədi, Krakovu məhv olmaqdan qurtarmadı, Drezden qalereyasını, xəzinəsini xilas etmədi, həm də insanlıq və humanizmin dəyərini bir daha təsdiqlədi. Və həmin dəyərləri Avropa dərhal mənimsəyərək "özünün ümumi dəyərləri" elan etdi.

"Bir daha əsla"

Avropa özü azadlığa çıxandan sonra ehtirasla urbi et orbi – "Bir daha əsla" vəd edərək yavaş-yavaş başqa müharibələrə qoşuldu. Şimali və Qərbi Afrikada müstəqillik tərəfdarları ilə döyüşdü, Hind-Çində hərbi əməliyyatlar apardı. Sonra növbə Yuqoslaviyaya ("Miloseviç diktaturası və serblərin zülmünə" qarşı mübarizə kimi qələmə verilən – bütün bunları yaxşı xatırlayırıq) çatdı.

On ildən sonra növbə Ukraynaya da gəldi. Ukraynada – Avropa İttifaqı də daxil olmaqla, tamamilə açıq şəkildə əvvəl bir, sonra ikinci dəfə müharibə qızışdırıldı. Həm birinci, həm də ikinci halda, həm 2004-cü ildə, həm də 2013-2014-cü illərdə "başqalarına" qarşı nifrət mühiti yaradıldı.

Yuqoslaviya münaqişəsində olduğu kimi, nasistlərə rəğbət bəsləyənlər dərhal başlarını qaldırdılar, Hitlerin davamçıları və müharibə cinayətkarları isə dərhal "azadlıq və müstəqillik uğrunda mübarizə aparanlar və "Rusiyanın təsirindən xilas edənlərə" çevrildilər.

Müharibə mövzusuna qayıtsaq, Pavlovun Stalinqraddakı evinin – yalnız bir evin və təkcə bir müqavimət tağımı tərəfindən 58 gün müdafiə olunduğunu unutmamalıyıq. Bu, vermaxt qoşunlarının indi birləşmiş və "pasifist" olan qitə Avropası boyunca yürüşündən daha uzun çəkmişdi.

Gəlin, hər şeydən əvvəl bir məsələni yaddan çıxartmayaq: əcdadlarımızın, yaxınlarımızın, həmvətənlərmizin qəhrəmanlığını "milyonlarla təcavüzə məruz qalmış alman qadını", "qənimət eşelonları" və "oğurlanmış sənət kolleksiyaları" haqqında hekayələrlə gözdən salmaq cəhdi "yalnız bir hüceyrənin quruluşunu dəyişdirilməklə bütün orqanizmin xərçənginə gətirib çıxarmaq, ümumi genetik kodumuzu məhv etməyin bir yoludur.

Gəlin, nəhayət, dərk edək ki, "Rusiyanın militarizmi" ilə bağlı bütün bu səs-küy ağlasığmaz və misli görünməmiş bir şeyə nail olmuş – nasizmin belini qıraraq bütün Avropa qitəsinin qarşısında baş əydiyi bu hərbi gücün dörddə üçünü məhv etmiş ölkəyə həsəd aparmaqdan başqa bir şey deyil.

Döyüş meydanında ölənləri, yaralananları, köləliyə məhkum edilənləri, əsir düşərgələrinə göndərilənləri, işgəncələrə məruz qalanları, güllələnənləri, asılanları yada salaraq bir daha təkrarlayaq ki, Qələbə üçün bütün bu qurbanlar əbəs yerə verilməyib. Biz bu gün məhz həmin misli görünməmiş fədakarlıqlar sayəsində yaşayırıq.

Yaddaşımız və kədərimiz isə onlarla ucaltdığımız ortaq və əbədi abidəmizdir.

 

Eləcə də oxuyun:

  • Ceyhun Bayramov və Sergey Lavrov Böyük Vətən müharibəsi ilə bağlı şeir dedi

  • Keçmişə baxmayaraq açıq olmaq - Putin

  • İkinci Dünya müharibəsi ilə bağlı mif və əfsanələr

260
Haker

Hakerlərin qurbanı olan məşhur azərbaycanlılar: Virtual hücumlardan necə yaxa qurtarmalı

6787
(Yenilənib 01:36 22.06.2021)
Azərbaycanın iki məşhur siması - Xalq artisti Miri Yusif və müğənni Sevda Yahyayevanın rəsmi "Facebook" hesabları oğurlanıb.

Bir neçə həftə bundan əvvəl müğənni Sevda Yəhyayevanın, qısa zaman öncə isə Xalq artisti Miri Yusifin profilləri ələ keçirilib. Sözügedən hesabda Yəhyayevanın 319 min, Miri Yusifin isə 161 min izləyicisi var. Həmin səhifələr Şərqi Asiyadan olan dələduzlar tərəfindən fişinq metodu ilə oğurlanıb.

Proqramçı mühəndis Əkrəm Babayev prosesin necə baş verdiyini izah edib. Proqramçının Sputnik Azərbaycan-a verdiyi açıqlamasına görə, bu da bir oğurluq üsuludur: "Sizə "fake" giriş səhifəsi atırlar. Məsələn, həmin linkə girən kimi yenidən "Facebook"a giriş istənilir. Hansı ki, eynilə "Facebook" giriş səhifəsinin kopyasıdır. Link yerinə diqqət etsəniz, görərsiniz ki, başqa linkdir. Təbii ki, buna diqqət edilmir və istifadəçi yenidən öz login və şifrəsini yazaraq hesabına daxil olur. Yazdığı login və şifrə linki göndərən hakerə yönlənir. İstifadəçilərə məsləhətim budur ki, elə linklər atılanda daxil olmasınlar".

Bunun qarşısını almaq üçün hansı qabaqlayııcı tədbirlər görmək lazımdır? Mütəxəssis öz tövsiyələrini verdi:

"Bunun üçün ikifaktorlu doğrulama qoymaq lazımdır. "Facebook" və "Gmail"-ə bağlı nömrələri xarici nömrəyə bağlamaq, qoyulan parolların simvolunu bol etmək, ikifaktorlu doğrulamanı xüsusi mobil əlavəyə əlavə etmək lazımdır. Bundan başqa, "Facebook"-a bağlı olan "Gmail" hesabı da eynilə ikifaktorlu doğrulamaya qoymaq və həm "Facebook", həm də "Gmail" üçün ehtiyat nüsxə ikifaktorlu kodları götürmək və "Gmail"-ə başqa bir dostun "Gmail"-ini bağlamaq lazımdır. Ən pis halda "Gmail"-in satdığı xüsusi açarı almaq lazımdır".

"İkifaktorlu doğrulama nədir? İkifaktorlu doğrulama odur ki, sizin parolunuzu bildiyim halda, məndən ikinci dəfə şifrə istəyir və o şifrə telefonda sizin hesabınıza bağlı olan mobil əlavədədir. O proqram da 30 saniyədən bir generasiya (yenidən yaranma) olunur və kodu ora yazmalısınız. İkifaktorlu doğrulamanın digərində isə telefona mesaj göndərilir və ya zəng olunur. Sizə kod verilir və siz o kodu yazmaqla girə bilirsiniz", - deyə Ə.Babayev əlavə edib.

Bəs "Gmail" oğurlanarsa, hansı addım atılmalıdır? Bu sualı proqramçı belə izah edib: "Kimsə sizin "Gmail"-i oğurlayarsa, "xüsusi açar"la qaytara bilərsiniz. Xüsusi açar - usb girişi ilə kompüterə taxılır. Həmin açarı da "Gmail"-ə daxil olub hesabınıza tanıdırsınız. Doğrulamanı da o açarla etdiyiniz anda heç kim qıra bilməz. Bu açar məsələsini "Gmail" şəxsən özü mənə bildiriş kimi vermişdi. Hansı ki, mənim "Gmail"-im oğurlanmağa cəhd olunurdu".

Bəs səhifəni oğurlayan hakerin kimliyini müəyyən etmək mümkündürmü?

""Facebook"-da hesabınız itərkən əlaqəyə keçəcək dostları da seçmək lazımdır. Hesabı qaytarmaq üçün o dostlara kod göndərilir. Bu da digər təhlükəsizlik tədbirlərindən biridir. Amma sonda bildirim ki, bütün bunlara baxmayaraq, hədəfdə olmağının dərəcəsindən asılıdır. Əgər böyük bir hədəfdəsənsə, bunun qarşısını almaq mümkün deyil. Yenə də sındıra bilirlər. Səhifəni oğurlayan hakerin kimliyini təxmin etmək mümkün olsa da, bu, 100%-lik deyil".

Xatırladaq ki, bu yaxınlarda türkiyəli məşhur model və aparıcı Elif Uzunun "Instagram" hesabı oğurlanmışdı. Mobil telefonuna gələn mesajı açandan sonra məşhurun başına belə hadisə gəlib. İddiaya görə, onun dostluğunda olan müğənni, aktyor, model, siyasətçilər təhdid ediliblər.

Onun sözlərinə görə, hesabı ələ keçirən fırıldaqçılar dostluğunda olanlara təhdid mesajları yollayaraq deyiblər ki, əllərində onlara məxsus görüntülər var. Bu yolla həmin şəxslərdən pul istəyiblər. Bəziləri buna inanaraq onların dediyi hesaba pul köçürüb, bəziləri isə Uzuna zəng edərək bu barədə xəbər veriblər. Uzunun şikayət məktubundan sonra qısa müddətdə hesabı qayıtsa da, artıq çox miqdarda pul oğurlanıb.

Qeyd edək ki, anoloji hadisələrlə nəinki şou-biznes, eləcə də siyasi liderlər də qarşılaşır.

6787
Vladimir Putin

Bunlar dünya üçün təhdiddir Putin siyahını açıqladı

0
(Yenilənib 11:49 23.06.2021)
Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı beynəlxalq təhlükəsizliyin əsas suallarına cavab tapmaq üçün müdafiə idarələri, beynəlxalq təşkilatlar və qeyri-hökumət mütəxəssislərini bir araya gətirən illik forumdur.

BAKI, 23 iyun — Sputnik. Rusiya Prezidenti Vladimir Putin dünyada təhlükəsizlik üçün təhdidləri açıqlayıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, Putin kütləvi qırğın silahlarının yayılması risklərini, beynəlxalq kriminal, kibercinayətkarlıq və terrorizmi dünyaya təhdid adlandırıb.

"Regionda silahlı münaqişələr, kütləvi qırğın silahlarının yayılması riskləri, transsərhəd kriminal qruplaşmaların, narkobiznes və kibercinayətkarlığın aktivliyi ciddi narahatlıq doğurur. Beynəlxalq terrorizm hələ də əsas təhdid olaraq qalır." - deyə Putin IX Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı iştirakçılarına müraciətində bildirib.

O, həmçinin bildirib ki, Rusiya öz xalqı üçün sülh və sabitliyi təmin etmək məqsədilə hər şeyi edəcək, öz Silahlı Qüvvələrini təkmilləşdirəcək, diplomatiyanın imkanlarından istifadə edəcək və bütün maraqlı tərəfdaşlarla dialoq aparacaq.

Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı beynəlxalq təhlükəsizliyin əsas suallarına cavab tapmaq üçün müdafiə idarələri, beynəlxalq təşkilatlar və qeyri-hökumət mütəxəssislərini bir araya gətirən illik forumdur.

Konfransdakı müzakirələr nəinki müxtəlif ölkələrin mövqelərini daha yaxşı anlamağa, həm də beynəlxalq hərbi əməkdaşlığın perspektivli sahələrini müəyyənləşdirməyə imkan verir.

İlk dəfə beynəlxalq konfrans 2012-ci il 3-4 may tarixlərində keçirilib və "Yeni təhlükəsizlik məkanının formalaşmasında raket əleyhinə müdafiə amili" mövzusuna həsr edilib.

0