Moskvada Kremlin binası

Rəsmi Moskva Suriya münaqişəsindən çıxmaq istəyir

77
(Yenilənib 18:13 25.02.2016)
Qabil Hüseynli: Səudiyyə Ərəbistanının proseslərə qoşulmaq istəməsi Rusiyanı daha da tədirgin edir.

BAKI, 25 fev — Sputnik. "Suriyalı müxaliflərin rus generalları bombalaması 27 fevralda başlayacaq atəşkəsin pozulmasına səbəb ola bilməz". Bunu Sputnik-ə açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Hüseynlinin fikrincə, atəşkəs başlayan günə qədər tərəflər mövqe savaşlarına davam edəcəklər: "27 fevralda atəşkəs başlayan günədək, istər Suriya rejimi və Rusiya bloku olsun, istərsə də müxaliflər və onları dəstəkləyənlər mövqe savaşlarını gücləndirəcəklər. Əsas məqsəd, atəşkəsə qədər daha çox əraziyə nəzarət etmək olacaq".


Politoloq, müxalif qruplaşma olan Ahraruş-Şam əsgərlərinin rus generalları bombalamasını belə izah edib:

"Rəsmi Moskva təsdiq edəcək ya etməyəcək, bunu deyə bilmərəm, ancaq rus hərbi generalların bombalanması artıq faktdır və bunun görüntülərini əks etdirən videolar da yayımlanıb. Atəşkəsə qədər belə hallar olacaq. Ona qalsa, dünən də Rusiya bombardmançı təyyarələri Əsəd rejimi ilə birgə müxaliflərin düşərgələrini bombalamışdılar".

Qabil Hüseynli atəşkəs rejiminin o qədər möhkəm olmayacağını təxmin etdiyini söyləyib.

Politoloq qeyd edib ki, Rusiya atəşkəsin olmasında maraqlıdır: "Rəsmi Moskva bu münaqişədən çıxmaq istəyir. Çünki Rusiyanın özündə ciddi iqtisadi kriz var. Üstəlik də, Səudiyyə Ərəbistanının proseslərə qoşulmaq istəməsi Rusiyanı daha da tədirgin edir. SSRİ dövrü zamanı Əfqanıstan müharibəsində olduğu kimi Rusiya meydanda tək qala bilər. Beynəlxalq aləm ona qarşı birləşə bilər. Ona görə də Kreml münaqişənin uzanmasını istəmir".

77
Teqlər:
Politoloq Qabil Hüseynli, Əfqanıstan, Səudiyyə Ərəbistanı, Suriya, Moskva, Rusiya
Əlaqədar
Suriya müxalifəti atəşkəsə hazır olduğunu bəyan edib
Azərbaycanın Suriya prosesinə qatılması riskli məsələdir
Suriya ordusu İŞİD-in "paytaxtına" hücuma keçib
Rusiya sualtı gəmisi Aralıq dənizinin Suriya sahillərinə çatıb
Rusiya və Suriya XİN başçıları Moskvada görüşəcək
ABŞ prezidneti Co Bayden, arxiv şəkli

Baydenin kibertəhlükəsizliyə dair bəyanatının təhlükəli tərəfi

11
(Yenilənib 21:10 15.05.2021)
Rusiya tərəfi ABŞ-ı onlara görə danışıqlara dəvət edirdi, Birləşmiş Ştatlar isə eyni tərzdə qətiyyətlə bu məsələni danışıq predmetinə çevirməkdən imtina edirdilər.

BAKI, 15 may - Sputnik. ABŞ prezidenti Co Bayden Rusiya ilə kibercinayətkarlarla mübarizə möbzusunda “birbaşa ünsiyyət” barədə bəyan edib. Politoloq Aleksey Zudin Sputnik radiosunun efirində bu bəyanatın niyə xüsusi diqqətə layiq olduğunu izah edib.

Amerika lideri Cozef Bayden, Ağ Evdə çıxış edərkən, Rusiya hökumətinin ABŞ iri boru kəmərləri operatoru olan Colonial Pipeline-a hücumdə əli olmadığını bildirib. Lakin onun fikrincə, hakerlər Rusiya ərazisində ola bilərlər.

"Biz hesab etmirik ki, Rusiya hökuməti hücumda iştirak edib, amma bizim hücumu həyata keçirən cinayətkarların Rusiyada yaşadığını fikirləşmək üçün əsaslı səbəblərimiz var. Bu oradan, Rusiyadan gəlib. Biz xərac tələb edən şəbəkələrə qarşı görülməli olan tədbirlərə dair Rusiya ilə birbaşa ünsiyyətdəyik və onları fəaliyyət göstərmək imkanlarından məhrum etmək üzərində işləyirik", – Bayden deyib.

Colonial Pipeline ilkin məlumata görə, DarkSide haker qrupunun pul tələb edən proqramının qurbanı olub. Hakerlərin hərəkətləri boru kəmərinin sıradan çıxmasına və ABŞ-da benzinin topdansatış qiymətlərinin artmasına səbəb olub.

Boru kəməri yenidən işə salınıb.

Sputnik radiosunun efirində politoloq, MBMDİ müqayisəli politologiya kafedrasının baş müəllimi Aleksey Zudin diqqəti Baydenin Rusiya ilə kibertəhlükəsizlik məsələlərini müzakirə etmək niyyətində olmasına yönəldib.

"Bu məhz o məsələlərdir ki, Rusiya tərəfi ABŞ-ı onlara görə danışıqlara dəvət edirdi, Birləşmiş Ştatlar isə eyni tərzdə qətiyyətlə bu məsələni danışıq predmetinə çevirməkdən imtina edirdilər. Bu məqam mənə xüsusilə vacib görünür, daha əvvəl mən bu tipli təkliflərin olması (ABŞ tərəfindən) barədə heç nə eşitməmişəm", ‒ Aleksey Zudin deyib.

Onun sözlərinə görə, bu məsələdə Rusiya mövqeyinin uğurunu görmək olar.

"Vacib odur ki, ilk dəfə olaraq əvvəllər Birləşmiş Ştatların davamlı olaraq qaçdıqları kibertəhlükəsizlik üzrə danışıqlar mövzusu səslənib. Və bu məqamda çoxdandır belə danışıqları təklif edən Rusiyanın qətiyyətli mövqeyinin uğurunu grmək olar", ‒ politoloq hesab edir.

11
Поселок Хндзореск в Зангезуре

Zəngəzur vilayətində sərhəd münaqişəsi: KTMT etməlidir?

54
(Yenilənib 19:02 15.05.2021)
Bu gün problemin mənbəyini Bakıda və ya Yerevanda axtarmaq lazım deyil. Qafqazda sərhəd “gec partlayan minası” hələ Rusiya imperiyasının SSRİ-yə çevrilməsi zamanı qoyulub.

BAKI, 15 may - Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. MDB məkanında tez-tez baş verən sərhəd münaqişələri böyük müharibəyə başlamaq üçün səbəb deyil. Bir qayda olaraq, bu münaqişələr BMT, ATƏT, KTMT və ya NATO-nun potensialı istifadə olunmadan ikitərəfli danışıqlar, diplomatik tənzimləmə, adi sərhəd demarkasiyası və ya delimitasiyası tələb edir. Ermənistan Respublikasının Sünik vilayətində aşağı intensivlikli sərhəd münaqişəsi (atışmasız) sırf texnoloji xarakter daşıyır və siyasi bəyanatlarla süni şəkildə qızışdırılmamalıdır.

Ermənistan Müdafiə nazirliyinin məlumatına görə, mayın 12-də səhər saatlarında “Azərbaycan SQ “sərhədlərin dəqiqləşdirilməsi” bəhanəsi ilə sərhədyanı məntəqələrin birində müəyyən işlər görməyə cəhd ediblər. Erməni birləşmələri tərəfindən görülmüş tədbirlərdən sonra Azərbaycan hərbçiləri bu işlərə son veriblər”. Bundan dərhal sonra vəziyyətin tənzimlənməsi üzrə danışıqlar başlayıb.

Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan dünən Sünik vilayətindəki vəziyyətlə bağlı KTMT-yə rəsmi müraciət etmək qərarını elan edib. Daha əvvəl o Azərbaycan hərbçilərinin mayın 12-də sərhədi keçərək Ermənistanın içərisinə doğru 3,5 km irəliləyərək Qaragölü mühasirəyə almaq istədiklərini bəyan edib.

Vəziyyəti Azərbaycan tərəfi də şərh edib

“10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən, işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistan ilə həmsərhəd bölgələrində çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir”, – Azərbaycan XİN-in bəyanatında deyilir.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə srağagünkü telemüsahibəsində belə deyib:

“Biz hələlik Azərbaycan hərbçilərini Ermənistan ərazisindən çıxara bilməmişik. Bu gün Təhlükəsizlik Şurasının iclasında biz ATƏT-ə müraciət etmək qərarına gəlmişik və bu prosesə başlamışıq”.

KTMT-də Ermənstanın Sünik vilayətinin sərhəd rayonlarında vəziyyətin inkişafını diqqətlə izləyirlər və qeyd edirlər: “Hadisənin injişafından asılı olaraq, zəruri olan halda Kollektiv təhlükəsizlik haqqında müqavilənin və KTMT-nin Nizamnaməsinin müddəalarında nəzərdə tutulmuş hərəkətlər yerinə yetiriləcək”.

Tərəflərin mövqeləri müqavilə premeti kimi

Azərbaycan XİN mayın 13-də ümumi mənzərəni təsvir edib: “Müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən iki dövlət arasında məlum səbəblərdən dövlət sərhədi olmayıb və bu səbəbdən hazırda tərəflərin fikir ayrılığı ilə müşayiət olunan qəliz texniki prosesdən söz gedir”.

Bu bəyanatlardan görünür ki, müharibədən sonra sərhədlərin qurulması atışma və yaxud Azərbaycan Ermənistana hansısa ərazi iddialarını özündə ehtiva etmir. Əgər absurd dərəcəsinə çatdırılmasa, texnoloji fikir ayrılıqları normal prosedir. 1991-ci ildən sonra MDB ölkələrində sərhəd mübahisələri müxtəlif uğurla həll olunub və olunur və buna baxmayaraq, “mübahisəli” göllər problemləri sərt geosiyasi hərəkətlərə və qan tökülməsinə dəymir.

Güman edirəm ki, bu gün problemin mənbəyini Bakıda və ya Yerevanda axtarmaq lazım deyil. Qafqazda sərhəd “gec partlayan minası” hələ Rusiya imperiyasının SSRİ-yə çevrilməsi zamanı qoyulub. Proses siyasidir. Sovet respublikalarının çəkilmiş sərhədləri əsasən şərti və mübahisəlidir. Rusiya imperiyasının “monolit” xəritəsində milli respublikalar yox idi, ölkə inzibati olaraq quberniyalara və vilayətlərə bölünürdü.

Gərginləşmə nümunələrini axtarmaq üçün çox əziyyət çəkmək lazım deyil. Bu yaxınlarda Tacikistanla baş vermiş sərhər münaqişəsinin fonunda Qırğızıstan parlamentinin beynəlxalq işlər, müdafiə və təhlükəsizlik komitəsinin deputatları mayın 11-də ölkələrinin KTMT-də iştirakına yenidən baxmağı təklif ediblər. Sanki bu emosional qərar (və yaxud siyasi şantaj) bütün problemləri aradan qaldırmağa kömək edəcək. Müqayisə üçün, NATO-da tez-tez Yunanıstanla Türkiyə arasında sərhəd münaqişələri baş verir, lakin alyans nə bu, nə də digər tərəfi bombalamır. Heç kim də NATO-dan çıxmağa hazırlaşmır.

Təhlükələrin reallığı

Qafqazda vəziyyəti mürəkkəbdir. Ermənistan KTMT-nin üzvüdür, Azərbaycan təşkilata daxil deyil. Lakin Bakı və Yerevanın bu (bir gülləsiz) sərhəd münaqişəsində, münaqişə tərəflərinin danışıqları (Rusiyanın iştirakı ilə) fonunda təcavüz, ilhaq barədə möhkəmdən qışqırmaq və KTMT üzrə müttəfiqlərini praktiki olaraq şantaj eləmək (məsləhətləşmələrlə) lazım deyil. Hazırkı reallıqda heç kim bu gün Ermənistanı müdaxilə ilə hədələmir. Rusiyalı sərhədçilər razılaşmalara uyğun olaraq, Sünik vilayətinin avtomobil yollarının problemli hissələrində (Gorus – David Bəy və Gorus - Qafan) təhlükəsizliyi və fasiləsiz hərəkəti təmin edirlər. Azərbaycan Ordusunun bu istiqamətdə hansısa irəliləyişi mümkün deyil.

Daha əvvəl Ermənistan XİN məlumat verib ki, Yerevan və Bakı rusiyalı sərhədçilər yerləşməmişdən öncə əvvəllər erməni hərbi birləşmələri tərəfindən işğal edilmiş bir sıra ərazilərin Azərbaycanın əzrətinə keçməsindən sonra sərhədin bir hissəsinin demarkasiyası məqsədi ilə müvəqqəti döyüş mövqelərinin dislokasiyasını dəqiqləşdiriblər. Demarkasiya gedir, mürəkkəb sərhəd problemləri ağrılı həll olunur, təlaşlı bəyanatlar və Qaragöl ətrafında KTMT-nin qüvvə və vasitələrinin cəlb olunması ilə döyüş əməliyyatları deyil, danışıqlar masasında incə nizamlanma, böyük intellektual səylər tələb olunur.

Kollektiv təhlükəsizliyə dair müqavilənin 2-ci bəndində deyilir: “İştirakçı dövlətlər beynəlxalq təhlükəsizliyin onların maraqlarına toxunan bütün vacib məsələləri üzrə bir-biriləri ilə məsləhətləşmələr aparacaq və bu məsələlərə dair mövqelərini razılaşdıracaqlar. İştirakçı dövlətlərdən birinin və ya bir neçəsinin təhülkəsizliyinə, ərazi bütövlüyünə və ya suverenliyinə və yaxud beynəlxalq sülh və təhlükəsizliyə təhlükə yarandıqda, iştirakçı dövlətlər dərhal yaranmış təhlükənin aradan qaldırılması üçün tədbirlər görülməsi və öz mövqelərinin əlaqələndirilməsi məqsədilə birgə məsləhətləşmələr mexanizmini hərəkətə gətirəcəklər”.

Adi sərəd demarkasiyası vəziyyətində beynəlxalq sülhə və ya Ermənistana qarşı real təhlükə obyektiv olaraq yoxdur və əksini sübut etmək (KTMT-dəki məsləhətləşmələrdə və digər danışıqlar meydanşalarınd) çox çətin olacaq. BMT-nin terminləri ilə desək, təcavüz “dövlət tərəfindən digər dövlətin suverenliyinə, ərazi toxunulmazlığına və yaxud siyasi müstəqiliyinə qarşı hərbi qüvvənin tətbiqidir” və BMT TŞ hələlik Azərbaycanın Sünik vilayətində təcavüz etdiyini sanmır.

54
İnsanlar avtobusda, arxiv şəkli

Sərnişinlərin diqqətinə: Bakıda sabahdan bir neçə marşrut xəttində ödəmə qaydası dəyişir

6
(Yenilənib 15:55 16.05.2021)
Hazırda gündəlik olaraq 600 min nəfərə yaxın sərnişin (ümumi sərnişinlərin 33%) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir. Sabahdan isə daha yeddi marşrut üzrə avtobuslarda sərnişinlər "BakıKart"la ödəniş edə biləcəklər.

BAKI, 16 may — Sputnik. Bakıda 7 marşrut üzrə avtobuslar nağdsız ödəniş sisteminə inteqrasiya edəcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. Xəbərdə bildirilir ki, sərnişindaşımalarda nağdsız ödənişlərin tətbiqi davam etdirilir.

Dövlət başçısının tapşırığına uyğun olaraq artıq paytaxtın marşrut şəbəkəsinin 35%-də ümumi dövriyyənin şəffaflaşdırılması mümkün olub. Bu isə vergi ödəmələrinin artırılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sürücülərin və digər çalışanların sosial rifahının yaxşılaşdırılması baxımından olduqca faydalıdır.

Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi həmçinin bu sektorda sahibkarlığın inkişafında struktur və keyfiyyət dəyişikliyinə də müsbət təsir göstərməkdədir. Hazırda gündəlik olaraq 600 min nəfərə yaxın sərnişin (ümumi sərnişinlərin 33%) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir.

Mayın 17-dən 20-dək daha 7 müntəzəm marşrut xətti üzrə avtobuslar nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək. Belə ki, 17.05.2021-ci il tarixində 29 və 81, 18.05.2021-ci il tarixində 71 və 83, 19.05.2021-ci il tarixində 53 və 66, 20.05.2021-ci il tarixində 31 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslarda gediş haqqı "BakıKart" vasitəsilə ödəniləcək. Bununla da "BakıKart" sisteminə inteqrasiya edilən marşrutların sayı 60-a çatacaq. İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

Eləcə də oxuyun: 

Bakı küçələrindən birində hərəkəti əks istiqamətə saldılar

* BNA: Nəqliyyat vasitələrini səkilərdə və ağacların altında park etməyin

* Səlahiyyətsiz sürücülər və qanunçul BNA - Sonda əzab çəkən yenə sərnişin olur

 

6
Teqlər:
keçid, marşrut, "BakıKart", avtobus, BNA