Tahir Kərimli

"İşdən çıxarılacaq məmurları istehsalata cəlb etmək lazımdır"

136
(Yenilənib 14:30 11.02.2016)
Millət vəkili: "Büdcədən qidalanan çoxlu skrukturlar və məmurlar var. Hətta Nazirlər Kabinetinin öz strukturlarında belə, paralellik var. Yəni elə funksiyalar var ki, bu, Prezident idarəçiliyi ilə paralel gedir"

Azərbaycanda işdən çıxarılacaq məmurlar üçün yeni fürsət
BAKI, 10 fev — Sputnik. Dünya bazarında neftin qiymətinin ucuzlaşması, iqtisadiyyatı neftdən aslılı olan Azərbaycana da mənfi təsir göstərdiyindən, büdcə xərclərinə qənaət etmək və idarəetməni optimallaşdırmaq üçün, dövlət orqanlarını əhatə edən struktur islahatlarının aparılması günün tələbinə çevrilib. Ölkə başçısı da yanvar ayında keçirdiyi müşavirələrdə bu məsələyə toxunaraq bildirib ki, fəaliyyəti təkrarlanan qurumlar ya birləşdiriləcəck, ya da ləğv ediləcək. Artıq maliyyə bazarını tənzimləmək üçün publik qurum yaradılıb, eyni zamanda bir sıra icra orqanlarında sahibkarların şikayətlərinə operativ baxmaq məqsədi ilə apellyasiya şuraları formalaşdırılıb.
Города мира. Баку
© Sputnik / Владимир Федоренко

Struktur islahatları daha hansı strukturları əhatə edə bilər? Sputnik-in bu istiqamətdə suallarıını Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli cavablandırır:

- Tahir müzəllim, ölkə Prezidenti ötən ay keçirilən müşavirələrdə dövlət orqanlarında struktur islahatlarının aparılmasından danışdı və bu istiqamətdə artıq bir sıra addımlar atılmaqdadır. Siz bu prosesi necə qiymətləndirirsiniz?

— Gözlənilirdi ki, postneft dövrü 20 il sonra başlanacaq və belə hesab olunurdu ki, indiki strukturlara ondan sonra keçilməlidir. Neftin qiymətinin kəskin düşməsi və Azərbaycan büdcəsinin və ümumiyyətlə dövlətin böyük dərəcədə neftdən asılığı məcbur elədi ki, bu islahatlar vaxtından əvvəl keçirilsin. Bu istiqamətdə addımlar atılır və bəyan olunub ki, hələ davam edəcək. Düşünürəm ki, indiki halda təşəbbüslər dövlət başçısından gəlir. Onun sərancamları ilə islahatlara dair proqramlar hərəkətə gətirilib. Hesab edirəm ki, başlanğıc üçün pis deyil. Arzu edərdim ki, Prezident yanında ictimai nəzarət palatası olsun. İndi hələlik sahibkarların hüquqlarının müdafiəsi ilə bağlı belə bir palata yaradılıb. Sahibkarlığın inkişafı bütün əhalinin, o cümlədən aztəminatlı ailələrin təminatı, iş yerlərinin açılması, əmək haqqı və digər məsələlərə ciddi şəkildə təsir edir.

- Apellyasiya şuralarının praktiki işləmək imkanları necə olacaq, onların icra strukturunun tərkibində yaradılması işin effektivliyinə təsir göstərməyəcək ki?

— Mən istərdim ki, tərkibdə ciddi dəyişikliklər olsun: siyasi partiyalar, qeyri-hökümət təşkilatları, ictimaiyyət nümayəndələri, yaradıcılıq ittifaqlarının üzvləri və digərləri də bu işə cəlb olsunlar. Bir amil də var ki, həmin yerli apellyasiya və hətta mərkəzi icra orqanı yanında yaradılmış apellyasiya şüralarının hərəkətlərindən şikayət etmək mümkün olacaq. Yəni ona görə, hər bir halda bu addımlar təkmilləşdirilməlidir, həm də tərkibində xeyli ciddi dəyişikliklər olmalıdır. Əslində bu məsələ təcrübə topladıqca həyatda özünü göstərəcək: nə dərəcədə effektivdir, nə dərəcədə korrupsiyaya qarşı mübarizə aparacaq, sahibkarlığa kömək olacaq, aztəminatlı ailələr necə təmin olunacaq. Bu məsələnin aradan qaldırılması üçün müəyyən dəyişikliklər həyata keçirilməlidir və keçiriləcək də. Mən Prezidentin iradəsinə inanıram.

- Rusiyada cari il başlayandan məmurların 10 faizə yaxını ixtisar edildi. Sizin fikrinizcə, Azərbaycanda vəziyyət necədir: bir-birilərinin fəaliyyətlərini təkrarlayan qurumların birləşdirilməsi və ya ləğvi gözlənilirmi?

— Ümumiyyətlə deyim ki, Baltikyanı ölkələri çıxmaqla, postsovet dövlətləri struktur cəhətdən biri-birinə çox bənzəyir. Ona görə də şübhəsiz ki, Rusiya analoqunun da tətbiqi yaxşı olar, çünki oxşar proseslər gedir. Həm strukturlar cəhətdən, həm də kadr islahatları və ixtisarlar cəhətdən böyük addımlar atıldı. Prezidentin çıxışında məsələ hətta yerli avtomobildən istifadəyə qədər dərinləşdirildi. Düşünürəm ki, paralel strukturlar, doğrrdan da aradan qalxmalıdır. Şübhəsiz, ixtisarlarla yanaşı işsizlər ordusu da artacaq. Ancaq, bu, zəruri addımdır. Necə deyərlər, itkisiz heç nə yoxdur. Daha böyük nailiyyət əldə eləməkdən ötrü işsiz qalanları istehsalat sferasına yönəltmək olar. Yəni ki, məmur sferasından istehsalat sferasına yönəldilsin. Bu addımı mütləq atmaq lazımdır. Çünki, büdcədən qidalanan çoxlu skrukturlar və məmurlar var. Mən düşünürəm ki, hətta Nazirlər Kabinetinin öz strukturlarında belə, paralellik var. Yəni elə funksiyalar var ki, bu, Prezident idarəçiliyi ilə paralel gedir. Yəni ən yüksək səviyyədən başlayıb, ən aşağıya qədər bu strukturların özlərinin ləğvi və ciddi məmur ixtisarlarına getməyin zərurəti yaranıb.

136
Teqlər:
Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli, struktur islahatları, Dünya bazarında neftin qiymətinin ucuzlaşması, Azərbaycan
Əlaqədar
Azərbaycanın məşhur universitetində kütləvi ixtisar
Dünya nəhəngi Azərbaycanda da ixtisarlara başlayır
"Dövlət Gömrük Komitəsində ixtisarlar olmayacaq"
Milli Məclisdə struktur dəyişiklikləri olacaq
Ekspert: dövlət strukturlarına ayrılan vəsait ciddi ixtisar olunacaq
Vergilər Nazirliyində ciddi kadr və struktur dəyişikliyi baş verib
Mİnskdə etirazlar, arxiv şəkli

Qərb Belarusa qarşı həqiqi qarşıdurmadan niyə çəkinir?

17
(Yenilənib 19:13 25.09.2020)
Belarusa qarşı sanksiyalar – həqiqətən də həssas sanksiyalar – tətbiq edilmir. Aİ-nin özündə isə bu mövzu ətrafında yeni mübahisələr meydana gəlib.

BAKI, 25 sentyabr — Sputnik, İrina Alksnis. Qərbin Belarus prezidentinin son inauqurasiyasına reaksiyası proqnozlaşdırılan kimi mənfi olub.

Əvvəlcə Dövlət Departamentinin nümayəndəsi bildirib ki, ABŞ Aleksandr Lukaşenkonu ölkənin qanuni seçilmiş lideri hesab etmir, çünki "elan olunmuş nəticələr saxta olub və legitimliyi əks etdirməyib".

Bundan sonra Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelin bəyanatı nəşr olunub ki, orada Aleksandr Lukaşenkonun mandatı "hər hansı demokratik legitimlikdən məhrum olunmuş" kimi qeyd olunub. Həmçinin bildirilib ki, andiçmə (sənəddə bu söz dırnaqlar içərisində yazılıb) mərasimi respublika əhalisinin "böyük hissəsinin iradəsinə ziddir", bu isə "çoxsaylı misli görünməmiş və dinc etirazlarda" ifadə olunur.

Borrelin bu bəyanatı, əlbəttə ki, istehza doğurur. Məsələn, əvvəlcədən əminliklə demək olar ki, ABŞ-da keçiriləcək prezident seçkisinin nəticəsi – necə olacağından asılı olmayaraq – amerikalıların, demək olar ki, yarısının iradəsinə zidd olacaq. Elə artıq neçə aydır ki, ABŞ-da da etirazların bolluğu müşahidə olunur. Odur ki, Borrelin təqdim etdiyi sənədi artıq indidən okeanın o tayındakı reallıqlara da aid etmək olar.

Öz növbəsində, "demokratik legitimlik" ifadəsi göstərir ki, Brüsselin fikrincə, legitimliyin digər növləri də var — və onlara əsasən, Aleksandr Lukaşenko tam legitimdir.

Belarusa qarşı sanksiyalar – həqiqətən də həssas sanksiyalar – tətbiq edilmir. Daha pisi: Aİ-nin özündə bu mövzu ətrafında yeni mübahisələr meydana gəlib, çünki Kipr eyni zamanda Türkiyəyə qarşı məhdudiyyətlərin qoyulmasını tələb edir və bu əsasda prosesi bloklayır.

Qərbin səfirləri Belarusdan geri çağırılmayıblar. Nəinki geri çağırılmayıblar: amerikalılar uzun illərin soyuqluğundan sonra respublika ilə diplomatik əlaqələri tam sürətlə bərpa edirlər. Bir neçə gün əvvəl ABŞ Senatının beynəlxalq məsələlər üzrə komitəsi yeni səfirin namizədliyini təsdiq edib. Amma 2008-ci ildə Vaşinqtonun Belarus şirkətlərinə qarşı sanksiyalar tətbiq etməsi ilə səfirlərin qarşılıqlı olaraq geri çağırılmasından sonra 12 il hər iki dövlətdə səfirliklərə müvəqqəti səlahiyyətli səfirlər rəhbərlik ediblər.

Bütün bunların fonunda hətta ən sərt ritorika belə zəifliyin təzahürü və baş verənlərə təsir edə bilməməyin etirafı kimi görünür – hərçənd bu, reallığa uyğundur. Burada, bəlkə də öz imkanlarının hüdudlarını dərk etməyə və qəbul etməyə başlamış Qərbə haqq qazandırmaq olar.

Şübhəsiz ki, Belarusdakı seçkilərə bu cür reaksiya çox ağrılı Venesuela dərsinin də nəticəsi olub. Əllidən çox ölkənin – əsasən Qərb ölkələrinin – Xuan Quaydonu Venesuelanın qanuni prezidenti kimi tanımasından bir il yarımdan çox vaxt keçir, lakin bu qərar reallığa heç bir təsir göstərmir – Nikolas Maduro indiyədək ölkənin rəhbəridir.

Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli
© BelTA Pool Photo via AP

Birləşmiş Ştatlar və Avropa bu kiçik Latın Amerikası ölkəsini görməzliyə vurmağı və xüsusi heç nə baş verməmiş kimi davranmağı özlərinə rəva bilsələr də, Avropanın mərkəzindəki dövlətə münasibətdə oxşar bir yanaşma, çətin ki, baş tutsun. Belarusun mühüm beynəlxalq proseslərə cəlb olunduğunu da nəzərə alsaq, qərarları və onların nəticələrini daha diqqətlə hesablayaraq hərəkət etmək lazım gəlir.

Minskə qarşı addımlarla bağlı Qərbin şövqünü açıq-aşkar söndürən daha bir vacib məqam isə ondan ibarətdir ki, orada baş verənlərə Polşanın müəyyən təsiri var. Varşava Belarus müxalifətinin liderlərini siyasi və media dəstəyi ilə təmin edir.

Polşa bu işə girişib, amma vəziyyətdə dönüş etmək üçün gücü çatmır. Bu arada Minsk də Polşaya cavab verməyə başlayıb – mətbuat xüsusilə Polşa mallarının Belarusa idxalı ilə bağlı problemlər barədə məlumat verir.

Qərb Minskə qarşı təyin olunmuş sərt ritorika yolunu davam etdirəcək, lakin həqiqi qarşıdurmadan çəkinməyə davam edəcək. Çünki onun açıq şəkildə uğursuzluğa məhkum olmuş daha bir geosiyasi prosesə qarışmaq istəyi yoxdur.

17
Teqlər:
Avropa ittifaqı, Avropa, Aleksandr Lukaşenko, qarşıdurma, Qərb, Belarus
Əlaqədar
Aleksandr Lukaşenkonun legitimliyini tanımırıq - Aİ-nin Ali Nümayəndəsi
Belarusda vəziyyət pisləşir – Aİ-nin Ali komissarı
Almaniya Rusiyadan Minskə təsir göstərməyini istəyir
Avropa Komissiyasında sanksiyalar üzrə səsvermə sistemi dəyişdirilə bilər
Müxalifət şir ürəyi yeyib: dörd milyard dollarlıq kredit istəyir
Aleksey Navalnı, arxiv şəkli

Tramp Navalnı məsələsinə qoşulmaq istəmir

18
(Yenilənib 16:40 25.09.2020)
Bir qrup amerikalı senator Aleksey Navalnı ilə bağlı insidentə görə Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini təqdim edib. Sputnik radiosunun efirində politoloq Vladimir Mojeqov bu təşəbbüsü şərh edib.

BAKI, 25 sentyabr — Sputnik. ABŞ senatorlarından ibarət qrup Aleksey Navalnı ilə bağlı insidentə görə Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini təqdim edib. Bu barədə respublikaçı senator Marko Rubionun saytında bildirilib.

Sənəd Rusiya rəsmilərinə qarşı məhdudiyyətlərin tətbiqini nəzərdə tutur. Onun müəlliflərinin fikrincə, bu rəsmilərin "beynəlxalq hüququn açıq şəkildə pozulmasında", o cümlədən Navalnının "zəhərlənməsində" əli var.

Marko Rubio ilə yanaşı sənədi respublikaçı senator Mitt Romni, həmçinin demokratlardan Kris Kuns, Ben Kardin və Kris Van Hollen təsdiqləyib.

Qanun layihəsinin qəbul edilməsi üçün onu Senat və Nümayəndələr Palatası dəstəkləməli və ABŞ prezidenti imzalamalıdır.

Sputnik radiosunun xəbərinə görə, politoloq Vladimir Mojeqov senatorların bu təşəbbüsünü şərh edib.

"Bu, sırf ictimaiyyətə yönəlib. Nə hesabatı ola bilər? Bu, tamamilə qeyri-real işdir. Bütün bunlar seçkiqabağı isteriyanı qızışdıran ritorikadır. Bundan başqa Navalnı işi daha çox demokratların gündəmidir. Respublikaçılar bütün bunlara həvəssiz yanaşırlar. Mənə elə gəlir ki, bundan sonra da onu dəstəkləməyəcəklər. Hər halda, Tramp bundan ehtiyatlanır və uzaq durur. Dövlət katibi Mayk Pompeo deyib ki, baş vermiş hadisənin bütün faktları məlum olanda reaksiya vermək lazımdır və nə baş verdiyi hələlik o qədər də aydın deyil", – Mojeqov bildirib.

Onun fikrincə, amerikalılar Almaniyadan Navalnı haqqında məlumat ala bilərdilər, lakin onlardan heç bir sorğu daxil olmayıb.

"Bu, sanksiyalar üçün hər hansı bir əsas ola bilərdi, lakin bu günə qədər belə bir sorğu olmayıb. Ona görə də mənə elə gəlir ki, bütün bunlar əhəmiyyətsizdir. Bu, bir növ qaranlıq hekayədir, buna görə Tramp ona qoşulmaq istəmir. Mənə elə gəlir ki, demokratlar bu gündəmi ciddi şəkildə piar edəcəklər, Tramp isə bundan bir qədər kənarda duracaq", – politoloq hesab edir.

Navalnı avqustun 20-də təyyarədə uçarkən özünü pis hiss edib və Omskda xəstəxanaya aparılıb. Omsklu həkimlər onun qanında şəkərin kəskin dəyişməsinə səbəb olmuş maddələr mübadiləsi pozğunluğunu əsas diaqnoz kimi göstəriblər. Bunun səbəbi hələ də aydın deyil, amma həkimlərinin dediyinə görə, onun qanında və sidiyində zəhər tapılmayıb.

Daha sonra Navalnı Almaniyaya aparılıb. Sentyabrın əvvəlində Almaniya hökuməti Navalnının "Noviçok" maddələr qrupundan olan substansiya ilə zəhərləndiyini bəyan edib. Moskva Berlin laboratoriyasında aparılan analizlərin nəticələrinə dair daha ətraflı məlumat verilməsini xahiş edib, lakin cavab almayıb.

18
Əlaqədar
Aleksey Navalnı xəstəxanaya yerləşdirilib
Rusiya Berlinin Navalnı ilə bağlı vəziyyətə yanaşmasını “qeyri-konstruktiv” sayır
Navalnı nəfəs ala bildiyini deyib: "Çox xoşuma gəldi"
Navalnı tam sağalıb və xəstəxanadan evə buraxılıb
Yük maşını

Aksiyaya qoşulmaq istəyənlər BNA-ya müraciət edə bilərlər

0
(Yenilənib 23:04 28.09.2020)
Qum dolu kisələrdən fərqli olaraq təkərlər müdafiənin ön xəttində mövqelərin muhafizəsi baxımdan olduqca əhəmiyyətli materialdır. Təkərlər dözümlü və güllələri saxlama xassələrinə malikdirlər.

BAKI, 28 sentyabr — Sputnik. Bütün cəbhə boyu uğurlu əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusuna dəstək məqsədilə "Hər şey vətən üçün" aksiyası davam etdirilir. Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, aksiya çərçivəsində daha 16 yük avtomobili ilə 6500 ədəd təkər cəbhə bölgəsinə yola salınıb.

Qum dolu kisələrdən fərqli olaraq təkərlər müdafiənin ön xəttində mövqelərin muhafizəsi baxımdan olduqca əhəmiyyətli materialdır. Təkərlər dözümlü və güllələri saxlama xassələrinə malikdirlər. Bunu nəzərə alaraq təkərlərin toplanaraq cəbhə bölgəsinə yola salınması davamlı olaraq həyata keçirilir. Aksiyaya qoşulmaq istəyən vətəndaşlarımız Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilərlər.

Qeyd edək ki, iyul ayının düşmənin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlardan sonra Bakı Nəqliyyat Agentliyi Müdafiə Nazirliyi ilə birgə "Hər şey vətən üçün" aksiyasına başlayıb. Ötən müddətdə ümumilikdə 60 yük avtomobili ilə 26500 ədəd təkər cəbhə bölgəsinə yola salınıb.

0