Türk axını layihəsi

"Türk axını" yenidən gündəmə qayıdır?

81
(Yenilənib 14:19 03.02.2016)
Ekspertlərin fikrincə, hazırda lahiyəni reallaşdırmağa nə Rusiyanın, nə də Türkiyənin kifayət qədər maliyyə imkanları var

BAKI, 2 fev — Sputnik. "Rəsmi Ankara, əvvəlki kimi, "Türk axını"nı kommersiya layihəsi kimi dəyərləndirir və razılaşmanın detallarına dair danışıqların keçirilməsinin tərəfdarıdır". Bu barədə Sputnik-ə Türkiyənin Vaşinqtondakı diplomatik missiya rəhbərinin müavini Tuqay Tuncer bildirib.

"Biz hələ də "Türk axını"nı kommersiya layihəsi kimi dəyərləndiririk. Əgər Rusiya danışıqlar aparmaq istəyirsə, biz bütün müzakirələrə açığıq. Tərəflər masa arxasına əyləşərək razılaşmanın detalları ətrafında müzakirələr apara bilərlər. 10 il əvvəl "Mavi axın"a dair olduğu kimi", —deyə diplomat vurğulayıb.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban məsələni Sputnik-ə şərh edərkən bildirib ki, iki ölkə arasında münasibətlər qayadaya salınmamış "Türk axını" reallaşa bilməz: "Rusiya istəyir ki, Türkiyə ondan üzr istəsin, bax əsas məsələ budur. "Üzr istə, ondan sonra bütün bunlara görə öz səhvini anla. Ondan başqa Suriya məsələsində mövqeyini yumşalt və sonra biz əməkdaşlığa başlayarıq" deyir Moskva. Bu hazırkı Türkiyənin mövqeyinə uyğundumu? Türkiyə özünə bağlı bir ölkə deyil ki. Bu iki ölkə arasında son üç ay ərzində vəziyyət çox mürəkkəb şəkildə dəyişib. Hesab etmirəm ki, yenidən belə tez çox asanlıqla danışıqlar masasına oturmaq mümkün olsun".

Эксперт-экономист Ильхам Шабан в пресс-центре Sputnik Азербайджан
© Sputnik / Murad Orujov
Ильхам Шабан, глава Центра нефтяных исследований

İqtisadçı ekspert Vüqar Bayramovun fikrincə, isə hazırda lahiyəni reallaşdırmağa nə Rusiyanın, nə də Türkiyənin kifayət qədər maliyyə imkanları var. İqtisadçının sözlərinə görə, lahiyənin reallaşmasına təsir edən amillər qalmaqdadır: ""Türk axını"nın yenidən reallaşması üçün iki ölkə arasında münasibətlərin normallaşmasına ehtiyac var. İndiki mərhələdə ölkələr arasında münasibətlər mürəkkəbdir və konflikt davam edir. Belə olan halda sözügedən axının reallaşması inandırıcı görsənmir. Tərəflər münasibətlərini qaydaya saldıqdan sonra Türk axınının reallaşması ilə bağlı müzakirələr aparıla bilər".

"Ümumiyyətlə, lahiyənin maliyyə tutumu böyükdür. İndiki məqamda nə Rusiyanın, nə də Türkiyənin lahiyənin maliyyələşdirilməsi bağlı ciddi töhfə vermək imkanlarının olduğunu düşünmək olmaz. Lahiyənin maliyyələşdirilməsinə beynəlxalq qurumların cəlb olunması kifayət qədər şübhə altındadır. Çünki, Rusiyanın lahiyəsi olduğuna görə beynəlxalq qurumların bu lahiyənin maliyyələşdirilməsində iştirak edəcəyi inandırıcı görsənmir", —deyib V. Bayramov.

O, güman etmir ki, indiki məqamda "Türk axını"nın reallaşması üçün imkanlar var: "Təbii ki, gələcəkdə əgər iki ölkənin münasibətləri düzələrsə və eyni zamanda enerji resurslarının qiyməti Rusiyaya bu tip lahiyələri maliyyələşdirmək imkanları verərsə, o zaman bu, real ola bilər".

İlham Şaban düşünür ki, hazırda "Şimal axını 2" lahiyəsi "Türk axını" lahiyəsindən daha real konturlara malikdir: "Türkiyənin çoxdanki arzusudur ki, öz ərazisindən keçən bir enerji xəttinə malik olsun. Türkiyə görür ki, Rusiya indi bütün səylərini "Şimal axını 2" lahiyəsinə yönəldib və bu, daha real konturlara malikdir. Ona görə də Türkiyə tərəfdən belə bir jest edilir. Hazırki ictimai-siyasi proseslər tərəflərə sənəd imzalamağa imkan vermir. Tərəflər bir sənəd imzalamalıdır ki, ondan sonra iki ölkə arasında "Qazprom" və "Botaş" şirkətləri bu məsələlərdə bir addım atsınlar. İqtisadi münasibətlər çərçivəyə alınıb. Gərək o çərçivə götürülsün ki, bu münasibətlər həyata keçsin".

Xatırladaq ki, Su-24 olayından sonra, ötən ilin dekabrında Rusiyanın energetika naziri Aleksandr Novak "Türk axını"nın reallaşdırılması ilə bağlı iki ölkə arasında hökumətlərarası danışıqların dayandırıldığını bəyan etmişdi.

81
Teqlər:
İqtisadçı ekspert Vüqar Bayramov, Neft Araşdırmalar Mərkəzi, Tuqay Tuncer, "Türk axını", İlham Şaban, Rusiya, Türkiyə
Əlaqədar
Ekspert: Rus-türk gərginliyində çıxış yolu dialoqdur
Qara dənizdə rus-türk münaqişəsi baş verib
"Türk axını" layihəsi donduruldu
Türkiyə "Türk axını" barədə saziş layihəsini Rusiyaya göndərib
Aleksandr Novak: Türk axını layihəsi mütləq reallaşacaq
Türk axını layihəsi reallaşmaq üzrədir
"Türk axını" layihəsi ilə bağlı nəticə yoxdur