Вугар Байрамов

Azərbaycan MDB-də qiymətlərin ən yüksək olduğu 2 ölkədən biridir

290
(Yenilənib 12:07 13.01.2016)
Vüqar Bayramov: Qiymətlərin baha olmasına səbəb idxal monopoliyasıdır!

BAKI, 13 yan-Sputnik. Siqaretlərin qiyməti artanda ən çox səslənən məsləhət "qiymət artıbsa, siqaret çəkmə" oldu. Amma məsələ heç də siqaretdən istifadə edib-etməməkdə deyil.

Sputnik-in məlumatına görə, bu fikirləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, iqtisadçı-ekspert Vüqar Bayramov öz facebook səhifəsində qeyd edib. 

Ekspertin fikrincə, məsələ ondadır ki, ABŞ istehsalı olan siqaretlərin qiyməti supergüc dövlətlə problemləri olmayan Azərbaycanda, həmin ölkənin sanksiyasına məruz qalan Rusiya ilə müqayisədə 2 dəfəyə yaxın bahadır. Təsəvvür edin: "brend siqaretlər" sanksiyalara məruz qalan dövlətdə bizə nisbətən daha ucuzdur.

"Əslində, siqaret bir nümunədir. Ötən ilin aprel ayında CESD ərzaq səbəti üzrə Gürcüstan daxil olmaqla bütün MDB dövlətləri üzrə qiymətlərin statistik təhlilini aparıb. CESD-nin statistik qiymət təhlili göstərir ki, Azərbaycan ərzaq məhsullarının qiymətinə görə MDB ən yüksək qiymətlərə malik 2 ölkədən biridir." — deyən Bayramov bunun səbəblərinə də aydınlıq gətirib: 

"Səbəb əslində son zamanlar gündəmi zəbt edən monopoliyadır. Ölkəmizdə siqaret istehsalı ilə məşğul olan şirkətin olmasına baxmayaraq xarici ticarətdəki monopoliya qiymətlərin azalmasına imkan vermir. Səbəb təbii ki, idxal monopoliyasıdır. Bu baxımdan, bizim qiymətləndirmələr göstərir ki, əgər xarici ticarətdəki monopoliya tamamilə ləğv edilərsə o zaman qiymətlər orta hesabla 60 faiz aşağı düşər. Monopoliyani iqtisadiyatda "irinləmiş yaraya" bənzədirlər. Onu kəsib atmasan bədəndə aparılan heç bir müalicənin xeyiri olmur. Ona görə də, idxal və ixracatda monopliyanın tamamilə aradan qaldırılmasına ehtiyac var. Sahibkar istədiyi malı sərbəst və heç bir baryer olmadan idxal və ixrac hüququna malik olmalıdır. Əks halda iqtisadiyyatın liberallaşması mümkün deyil."

Eksper həmçinin bildirib ki, Dünya Bankının "Bizneslə Məşğul Olmaq" hesabatında hər il ölkəmizin yerinə ən çox mənfi təsir edən faktor məhz idxal və ixrac üçün tələb edən proseduraların və günlərin sayının çox olmasıdır.

Vüqar Bayramov bu sahədə islahatlarla bağlı təkliflərini ifadə edib:

 

— Stuktur islahatlarının gömrük idarəetmə sferasını da əhatə etməsi. CESD-nin 2011-ci ildə hazırladığı dövlət sənədində bu sferada idarəetmənin vahidləşməsi təklif edilirdi. Bizim təkliflərə Dövlət Gömrük Komitəsinin ləğv edilərək Vergilər Nazirliyinə birləşdirilməsini və səlahiyyətlərin ASAN Xidmətlə bölüşdürülməsini əhatə edirdi. Bu isə idarəetmənin təkmilləşdirilməsinə imkan yarada bilər;
— Gömrük proseduraların elektronlaşdırılması və ASAN xidmət vasitəsi ilə aparılması. Gömrük rəsmilləşdirilməsi və ödənişlərin elektron qaydada sözügedən xidmət vasitəsi ilə aparılması şəffaflığın formalaşdırılmasına imkan verəcək;
— Məmur-sahibkar münasibətlərinin minimumlaşdırılması üçün elektron keçid sistemindən istifadə edilməsi. Elektron rəsmilləşmə və ödəniş proseduralarından keçən sahibkar elektron kartlar vasitəsi ilə ölkədən mal aparmaq və ya gətirmək imkanına malik olmalıdır. Yalnız istisna hallarda malların yoxlanması hüququ saxlanılmalıdır;
— Dünya Ticarət Təşkilatları ilə danışıqlar çərçivəsində yol verilən limitlər daxilində gömrük rüsumlarına baxılması və optimallaşdırılması. Bütün qeyri-rəsmi ödənişlərin ləğv edilməsi həmçinin rüsumlara yenidən baxılmasına imkan yaradacaq. Daxili bazarı qorumaq üçün yerli istehsalı olan məhsulların idxalına rüsumların artırılması mümkündür. Digər bütün məhsualları üzrə aşağı rüsumların saxlanılmasına ehtiyac var;
— Rüsumsuz ölkəyə gətirlən ərzaq məhsualların vətəndaşlar tərəfindən gətirilməsi ilə bağlı bütün süni baryerlərin aradan qaldırılması və ərzaq limitinə yenidən baxılması. Vətəndaşlar qanunvericilikdə nəzərdə tutulan çəkidə ərzaq məhsullarını ölkəyə gətirmək hüququndan istifadə etməlidirlər və yerli istehsal olmayan və ya tələbi tam ödəməyən məhsullar üzrə bu kvota 3 dəfə artırılaraq 30 kq.a çatdırılmalıdır;
— Vətəndaşların 10 min dollaradək şəxsi tələbat üçün ölkəyə rüsumsuz mal idxalındakı bütün süni baryerlər aradan qaldırılmalıdır və bunun icrası üçün şəffaf və aydın proseduralar müəyyənləşdirilməlidir;
— Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlüyün bu il ərzində tamamlanması. Artıq MDB-nin əksər ölkələri adıçəkilən təşkilatı üzvüdür. Bu təşkilata üzvlük gömrük proseduralarında şəffaflığın güclənməsinə, sahibkarların hüquqların qorunması üçün yeni və şəffaf mexanizmlərin formalaşmasına imkan verəcək. Eyni zamanda, bu gələcəkdə yenidən monopoliya qurmaq cəhdlərinə imkan verməyəcək;
— İxracdakı bütün süni baryerlərin aradan qaldırılması və ixrac subsidiyasının tətbiq edilməsi. Qeyri-neft sektorunun ixrac qabiliyyətinin artırılması üçün yeni ixrac subsidiyaların tətbiq edilməsinə ehtiyac var. Rüblük ixrac dövriyyəsi 100 min dollardan çox olan sahibkarlar ixrac etdiyi məhsulun həcminə uyğun olaraq subsidiya almaq hüququna malik olmalıdırlar.

Ekspertin fikrincə, gömrük prosedurlarının elektronlaşdırılması və "ASAN"laşdırılması bu sahədəki bütün süni baryerlərin və monopoliyanın aradan qadırılmasına və bazarda qiymətlərin azalmasına gətirib çıxaracaq xalis rəqabətin yaranmasına səbəb ola bilər.

290
Teqlər:
ASAN, Qeyri-neft sektoru, Dünya Ticarət Təşkilatları, Dövlət Gömrük Komitəsi, monopoliya, CESD, ASAN Xidmət, Vergilər Nazirliyi, Gürcüstan, Vüqar Bayramov, Rusiya, MDB ölkələri, Azərbaycan
Əlaqədar
Manat daha 20% dəyərini itirdi
Həftə sonu 1 dollar 2 manat olacaq
Manat üçüncü dəfə devalvasiyaya uğraya bilər
Dollar kreditləri ilə bağlı yeni problem
Biotech LTD's peyvəndi

Peyvənd meymunlar: "rus yalanı" haqqında ingilis böhtanı

40
(Yenilənib 08:33 24.10.2020)
Böyük Britaniya mətbuatı guya Rusiyanın insanlığa qarşı daha bir "informasiya təxribatı"nı üzə çıxarıb.

BAKI, 22 oktyabr — Sputnik. Böyük Britaniya mediası Rusiyanın insanlığa qarşı daha bir informasiya təxribatını üzə çıxarıb. Bir neçə gündür ki, bu məsələ ingilis mediasının gündəmindən düşmür. Halbuki Böyük Britaniyanın müzakirə olunmalı problemləri bəs deyəcək qədərdir: ölkədə pandemiya ilə bağlı vəziyyət gərgindir, ayrı-ayrı regionlarda hökumətin yeni karantin rejimi qaydalarına etiraz edilir, Brexitlə bağlı Avropa Şurası ilə aparılan danışıqlar dalana dirənib və Şotlandiyanın Birləşmiş Krallığın tərkibindən çıxması məsələsinə dəstək artıb ki, bu da ölkənin parçalanması ilə nəticələnə bilər. İngilis qəzetləri isə bütün bunlardan yazmaq əvəzinə, "Dəli ruslar bəyan eləyirlər ki, peyvənd bizi şimpanzeyə çevirəcək" deyə haray-həşir salıblar.

Demək olar ki, bütün qəzetlərdə Böyük Britaniyanın Baş naziri Boris Consonun gülməli kollajları yer alıb. Altından da bu sözlər yazılıb: "Mən öz "yeti" peyvəndimi sevirəm".

Naməlum mənbəyə istinadən bütün KİV-lər bəyan ediblər ki, bu kollaj Rusiya dövlətinin və ya Rusiyanın rəsmi şəxslərinin sifarişi ilə hazırlanıb və yayılıb. Məqsəd də Böyük Britaniyada koronavirus əleyhinə hazırlanmış və hələ tətbiqinə başlanılmamış peyvəndi gözdən salmaq, onun insanı meymuna çevirdiyi haqda dezinformasiya yaymaqdır.

Bu iddiaların ilkin mənbəyi "The Times" qəzetidir. Qəzet bir neçə sensasiyalı materialı xüsusi araşdırmasının nəticəsi adı altında tirajlayıb. Guya həmin fotoları qəzetin redaksiyasına kampaniyaya (dezinformasiya kapmaniyası – red.) cəlb olunmuş şəxs səhiyyə sisteminə dəyə biləcək zərərin qarşısını almaq məqsədilə təqdim edib.

Yaxşı, bəs bu işin rus dövləti ilə nə əlaqəsi var? Bu suala "The Times" özünə xas şəkildə cavab verir: "Təbliğat cəhdinin birbaşa Kreml tərəfindən hazırlandığı dəqiq deyil, ancaq bu işin təşkilində və yayılmasında bəzi Rusiya rəsmilərinin iştirak etdiyinə dair dəlillər var". Bununla belə, qəzet həmin dəlilləri açıqlamaq yerinə sayta daxil olaraq bu mövzuda hazırlanmış 40 dəqiqəlik audio materiala qulaq asmağı təklif edir. Guya həmin materialda hər şey izah və sübut olunub.

Koronavirusа qarşı peyvənd, arxiv şəkli
© Handout / Russian Direct Investment Fund / AFP

Belə görünür ki, digər KİV-lər (istər ingilis, istərsə də amerikan qəzetləri) də məsələni araşdırmaq üçün özlərinə əziyyət verməyib və "The Times" qəzetinin Rusiyanın rəsmi şəxslərinin əli il hazırlandığı iddia olunan internet-materialları ilə bağlı "dəlil"lərinə etibar ediblər. Beləliklə, bütün qəzetlər "rus dezinformasiya kampaniyası" haqqında xəbəri az qala "Gerasimovun hərbi doktrinası" kimi yaymağa başlayıb. Müqayisə yersiz deyil, axı Qərb mediası yeri gəldi, gəlmədi, Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi Valeri Gerasimovun strategiyasından dəm vurmağı xoşlayır.

"The Times"ın sözügedən audio materialında isə əvvəldən axıra kimi yalnız vədlər səslənir:

"Biz sizə bu işin içində Rusiya dövlətinin olduğunu sübut edəcəyik!". Söhbət gəlib təşkilatçılara çatanda isə yalnız Rusiya İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriyevin soyadı hallanır. Qəzetin müxbirləri "kremlşünas"larla birlikdə Dmitriyevin şəxsiyyətini, onun rəhbərlik etdiyi fondu və hətta təşkil olunan kampaniyadan Valdimir Putinin xəbərdar olub-olmadığını müzakirə etməyə başlayırlar: "Əldə etdiyimiz dəlillərdə Kirill Dmitriyevdən bəhs edilmir. Onun dezinformasiya kampaniyasında iştirak etdiyi barədə heç bir işarə yoxdur".

Vəssalam! "The Times"ın oxuculara vəd etdiyi "dəlil" bundan ibarətdir. Əlbəttə, Rusiyada baş verən cinayət hadisələri ilə bağlı kitabların müəllifi, ekspert Mark Qaleottinin sözgüdən kampaniyanın arxasında Kremlin "hersoq və baronlarının" dayandığı barədə səsləndirdiyi cəfəng fikirləri nəzərə almasaq...

Koronavirusа qarşı peyvənd, arxiv şəkli
© Hartmut Boesener / IDT Biologika / Handout via Reuters

Daha sonra guya Rusiyanın hansısa dövlət televiziyasında üzərində ingilis peyvəndinin sınaqdan keçirildiyi iki nəfərin öldüyü barədə hazırlanmış saxta xəbərdən bəhs olunur. Yeri gəlmişkən, həqiqətən də bu həftə Brazilyada İngiltərənin "AstraZeneca" şirkətinin peyvəndini sınaqdan keçirən könüllülərdən biri dünyasını dəyişib. Ancaq bu barədə xəbəri beynəlxalq agentliklər yayıb və bunu "rus dezinformasiyası"na aid etmək çətindir.

Beləliklə, ortada Rusiya dövlətinin və ya rəsmi, qeyri-rəsmi şəxslərin Conson və COVID-lə bağlı gülməli internet-materiallarının hazırlanıb yayılmasında iştirakı ilə bağlı bir dənə də olsun fakt yoxdur. Bu şəkillər isə internetdə tüğyan edir. Həmin şəkillərin ilkin mənbəyinin üzə çıxarılması cəhdləri uzaqbaşı elə "The Times"ın sözügedən sayındakı xəbərlərə aparıb çıxara bilər. Çünki bu kollajlar ilk dəfə məhz həmin qəzetdə nəşr olunub və tirajlanıb. Hərçənd, ingilislər iddia edirlər ki, sözügedən kollajlar ilk dəfə üç iri internet resursunda – ikisi Böyük Britaniya və biri Brüsselə aid olmaqla – yayımlanıb. Belə çıxır ki, sözügedən kollajları yayan media orqanı elə "The Times" özü olub. Hətta kiminsə ingilis peyvəndini "meymun" adlandıraraq nüfuzdan salmaq istədiyini fərz etsək belə, həmin şəxsin ən effektiv metodu tapdığını etiraf etməliyik. O, sadəcə, həmin materialı "rus dezinformasiyasının sübutu" kimi bu məşhur ingilis qəzetinin redaksiyasına göndərib. Sonra da şəkillər internetdə yayılıb. Əgər bu belə olsa belə, hər bir halda "The Times" dezinformasiyanın (özü də rusların buraxmadığı dezinformasiyanın) yayılmasında alətə çevrilib.

Beləliklə, bu işdə Rusiyanın əlinin olması ilə bağlı ortada heç bir dəlil-sübut yoxdur. Bununla belə, London artıq rəsmi şəkildə məsələyə qəzəbli münasibət bildirib. Böyük Britaniyanın Xarici İşlər naziri Dominik Raab Moskvanı Oksford peyvəndini nüfuzdan salmaqda günahlandırıb. Deməli, sanskiyalar çox da uzaqda deyil.

Yaxşı, bəs bütün bunlar Rusiyanın nəyinə lazımdır? "The Times" bu sualın cavabında yazır: "Bütün peyvəndlərə qlobal etimadı" sarsıtmaq üçün. Halbuki bu qətiyyən məntiqə uyğun gəlmir. Çünki hazırda Rusiya bütün dünyada koronavirusa qarşı peyvəndə sahib olan yeganə ölkə kimi vaksinlərə etimadın sarılmasını istəməz. Ancaq indi Qərbdə heç kimi məntiq maraqlandırmır.

Daha bir məntiqi sual ortaya çıxır: bütün bunlar Böyük Britaniya mediasının nəyinə lazımdır? Bu sualın cavabı məqalənin əvvəlində verilib: ən azı iki gün ictimaiyyətin diqqətini ölkənin real problemlərindən yayındırmaq və insanların başını rusların hiyləgərliyi ilə bağlı məqalələrlə qarışdırmaq. "Meymun peyvəndi" ilə bağlı söz-söhbət səngiyəndən sonra isə ortaya başqa bir sensasiya atmaq olar. Məsələn, yaza bilərlər ki, elə həmin hiyləgər ruslar "Olimpiada-2020"-nin işini pozmağa cəhd göstərib və ingilis kəşfiyyat agentlikləri bu "sui-qəsd"in qarşısını alıb. Vəssalam! Ən azı iki gün qəzetlərin səs-küy salmağa mövzusu olacaq. Əsas odur, heç kim şahid, dəlil-sübut tələb etməsin. Buna nə ehtiyac var axı...

40
Arktika buzları

"Məhv etmək çətin olacaq": amerikalılar Şimaldakı bunkerə qayıdırlar

13
(Yenilənib 15:14 25.10.2020)
Nəhəng yeraltı kompleks qayanın içərisində düzəldilib və 300 metr qalınlığında daş örtüklə qorunur. 25 min kvadrat kilometrlik ərazidə anbarlar, təmir limanları yerləşir.

BAKI, 21 oktyabr — Sputnik, Nikolay Protopopov. Yüz metrlərlə qaya qruntu, birbaşa nüvə zərbəsini saxlamaq qabiliyyəti və raket silahlı atom sualtı qayıqları - ABŞ Hərbi-dəniz qüvvələri Norveçdəki soyuq müharibə dövründən qalmış Olavsvern yeraltı hərbi-dəniz bazasını reanimasiya etmək qərarına gəliblər. Bir neçə Seawolf kəşfiyyatçı sualtı qayığı buradan patrul çəkməyə və Rusiyanın Şimal donanmasının gəmilərini izləməyə çıxacaqlar. NATO-nun ən qorunan obyektlərindən biri barədə - RİA Novosti-nin materialında.

Qayada şəhər

Olavsvern bazasında aktiv hərbi fəaliyyət 2000-ci illərin əvvəllərində başa çatıb, obyekt 2009-cu ildə birdəfəlik dondurulub. Lakin bu yaxınlarda amerikalılar yenidən atom sualtı qayıqlarını bura yönəltmək qərarına gəliblər.

Olavsvernə Seawolf sinfindən olan bütün sualtı qayıqları göndərəcəklər. Avqustda artıq belə qayıqlardan biri ABŞ-dakı Banqor hərbi-dəniz bazasından Noveçin Tromse limanına gəlib. 

Olavsvern hərbi-dəniz bazasını hələ 1960-cı illərdə tikiblər. O Rusiya ilə sərhəddin cəmi 350 kilometrliyindədir və Şimal donanmasının sualtı qayıqlarının patrul çəkdiyi marşrutların yaxınlığındadır. Soyuq müharibə illərində amerikalılar Şimal Buzlu okeanı hövzəsinə görə məsuliyyət daşıyan sualtı qüvvələri burada saxlayırdılar. NATO sualtı qayıqlarının heyətləri istənilən vaxt Şimal donanmasının Norveç dənizinə və Şimali Atlantikaya gedən yolunu kəsməyə hazır idilər.

Nəhəng yeraltı kompleks qayanın içərisində düzəldilib və 300 metr qalınlığında daş örtüklə qorunur. 25 min kvadrat kilometrlik ərazidə anbarlar, təmir limanları yerləşir. Tunellərin layihələşdirilməsi və tikilməsinə, həmçinin obyektin müasir avadanlıqla təchizatına 500 milyon dollardan artıq vəsait xərclənib. Müqayisə üçün, 1961-ci ildə dünyada ilk olaraq istifadəyə verilmiş USS Enterprise atom aviadaşıyanı təxminən 450 milyon dollara başa gəlib.

Arktikaya daha yaxın

Şimal donanmasının keçmiş komandanı Vyaçeslav Popovun fikrincə, yenilənmiş Olavsvern bazası Rusiya üçün NATO tərəfindən daha bir ciddi təhlükə olacaq.

"Seawolf buzun altında üzmək üçün yaxşı uyğunlaşıb, - admiral RİA Novosti ilə söhbətində qeyd edib. - Amerikalılar dayanma yerlərini fəaliyyət zonasına yaxınlaşdırmaq istəyirlər, bizim sərhədlərimizə və Arktikaya daha da yaxınlaşmağa can atırlar. Əlbəttə, Şimal donanması Olavsvernə nəzarət etməli olacaq - bunun üçün bütün vasitələr var".

Lakin ekspertlərin sözlərinə görə, amerikalıları çətinliklər gözləyə bilər, çünki hüquqi baza fiziki şəxsə məxsusdur. Sıfırıncı illərin sonunda qərb analitikləri belə qərara gəldilər ki, Rusiya donanması artıq NATO üçün təhlükəli deyil, Olavsverni saxlamaq isə baha başa gəlir. Və Norveç hökuməti bazanı satış çıxardı.

2011-ci ildə norveçli biznesmen 4,5 milyon dollara bazanı aldı. O bazanı icarəyə verməyə başladı, o cümlədən rusiyalı şirkətlərə. Bura mütəmadi olaraq "Akademik Nemçinov" və "Akademik Şatskiy" gəmiləri gəliblər. Bunun ardınca bir çox norveçli hərbçilər bu razılaşmanı sərt tənqid etməyə başladılar.

İkili standartlar

On ildən sonra NATO-da öz səhvlərini başa düşdülər. Norveçin NRK telekanalının məlumatına əsasən, son həftələr ərzində Pentaqonun yüksək rütbəli zabitləri dəfələrlə Olavsverndə olublar. Norveç Müdafiə Nazirliyi isə ABŞ və NATO-ya bazadan təyinatı üzrə istifadə etməyə icazə verən razılaşmanı təsdiqləyib.

Yeraltı labirintlər

Olavsvern yeraltı bazası unikal deyil. Soyuq müharibə illərində onlarla belə obyekt tikilib. Ən iri bunkeri isveçlilər ötən əsrin ortalarında tikiblər. Muskyo hərbi-bazası Stokholm arxipelaqının cənubunda faktiki olaraq ayrı bir adadır.

Bazada minədək hərbçi nüvə hücumundan qoruna bilər. Materikdən obyekdə 3 kilometrlik dənizaltı tunel aparır.

Rusiyaya gəldikdə, ən iri məlum olan baza Krımdadır. Nüvə müharibəsi zamanı üç minədək insan üç ay ərzində burada rahat yaşaya bilər.

Ekspertlərin fikrincə, lazım gəldikdə bazanı yenidən bərpa edərək işlətmək olar, lakin o, ölçülərinə görə müasir sualtı qayıqları qəbul edə bilməz.

13

İlham Əliyev Azərbaycanı dəstəkləyən ölkələrin başçılarına məktublar ünvanlayıb

0
Prezident BMT TŞ-da Azərbaycanı dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına məktublar ünvanlayıb.

BAKI, 25 oktyabr - Sputnik. Məlum olduğu kimi, bu günlərdə BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda, hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr - İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadin təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdiriblər. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olublar.

Sputnik Azərbaycan xəbər verir ki, bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadinin dövlət və hökumət başçılarına məktublar ünvanlanıb.

Prezident İlham Əliyev, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Məktublarda BMT Təhlükəsizlik Şurasında keçirilmiş müzakirələr zamanı göstərdikləri prinsipial mövqeyə görə sözügedən ölkələrə təşəkkür ifadə olunub.

Məktublarda qeyd edilib ki, bu ölkələrin belə qəti mövqe sərgiləmələri onların Bandunq prinsiplərinə, Qoşulmama Hərəkatının dəyərlərinə sadiqliyini, multilateralizmə və beynəlxalq hüquqa olan hörmətini nümayiş etdirir. Bu mövqe ikitərəfli münasibətlərimizdə tarixi dostluq əlaməti kimi qəbul olunur.

Daha sonra məktublarda bildirilir ki, həmin ölkələrin davamlı dəstəyi münaqişənin beynəlxalq hüquq və Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinə töhfə verəcək.

Sonda isə ikitərəfli münasibətlərimizin, eləcə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində çoxtərəfli əməkdaşlığımızın uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə