Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Yanacaq ucuzlaşdırılmalıdır!"

Эксперт Объединения Содействия Экономическим Реформам Самир Алиев
Эксперт Объединения  Содействия Экономическим Реформам Самир Алиев - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: Neftin qiyməti 3,5 dəfə aşağı düşdüyü halda, niyə Azərbaycanda hələ də benzin 1 barrel neftin 110 dollara olduğu vaxtlara uyğun qiymətlə satılır?

BAKI, 13 yan-Sputnik. Hazırda hökumət devalvasiyanın qiymət artımına təsirini azalmaq üçün tədbirlər görməyə başlayıb. Bu tədbirlər hələ təəssüf ki, yalnız inzibati xarakter daşıyır. Halbuki bu metodun faydası qısamüddətli olur və strateji baxımdan arzuolunmayan fasadlar törədir. 

Bu fikirləri Sputnik-ə iqtisadçı-ekspert Samir Əliyev bildirib.

Onun sözlərinə görə, hazırda əsas diqqət iqtisadi alətlərin tətbiqinə yönəldilməlidir. Bunlara vergi güzəştlərindən tutmuş, strateji məhsulların istehsalında istifadə olunan xammalın idxalına tətbiq edilən gömrük rüsumunun azaldılmasını və ya ləğvini və s. aid etmək olar.

"Hökumətin ata biləcəyi digər iqtisadi alət yanacağın ucuzlaşdırılması ola bilər. Yanacağın ucuzlaşdırılması ölkədə daşınma xərclərini əhəmiyyətli dərəcə aşağı sala bilər ki, bu da malın, xüsusilə də kənd təsərrüfatı məhsullarının maya dəyərini azalda bilər. Xüsusilə də idxalı əvəzləşdirmək baxımından aqrar sektoru inkişaf etdirmək üçün dövlət tərəfindən fermer təsərrüfatına verilən dəstək ola bilər." — deyə ekspert qeyd edib.

Samir Əliyev - iqtisadçı - Sputnik Azərbaycan
TƏHLİL
Neft ucuzlaşdıqca, manatın da ucuzlaşması davam edəcək
  

S.Əliyev bildirib ki, bizimlə oxşar iqtisadiyyata malik olan Qazaxıstanda Aİ —95 markalı benzin 0,35 avro, Aİ-98 benzini 0,38 avro, dizel 0,26 avrodur. Rusiyada isə Aİ-95 benzini 0,44 avro, Aİ-98 benzini 0,50 avro, dizel 0,42 avroya satılır. Azərbaycanda Aİ —95 benzini 0,47 avro, Aİ-98 benzini 0,56 avro, dizel isə 0,35 avroya bərabərdir. Göründüyü kimi, Azərbaycanda yanacağın qiyməti xırda istisna ilə hər iki ölkədən bahadır. Azərbaycandakı yanacağın qiymətini neft idxal edən ölkələrdəki qiymətlə müqayisə etmək isə qüsurludur. Həmin ölkələrdə qiymətin baha olması təbiidir. Axı, onlar Azərbaycan kimi neft hasil etmirlər.

Eksper xatırladıb ki, yanacağın qiyməti sonuncu dəfə 2013-cü ildə artırılanda dünya bazarında neftin bir bareli 110 dollara satılırdı. Yəni neftin bahalaşmasını əsas gətirərək yanacaq bahalaşdırılmışdı. Ondan öncə artım isə 6 yanvar 2007-ci il tarixində olmuşdu. Həmin vaxt "qara qızıl"ın qiyməti 60 dollardan da aşağı olub. Nəticədə Aİ-92 və Aİ-80 markalı benzinlər 70 qəpik (əvvəl 55 qəpik), dizel yanacağı isə 60 qəpik (əvvəl 45 qəpik) olub.

İndi isə dünya bazarında neftin qiyməti 2007-ci il səviyyəsindən təxminən 2 dəfə, 2013-cü il səviyyəsindən isə 3,5 dəfə aşağıdır. Ancaq qiymətlər hələ də 110 dollarlıq neft qiymətinədir. Şəkəri bahalaşdırırıq ki, xammal özümüzün deyil. Geyimləri bahalaşdırırq ki, özümüzdə istehsal olunmur. Benzin və dizel 100% Azərbaycan istehsalıdır. Xammalı da, istehsalı da. Əgər manat neftin ucuz olmasına görə ucuzlaşdırılırsa, bəs, onda niyə yanacaq baha saxlanılır? Olmaya SOCAR-ın aldığı və səmərəsiz xərclədiyi kreditləri əhalinin hesabına ödəmək istəyir?

Samir Əliyev onu da qeyd edib ki, 95 markalı benzin idxal olunduğu üçün devalvasiya səbəbindən onun qiymətini ucuzlaşdırmaq mümkün olmayacaq. Ancaq Aİ 92 və 80, dizel yanacaqlarında ucuzlaşdırmanı problemsiz etmək olar." Hökumət sahibkarları süni qiymət artımında ittiham edirsə, ilk olaraq öz şirkətindən — SOCAR-dan başlasa yaxşı olar." — deyə S.Əliyev əlavə edib.

Xəbər lenti
0