Денежные купюры

Ölkədən külli miqdarda pul kütləsi xaricə çıxarılır

675
(Yenilənib 11:03 30.12.2015)
Samir Əliyev: Manat üçün neftdən sonra ən böyük təhlükə məhz kapital axınıdır.

BAKI, 29 dek-Sputnik. "Valyutadəyişmə məntəqələrinin bağlanması planı gözlənilən addım idi və ölkədən kapital axının qarşısının inzibati üsulla alınması istiqamətində atılmış addımlardan biri kimi qiymətləndirmək olar. Əsas məqsəd maliyyə axınlarına nəzarəti gücləndirməkdir."

Sputnik-in məlumatına görə, bu fikirləri iqtisadçı-ekspert Samir Əliyev öz facebook hesabında paylaşıb.

O yazıb: "Ölkədə çoxlu sayda valyutadəyişmə məntəqələri fəaliyyət göstərir və onların fəaliyyətinə bir sıra hallarda nəinki Mərkəzi Bank, hətta onlara lisenziya verən banklar belə nəzarət edə bilmirlər. Bir sıra hallarda iri məbləğdə vəsaitlər bank sektoruna daxil olmadan birbaşa valyutadəyişmə məntəqələri vasitəsilə satılır. Yəni manat kütləsi dollara çevrilərək ya ölkədən çıxarılır, ya da ən yaxşı halda ölü kapitala çevrilir. Hazırda ölkədə güclü kapital axını var və bu, manata əlavə təzyiq yaradır. Manat üçün neftdən sonra ən böyük təhlükə məhz kapital axınıdır. Kapital axının yaxın aylarda da davam edəcək. Hökumət isə bunun qarşısını hələki inzibati yolla almağa çalışır. Onlardan biri də məhz valyutadəyişmə məntəqələrinin sayının məhdudlaşdırılmasıdır. valyutadəyişmə məntəqələrindəki "liberallıq" dövrü artıq başa çatmaq üzrədir. Hələki məhdudlaşdırma böyük həcmli pula tətbiq edilir. Vəziyyət bir qədər də qəlizləşsə, bir müddətdən sonra Rusiya təcrübəsi, yəni xüsusi blank doldurmaq proseduru tətbiq edilə bilər."

Ekspert onu da qeyd edib ki, ilin sona çatması, yəni büdcə ilinin bağlanması fonunda dövriyyəyə böyük həcmdə manat kütləsinin buraxılması və həmin vəsaitin dollara çevrilməsi bazarda yaşıl pula tələbatı artırıb. Mərkəzi Bankın ehtiyatı səmərəsiz istifadə edildikdən sonra minimuma enib və qənaət rejiminə keçib. Ona görə də bazara lazımi valyuta çıxara bilmir.

"Qarşıdan uzun qeyri-iş günləri gəlir. Bazarın çoxlu dollara tələbatı var. Mərkəzi Bank bu barədə düşünməlidir." — deyə Əliyev əlavə edib.

675
Teqlər:
kapital axını, Azərbaycan Mərkəzi Bankı, kapital, ekspert, Samir Əliyev, manatın devalvasiyası, valyuta, manat, dollar
Əlaqədar
Manatın devalvasiyası "yolkalar"ı da vurdu
Manat yenə ucuzlaşdı
Bayram günlərində heç 2 manata da 1 dollar tapa bilməyəcəyik
Bakıda dolları 2 manata satan 3 dəllal tutuldu
Mərkəzi Bank 1 dolların 2 manat olması məsələsinə aydınlıq gətirdi