Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Bayram günləri valyuta bazarını gərginlik gözləyir

Эксперт Объединения Содействия Экономическим Реформам Самир Алиев
Эксперт Объединения  Содействия Экономическим Реформам Самир Алиев - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı-ekspert Samir Əliyev dollar ajiotajına görə, Mərkəzi Bankı günahlandırdı.

BAKI, 28 dek-Sputnik. Şənbə-bazar günləri baş vermiş dollar ajiotajı Mərkəzi Bankın ictimaiyyətlə zəif işlədiyini bir daha göstərdi.

Sputnik-in məlumatına görə, bunu iqtisadçı ekspert Samir Əliyev ötən 2 gün ərzində ölkədəki dollar ajiotajına Mərkəzi Bankın səssiz qalmasına münasibət bildirərkən deyib. Öz facebook səhifəsində Samir Əliyev bu barədə yazıb: "Ölkədə az qala fövqəladə hadisə baş verib, amma Mərkəzi Bank gərginliyi azaltmaq üçün zəruri açıqlama vermir. Onun işini isə Banklar Assosiasiyası görür. Hər bir halda ölkənin baş bank requlyatoru bu məsələyə ciddi yanaşmalıdır."

Нацбанк АР - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Mərkəzi Bank 1 dolların 2 manat olması məsələsinə aydınlıq gətirdi

Mərkəzi Bankın hərracda bankların tələbatını ödəmədiyini qeyd edən ekspert, dollar satışının həyata keçirilməməsinə də diqqət çəkib: "Mərkəzi Bank hərracda bankların tələbatını ödəmir, lazımi həddə dollar satışı həyata keçirmir ki, bu da sonradan dollar qıtlığını qabarıq göstərir. Cəmiyyətdə ciddi ajiotajın olduğu zamanda Mərkəzi Bank müəyyən əlaçıqlıq etməlidir."

S.Əliyev belə davam edərsə, qarşıdan gələn bayram günlərində bu istiqamətdə gərginliyin artacağından narahatlığını ifadə edib: "Məni narahat edən bayramla əlaqədar qarşıdakı qeyri-iş günləridir. Həmin dövrdə də Mərkəzi Bank cəmiyyətdəki reaksiyalara həssaslıq yaratmasa, bayramdan qabaq bankları dollarla təmin etməsə, valyuta bazarında gərginlik olacaq. Bu nüansları nəzərə almaq lazımdır. Nəzərə alaq ki, söhbət 5 günlük qeyri-iş rejimindən gedir."

Xatırladaq ki, ötən şənbə və bazar günü Bakıda valyuta mübadiləsi məntəqələri işləməyib. "Qara bazar"dakı spekulyasiyalar nəticəsində Azərbaycan valyutasının kursu 1 dollar = 2 manat səviyyəsinədək qaldırılıb. Nəticə olaraq, əhali arasında manatın növbəti devalvasiyası gözləntiləri artıb.

копейки на фоне доллара - Sputnik Azərbaycan
Dollar sabah iki manat ola bilər

Mərkəzi Bank bu gün Sputnik-in sorğusuna cavab olaraq bildirib ki, manatın məzənnəsinin növbəti dəfə devalvasiyası və 2 manat müəyyən olunacağı ilə bağlı 26-27 dekabr 2015-ci il tarixlərində ictimaiyyət arasında yayılmış şayiələrin əsası yoxdur. Mərkəzi Bank tərəfindən bəyan olunmuş üzən məzənnə rejiminə uyğun olaraq manatın məzənnəsi valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşdırılır.

Mərkəzi Bankın valyuta bazarında iştirakı üzən məzənnə rejiminə uyğun həyata keçirilir və hazırda valyuta bazarının tələbatı hərraclar vasitəsilə təmin olunur.

Xəbər lenti
0