Qubad İbadoğlu - İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri

Ekspert: Dünyada iqtisadi böhran yoxdur gözlənilmir

106
(Yenilənib 16:53 10.09.2015)
Qubad İbadoğlu: Böhran dünyada deyil, idtisadiyyatı dünya bazarlarında qiymət konyukturasından asılı olan ayrı-ayrı ölkələrdədir.

BAKI, 10 sent-Sputnik. Böhran dünyada deyil, idtisadiyyatı dünya bazarlarında qiymət konyukturasından asılı olan ayrı-ayrı ölkələrdədir.
Sputnik xəbər verir ki, iqtisadçı-alim Qubad İbadoğlu öz facebook hesabında belə yazıb. O, qeyd edib ki, dünyada iqtisadi böhran yoxdur və gözlənilmir: "Diqqət edin: ötən il dünya iqtisadiyyatı 3,4 faiz böyüyüb, bu il qlobal miqyasda artım 3,5 faiz gözlənilir, növbəti il üçün də bu göstərici 3,8 faiz proqnozlaşdırılır. Dünya üzrə ÜDM-in 16,3 faizinə malik Çində 6,8 faiz, 16,1 faizinə malik ABŞ-da 2,4 faiz, 12,1 faizinə malik Avrozonada 1,5 faiz, 6,8 faizinə malik Hindistanda 7,5 faiz, 4,4 faizinə malik Yaponiyada 1,1 faiz, 2,4 faizinə malik Böyük Britaniyada 2,7 faiz iqtisadi artım gözlənilir."
İqtisadçı hesab edir ki, qiymətləndirmələrə görə, dünya üzrə milli gəlirinin dördə üçünü formalaşdıran ölkələrdə iqtisadi artım tempi əvvəlkindən yüksək olacaq, beşdə dördünü formalaşdıran ölkələrdə iqtisadiyyatın yekunları pozitiv olacaq. Belə vəziyyətdə hansı dünya böhranından danışmaq olar?

"Böhran dünyada deyil, idtisadiyyatı dünya bazarlarında qiymət konyukturasından asılı olan, Rusiya, Venesuela, Braziliya, Anqola, Nigeriya kimi resursların satışından gəlir əldə edib, onun hesabına yaşayan ölkələrdədir. Bu ilə hətta Afrikada da ümumilikdə 4,6 faiz iqtisadi artım gözlənilir. Ötən il müvafiq göstərici 3,5 faiz idi. Rusiyada, Braziliyada, Venesuelada, Timor Lestedə, Trinidad-Tobagoda, Kolumbiyada, Boliviyada, İraqda müşahidə olunan böhranı qloballaşdırmaq mümkün deyil. Çünki onların birlikdə dünya iqtisadiyyatında payı 10 faizə belə çatmır. Bu böhranı zəngin resurlara malik, pis idarə olunan ölkələrin böhranı adlandırmaq olar." — deyə ekspert əlavə edib.

Azərbaycana gəlincə, İbadoğlu hesab edir ki, bizim makro-iqtisadi göstəricilərimiz ötən ildən pisləşməyə başlayıb: "2014-cü ildə MDB-də ən aşağı iqtisadi artım tempi Rusiyada 0,6 faiz və sonra da Azərbaycanda 2,8 faiz qeydə alınıb. Bu ilin birinci yarısı üçün 6 faizlik iqtisadi artım elan olunsa da, Beynəlxalq Valyuta Fondunun son qiymətləndirmələrinə görə, ölkəmizdə il ərzində ÜDM 0,6 faiz artacaq, inflyasiya isə 7,9 faiz olacaq. Rusiyada isə iqtisadiyyat 3,8 faiz kiçiləcək. Bu institut tərəfindən aparılan hesablamalara görə, 2015-ci ildə həmçinin Ermənistanda da iqtisadi eniş proqnozlaşdırılır. Deməli, dünyada böhran deyil, qeyri-bərabər iqtisadi artım var və bunun da başlıca səbəbi beynəlxalq əmtəə bazarlarında, xüsusilə də enerji resurları bazarında qiymətlərin sabitləşməsidir. Bundan da ən çox əziyyət çəkənlər təbii resuslarının satışından gələn gəlirlərin hesabına böyüyən ölkələrdir. Ona görə də biz həmişə diqqətə çatdırırdıq ki, milli iqtisadiyyatı xarici faktorlardan asılı olan ölkələrdə uzunmüddətli dövrdə iqtisadi inkişafa malik olmaq mümkün deyil."

İqtisadçı-alimin fikrincə, əslində indi dünya bazarlarında uzun müddətdir ki, siyasi və digər amillərin təsiri ilə maya dəyərindən xeyli uzaqlaşan əmtəələrin qiymətləri daha çox təbii səviyyəsinə qayıdır. "O sıradan yanacağın da qiymətinin optimallaşması prosesi gedir. Odur ki, "dünyada böhrandır və onun təsirindən də Azərbaycan iqtisadiyyatı əziyyət çəkir" fikri ilə razılaşmıram. Bizim iqtisadiyyatımız elə olmalıdır ki, dünya bazarında kimsə asqıranda biz burda qrip xəstəliyinə tutulmayaq. Bu baxımdan da müzakirələr iqtisadiyyatın müqavimət gücünün artırılması, əlavə maliyyə qaynaqlarının formalaşdırılması və yeni iqtisadi artım modelinin qurulması istiqamətində getməlidir." — deyə Qubad İbadoğlu fikrini tamamlayıb.

106
Teqlər:
Brazil, Venesuela, Boliviya, Kolumbiya, Trinidad-Tobago, Timor Leste, Rusiya, Azərbaycan, Böyük britaniya, Hindistan, Avrozona, böhran, Qubad İbadoğlu, Qubad İbadoğlu, Azərbaycan
 Rusiyanın hərbi polisi Suriyada, arxiv şəkli

"Onları qiymətləndirmədik": Qərb ilk dəfə rusların Suriyada hərbi uğurunu tanıyıb

11
Amerikalılar etiraf edirlər ki, İsrailin Suriyadakı İran obyektlərinə hava zərbələri və antirusiya sanksiyaları Moskva və Tehranı Bəşər Əsədi dəstəkləməkdən imtina etməyə və ya ona yardımı məhdudlaşdırmağa məcbur edə bilməyib.

BAKI, 7 avqust — Sputnik, Andrey Kots. Rusların yardımı olmasaydı Bəşər Əsəd müharibəni uduzardı – amerikalılar etiraf edirlər ki, məhz Moskvanın, həmçinin İranın və "Hizbullah"ın müdaxiləsi Suriya ordusuna ölkənin böyük bir hissəsini qanunsuz silahlı qruplardan geri almağa imkan verib. Konqresin tədqiqat xidməti "Suriyada Silahlı Münaqişəyə və ABŞ-ın Reaksiyasına Dair İcmal" adlı 49 səhifəlik məruzəsində belə bir qənaətə gəlib. Hərbi analitiklər başqa nəyə diqqət yetirir və hansı proqnozları veriblər? Cavabı RİA Novosti-nin materialında.

Qüvvələr nisbəti

Sənəd Suriyanın xəritəsini göstərir. Ölkənin mərkəzi, qərb və cənub hissələrinə Bəşər Əsəd hökuməti nəzarət edir – ABŞ-ın Ət-Tənf hərbi bazasının yerləşdiyi İordaniya ilə sərhəddəki kiçik anklav istisna olmaqla. Şimal-qərbdə İdlib əyaləti silahlı qrupların əlindədir. Fəratın şimal və şərqindəki ərazilər – yəni Suriyanın təxminən üçdə biri – kürdlərin nəzarətindədir.

Amma burada analitiklər səhv edirlər, çünki faktiki olaraq həmin ərazilərə məhz Vaşinqton nəzarət edir. Burada amerikalıların sayı azdır – məruzəyə görə, təxminən 600 nəfər. Lakin onlar karbohidrogenlərlə zəngin olan bu regionda əsas neft yataqları ətrafında mövqe tutublar. Bundan başqa, Suriyanın şərqində özəl hərbi şirkətlərin yüzlərlə döyüşçüsü fəaliyyət göstərirlər. Sənəddə bildirilir ki, Suriyanın rəsmi hökuməti ABŞ-ın bu regionda hərbi iştirakını qanunsuz hesab edir. Ancaq Vaşinqtonda deyirlər ki, neft yataqlarını terrorçulardan qorumaq lazımdır.

Məruzə müəllifləri bəzən Əsəd ordusu ilə toqquşmaların baş verdiyini gizlətmirlər. Belə ki, onlar bu ilin fevralında Qamışlı yaşayış məntəqəsindəki blokpostda Suriya hərbçilərinin ABŞ Silahlı Qüvvələrinin patrulunu atəşə tutduğunu iddia edirlər. Heç kəs xəsarət almayıb.

Bundan başqa, ölkənin şimal-şərqində Rusiya və Amerika hərbçilərinin birbaşa qarşıdurmasının artması da qeyd olunur. İnternetdə ABŞ ordusunun zirehli avtomobillərinin Rusiya hərbi polis avtomobillərinin hərəkətinə maneə törətməyə çalışdığını göstərən onlarla videoçarx yayılıb. İş, xoşbəxtlikdən, atışmaya çıxmayıb.

Rusiya getməyəcək

Ümumilikdə amerikalılar etiraf edirlər ki, İsrailin Suriyadakı İran obyektlərinə hava zərbələri və antirusiya sanksiyaları Moskva və Tehranı Bəşər Əsədi dəstəkləməkdən imtina etməyə və ya ona yardımı məhdudlaşdırmağa məcbur edə bilməyib.

Analitiklər yazır: "ABŞ Moskvanın Suriyadan Yaxın Şərqdə öz nüfuzunu artırmaq üçün plasdarm kimi istifadə etmək imkanlarını və istəyini lazımı səviyyədə qiymətləndirməyib. Rusiya, İran və ya onların "proksi"ləri ilə birbaşa hərbi toqquşmaları istisna etmək olmaz".

Məruzənin müəllifləri təəssüflə qeyd edirlər ki, Dəməşqə təzyiq göstərmək getdikcə daha da çətinləşir. Cəbhə xəttini, ilk növbədə, Rusiya aviasiyası və xüsusi təyinatlılarının yardımı ilə Suriya paytaxtından uzağa atmaq mümkün olub, ölkənin böyük bir hissəsi isə "rejim"in nəzarəti altındadır. Bəşər Əsədin siyasi əleyhdarlarının əlində praktiki olaraq kart qalmayıb. Eyni zamanda, kürdlər getdikcə Dəməşqlə yaxınlıq qururlar. Deməli, mərkəzi hökumət şərq və şimal üzərində nəzarəti özünə qaytara bilər.

İŞİD hələ də təhlükəlidir

2018-ci ilin dekabrında Donald Tramp İŞİD üzərində qələbəni elan edib. Lakin analitiklər hesab edirlər ki, qruplaşma hələ də darmadağın edilməyib. ABŞ-ın müttəfiqləri 2019-cu ilin martında İŞİD-in Suriyadakı son istinad məntəqələrini ələ keçiriblər. Lakin terrorçular həm Suriyada, həm də İraqda komandanlıq və idarəçilik strukturunu qoruyub saxlayıblar. Deməli, hələ də zərbə vura bilərlər.

Daha bir təhlükə hazırda İŞİD-in təxminən on min döyüşçüsünün saxlanıldığı hərbi əsirlər düşərgəsidir. Onlar əsasən ölkənin şimalında yerləşir və kürd bölmələri tərəfindən qorunur. Bundan başqa, ekstremistlərin ailə üzvləri üçün düşərgələr var. Onların ən böyüyü – Əl-Holda 66 minədək terrorçu arvadları və uşaqları saxlanılır. Analitiklərin fikrincə, yaraqlılar orada təbliğatı davam etdirirlər, məhbusların döyüş ruhunu dəstəkləyirlər. İŞİD isə tərəfdarlarını azad etmək üçün basqınlar planlaşdırır.

Kürd rəhbərliyi əsirlərin mühafizəsi üçün güc çatışmazlığı olduğunu dəfələrlə bəyan edib. Amerikalılar kömək etməyə tələsmirlər – Vaşinqton yaraqlıların doğma ölkələrinin onları cəza çəkmək üçün evlərinə repatriasiya etməsinə təkid edir. Amma heç kim "öz" terrorçularını qaytarmaq istəmir və bundan yayınmaq üçün müxtəlif bəhanələr ortaya qoyur.

Problemli əyalət

Ən isti nöqtə İdlib əyalətidir. Orada indi Suriya, Rusiya, İran və Türkiyə fəaldır. Orada ABŞ ordusu yoxdur, amma amerikalılar dəfələrlə "Əl-Qaidə" ilə bağlı dəstələrə zərbələr endiriblər. Qeyri-dövlət birləşmələri "Həyat Təhrir Əş-Şam", "Xurəs Əd-Din", "Suriya Milli Ordusu", "Hizbullah" və digər qruplaşmalarla təmsil olunurlar. İŞİD döyüşçüləri də oradadır.

"İdlibin şimal rayonları müxalifət qüvvələrinin nəzarətində olan yeganə regiondur. Yerli qruplar 2011-ci ildə Dəməşqə meydan oxuyanların qalığıdır. Martın 5-dən etibarən İdlibdə Türkiyə və Rusiya prezidentlərinin razılığı əsasında sülh elan edilib. Onların qoşunları M4 strateji marşrutunu birgə patrul edirlər", - analitiklər vurğulayırlar.

Məruzənin müəllifləri bildirirlər ki, silahlıların atəş açmasına baxmayaraq, atəşkəs rejimini saxlamaq hələ ki, mümkündür.

11
ABŞ Dövlət Departamentinin binası, arxiv şəkli

Rusiya səfirliyi ABŞ-ın "təbliğat" ilə bağlı məruzəsini şərh edib

10
(Yenilənib 18:14 06.08.2020)
Rusiya səfirliyi "ABŞ-ı tənqid etməyə cürət edən" Rusiya və xarici mediaya "ciddi araşdırma predmeti ola biləcəklərini" nəzərə almağı tövsiyə edib

BAKI, 6 avqust — Sputnik. ABŞ Dövlət Departamentinin "Rusiya təbliğatı" haqqında məruzəsi Moskvanın ABŞ-la əməkdaşlığın bərpası ilə bağlı təkliflərini "susdurmağa" yönəlib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfirliyi bildirib.

Bir qədər əvvəl Dövlət Departamenti yanında Qlobal Əməkdaşlıq Mərkəzi "Rusiya Dezinformasiyasının Sütunları" adlı məruzə dərc edib. Məruzədə "Rusiya təbliğatı" anlayışı sistemləşdirilir. Bu anlayışa əsasən dövlət maliyyələşməsi olan Rusiya mediası aid edilib. Dezinformasiyaya misal olaraq Sputnik, RİA Novosti, RT, Birinci Kanal, "Rossiya 24" və digərlərinin xəbər başlıqları göstərilir.

Rusiya səfirliyi "ABŞ-ı tənqid etməyə cürət edən" Rusiya və xarici mediaya "ciddi araşdırma predmeti ola biləcəklərini", onların ABŞ sosial şəbəkələrində resurslarının səbəbi açıqlanmadan bağlana biləcəyini nəzərə almağı tövsiyə edib.

Səfirlikdən bildiriblər ki, Dövlət Departamenti "alternativ informasiya mənbələrinin mövcudluğunu qətiyyən bəyənmir". Diplomatik missiya qeyd edib ki, onların nüfuzdan salınması üçün "ciddi resurslardan istifadə olunur".

"Vaşinqtona zidd istənilən səs Kreml və Rusiya xüsusi xidmət orqanlarına xidmət edən "dezinformasiya" elan edilir", - rusiyalı diplomatlar "Facebook"da dərc edilmiş şərhdə qeyd ediblər.

Səfirlik məruzədə yazılmış cəfəng fikirləri açıqlayıb. Belə ki, ABŞ Dövlət Departamenti "rəsmi hökumət kommunikasiyaları" hissəsinə Rusiyanın Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovskini və "Qovorit Moskva" özəl radiostansiyasını daxil edib.

"Əgər bu, amerikalı həmkarlarımızın bu qədər diqqətlə qurduqları bütün konstruksiyanın zirvəsidirsə, onda o, daha çox kartdan düzəlmiş evə oxşayır", - səfirlikdən bildiriblər.

ABŞ Dövlət Departamenti 2021-ci ildə "Rusiya tərəfindən dezinformasiyanın və təbliğatın qarşısının alınması" üçün 138 milyon dollar istəyib. Kreml və Rusiya Xarici İşlər Nazirliyi əvvəllər dəfələrlə Rusiyaya ünvanlanan dezinformasiya ittihamlarını təkzib ediblər.

ABŞ-da xarici yayım üzrə dövlət agentliyi mövcuddur ki, o da Rusiya Ədliyyə Nazirliyinin digər media ilə birlikdə xarici agentlər siyahısına daxil etdiyi "Amerikanın Səsi" və "Azadlıq/Azad Avropa" radiosunun ana strukturudur. 1994-cü ildən Yayım Məsələləri Üzrə İdarəetmə Şurası (BBG) adlanan təşkilat 2018-ci ildə ABŞ-ın Qlobal Media Agentliyi (USAGM) adlandırılıb. Onun çərçivəsində televiziya proqramları buraxılır, lakin demək olar ki, yalnız internet yayım üçün. Agentlik bütünlüklə ABŞ büdcəsindən maliyyələşdirilir. 2017-ci ildə onun xərcləri 748 milyon dollar təşkil edib.

10
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada cəmi 105 nəfərdə COVID-19 aşkarlandı

1
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6457, ötən müddət ərzində isə ümumilikdə 779 508 test aparılıb

BAKI, 8 avqust — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 105 yeni yoluxma faktı qeydə alınıb, 360 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33 481 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 30 056 nəfər müalicə olunaraq sağalıb, 488 nəfər vəfat edib, aktiv xəstə sayı 2937 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6457, ötən müddət ərzində isə ümumilikdə 779 508 test aparılıb.

1
Teqlər:
Azərbaycan, Koronavirus, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
Bizimkilər qərar verərkən bu rəqəmlərə mütləq baxırlar
Yoluxmanın artmasından ən çox həkimlər yorulublar
"Alovlanma başlasa, yenidən bağlanmalara məcbur olacağıq" - Şahmar Mövsümov
Koronavirusa yoluxan məhbusların hamısı sağalıb - Ədliyyə Nazirliyi
O gün yetişir! Rusiyada ilk koronavirus peyvəndi qeydiyyatdan keçəcək