şərqşünas-alim Nəriman Qasımoğlu

Radikalizm islamofobiya siyasi liderlərin "zəhmət"inin bəhrəsidir

603
(Yenilənib 11:47 21.08.2015)
Nəriman Qasımoğlu: Populist siyasətçilər öz uğurlarını çoxmədəniyyətliliyə qarşı şüarlar səsləndirməklə əldə edirlər.

BAKI, 21 avq — Sputnik. Bu günlərdə Almaniyada bir nəfərin "Quran"ı cırması müsəlman miqrantlarla polis arasında toqquşmaya gətirib çıxarıb. Ümumilikdə, son illərdə artan radikal müsəlmançılıq, özünə paralel olaraq, Qərbdə islamafob meylləri gücləndirdi. Azərbaycan Din və Demokratiya Mərkəzinin sədri, şərqşünas-alim Nəriman Qasımoğlu Sputnik-ə son dövrlərdə Qərbdə müsəlmanların radikallaşması və qərblilər arasında islamafob meyllərin artmasının səbəblərini şərh edib: 

Radikalizm də, islamafobiya da yanlış siyasətlərlə bağlıdır 

"Bunun tarixi-siyasi səbəbləri var və bu səbəblərə ayrı-ayrı qərb ölkələrində siyasi iqtidarların müxtəlif zamanlarda həyata keçirdikləri tədbirlər, eləcə də müsəlman ölkələrində gedən proseslərin fonunda aydınlıq gətirmək lazım gəlir. Məsələn, ondan başlayım ki, təxminən otuz il əvvəl avropalılar çoxmədəniyyətliliyə, etnik-dini müxtəlifliyin hökm sürdüyü açıq cəmiyyətə özlərinin sosial problemlərinin həllinə stimul verən amillər sırasında baxırdılarsa, indi bir çoxları məhz fərqli mədəniyyət təmsilçiləri, o cümlədən müsəlman mühacirlərin hesabına artan bu müxtəlifliyi hazırkı problemlərinin əsas səbəblərindən biri kimi görməyə başlayıb. Britaniya baş naziri David Kameron, Almaniya kansleri Angela Merkelin multikulturalizm əleyhinə bəyanatları əslində bu əhval-ruhiyyəni ifadə edir. Bütün Avropa boyu – Hollandiyada Azadlıq Partiyasından tutmuş Fransada Milli Cəbhəyə qədər uzantısı olan sağ partiyalar və populist siyasətçilər öz uğurlarını bu çoxmədəniyyətliliyə qarşı şüarlar səsləndirməklə əldə edirlər. Qərbdə müsəlmanların radikallaşması da bu fonda baş verir. Əlbəttə, bu, yaxın tarixdə fərqli istiqamətlərdə həyata keçirilən yanlış siyasətlərlə bağlıdır. İngiltərə ötən əsrin axırlarından çalışıb ki, müxtəlif etnik-dini qrupları bu fərqli mənsubiyyət zəminində formalaşan siyasi qruplar halında ölkənin siyasi sisteminə cəlb etsin. Almaniyanın öncə marağında olmayıb ki, gəlmə türk-müsəlman mühacirlərinin alman cəmiyyətinə inteqrə edilməsinə nail olsun. Bu ölkədə türk-müsəlman mühacirlərə vətəndaşlıq vermək müqabilində onları ayrıcalıqda icma şəklində yaşamağa sövq ediblər. Fransada hakim dairələr şimali Afrikadan olan ərəb-müsəlman icmalarına qarşı mədəni assimiliyasiya siyasəti yürüdüblər. Nəticə ondan ibarət olub ki, İngiltərədə etnik-dini icmalar arasında siyasi rəqabət küçə savaşlarına gətirib çıxarıb, müsəlmanlar arasında dini radikallıq artıb və s. Almaniyada müsəlmanların radikallaşmasının yerli səbəbi onların alman cəmiyyətindən bir növ izolə edilməsilə şərtlənib. Başqa Avropa ölkələrilə müqayisədə vaxtilə dindarlıq səviyyəsi ən aşağı olan Fransada müsəlman mühacirlər arasında radikal əhval-ruhiyyə güclənə bilib. Və bütün bunlar islamafobiya üçün də, təbii ki, əlverişli şərait yaradıb.

Müsəlman dövlətləri Avropa müsəlman icmalarının həyatına müdaxilə edir

Xarici səbəb isə müsəlman ölkələrinin apardığı siyasətlərlə bağlıdır. Bir sıra müsəlman ölkələrinin Avropada müsəlman icmalarının həyatına müdaxilə etməsi, avropalı müsəlmanlara kapital təminatı ilə müşayiət olunan “şəriət” dəstəyi də bütün bunlarda öz mənfi işini görüb. Və üstəgəl, bəzi Avropa dövlətlərinin müsəlman ölkələrinə qarşı münasibətlərində məlum məşhur ikili standartlar siyasəti."

Nəriman Qasımoğlu bu sahədə ABŞ-da situasiyanın Avropa ölkələrindən fərqli olduğunu qeyd edib: "ABŞ daha çox xaricdən olan “müsəlman” terrorçuların hədəfindədir. Ölkədəki daxili mühit yerli müsəlmanların dini radikallığının artmasına şərait yaratmır. Mümkün radikallığın qarşısının alınması istiqamətində profilaktik tədbirlər – dinlərarası dialoq tədbirləri qəbilindən olan saysız-hesabsız işlər görülür. Siyasi dairələr də müsəlmanlarla davranışlarda həssaslığı təbliğ edir. Məsələn, bir faktı deyim. Aeroportlarda təhlükəsizlik xidmətlərinə təlimatlarda bu da yer alır ki, müsəlmanların əşyaları yoxlanılarkən, arasında "Quran" olarsa, müsəlman inanclının hüzurunda bu müqəddəs kitabla hörmətlə davransınlar, yoxlama zamanı onu yerə atmasınlar, nisbətən yuxarı yerə qoysunlar və s. Əlbəttə, müsəlman radikallığının körüklənməsinə rəvac verən hadisələr də olur. 2012-ci ildə keşiş Con Terrinin "Quran"ı yandırması aksiyası kimi. Amerika cəmiyyətinin əksər kəsimi buna olduqca mənfi reaksiya verdi və bu münasibətdə, elə bilirəm, o faktın da payı var ki, ABŞ-da dindarlıq səviyyəsi ümumilikdə xeyli yüksəkdir, əhalinin böyük əksəriyyəti fəal dindar, ateistləri 4 faiz təşkil edir, burada etnik-dini müxtəliflik ölkənin tarixi özülündə duran bir dəyər kimi qiymətləndirilir."

İslam dünyası dini doktrinalarına yenidən baxmalıdır

Şərqşünas-alim, radikal islamın və islamafobiyanın aradan qaldırılması yollarını da göstərib. O qeyd edib ki, dini radikallığın aradan qaldırılmasında öncə müsəlman ölkələrinin özləri maraqlı olmalı, dini doktrinalarına (ənənəvi şəriət qaydalarına) yenidən baxmalı, dini məfkurədə islahatlar həyata keçirməli və islamın həqiqi mahiyyətinə uyğun maarifçilik tədbirlərini dəstəkləməli, dinin siyasi alətə çevrilməsinin qarşısını almalı və bütün bunları dünyaya təqdim etməlidir. 

"Sözdə terroru pisləməklə siyasi vəzifəsini bitmiş hesab edən müsəlman ölkələri ilk növbədə bu terrorun ideoloji əsaslarının təbliğinin qarşısını almalı və qeyd etdiyim dini islahatçılıqda maraqlı olmalıdır. Azərbaycan bu istiqamətdə hansısa mənada model ola bilər: istər dini məsələlərin tənzimlənməsi, istər din maarifçiliyi məsələsində dövlət maraqlarının ifadəsi, istər dini radikallıq ideologiyasının qarşısının alınması, istərsə də tarixən formalaşmış və siyasiləşməyə müqavimətli olan tolerant Azərbaycan dindarlığı baxımından… Bu sahədə problemləri olan Avropa dövlətləri isə yuxarıda qeyd etdiyim yanlışlıqlardan sığortalanan siyasətlərə açıq olmalıdırlar. İndi elə bir zamandır ki, milliyyətçilik (Millətçilik yox! “Millətçilik” indilikdə politoloji bir termin olaraq daha çox dövlətçiliklə assosiasiya olunur!) yalnız dağıdıcılığa, fəlakətlərə, etnik separatçılığa, etnik-dini qarşıdurmalara aparıb çıxarır. Alternativ hər zaman olduğu kimi indi də var: çoxmədəniyyətlilik. Aktuallığı saxlayan bu dəyər dövlət siyasətlərinin bir hissəsinə çevrilməlidir. Yenə də vurğulayım: Azərbaycanda olduğu kimi", deyə Nəriman Qasımoğlu əlavə edib. 

603
Teqlər:
ənənəvi şəriət qaydaları, dini doktrinalar, radikal əhval-ruhiyyə, Fransada müsəlman mühacirlər, gəlmə türk-müsəlman mühacirləri, müxtəlif etnik-dini qruplar, terrorun ideoloji əsasları, müsəlman ölkələrinin apardığı siyasət, İngiltərədə etnik-dini icmalar, İslam dünyası, Quran, müsəlman, Avropada müsəlman icmaları, şəriət, Avropa müsəlman icmaları, Müsəlman dövlətləri, islamafobiya, Radikalizm, Qərbdə müsəlmanların radikallaşması, Nəriman Qasımoğlu, şərqşünas-alim Nəriman Qasımoğlu, Almaniya
Səudiyyə Ərəbistanında Salva iqamətgahında G20 ölkələrinin liderlərinin proyeksiyası

Koronavirus G20 sammitini vurdu, ancaq Qərb hələ rus peyvəndinə qarşı dirənir

11
(Yenilənib 16:31 23.11.2020)
Dünyada COVID-19 pandemiyasından tutmuş qlobal iqtisadi böhrana kimi ümumi problemlər kifayət qədər olsa da, onların ümumi həlli yoxdur və olmayacaq da

BAKI, 23 noyabr — Sputnik, İvan Danilov. G20 virtual sammiti iştirakçılarının vicdanlı səylərinə baxmayaraq, qloballaşmanın məhvini və COVID-19 sonrası dünyada mövcud olmayacağını bir daha təsdiqlədi. Özü də burada söhbət "Amerika təkqütblü dünyasına" (Pax Americana şəklində) qarşı hər hansı bir sui-qəsd və ya 20-ci əsrin ikinci yarısının "blok qarşıdurması" modelini yaratmaq cəhdindən getmir.

Vaşinqtonun və ya Brüsselin "beyin mərkəz"lərinin bu barədə nə düşündüyündən asılı olmayaraq – deqloballaşma və çoxqütblülük artıq reallığa çevrilib. Problem ondadır ki, dünyada vahid siyasi gündəm və onun müzakirəsi üçün vahid siyasi dil yoxdur. Dünya ictimaiyyətinin istinad edə biləcəyi hər hansı bir "geosiyasi kamerton" (və ya kamertonlar) da mövcud deyil. Koronavirusdan tutmuş qlobal iqtisadi böhrana kimi ümumi problemlər kifayət qədər olsa da, onların ümumi həlli yoxdur və olmayacaq da. Sadəcə ona görə ki, qlobal səviyyədə ölkələr arasındakı qarşılıqlı əlaqə sxemi "sıfırın cəminə bərabər oyun rejimi"nə keçib. Başqa sözlə, hər hansı bir ölkənin uğuru onun rəqiblərinin məğlubiyyəti kimi qəbul olunur, eyni zamanda, geosiyasi rəqiblərdən birinin nüfuz, siyasi və ya iqtisadi qələbə qazanmaması naminə bəzi ortaq maraqların (humanitar mülahizələrdən söhbət belə gedə bilməz) qurban verilməsinə tam hazır olunduğu nümayiş etdirilir.

Buna bir neçə bariz nümunə göstərmək olar. Çin Xalq Respublikasının lideri G20 zirvəsində dünya iqtisadiyyatına, beynəlxalq ticarətə və turizmin bərpasına böyük dəstək verə biləcək (bu, yoxsul ölkələr də daxil olmaqla bir çox dövlətlər üçün çox vacibdir) ölkələrarası hərəkəti ləğv edən rəqəmsal mexanizmin yaradılmasını təklif etdi. Çin bu fikirdədir ki, test nəticələrinə əsaslanan "QR sağlamlıq kodu"nun qarşılıqlı tanınması üçün beynəlxalq mexanizm yaradılmalıdır. "Ümid edirəm ki, dünyanın mümkün qədər çox ölkəsi və bölgəsi buna qoşulacaq", – deyə Si Cinpin bildirdi.

Bu ümumilikdə yaxşı ideya olsa da, sözügedən mexanizmin yaxın vaxtlarda qlobal səviyyədə reallaşma şansı çox azdır. Ən azından ona görə ki, həmin təkliflə Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin sədri Si Cinpin çıxış edib. Axı rəsmi Pekinin təklifi ilə razılaşmaq Qərb liderlərinin imicinə zərbə vura bilər.

Daha bir misal koronavirus peyvəndinə əli çatmayan yoxsul ölkələrlə bağlıdır. Həmin ölkələrdə əhalinin peyvənd olunmaması planetin ayrı-ayrı bölgələrində "koronavirus ocaqları"ının qalması deməkdir ki, bu da ağır nəticələrə gətirib çıxara bilər.

Vladimir Putin öz çıxışında vaksinasiyaya qlobal əlçatanlığın vacibliyini vurğuladı: "Rusiya effektiv və təhlükəsiz peyvəndin hamı üçün əlçatan olmasını hədəfləyən sammitin əsas qərar layihəsini dəstəkləyir. Heç şübhəsiz, immunlaşdırma preparatları hamı üçün əlçatan olmalıdır. Və bizim dövlətimiz alimlərimiz tərəfindən işlənib-hazırlanmış peyvəndləri ehtiyacı olan ölkələrə verməyə hazırdır. Rusiyanın bütün dünyada koronavirus əleyhinə qeydə alınmış ilk peyvənd olan "Sputnik V" və Novosibirsk Elmi Mərkəzinin hazırladığı "EpivakKorona" peyvəndləri artıq istifadəyə hazır vəziyyətdədir. Üçüncü peyvəndimiz üzərində də iş gedir. Pandemiyanın miqyası bizi bütün mövcud mənbələrdən və imkanlardan istifadəyə məcbur edir. Ortaq məqsədimiz peyvənd preparatları yaratmaq və planetin bütün əhalisini etibarlı qoruyucu vasitələrlə təmin etməkdir. Əziz həmkarlar, bu o deməkdir ki, hər kəs üçün görülməli kifayət qədər iş var. Bəlkə də bu məqamda rəqabət qaçılmazdır, ancaq biz ilk növbədə humanitar mülahizələrdən çıxış etməli və məhz bunu ön plana çıxarmalıyıq".

Yəqin ki, deklarativ səviyyədə hər şey qaydasında olacaq, amma çox güman, "İyirmilik" ən sərfəli və təsirli peyvəndlərdən istifadə edərək yoxsul ölkələrin əhalisinin vaksinlə təmin olunması üçün ümumi fondun yaradılmasını nəzərdə tutan konkret addımlar atmağa razılıq verməyəcək. Çünki bu addımlar əlçatan və effektli rus peyvəndi "Sputnik V"nin istifadəsindən ibarət olmalıdır. Amerikada və Avropada hazırlanmış analoqlarından fərqli olaraq, bu peyvənd daha ucuzdur, üstəlik Pfizer vaksini kimi mənfi 70 dərəcə temperaturda saxlanılmasına da ehtiyac yoxdur. "Sputnik V"nin yeganə problemi isə (Vaşinqton və Brüsselə görə) onun Rusiyada istehsal olunmasıdır.

Vladimir Putin G20 ölkələrini "qaçılmaz rəqabəti" bir tərəfə buraxaraq humanizm nümayiş etdirməyə çağırsa da, Qərb mediasının Rusiya və Çin peyvəndinə qarşı əks-təşviqat apardıqları bir vaxtda onun bu çağırışına səs veriləcəyinə inam azdır.

G20 sammitində heç bir əsaslı dialoqa nail olunmayan (əvəzində dünya liderlərinin monoloqlarının bol olduğu) mövzuların siyahısını davam etdirmək mümkündür. Dünya Səhiyyə Təşkilatının islahatları, inkişaf etməkdə olan ölkələrin valyuta borcu problemləri və proteksionizmə yönəlmiş qlobal tendensiyalar da bura aiddir. Qərb liderlərinin tutduğu mövqe isə aydındır – çox danışırlar, heç kimə qulaq asmırlar və bütün təklifləri sadə bir düstura əsaslanır: "Hamı bizim dediyimiz kimi hərəkət etməlidir, onda hər şey yaxşı olacaq". Bu mənada prezidenti dəyişsə belə, ABŞ-ın mövqeyinin dəyişmə ehtimalı çox azdır.

G20 sammitində substantivliyin olmaması onu göstərdi ki, biz heç də "geopolitik blokların rəqabət apardığı" dünyaya doğru deyil, daha çox hər hansı bir məsələ ilə bağlı yalnız konkret ölkələr arasında ikitərəfli danışıqlar səviyyəsində razılığın əldə olunduğu dünyaya doğru gedirik. Nəzəri cəhətdən G20 hələ formal şəkildə mövcud olsa da, praktikada tanınmış amerikalı siyasətçi Yan Bremerin adlandırdığı "G-sıfır" dünyasına, yəni, hərənin özü üçün yaşadığı dövrə yaxınlaşırıq. Və bu da yəqin ki, koronovirusdan dünyaya qalan ən böyük tarixi miras olacaq.

11
Teqlər:
Çin, vaksin, Rusiya, G20 sammiti, epidemiya, Koronavirus, COVID-19
Ağdamda cümə məscidi, arxiv şəkli

damımız, Putinin şərhi, Hacıqabullu Qüdrət kişi hər kəsin arzusu…

42
(Yenilənib 04:02 23.11.2020)
Tezliklə, Ağdama həyat qayıdacaq, məşhur Ağdam Çay Evindən facebook etiketləmələrinin başlanacağı gün uzaqda deyil. Ən böyük maşın bazarının da bu rayonumuzda olacağı şübhə doğurmur.

7x7 həftənin ən yaddaqalan hadisələrini şərh edir

Ağdam həftəsi

Bu həftə Ağdam həftəsi idi. İşğalçı əhalisinə görə Qarabağın ən böyük rayonu olmuş, indisə bayquş uluyan, xarabalığa çevrilmiş Ağdamı boşaltdı. Kefindən yox təbii ki. Noyabrın 10-da imzalanmış kapitulyasiya aktında biz bunu onun boynuna qoymuşduq. Tezliklə, Ağdama həyat qayıdacaq, məşhur Ağdam Çay Evindən facebook etiketləmələrinin başlanacağı gün uzaqda deyil. Ən böyük maşın bazarının da bu rayonumuzda olacağı şübhə doğurmur.
Hələlik isə Ağdam görüntüləri ürək dağlayır – düşmən daşı daş üstündə qoymayıb, hər tərəfdən xarabalıq boylanır.
Bu arada Ağdama doğru yol hərbi birləşmələrimizi yollarda qarşılayan sakinlər sanki futbol komandasını salamlayar kimi alqışlayır. Bu gün mübaliğəsiz deyə bilərik ki, hər bir əsgər özünü  nəinki ulduz, tarixi qəhrəman kimi hiss edə bilər.

Putinin verdiyi peşmançılıq

Bu həftə Rusiya Prezidenti Vladimir Putin erməniləri türklər demiş, növbəti dəfə “hayal kırıklığına” uğratdı. "Rossiya 1" telekanalına müsahibəsində Ermənistanın belə qondarma “Dağlıq Qarabağ”ın müstəqilliyini və suverenliyini tanımadığını xatırladaraq dedi ki, “Bu o deməkdir ki, beynəlxalq hüquqa əsasən, Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir”.
Beləcə, statusun cəhənnəmə, gora getməsi barədə həqiqət Rusiya Prezidentinin dilindən də dolayısıyla səsləndi və bu, ermənilərin son ümidlərini də PUA-ların zərbəsi texnikalarını dağıtdığı kimi dağıtdı.

Hacıqabullu Qüdrət kişi

Ermənistanın yeni xarici işlər naziri Ara Ayvazyanla bağlı sosial şəbəkələrdə maraqlı məlumatlar yer alıb. Yeni nazirin Vikipediyası onun təyinatından dərhal sonra tam olaraq silindiyi deyilir. Qeyd edilir ki, A.Ayvazyan Azərbaycanın Hacıqabul rayonunun Nəvahi kəndində anadan olub, atası isə Qüdrət Eyvaz oğlu Xancanovdur.
Bədbəxt ölkə! Təbii arıtımın azalması və ölkədən baş götürüb qaçanların artması səbəbi ilə böhran həddinə çatmış demoqrafik problemlər yerli doğumlu kadrlar tapmağa imkan vermir.
Bu arada Xocalı soyqırımını törədən erməni general da erməniləri tərk edib – yox, ölkədən qaçmayıb, Əzrayıl yoldaş onu özü ilə aparıb. Yeri gəlmişkən, "Artsaxın qəhrəmanı”nın maraqlı ayaması olub – “Tuşonka Manvel”. Əsgərlərin yeməyini satmaqla məşhurlaşan, cinayətkar qəhrəman. Qəhrəmanı belə olanların axırı da bu cür olmalı idi.

Ən bahalılar
“The Economist” jurnalının hazırladığı siyahıya görə, Honkonq metropolu, Paris və Sürix dünyanın ən bahalı şəhərləridir. “2020-ci il üçün dünyanın yaşayış xərcləri hesabatı” adlı siyahıda sonrakı yerlərdə Sinqapur, Osaka, Təl-Əviv şəhərləri tutur. İlk 10-luqda son yerlərdə Nyu-York, Cenevrə, Los-Anceles və Kopenhagen qərarlaşıb.
Bizə görə isə dünyanın ən bahalı şəhəri Şuşadır bu gün!

Prezidentsizlik

ABŞ Səhiyyə Nazirliyi bəyan edib ki, Ümumi Xidmətlər İdarəsi Co Baydenin qələbəsi tanınmayana qədər demokratların namizədinin komandası ilə işləməyəcək. Qurumun rəhbəri Aleks Azar deyib ki, “Biz çox açıq şəkildə bildirdik ki, GSA nə zaman kimin qalib gəldiyini elan edəcəksə, o zaman tam şəkildə peşəkar keçid və hazırlıq işlərinə başlayacağıq. Biz təlimat qaydalarına riayət edirik”. Qeyd edək ki, bir qədər əvvəl “Politico” qəzeti ABŞ Ümumi Xidmətlər İdarəsinin rəhbəri Emili Mörfinin Co Baydenin prezident seçkilərində qələbə qazandığını tanımaqdan imtina etdiyini yazmışdı.
Belə. Bu boyda ölkə prezidentini seçməkdə çətinlik çəkir. Buna görə biz də narahat olmalıyıq, çünki Konqo, Somali, Trinidad Tabaqonun ölkə başçısından söhbət getmir, ABŞ prezidenti dünyanın gündəliyinə, problemlərinə, qayğılarına təsir edə bilən adamdır.

İran dərdi

Bu basabasda amerikanların İran dərdi də bitmək bilmir. ABŞ növbəti dəfə İrana qarşı sanksiyaları genişləndirib. Bildirilib ki, sanksiyalar 9 İran vətəndaşına, habelə 49 təşkilat və müəssisəyə, eyni zamanda İranın bayrağı altında üzən bir gəmiyə tətbiq edilib.
Görəsən, nəyə görə ABŞ, Rusiya, Fransa, Britaniya, Pakistan nüvə silahına malik ola bilər, ancaq İran yox? İranı belə özəl edən nədir? Bu sualın aydın cavabını biz hələ eşitməmişik.

2020 mistikası

2020-ci il dünya tarixinin ən unikal illərindən biri kimi tarixdə qalacaq. Numerologiya mistikasına inanlar indi inanmayanlardan daha haqlı görünür. Koronavirus, iqtisadi böhran, təbii fəlakətlər, münaqişələr  - hamısını bir ilə yığıb gözləyiblər sanki.
Bu arada Azov dənizinin sahilindən bir qrup gənc içərisində məktub olan şüşə butulka tapıblar. Məktubdan aydın olur ki, müəllifi doqquz yaşlı Yaroslavdır. Butulka dənizdə doqquz günlük səyahətdən sonra sahilə çıxıb. Bir cümləlik kağız parçasında isə “Qoy bu il tez bitsin” arzusu yazılıb.

42
Rusiyalı minaaxtaran, arxiv şəkli

Rusiya SQ-nın istehkamçıları Qarabağda minatəmizləmə əməliyyatına başlayıblar

0
(Yenilənib 21:33 23.11.2020)
Pavel Pautov deyib ki, bu gündən istehkamçılar yerlərdə humanitar minatəmizləmə əməliyyatına başlayıblar. Birinci mərhələdə onlar Rusiya hərbi kontingentinin stasionar postlarının tikiləcəyi yerlərdə partlamaq təhlükəsi olan predmetlərin mövcudluğunu yoxlayacaqlar.

BAKI, 23 noyabr — Sputnik. Rusiya Silahlı Qüvvələrinin (SQ) istehkamçıları Dağlıq Qarabağda sülhməramlıların cavabdeh olduğu ərazilərdə minatəmizləmə əməliyyatına başlayıblar.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bunu Rusiya hərbi kontingentinin mühəndis xidmətinin rəisi polkovnik-leytenant Pavel Pautov bildirib.

"Bu gündən istehkamçılarımız yerlərdə humanitar minatəmizləmə əməliyyatına başlayıblar. Birinci mərhələdə onlar yerlərdə partlayıcı təhlükəli predmetlərin mövcudluğunu yoxlayacaqlar, harada ki, Rusiya hərbi kontingentinin stasionar postları tikiləcək" - deyə rusiyalı hərbçi vurğulayıb.

0
Teqlər:
sülhməramlılar, Rusiya, Mina