Mərkəzi bank

Mərkəzi Bankdan kiçik banklara müştərilərə zərbə

478
(Yenilənib 12:12 19.08.2015)
Samir Əliyev: Mərkəzi Bankın son addımları strateji baxımdan bank sektorunun dayanıqlığının artırılmasına yönəlsə də, indiki dövrdə banklar üçün başağrısı yaradacaq.

BAKI, 19 avq-Sputnik. Mərkəzi Bankın banklarda xərclərin optimallaşdırılmasına, maliyyə resurslarının maya dəyərinin azaldılmasına, korporativ sosial məsuliyyətin artırılmasına yönəlik son qərarı əslində gələcəkdə problemli kreditlərin yaranmasını önləmək və istehlak kredtləşməsini məhdudlaşdırmaq məqsədi daşıyır. Dünyada geniş yayılmış PTİ (payment –to-income) sisteminin tətbiqi banklara kredit riskini düzgün idarəetməyə sövq etməklə yanaşı, ölkədə kredit qoyuluşunu əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq.

İqtisadçı Samir Əliyev öz facebook profilində Mərkəzi Bankın banklarda xərclərin optimallaşdırılmasına, maliyyə resurslarının maya dəyərinin azaldılmasına, korporativ sosial məsuliyyətin artırılmasına yönəlik son qərarını şərh edərkən belə yazıb.

Самир Алиев_экономист
Личный архив Самира Алиева
Самир Алиев_экономист

O, qeyd edib ki, Mərkəzi Bankın İdarə Heyətinin 13 avqust 2015-ci il tarixli iclasında qəbul edilmiş “Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında Metodoloji Rəhbərlik” istehlakçıların aylıq borc yükünün onların gəlirlərinə uyğunluğunun müəyyənləşdirilməsini nəzərdə tutur. Əvvəllər kredit götürmək istəyən müştərindən ancaq maliyyə vəziyyətini təsdiq edən sənəd tələb olunurdu və kreditin məbləği barədə bank müstəqil qərar verirdi. Ancaq indi ayrılacaq kreditin məbləği müştərinin gəlirlərindən birbaşa asılı olacaq və bank onu istədiyi qədər artıra bilməyək. Belə ki, kredit 2 mərhələdə qiymətləndiriləcək. Əvvəlcə istehlakçının ödəmə qabiliyyəti, sonra isə kredit məhsulunun təyinatına uyğunluğu yoxlanacaq.

Samir Əliyev daha sonra yazıb: "Ödəmə qabiliyyətinin qiymətləndirilməsi zamanı BYG əmsalından (aylıq borc yükünün gəlirə nisbəti) istifadə olunacaq. Bu əmsal hesablanarkən sizin hər ay ödədiyiniz və ödəməyə hazırlaşdığınız borc yükü toplanaraq aylıq gəlirinizə bölünəcək. Məsələn, fərz edək ki, aylıq qazancınız 400 manatdır. Hazırda hansısa banka hər 100 manat kredit ödəyirsiniz. Yeni kredit xətti aşmaq istəyirsiniz və banka müraciət etmisiniz. İstədiyiniz məbləğin aylıq ödənişi isə təxminən 120 manat edir. Bu halda BYG əmsalı (100 AZN +120 AZN)/400 AZN x100% = 55% olacaq. Belə vəziyyətdə sizə istədiyiniz məbləğ verilməyəcək. Sizin kredit ala bilməniz üçün BYG əmsalı 50%-dən aşağı olmalıdır. Yəni bu əmsal nə qədər aşağı olsa bir o qədər şansınız artacaq. Deməli, indiki gəlirlər siz aylıq ödənişin ən çoxu 100 AZN olan həcmdə (bu halda BYG 50% olur) kredit götürə bilərsiniz. Bu əmsal bütün dünyada PTİ (payment –to-income) əmsalı adı ilə tanınır.

Qaydada diqqəti çəkən məqamlardan biri də BYG müəyyənləşdirilərkən kredit xətləri və kredit müqaviləsində aylıq ödənişi nəzərdə tutulmayan kreditlər üçün annuitet qaydasında aylıq ödənişin hesablanmasıdır. Belə çıxır ki, kredit kart sahibi kredit üçün banka müraciət edəndə BHG hesablananda kredit kartındakı məbləğ nəzərə alınacaq.

Yeni mexanizm kredit bazarına, bankların fəaliyyətinə, istehlakçıların kreditə əlçatanlığına təsir göstərək. Əsas zərbə istehlak kreditləşməsi bazarına dəyəcək. Qərar əslində Mərkəzi Bankın hazırda 38% paya malik olan istehlak kreditlərini məhdudlaşdırmaq planının tərkib hissəsidir. Bu, ilk addım deyil. Buna qədər bir sıra addımlar atılıb — pərakəndə ticarət obyektlərindən kredit verilişinin yığışdırılıb, arayış olmadan kredit verilməsi qadağan edilib və s. İstehlak kreditlərinin həcminin getdikcə azalmasını müşahidə edəcəyik.

Əhaliyə təsiri:

— Əhalinin istehlak kreditlərinə əlçatanlığı azalacaq.

— Müştərini bir neçə bankın müştərisi olmaq imkanı məhdudlaşacaq. Artıq Kredit bataqlığına düşməyəcəklər.

Banklara təsiri:

— İstehlak kreditləşməsi üzrə ixtisaslaşan bankların fəaliyyəti məhdudlaşacaq, gəlirləri kəskin azalacaq.

— Bankları istehlak kreditləşməsi bazarını tərk edərək real sektoru maliyyələşdirməyə sövq edəcək

— İstehlak kreditləri “mikrokreditləşəcək”, yəni mikrokredit adı altında istehlak kreditləşməsi aparılacaq

— Son zamanlar məhdudlaşan müştəri kontingenti daha da məhdudlaşacaq

Mərkəzi Bankın son addımları strateji baxımdan bank sektorunun dayanıqlığının artırılmasına yönəlsə də, indiki dövrdə banklar üçün başağrısı yaradacaq. Kiçik və istehlak kreditləşməsi üzrə ixtisaslaşan bankların faiz gəlirləri azalacaq. Müştəri, xüsusilə də yüksək gəliri olan və bu gəliri rəsmi sübut edə bilən şəxslər uğrunda sərt rəqabət aparılacaq. Bütün bunların fonunda rəsmən elan edildiyi kimi kredit faizlərinin azalması baş verməyəcək. Bazar hələ də Mərkəzi Bankın tətbiq etdiyi faiz tavanına (29%-lik) tam adaptasiya oluna bilməyib. Üstəgəl kredit məbləğinin azalması banklara faizləri azaltmağa imkan verməyəcək. Bu qərarın əsas üstünlüyü gələcəkd problemli kreditlərin yaranması ehtimalını azalacaq. Ancaq nəzərə almaq lazımdır ki, problemli kreditlərdə əsas üstünlüyü biznes kreditləri təşkil edir və bu kredit məhsulu yeni qaydanın hüquqi təsirinə düşmür."

478
Teqlər:
banklar, bank faizləri, bank kreditləri, bank, Mərkəzi Bankın İdarə Heyəti, Mərkəzi Bank, iqtisadçı Samir Əliyev, Samir Əliyev, Azərbaycan
ABŞ prezidneti Co Bayden, arxiv şəkli

Bayden Rusiyanın intihara hazır olub-olmadığını dəqiqləşdirəcək

797
Bayden ilk növbədə gələcək onilliklərdə ABŞ-la Çin arasında soyuq müharibə ilə bağlı Rusiyanın mövqeyini öyrənməklə məşğul olacaq

BAKI, 11 iyun — Sputni, Dmitri Kosırev. "Bu cür şeyləri ölkələr müharibədən öncə edirlər". Xarici Kəşfiyyat Xidmətinin polkovniki, hazırda isə MDBMİ-nin professoru Andrey Bezrukov bizimlə keçirdiyi televiziya diskussiyalarından birində ötəri olaraq belə deyib.

Söhbət həqiqətən ciddi aksiyadan - ABŞ administrasiyasının ölkənin kritik vacib məhsullardan asılılığı ilə bağlı hələ fevral ayında sifariş etdiyi tədqiqatdan gedir. Tədqiqat indi, Co Baydenin Avropaya səfəri ərəfəsndə başa çatdırılıb. Həmin səfər əsnasında hər şeydən əlavə, Rusiya prezidenti Vladimir Putinlə görüş də nəzərdə tutulur.

Cenevrədə keçiriləcək həmin görüşün ABŞ-ın artıq çoxdan yetişmiş və ciddi dəyişiklik olcaq siyasi kursunun bir hissəsi olması barədə biz aşağıda söhbət açacağıq. O ki qaldı ABŞ-ın asılılığına, tədqiqatın nəticələrinə görə, ölkənin ən azı üç sahədə zəifliyi aşkara çıxarılıb — dərmanların, yarımkeçiricilərin və nadir tapılan elementlərin tədarükündə. Və bütün hallarda söhbət Çindən, yəni ABŞ-ın dünya miqyasında elə özü boyda nüfuzu olan bir dövlətdən asılılığından gedir.

Bundan sonra sayca ikinci aksiya gəlir – innovasiyalar və rəqabət haqqında qanunun işlənməsinə başlanıb. Qanun layihəsi artıq Senatdan keçib və bu yaxınlarda işlək mexanizmə çevriləcək. Burada da söhbət ilk növbədə elə həmin ölkə ilə rəqabətdən gedir. Həmin qanun layihəsinə görə, ABŞ iqtisadiyyatının Çin iqtisadiyyatına qarşı rəqabət qabiliyyətinin artırımasına iki yüz əlli milyard dollar vəsait ayrılır. Söhbət innovativ işləmlərin tezləşdirilməsindən və ABŞ-ın aparıcı sahələrinə digər formada dəstəkdən gedir.

Burada yaranmış vəziyyətin bir qədər gülməli tərəfi var. Uzun llər boyu ABŞ-da aparıcı və bir çox digər sahələrin Çin tərəfindən dəstəklənməsinin yolverilməz olması barədə danışıblar.

Pekinin "Çində istehsal olunub 2025" proqramı səhv rəqabət nümunəsi və şərin təcəssümü elan olunub. Başqa sözlə, ağlaşma ona görə qurulmuşdu ki, bəs Pekin oyunu düzgün oynamır, ədalətsiz oynayır. Düzgün oyun o zaman olur ki, öz aralarında yalnız özəl qurumlar rəqabət aparır və qalibi Bazar adlanan bir ilahi qüvvə müəyyən edir. Hazırda isə, Çinin oyununun onu qalibiyyətə gətirdiyi, özü də onu qlobal miqyasda qalibə çevirdiyi məlum olduqda, ABŞ da tamamilə sakitcə eyni şeyi etmək qərarına gəlib.

İndi isə baş verənlərin miqyası barədə. Ekspertlər deyirlər ki, demokratların administrasiyası respublikaçılardan Amerikanın sənayeləşdirilməsi ideyasını miras alıblar. Söhbət də onilliklərə hesablanmış proqramlardan gedir. Söhbət həm də ondan gedir ki, ABŞ üçün məsələ hazırda bu cür qoyulub: bu mübarizədə qalib gəlmək, yoxsa məhv olmaq.

Məhv olmaq bir qədər, bəlkə də, ağ olar. Amma "The Guardian" məcmuəsinin şərhçisi vəziyyətə bu cür qiymət verib: "onilliyin sonuna qədər Çin iqtisadiyyatının həcminə görə ABŞ-ı geridə qoyacaq. Özü də sadəcə ötüb keçməyəcək, əlavə olaraq dünyada texnoloji liderliyi əldə edəcək" (Pentqonun yuxusuna gecələr haram qatan elə budur). ABŞ üçün liderliyin bu cür əldən getməsi fikrinin özü belə dəhşətlidir.

Bütün bu bir-biri ilə sıx bağlı olan süjetlərdə açar söz – "texnologiyalar"dır. İl ərzində istehsal olunmuş məhsulun ümumi həcmi, əlbəttə ki, vacibdir. Amma daha çox təbliğat nöqteyi-nəzərindən. İki super dövlətin arasında texnoloji üstünlük məsələsində hazırkı status bərabərliyi isə — bu, bir dəhşətdir. Çinin dünyanın texnoloji iderinə çevrilməsi isə ikiqat dəhşətdir.

Co Baydenin Avropaya səfəri məhz bu əhvali-ruhiyyə ilə hazırlanırdı. London məcmuəsindəki elə həmin yazıda bu diplomatik gedişin bütün konsepsiyası kifayət qədər dəqiqliklə təsvir olunur. Bayden Qərb liderləri ilə Böyük Britaniyada, Kornoulda, G7 zirvə toplantısı çərçivəsində görüşəcək. Daha sonra isə NATO və Avropa strukturları ilə görüşlər olacaq. Və söhbət də, demək olar ki, elə ancaq Çindən gedəcək. Bayden kifayət qədər skeptik yanaşan avropalıları ikinci soyuq müharibəyə səsləmək niyyətindədir, bu dəfə Çin ilə soyuq müharibəyə.

Nə üçün onlar bu cür skeptik yanaşırlar? Gəlin bu ehtimal olunan müharibənin sadəcə bir təfərrütına nəzər yetirək: haqqında yuxarıda danışdığımız, Amerikanın zəiflikləri barədə tədqiqatın nəticələrinə və bayaq dediyimiz rəqabət haqqında qanuna uyğun olaraq, ABŞ-da, başda ticarət nümayəndəsi və ya nazir səviyyəsində bir şəxs olmaqla, "zərbə qruplaşması" yaradılır. Həmin bu zərbə qüvvəsi Çində istehsal olunan məhsulların amerikalılardan oğurlanmış texnologiyalar əsasında buraxılıb-buraxıldığını müəyyən edəcək. Və məsələ yalnız ABŞ-a gətirilməsi qadağan olunacaq mallarda deyil. Onların "oğurlanmış" statusu barədə həmçinin avropalı və digər müttəfiqlərə məlumat veriləcək. Bundan sonra isə müttəfiqlərə ABŞ-ın sözünə inanmaq və həddən artıq rəqabət qabiliyyətli bu məhsulları almamaq təklif olunacaq.

Bəs müttəfiqlər tam tərkibdə buna inanacaqlarmı? Çətin sualdır. Yenə də "The Guardian"a müraciət etsək, orada anonim diplomatdan belə bir sitat gətirilir: "Çinin nə etdiyi (bu və ya digər vəziyyətdə) avropalıların xoşuna gəlməyə bilər, amma ABŞı-n xoşuna gəlməyən Çinin özlüyündə nə kəsb etməsidir. Konkret olaraq, nə edib-etməməsindən asılı olmayaraq Çinin dünyada ABŞ-a tay olmasıdır".

Bu məntiqlə Cenevrədə keçirilən zirvə görüşü Baydenin Avropa səyahətinin periferiyasında qalır. Moskva ilə ikitərəfli münasibətlər onun üçün ikinci dərəcəlidir. Və Bayden ilk növbədə gələcək onilliklərdə ABŞ-la Çin arasında soyuq müharibə ilə bağlı Rusiyanın mövqeyini öyrənməklə məşğul olacaq. Təbii ki, heç kim Moskvanın birdən-birə Pekinlə münaqişəyə qol çəkəcəyini gözləmir. Lakin Moskvanın hələ ki hipotetik olan bir neçə situasiyada özünü necə aparacağını bilmək ABŞ üçün faydalıdır. Bəlkə Rusiya elə geosiyasi intihar etmək yolunu tutaraq, yetişməkdə olan qarşıdurmada hansısa neytral mövqe tutdu?

Əslində isə hər şey sadədir: iki super dövlət var. Onlardan biri - uduzan dövlət, digərinə qarşı durmağa hazırlaşır. Hər ikisi iqtisadi nəhəng və texnoloji liderlərdir, on görə də potensial faydalı tərəfdaşdırlar. Lakin bu dövlətlərdən biri son illər ərzində Rusiyaya qarşı ağla gəlməyən sayda pisliklər edib (dilə gətirib). Digəri isə, ən azından bu cür heç nə etməyib və deməyib də. Əksinə Rusiya ilə mümkün olan sahələrdə əməkdaşlığı inkişaf da etdirir. Moskvanın hansı mövqeyi tutacağını təsəvvür etmək olarmı?

797
ABŞ hərbçiləri Ukraynada

Burda kimin başbilən olduğunu onlara göstərərik: NATO öz qoşunlarını Ukraynaya yollayır

37
(Yenilənib 21:50 09.06.2021)
Təlimlərin rəsmi məqsədi – Ukrayna ordusu ilə NATO qoşunları arasında qarşılıqlı fəaliyyətin təşkilidir.

BAKI, 9 iyun — Sputnik. Minlərlə əsgər, yüzlərlə zirehli texnika, onlarla təyyarə və gəmi — Ukrayna NATO ilə birgə son illərin ən irimiqyaslı "Sea Breeze 2021" təliminə hazırlaşır. RİA Novosti-nin şərhçisi Andrey Kots yazır ki, Moskva əmindir: qoşunların döyüş hazırlığının yoxlanmasından başqa Pentaqonun başqa, gizli məqsədləri də var.

Aşkar məqsəd

Ukrayna ərazisində "Sea Breeze" təlimləri 1997-ci ildən etibarən praktiki olaraq hər il keçirilir. Lakin indiyə qədər təlimlərdə bu qədər insan iştirak etməyib. Belə ki, Ukrayna silahlı qüvvələri ilə yanaşı təlimlərdə əksəriyyəti NATO-ya daxil olan 27 ölkənin əsgər və zabitləri iştirak edəcəklər.

Ukrayna Müdafiə Nazirliyinin rəsmi press-relizlərinə əsasən, manevrlərə 4 minə qədər hərbi qulluqçu, 40 döyüş gəmisi, kater və təminat gəmisi, 30 təyyarə və vertolyot, habelə 100-dən çox yerüstü texnika cəlb olunacaq.

Təlimlərin rəsmi məqsədi – Ukrayna ordusu ilə NATO qoşunları arasında qarşılıqlı fəaliyyətin təşkilidir. Ssenariyə əsasən, koalisiya qüvvələri "qonşu dövlətin hərtərəfli yardım göstərdiyi" "qanunsuz silahlı birləşmələrin" fəaliyyəti nəticəsində yaranan "böhran vəziyyətinin nizamlanması"na cəlb olunacaq. "Qanunsuz birləşmə" dedikdə söhbətin "Donetsk xalq respublikası" və "Luqansk xalq respublikası"nın xalq milisi bəlmələrindən getdiyini başa düşmək üçün politoloq olmaq gərək deyil.

Təlimlərin dənizdə keçiriləcək hissəsi çoxmillətli gəmi birləşməsinin yaradılması, donanmanın quru qoşunları və aviasiya ilə qarşılıqlı fəliyyətinin təşkili, dəniz desantının tətbiqi məqsədi daşıyır.

Quruda isə əməliyyatların NATO standartlarına uyğun qərargah planlaşdırılması, canlı qüvvə və vasitələrin yerinin dəyişdirilməsi, dənizkənarı istiqamətdə hücum məşq ediləcək. Aviasiya havadan kəşfiyyat aparacaq, hədəflərə zərbələr endirəcək, habelə qoşunları və yükləri daşıyacaq.

Manevrlər iki mərhələdə keçiriləcək. İyunun 28-də başlanacaq birinci mərhələ çərçivəsində idarəetmə və rabitə məntəqələri qurulacaq, əməliyyatlar planlaşdırılacaq, döyüş gəmiləri dəstələri yaradılacaq və aviasiyanın yeri birləşmə aerodromlarına dəyişdiriləcək.

İkinci mərhələdə müttəfiq qoşunlar bütün mümkün atəş vasitələrindən şərti düşmənin suüstü və sualtı gəmilərinə zərbələr endirəcək, yürsütü hədəflərə hücum edəcək, habelə hava hücumundan və sualtı qayıqlardan müdafiəni təşkil edəcəklər.

Xüsusi təyinatlılara ümid

Bütün bunlar Moskvanı narahat etməyə bilməz. Belə ki, təlimlərin ən aktiv fazası Rusiya sərhədlərinin bilavasitə yaxınlığında keçiriləcək. Rusiya Müdafiə Nazirliyinin rəsmisi general-mayor İqor Konaşenkovun sözlərinə görə, onun təmsil etdiyi qurum "Sea Breeze"in gedişini diqqətlə izləyəcək və yaranmış vəziyyətə adekvat reaksiya verəcək.

"Təlimlər Qərb ölkələrinin Rusiyanın cənubi-qərb sərhədlərində hərbi potensialının gücləndirilməsi ilə bağlı bitməyən ittihamları fonunda keçirilir. Bundan əlavə, manevrlər adı altında NATO Ukraynaya müasir silahlar, sursat və Ukrayna qoşunları üçün əmlak gətirməyi planlaşdırır. Gələcəkdə, əvvəlki illərdə olduğu kimi, bütün bunlar Ukrayna silahlı qüvvələrinə və Donetsk və Luqanskın Kiyevin nəzarətində olmayan rayonları yaxınlığında yerləşən millətçi birləşmələrə ötürüləcək", - deyə Konaşenkov bildirib.

General onu da bildirib ki, adı çəkilən təlimin həm adı, həm də statusuna görə dəniz təlimi sayılmasına baxmayaraq, hərbi fəaliyyətlərin həqiqi sərhədləri Qara dəniz akvatoriyasının Ukraynaya məxsus hissəsindən çox kənara çıxır.

Konkret olaraq məlumdur ki, müxtəlif ölkələrin xüsusi təyinatlı qüvvələri tərəfidən tapşırıqların bigə həlli, onların paraşütlər və hücum taktikası ilə - vertolytlardan əraziyə desant edilməsi, habelə xüsusi təyinatlı döyüşçülərin təchiz olunmamış sahilə çlxarılması tapşırıqları məşq olunacaq.

Kiyevdə dəfələrlə Rusiya xüsusi əməliyyat qüvvələrinin (XƏQ) "işğal olunmuş" Krımda əməliyyat keçirməyə hazır olduunu dilə gətiriblər. Aşkar görünür ki, Qərb müttəfiqləri bunu təcrübədə yoxlamaq istəyirlər.

Güc nümayişi

"Sea Breeze" — NATO-nun son zamanlar Qara dəniz regionunda Rusiyaya qarşı etdiyi yeganə hərəkəti deyil. Belə ki, mayın 28-də Portuqaliya sahillərində "Steadfast Defender" hərbi-dəniz təlimləri başlanınb ki, onlar da yaxın vaxtlarda Qara dənizə keçirilməlidir. Birləşmiş eskadranın flaqmanı Böyük Britaniyanın gəmidaşıyan "Queen Elizabeth" gəmisidir. Həmin gəmi ilk dəfədir ki bu qədər uzaq məsafəyə səyahət edir, ümumilikdə isə təlimlərdə iyirmiyə qədər gəmi iştirak edir.

İngiltərənin "Daily Mail" qəzetinin məlumatına görə, bu təlimlər qəsdən iyunun ortalarında Cenevrədə keçirilməsi planlaşdırılan yüksək səviyyədə Rusiya-ABŞ danışıqlarına həsr olunub. Məcmuənin qənaətinə görə, Vladimir Putinlə Co Baydenin görüşü ərəfəsində NATO qəsdən hərbi-dəniz qüdrətini nümayiş etdirir və bununla da Kremlə müəyyən siqnallar verir.

Lakin eyni zamanda Şimali Atlantika alyansı nümayəndələri and içərək bildirirlər ki, manevrlərin Rusiyaya heç bir dəxli yoxdur və yalnız Qərbin regionda nüfuzunun möhkəmləndirilməsinə yönəlib. Lakin ingilis jurnalistləri bunun güc nümayişi olduğunu təsdiq edirlər. Brüssel, çətin ki, boş yerə Qara dənizə bu qədər güclü eskadra və doqquz min hərbi qulluqçu göndərərdi. Təəccüblü deyil ki, planetin ən güclü hərbi blokunun bu cür hərəkətlərinə reaksiya vermək, həm də, əksər hallarda adekvat reaksiya vermək lazım gəlir.

İyun ayında bu ilin sentyabrında Belarus və Qərb hərbi dairəsinin poliqonlarında keçiriləcək "Qərb-2021" Rusiya-Belarus birgə təlimlərinə hazırlığın aktiv fazası başlanıb. İki ölkənin qoşunları ehtimal olunan düşmənin müttəfiq dövlətin ərazisinə təcavüzünün dəf olunmasını — konkret olaraq, şəhərləşdirilmiş ərazilərdə həmlə qruplarının müştərək hərəkətlərini məşq edəcəklər.

37
Rusiya millisinin hücumçusu Artyom Dzyuba (ön planda) və Belçika millisinin müdafiəçisi Tobi Alderveyreld

Rusiya millisinin futbolçuları AVRO-2020-nin startında Belçikaya uduzdular

0
(Yenilənib 01:10 13.06.2021)
Romelu Lukakunun dublu və Tom Menyenin qolu sayəsində belçikalılar AVRO-2020-də ilk oyunu qazanaraq B qrupunun lideri oldular.

Rusiya millisinin futbolçuları Avropa çempionatının qrup mərhələsindəki start oyununda Belçika komandasına uduzublar.

Sankt-Peterburqda keçirilən B qrupunun oyunu belçikalıların 3:0-lıq qələbəsi ilə yekunlaşıb.

Romelu Lukaku dubl edib (10-cu və 88-ci dəqiqələr), bir qol da Tom Menye (34-cü dəqiqədə) vurub. 

Rusiya turnirdəki növbəti matçını Sankt-Peterburqda iyunun 16-da Finlandiyaya qarşı keçirəcək. Belçikalılar bir gün sonra Kopenhagendə Danimarka millisi ilə oynayacaqlar.

 

0